Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:10

Siyasət

Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)

Şriftin ölçüsünü dəyiş - +

Rusiya və Ermənistan prezidentləri avqustun 20-də Yerevanda imzaladıqları sazişlə Rusiya hərbi bazasının Gümridə qalma müddətini daha 24 illiyinə uzadıblar.

Bazanın icarə müddəti 2020-ci ildə başa çatmalı idi, yeni sazişə görə isə rus qoşunları Ermənistanda 2044-cü ilə qədər qalacaqlar.

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda rusiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransda sazişi alqışlayıb.

"Rusiya tərəfi öz üzərinə Ermənistan Respublikasının hərbi təhlükəsizliyini təmin etməyi götürür.

Bundan başqa o, erməni ordusunu müasir silah-sursatla təmin edəcək".

Gümri Ermənistanın ikinci böyük şəhəridir – Yerevandan təxminən 130 kilometr şimalda –
 
ERMƏNİSTAN - TÜRKİYƏ SƏRHƏDİNƏ YAXIN YERLƏŞİR

Bura vaxtilə Osmanlı İmperiyası ilə müharibələrdə Rusiyanın mühüm forpostu olub. 

1837-ci ildə burada rus qalası tikilib. Çar Rusiyası dövründə şəhərə Aleksandrapol, sovet dövründə isə Leninakan adı verilib.

Gümri adı şəhərə 1990-cı ildə qaytarılıb. 

SSRİ dönəmində şəhərdə sovet hərbi bazası yerləşib.

Sovetlər Birliyi dağılandan sonra burada Rusiyanın 102-ci hərbi bazası yaradılıb.
 

Baza MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərir.

S-300 raketdən müdafiə silahları, tanklar, zirehli transportyorlar, PDM-lər, toplar və MiQ-29 təyyarələri ilə təchiz edilib.

Şəxsi heyəti təxminən 5 min nəfərdir.

Hərbi texnikanın əhəmiyyətli hissəsi Gümriyə Rusiya qoşunları Gürcüstandan çıxarılarkən gətirilib.

Rusiya bazadan istifadəyə görə Ermənistana icarə haqqı ödəmir.

Rus bazasına Ermənistanda geniş səlahiyyətlər verilməsinə Azərbaycanda münasibət birmənalı deyil. Müxalifət və müstəqil ekspertlər bunu Azərbaycana təhlükə və Dağlıq Qarabağ münaqişəsində Rusiyanın Ermənistana arxa durması kimi qiymətləndirirlər.

Azərbaycan rəsmiləri

SOYUQQANLI GÖRÜNMƏYƏ ÇALIŞIRLAR

Amma avqustun 20-də Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov ümid etdiyini bildirib ki, Moskva əvvəlki öhdəliklərinə sadiq qalacaq – yəni Gümridəki bazadan Azərbaycana qarşı istifadə etməyəcək. 

Rusiya Gürcüstandakı bazalarından çıxardığı silah-sursatı da Gümriyə daşıyanda onlardan Azərbaycana qarşı istifadə edilməyəcəyini söz vermişdi.
 

Yerevandakı mətbuat konfransında Rusiya prezidenti Medvedev deyib ki, yeni saziş regionda sabitliyin pozulmasına yox, əksinə daha da möhkəmləndirilməsinə xidmət edəcək.
 

Gümridəki rus bazası

“Regionda ən böyük – iqtisadi və hərbi baxımdan ən qüdrətli dövlət kimi Rusiyanın boynuna bölgədə sülhü qorumaq məsuliyyəti düşür”.

Rusiyanın müdafiə naziri isə bildirib ki, hələ ki, Gümriyə əlavə S-300 sistemləri gətirmək planları yoxdur.

Sentyabrda Rusiya prezidenti Medvedevin Bakıya da səfər edəcəyi gözlənilir.


 


View 102 saylı hərbi baza in a larger map
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: xalq Haradan: Baki
24.08.2010 12:37
Menim fikirimce rus bize nece salamlayir bizde eyni salami qaytarmaliyig.Neqeder ki,50-50-ye ermeniler ordadir onlarin elinnen bu ish hell oluna bilmez.Bu menim shexsi fikirimdir.

Kimdən: esger Haradan: Baki
23.08.2010 17:14
Belke bizimikiler S-300 evezine Patriot alsinlar ;)
Cavab

Kimdən: xalq Haradan: Baki
24.08.2010 12:50
Esger,oglum rus ele isteyir ki,Azerbaycan varini yoxunu aparsin toksun onun eline,inanki Azerbaycan S300 alan kimi S400 aparib qoyacaqlar ora sonra S500-un hazir olmasi ve novbesi catacaq,ortada silahin alverin pullari ile daha yeni texnikalar ixtsar edecekler.Men dushunurem ki onlardan silah almagimiz duz deyil.
Cavab

Kimdən: Brejnev
24.08.2010 09:03
petriot-u sene kim satir ki?

Hec kim

Kimdən: ölü adam
23.08.2010 13:17
Ay mıllet axı 5000 neferlık bır rotanın neyınden qorxursuz,o silahların hamısından bizde de var.Esas odur ki ürek olsun vuruşmağa.Sizi bilmirem amma men müharibe olan kimi könüllü orduya gedecem.Mübarize uğur getiren ele onun üreyi idi de.Yoxsa o qeder ermenini nece öldürerdi??Müharibe eden milletin gerek önce müharibe ezmi olsun.Onda zefer bizimledi.Düşmene qalib gelmek isteyen gerek 1ci özüne,qorxusuna qalib gelsin.İnanın o silahlar boş şeydi.Esas ezm ,irade ve taktikadır.Biz her şeyden önce gerek Qarabağı hakimiyyetden teleb edek.
Cavab

Kimdən: Anar Haradan: Orenburq
24.08.2010 23:40
eyer bizim elimizdeki silahlarin bir qismi chehcenlerde olsaydi ruslara dunyani dar ederdiler.bizse ovuc ichi qeder diganin elinde bu silah var bizde niye yoxdu deyib dururuq.

Kimdən: Adalat Haradan: estonia
22.08.2010 13:41
Pis olmaz ki Vätänä gäländä bizi az incidälär!Gömrüydä yolda polis vähsi kimi õzin aparmiyä.Vätänä gäländä gõrürsän ki bu problemlär xaricdä yašayanlari daha tsox maraglandirir!yaxsi olar di ki Nazim Ibrahimov bizim problemlärlä daha yaxindan maraglana. Yoxsa 60 avro ušagli bõyüklü viza pulu.Hansi millet vetenine gedende bu gädär viza pulu verir .Sonra orda da soyurlar "kak vraga naroda"

Kimdən: Mamed Haradan: USA
22.08.2010 05:25
Ermeniler Türkleri nasıl katletti 1 - Emperyalistlerin maşaları katildir

Kimdən: Azer Turkden Haradan: Bakidan
21.08.2010 16:30
millet bir az da kechse Rusya bashdakilari ele alib yene bizi ishgal edecek ozu de muharibesiz filansiz, qiymeti sonsuz baha olan musteqilliyimiz itire bilerik , hami bir nefer kimi iqtidardan teleb etmelidir, biz birinci hucum elemeliyik torpaqlarimizi qaytarmaq ugrunda doyuwun vaxti choxdan chatib, artiq qetiyyetli addimlar atilmali , turkiye ile, dger olkeler ile ciddi danishiqlar aparilmalidir ki, muharibeye topraqlarimizi geri qayatrmaga bashlayiriq bu yolda bize komek olsunlar,
bizi xarici siyasetde oz sozumuzu dedik, qebul da etdiler ki, Qarabag Azerbaycanindir, muharibeni bawlamaga da haqqimiz var, sulhe de getmeye hair olduq, indiye qeder olan danishiqlari heche endirdiler indi meqamdir.

Kimdən: TURAN Haradan: NAXCIVAN
21.08.2010 13:37
Rehmetlik E.Elcibeyin dediyi kimi olmalidir. TEBRIZ azadliga cixmayinca Rus basqisi davam edecek.
Biz bu birlesmeye nail olmadiqca AYI istediyi kimi ozunun hegemon oldugunu gosterecek.
Ermenileri blokada veziyetine getirmek lazimdir.
Turkiye ve Azrbaycanin birlesmekden basqa yolu yoxdur. TURAN ucun zemin hazirlanmalidir.
Cavab

Kimdən: Azer Haradan: Baki
31.08.2010 11:08
raziyam

Kimdən: ruslan Haradan: baki
21.08.2010 12:01
yalniz iki soz - N.A.T.O ve avropa

Kimdən: azerbaycanli-naxcivanli Haradan: bakidan
21.08.2010 11:10
Ay sadelovh xalq! Ruslar Pyotrun vasiyyatina sadiq qalirlar, medvedey yox zaycev da galsa bu siyaset deyishmayacak. bazalar ona gore ordadir ki, sabah siyasi proseslarda har hansi ciddi daysihiklik bash versa (masalan ABS parcalansa, yaxud da SSRI nin dagilmasi kimi muhum 1 hadisa bash versa ) derhal qarishiqliqdan istifade edib yenidan azerbaycanin 1 hissasini ishgal edib fars korfezina cixmaq. Guya qarabagi ermani digalari ishgal edib? onlarda ela guc var? Ermanilar kecan aylarda azerbaycan turkiya munasibatlarinin istilashmasini hiss edib derhal aramizi vurmaga calishdilar, qisman da nail oldular. bayragimizi ayaqyoluna atib videoya cakdilar, efira buraxdilar. BIz isa bir dafa da olsun ermani rus qardashligina qarshi hec na etmamishik. Yatin yatin yatin millatim! Na qadar ki biz tariximizi, kecmishimizi unuduruq onu tazadan yashayacayiq.

Kimdən: Azərbaycanlı Haradan: Azərbaycandan
21.08.2010 11:05
Ermənistanı təkcə Rusiya müdafiə etmir. Bəs neçə illərdir Qəbələ RLS-i kimin təhlükəsizliyini təmin edir? Əlbəttə ki, ermənilərin. Bizim torpağımızda olan bu stansiyadan niyə ruslar bizə qarşı istifadə etməlidirlər. Niyə Qəbələ RLS üzrə ruslarla bağlanılan müqaviləni ləğv etmirik? Rusiya-Ermənistan arasındakı son sovdələşməyə cavab olaraq bu ən yaxşı variant olardı. İş o yerə çatıb ki, Rusiya bizdən soruşmadan RLS- gah Amerikaya verir, gah da digər variantlar işlədir.Ruslar Qəbələ RLS-dən rədd olub getməlidirlər!!! Bir stansiyanın ki, əsas heyəti ermənilərdən ibarətdir, onda onun kimə xidmət etdiyi gün kimi aydındır.Sovetlər dağılandan sonra bu cür stansiyanı Pribaltika əhalisi 3 gün ərzində darmadağın etdi. Biz niyə bu cür təhlükəli stansiyanı saxlamalıyıq?
Digər tərəfdən, erməni qələt eləyir, rus da üstəlik. Biz Dağlıq Qarabağa hücum etsək, Ermənistanı təhlükə altına almış olmuruq. Yəni Dağlıq Qarabağ nə vaxtdan Ermənistan olub.Rusun ermənilərə verdiyi silaha gəldikdə isə, o silahların Dağlıq Qarabağda heç bir effekti yoxdur. Dağa. meşəyə tank çıxardacaqlar? Mubariz kimi mərd oğullarımız sağ olsun. Erməniləri bir gecədə məhv edərik. Sadəcə olaraq, keçinin buyunuzu geyişir, ölüm istəyir.Onu da ki, dığalar tezliklə görəcəklər.
Səhifə (3)
    Növbəti