Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:29

Verilişlər / Korrupsiometr

Hökumət milyard manatdan çox borc sildi, sadə sakinin isə 40 manatı qaldı

Azərbaycan hökumətinin binası

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
BAŞ NAZİR HÖKUMƏT QURUMLARININ MİLYARD YARIM BORCUNU SİLDİ

Azərbaycan hökuməti bəzi dövlət qurumlarının milyon manatlarla borcunu sildiyi halda sadə adamlara münasibətdə qara qəpiyindən belə keçmək istəmir. Nazirlər Kabineti «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti və «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin Dövlət Neft Şirkətinə enerji xərcləri ilə bağlı ümumilikdə yaranan 1 milyard 654.4 milyon manat borcunu silmək barədə qərar verib.

«Azərenerji» ASC-nin borclarının 14,5 milyonu «Qəbələ» RLS, 389,1 milyon manatı «Bakıelektrikşəbəkə», 296,5 milyon manatı «Sumqayıtelektrikşəbəkə», 116,8 milyon manatı «Azərsu», 90 milyon manatı «Meliorasiya və Su Təsərrüfatı» ASC, 10,9 milyonu səhiyyə, 9,1 milyon manat isə Təhsil Nazirliyinin hesabına yaranıb. Bu siyahını uzatmaq da olar. Ancaq məsələ bu siyahıda yox, hökumətin fərqli yanaşmasındadır.

SELDƏN ZİYAN ÇƏKƏN SABİRABAD SAKİNİNDƏKİ 40 MANATINI İSƏ İSRARLA TƏLƏB EDİR
Kürün həmlələrindən yenicə qurtulmuş kəndlilər indi də yerli məmurların cəza tədbirləri ilə üz-üzə qalıblar.

Azərbaycan hökuməti bir tərəfdən belə geniş güzəşt siyasəti yürütsə də, Sabirabad rayonunun fəlakət zonasında özünün sərt üzünü sadə insanlara açıqca göstərməyə başlayıb. Kür çayının dağıdıcı həmlələrindən yenicə qurtulmuş kəndlər indi də yerli məmurların cəza tədbirləri ilə üz-üzə qalıblar. Son günlər rayonun təkcə Moranlı kəndində 40 evin elektrik xətləri enerji borcuna görə kəsilib. İşığı kəsilən Moranlı sakinlərindən Ənvər Təhməzovun dedikləri:

- Filan yerin borcun pozurlar, bəhmən yerin borcun pozurlar. Bircə ac kəndçilərin 40 manatdan ötrü başını kəsirlər. Bir də bizdə elektrik xətləri hörümçək toruna oxşayır. 1975-ci ildə çəkilmiş xətlərdir. Utanmayıb, gəlib borca görə də camaatın işığını kəsirlər.


Ənvər Təhməzovun deməsinə görə, cəmi 40 manat borcu var, artıq onu da ödəyib. Ancaq necə deyərlər, onun da gözünün yaşına baxan yoxdur:

- Həyat yoldaşım əməliyyat olunub. 2-3 min manat ora xərcim çıxdı. İndi havası çatışmır. Heç olmasa sərinkeş işləsə sakitləşər. Əşi belə insan yaşayışı olmaz. Bəlkə bizi birdəfəlik silmək istəyirlər? Onda çıxıb gedək İrana. Belə demokratiya olmaz…

MƏMURUN CAVABI: BİZ NEYLƏMƏLİYİK Kİ?


Sabirabad Rayon Elektrik Şəbəkəsi İdarəsində isə özlərini haqlı bilirlər. İdarədə enerji satış məsələləri üzrə müavin Fikrət Əhmədov deyir ki, artıq abonentlərə əlavə vaxt verməyin yeri yox idi:
- Vaxt vermişdik də. 3 ay idi ödənişdə iştirak etmirdilər. Daha nə qədər vaxt verməliydik ki? Rayonda 5450 abonent ötən ay ödənişdə iştirak etməyib, 27 min abonentdən. Daha biz nə etməliyik ki?

Pənah Hüseynov, millət vəkili


MİLLƏT VƏKİLİ BORCU YARADAN ƏSL SƏBƏBİ TAPIB: KORRUPSİYA

Sabirabaddan seçilən millət vəkili Pənah Hüseyn isə deyir ki, bütün abonentlər istifadə etdikləri enerjinin haqqını ödəməlidir. İstər dövlət qurumu olsun, istərsə də sadə vətəndaş. Bəzi idarə və müəssisələrin külli miqdarda enerji borclarının silinməsinə gəldikdə isə millət vəkili bunu nizam- intizamın olmaması və korrupsiyanın geniş vüsət alması ilə izah edir:

- Bu məsələ gedib korrupsiyaya çıxır. Burada pullar mənimsənilir. Bir də dövlət qurumlarının borcu niyə silinməlidir? Onlar büdcədən maliyyələşirlər və bütün kommunal xərcləri orada öz əksini tapır. Onda niyə ödəyə bilmirlər? Demək, mənimsədikləri pulları bu şəkildə ört-basdır edirlər. Vətəndaşların isə onlar üçün heç bir dəyəri yoxdur…

SABİRABADLININ 40 MANAT BORCU DA SİLİNSİN, YA ÖDƏNSİN?

Millət vəkilləri arasında hökumətin bu addımlarını fərqli şəkildə dəyərləndirənlər də var. Parlamentin İqtisadi-Siyasət Komitəsinin üzvü Dünyamin Xəlilov deyir ki, hökumətin həmin qərarı ilə borclu abonentlərə qarşı sanksiyaların tətbiqini bir-birindən ayırmaq lazımdır:

- Bunu normal qəbul etmək lazımdır. Çünki bu qarşılıqlı borclardır, bir dövlət təşkilatı, digərinə borcludur. Yəni dövlət özünün maliyyə sistemi çərçivəsində bu məsələni həll edir.

Ancaq bununla belə, millət vəkili Dünyamin Xəlilov fəlakət zonasında insanların elektrik enerjisinin kəsilməsini düzgün saymır. Onun fikrincə, bu məsələ daha həssas münasibət tələb edir.

Sabirabad rayonunun Moranlı kəndində isə deyirlər ki, əslində, borclu abonentlərin elektrik enerjisinin kəsilməsinin özündə də ayrı-seçkiliyə yol verilir. Bəzən 50-100 manat borcu olan abonentlər unudulduğu halda, 5-10 manat borcu olan abonentlər cəzalandırılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fatime Haradan: baki
20.08.2010 15:50
Azerbaycanin siravi vetendashinin, kasib -kusubunun borcu "O olmasin bu olsun" filmindeki Meshedi Ibada xidmet gosteren hambalin 1 abbasisini xatirladir..

Xesis Meshedi axirda haminin pulunu artiglamasi ile verdi birce bu yazig, ayag uste zorla duran, gabirgalari gorsenen hambalin 1 abbasisindan bashga..

Yazig hambal, yazig xalg..

Kimdən: həmdulla Haradan: BAZARBAYCAN
20.08.2010 11:42
COOOX maraqlıdır. Adətən, iqtisadi vəziyyəti pis olan müəssisələrin borcu silinərdi. Azərbaycan iqtisadiyyatının özəyi olan təşkilatların borclarının silinməsi onların bərbad vəziyyətindən xəbər verir.Bu elə Azərbaycan iqtisadiyyatının vəziyyəti, anoloqsuz inkişafının puca cıxması deyilmi? Hardadır məntiq, yoldaş Artur Rasizadə? Bu, dövlət-xalq budcəsidir, sizin restoranlardan biri deyil ki, filan nazirdən "şot" almayasınız........

Kimdən: Demokrat Haradan: Baki
19.08.2010 03:19
Heqiqeten adamin hem gulmeyi hemde aqlamaqi gelir. BUDA DEMOKRATIK VE CCCCCCCOOOOOOOOXXXXXXX DOZUMLU AZERBAYCAN :)))))))))))

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
19.08.2010 01:04
Hələ bu nədir ki,yaxın vaxtlarda Bakı şəhərində tikintisi yarımcıq qalmış 400 binanın və bu binalara məxsus 24 min mənzilin dövlət tərəfindən 2 milyard manata satın alınması gözlənilir.Beləki böhran nəticəsində özəl tikinti şirkətlərini uğradığı zərərin dövlət tərəfindən ödəniləcəyi məlum olmuşdur,hansı ki.bu tikililərin oliqarxlara aid olduğu hər kəsə məlumdur.Deməli oliqarxlara dəyən zərər xalqın hesabına aradan qaldırılacaq.....
Cavab

Kimdən: Turan Haradan: Baki
19.08.2010 13:15
Belke hemin menzilleri alib uzun illerdir Bakida yashayib ishleyen, ev sheraiti berbad olan insanlara hediyye verecey bizim hormetli prezidentimiz????.Belke uzun iller ailesi kirayelerde yashayan, fikri ailesinin yaninda qala-qala Musteqil Azerbaycana qulluq eden herbichilere verilecey hemin evler???? Cenab Prezident Size seslenirem: Eger esger ailesinin guzeranindan narahatdirsa inanmiram ki o Vetene normal qulluq eliye bile ve ya bunu isteye. Herbichilere deyer vermeyi qardash Turkiyeden oyrenin!!!.Her shehidin cenazesinde dovlet memurlari , hetta herden prezident de ishtirak edir. Belke bizde de herbichilere bele qiymet verilse Mubariz Ibrahimovlarin sayi lap chox olar, ve Azerbaycan daha tez torpaqlari qaytarar. Amma deyesen bele tez muharibenin bitmesi hech yuxaridaki memurlara serf elemir axi???.Belke bir yaxshi-yaxshi fikirleshesiz??? Bunun axiri nece olacaq???