Cümə axşamı, Oktyabr 23, 2014 Bakı vaxtı 10:07

Verilişlər / İslam və demokratiya / İslam nə deyir?

Ramazanda əsas orucdur, yoxsa..?

x

Multimedia

Səs
Ramazan ayı müsəlmanlar üçün niyə belə böyük önəm daşıyır? Ən əhəmiyyətli olanı nədir – namaz qılıb oruc tutmaq, yoxsa həm də xeyirxahlıq etmək? AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «İslam və demokratiya» verilişinin bu dəfəki mövzusu məhz Ramazan ayının xüsusiyyətlərinə həsr olunub.

BİRLİK VƏ YARDIMLAŞMA AYI

«İslamevi.az» portalının rəhbəri, ilahiyyatçı Yaşar Qurbanov deyir ki, Ramazan sadəcə oruc tutulan ay deyil. Qurani-Kərimin nazil olduğu bu ay həm də müsəlmanlar üçün birlik, sosial yardımlaşma, kasıbları sevmək, şəfqət hissinin daha da artması ilə səciyyələnir.

İçərişəhər Cümə məscidinin axundu Surxay Məmmədli isə Ramazanı insanın özünü dərk etməsi ilə əlaqələndirir.

«İnsan özünü dərk etməsə, Allahı da dərk edə bilməz. Bu ayda insanlar daha səbrli olur, bir-birilərinə qarşı mehriban olurlar, yaxınlarını ziyarət edirlər».

ORUCLUQDA İDMANÇILARA GÜZƏŞT YOXDUR

Surxay Məmmədli deyir ki, İslam zor, icbari din deyil. Ona görə də oruc tutmaqda bəzi istisnalar var – bir sıra xəstəlik daşıyıcıları, südverən analar və s. Amma hansısa yarışda iştirak edən idmançılara bu hala aid etmək olmaz.
"İslamevi.az saytının rəhbəri Yaşar Qurbanov və Cümə məscidinin axundu Surxay Məmmədli


«Ən böyük yarış allahla bəndə arasında olan yarışdır. Ramazan məhz yarış ayıdır. Yaxşı olardı ki, hansısa çempionatda iştirak edən idmançı öz gücünü, enerjisini məhz Allahın hüzurunda, Ramazan ayında itirsin. O, yalnız Allaha yaxınlaşdıqca arzuladığı yüksək zirvələrə çata bilər».

GÜNÜN ALTINDA İŞLƏYƏN FƏHLƏ ORUCU AXŞAM TUTA BİLƏR

Yaşar Qurbanov isə çox isti havalarda bir sıra peşə sahiblərinə güzəşt edilə biləcəyini istisna etmir. Misal kimi qızmar günün altında tikintidə işləyən fəhlələrdən danışır:

«Əgər bu insan işini axşam görə bilmirsə, üstəlik oruc tutmalıdırsa, onda bəzi alimlər bu adamlara orucu axşam tutmağa icazə veriblər. Tuta bilməyəndə bir gün fağırı doyuzdurur».

HEÇ BİR ƏMƏL ORUCU ƏVƏZ EDƏ BİLMƏZ

Orucu hansısa savab əməllərlə əvəz etməyə gəlincə, Surxay Məmədli deyir ki, bu, mümkün olan iş deyil. Çünki müsəlman üçün namaz kimi oruc tutmaq da mütləq qoyulan bir əməldir.

«Dünyada nə qədər yaxşılıqlar edilsə, nə qədər orucun yerini verə bilməz. Normal və sağlam insan oruc tutmayıb, onu müəyyən xeyirxahlıqla əvəz etmək istəyirsə, bu, mümkün deyil. O, axirət günündə bunun soruşduğunu verəcək. Nə qədər yetim qarnı doyuzdursa belə, nə qədər yaxşılıq etsə də, onun əvəzini vermək olmaz».

ZƏKAT VERMƏYƏNLƏR BÖYÜK SAVABDAN MƏHRUM OLUR

Yaşar Qurbanov söyləyir ki, bunun əksini etmək də düz deyil. Yəni, əgər insan oruc tutub namaz qılırsa, amma xeyirxah əməlləri yoursa, onda buna görə də cavab verməli olacaq. Çünki Allah dərgahında yüksəlmək üçün kasıblara əl tutmaq lazımdır:

«Buyurulur ki, o kəslər ki, mal-dövlətlərindən zəkatlarını vermirlər, bu, onlar üçün əzaba çevriləcək. Belə insanlar böyük bir xeyri itirirlər. Çünki Allah dərgahında ən sevimli əməl – bir müsəlmana sevinc gətirmək, onun borcunu vermək, sıxıntısını aradan qaldırmaqdır. Bunu etməyənlər böyük savabdan məhrum olurlar».

FİTRƏ ƏVƏZİ 3 KQ BUĞDANIN PULU VERİLİR

Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyir ki, Quranda namazdan söz açılan yerlərdə mütləq zəkatın da savabından danışılır. Ramazanda zəkatın bir növü – fitrə verilir. Əgər insan orucluq zamanı öz nəfsini saxlamaqla fərdi savab qazanırsa, ictimai baxımdan fitrə zəkatının çıxarılması ilə savab qazanır.

«Fitrə zəkat bir sıra ərzaqlardan, adları hədislərdə qeyd olunan ərzaqlardan 3 kq miqdarında verilməsidir. Ailənin hər bir üzvü adından 3 kq xurma ya buğda, düyü, arpa, kişmiş və s. bu kimi ərzaqlardan verilir. Yaxud da 3 kq buğdanın pulu çıxarılır».

Hacı Şahinin sözlərinə görə, fitrəni Ramazan bayramından bir neçə gün öncə çıxarmaq vacibdir. Fitrə ilə bağlı xüsusi şərt yoxdur. Sadəcə çalışmaq lazımdır ki, bu pulu haram işlərə xərcləməyəcək insanlara verəsən.
Şərhləri sırala
Yaz (87)
Səhifə (5)
Kimdən: Adil Haradan: Bakı
25.08.2010 12:23
Kəmsavada!
Ay Kəmsavad bu qədər də görməməzliyə vurmayın özünüzü. Kişi (Dawkins) bütün dünyanın qarşıında çıxıb etiraf elədi ki, Yaradılış var! Bunu siz necə görməyə və eşitməyə bilərsiniz?? Özü də Yaradılışı sadaladığın kitabları yazandan sonra (Kor saatçı-1986, Tanrı yanılğısı-2006, Gen bencildir-1976, Bir Şeytan'ın Papazı-2003-cu ildə) etiraf etmişdir. Çünki buna alternativ yoxdur! Harun Yəhya 13.10.2009 tarixli The Times qəzetində Riçard Dawkinsi elanla debata çağırmışdır. Əgər Dawkins əmindirsə özünə, niyə debata çıxmadı - Harun Yəhyanın qabağına? Çünki məhv olacağını bilir. Amma gedib məktəblərdə uşaqlarla, rahibə və rahiblərlə iş aparır. Harun Yəhyanın təkcə "Yaradılış atlası" kitabı onun bütün arzularını və planlarını alt-üst etmişdir. Əgər oxumusansa Dawkinsin kitablarında ən çox nə təsir eləyib sənə? Allahı inkar? Təkamül nəzəriyyəsi? Əlbəttə bunlar.
Mənə yazırsınız: "qaldı ki, proton-ruh söhbətinə o sənlik deyil. burax bu söhbətləri harunun müridləri eləsin."-Ay kəmsavad, bəlkə belə deyil? Bəlkə proton da yoxdur? Niyə söhbətdən qaçırsınız? Və ya bəlkə sizin fikrinizcə gördüyümüz, danışdığımiz, daddığımız, eşitdiyimız, iylədiyimiz, toxunma hissimiz, ümumiyyətlə, “xarici dünya” müvafiq orqanlar vasitəsilə beynimizə çatan “elektrik siqnallarının cəmi” deyilmi. Bəlkə belə deyil? Amma yox, yenə cavab verə bilməyəcəysən, çünki müridiniz Lenin deyib və tapşırıb bu söhbətlərə girişmiyin, yoxsa batarsınız! Qızıl kəsim (zolotoe seçenie, altın oran), simmetriya da yoxdur? Tək bir proteinin təsadüfən meydana gəlmə ehtimalı “SIFIR”a bərabər deyil? Amma deməyin ki, təsadüfdür! Təsadüf və ya təbii yolla hər hansı obyektin dəqiq riyazi qanunlara əsasən öz-özünə ortaya çıxmasını iddia etmək məntiqsizlikdir. Bəlkə belə deyil? Cavab verin: Ya „hə“ , ya „yox“. Siz haradan biləsiniz axı bunları, Dawkinsin, Leninin utopiyalarla dolu kitablarından ayrıla bilirsiniz ki…Xahiş edirəm, dediklərimi ya təsdiqləyin, ya da inkar etdin. Amma söhbətdən qaçmayın! Bircə dənə hüceyrənizi idarə edə bilirsiniz mi? Və ya hüceyrənin fəaliyyətində kiçik bir təsirə maliksiniz mi? Və ozünüzü də çoxbilmiş hesab etməyin. Əgər Allahı tanımağı gerilik, elmsizlik kimi qəbul edirsinizsə, tam yanılırsınız! Çünki müasir elm yaradılışın tərəfindədir. Çünki hər şey: Kainatdan tutmuş mikroaləmə qədər dəqiqiq bir nizamla işləməkdədir. Ümumiyyətlə din və elmi bir birinə qarşi qoymağinizi başa düşmürəm. Quran kəlməsinin bir anlamı “Oxumaq” deməkdir. Quran ayəsi insanların elm yarışına başlamalarını istəməkdədir. ELM ÖYRƏNMƏKLƏ IRƏLI GEDIB ALLAHIN VARLIĞINI NECƏ HƏR ŞEYI MÜKƏMMƏL YARATDIĞININ ŞAHIDI OLURSAN. Siz yəqin din dedikdə bizim mollalar, yasda şivən qoparan ağı deyənlər, nəzir qutuları, üzərlik və s. yadınıza düşür. Amma bu xurafatçı insanlar dinə ancaq xələl gətirirlər, din, Allahın mövcudluğu bu deyil əzizim. Dünyada artıq "Design" teoriyası daha dəbdədir və günü gündən tərəfdaşları artır. Belə olmasaydı Dawkins və bir çox ateist-təkamülçülər etiraf etməzdi yaradılışı. Amma çox gözəl bilirsiniz ki, bunlar həqiqətdi, mövhümat deyil. Əsl mövhümat təkamül nəzəriyyəsidir, materializmdir. Bir misal gətirirəm yenə, elmi komunizmin əsasını təşkil edən dialektik materializmə nəzər salsanız, ordada özləri deyilirki təsadüf zərurətdən irəli gəlir. Yəni bir şey zəruridirsə olacaq mənası çıxır ki, bununla da dialektik materializm özü-özünü çürüdür.
-Yazırsınız ki, „Bu qafayla, bu düşüncəylə internetle, mobil telefonla, bir sözlə son texnologiyayla necə ayaqlaşa bilirsən. qəribədir ??????????“ –- - Əgər qafanız digərlərinkindən çox fərqlidirsə yuxarıda dediklərimi ya təsdiqləyin, ya da inklar edin. Əgər cavablandırsanız kommentimi söhbətdən qaçmayın. Yenə başqa yola əl atsanız, deməli siz də dolayısıyla yaradılışı qəbul etmiş kimi hesab olunacaqsınız.
Cavab

Kimdən: Anar
25.08.2010 13:20
1. Yalan islamda haramdi: Dawkins yaradilish var deye etiraf etmeyib.

2. Dunya seviyyeli alimin shizofrenik yahyanin debat cagirishina menfi cavab vermsi normaldir.

3. "Yaradilish atlasi" -ni ciddiye alan elmi gurum yoxdur.

4. Protein-in birden bire tesadufen meydana gelmesi ehtimali 0-dir. lakin tekamul onsuzda bunun bele oldugunu iddia etmir.
Cavab

Kimdən: Adil Haradan: Bakı
25.08.2010 16:08
1. Dawkinsin etirafi: http://www.youtube.com/watch?v=ghnq4_bfcmQ və http://www.youtube.com/watch?v=MqfeEHbq6pM . Diqqətlə bax və dinlə.
2. "Dunya səviyyəli alim" Dawkins təkamül nəzəriyyəsi və ateizm barədə uşaqlarla mübahisələr etməsin, gəlsin ən azından 250-dən çox kitab yazmış Harun Yəhya ilə mübahisə eləsin. Əslində o qorxur. Birdə unutmayın - Darvin alim olmayıb, o adi naturalist olub. Hər yerdə də belə yazılır “Tanınmış həvəskar-naturalist Ç.Darvin. Təkamül NƏZƏRİYYƏDİR, elmi təsdiqini tapmayıb.
O ki qaldı şizofreniya məsələsinə hər kəsə böhtan atıla bilər. Harun Yəhya 1985-1986 illərdə "Türk Millətindənəm, İbrahim ümmətindənəm" sözündən ötrü 9 ay həbsxanada, daha sonra da 10 ay Bakırköy Akıl Hastalıkları Hastanesi’ndə saxlanılmışdır. Əslində onu Ateizm, Darvinizm və digər "izm"-lərlə mübarizə apardığına və ifşa etdiyinə görə həbs etmişdilər. Lakin 2000-ci ildə GATA (Gülhane Askeri Tıp Akademisi) tərəfindən tam sağlam olduğuna dair rapor (arayış) verilmişdir və bunun böhtan olduğu ortaya çıxmışdır.
3. "Yaradilish atlasi"-ni ciddiyə almayan elmi qurum və dərgilər məsələn, New Scientific, National geographic kimi məhşur jurnallarda insanın uydurma əcdadını əks etdirən xəyali meymunabənzər məxluqların rəsmləri göstərməklə insanları aldadırlar. Həmin şəkillər isə tapılmış bir diş, ya barmaq sümüyü, tük və s. əsasında təsvir edirlər. Təkamülçülər alim olmayan birisinin (darvinin) dediklərinə uyaraq, uydurma şəkillərlə kitablarlar və jurnallar buraxıb, o şəkillərin heç bir elmi esasi yoxdur. Bunu inkar edə bilməzsən ki... Sadəcə yalançı təbliğatdır. Qoy oxuyanlar da agah olsun. Amma 770 səhifəlik və dünyanın təxminən 60 dilinə tərcümə olunmuş «Yaradılış Atlası»nda hamısı faktlardır, milyonlarla il əvvəl yaşamış canlıların fosilləri (kitabda onların adı, nomrələri, tapıldığı və saxlandığı yer də ğöstərilib) və milyonlarla ildə heç bir təkamülə məruz qalmamış həmin canlı növlərinin şəkilləri. Əgər yalan olsaydı onda həmin kitabın yayılmasına və çapına qadağa qoyulardı.
4. Yazını Diqqətlə oxu! "Tək bir proteinin təsadüfən meydana gəlmə ehtimalı" yazılıb, Təsadüfən, yəni təkamül nəticəsində. “birdən-birə” yazılmayıb orada. Hüceyrə demirəm, bircə dənə protein yaradın mən həmin günü ateist oluram! Təkamülçülər bəzi əsas və təməl prinsipləri görməməzliyə vururlar. Bunlardan biri də Hüceyrənin əsaslarından biri olan proteinlərin (zülal molekulu) təsadüfi olaraq yaranması mümkün deyil. Mən bunu uzun-uzadı yazmıram, özünüz google-dan axtarış verib tanış ola bilərsiniz. Amma birini yazıram, diqqətlə oxuyun: "Bircə zülal molekulunun təsadüfən nizamlanması ehtimalı dünyadakı bütün atomlardan istifadə edərək və dünyanın başlanğıcından etibarən keçən bütün vaxt sərf edilərək 10 üstü 161-də 1-ə bərabərdir... Ən kiçik nəzəri həyat üçün lazımlı 239 zülal molekulunun ən kiçik ölçüdə zəncir əmələ gətirməsi ehtimalı 101 üstü 119.879 –da birdir. Bu təxmini zülal zəncirini əldə edə bilmək üçün 10 üstü 119.841 il keçməlidir. Bu, Yerin fərz edilən yaşından 10 üstü 199,831 dəfə çoxdur və 1-in yanına 119.831 dənə sıfır əlavə edilməsi ilə ifadə edilir." Amma bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq, kompleks quruluşa malik canlı hüceyrə əldə etmək mümkün deyil. Sizin iddia etdiyiniz təkamul nəzəriyyəsi isə dəmirin, plastik maddələrin, yanacağın təsadüfən bir yerə gələrək Ferrari avtomobilinin yaranmasına bənzəyir. Hüceyrə demirəm, bircə dənə protein düzəldin mən həmin günü ateist oluram!

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
24.08.2010 23:34
Əgər bir quruluşun ki,adı B A Z A R iqtisadiyyatıdır bu quruluşda ,əxlaq adına hec nə ola bilməz....fikir verin azəri qadınlarını ən cox hansı ölkələrə daşıyıb aparırlar: -- Turkiyə,BƏƏ ( Dubay ),hər ikisidə MUSƏLMAN ölkəsi....narkotik haradan gəlir:-- İran,Əfqanıstan,hər ikisidə MUSƏLMAN ölkəsi.....məncə duşunməyə dəyər.

Kimdən: kəmsavad
24.08.2010 23:18
@Mübariz,

sən mübariz olduğuna görəmi adını doğulan kimi Mübariz qoyublar?

isim başqa,sifət başqa.
sən dediyin misalda Allah rəhimdir, rəhmandır bunlar Allahın sifətləridir. Necədir sualına cavab verən Allahın sifətləri.
Misal üçün: Allah təkdir (əkbər), ucadır, mərhəmətlidir, bağışlayandır, asandır, kəsəndir, vəs.

PS. Mübariz, deyəsən kalori sözünü yeni eşitmisən. ona görə də basıb bağlayırsan. Almaniyada yaşadığına görə sənin üçün çətin olmaz, aldığın ərzaqların arxasına baxsan həmin ərzaqda nə qədər kalori olduğu mütləq qeyd olunur. Yumutanın kalorisi lap çoxdur.
Ən əsası da odur ki, hər bir insan yaşına və çəkisinə görə gündə nə qədər kalori almağını bilməlidir.
Kalori qaymaq deyil. qaymağın özündə isə kalori var.


adı isə Allahdır. isimdir.

Kimdən: Mübariz Haradan: Almaniya
24.08.2010 21:13
Burda bezileri oruc tutmagin zererli oldugunu iddiya edirler. Hette bir hekim de öz sherhinde orucun zererli oldugunu iddiya etmishdi. Men düneneri öz hekimimden orucun zererli olub olmadigi haqqinda sordum. Birincisi dedi oruc tutmaq sizin dininize mexsus olan bir sheydir . Sonra ise orucun hech bir zererinin olmadigini söyledi sadece axsham orucu acharken chox yememeye diqqet edilmesi lazimdir dedi. Kolorin(qaymaq) her yemeyin özüne mexsus kolorisi var bu otdardada var yarpaqlardada etdede ve s. eses yeyeceklere dad veren ele kolorindir(qaymaqdir) bizim azerbaycanli hekimse ne ise bunu yaxshi yaxshi achiqlamadi. Choxlu meyve memek lazim oldugunu söyledi. Ele meyveler var ki onlardada choxlu kolorin(qaymaq) var bunlarin biri banan. Bananda chox kolorin(qaymaq) oldugunu balaca ushaqlarda bilir.
@Kemsavad
Bu da sizin sorunuz ''Dünyanın yiyəsi dediyiniz Allah niyə belə ayrı seçkilikedir ki''? Ne ayri sechgiliyi edirmish. Onun bir adir RAHMAN'dir(dünyada bütün qullara merhamet edendir). Bir adida RAHIM'dir(axiretde yalniz mümünlere merhamet edendir) yeqin ki sorunuza cavab tapa bildiniz. Deyecekseniz axiretde bes basqalarina neden merhamet etmir. Geri qalan sualarnizida axiretde Allah(celali ucaya) vererseniz.
Cavab

Kimdən: Anar
25.08.2010 13:23
Kolorin nedi? Kalori demek isteyirsen? :D


Kimdən: hekari Haradan: baki
24.08.2010 17:29
Ağır işdə işləyən şəxsə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.
Əgər bir kişi ailəsi, uşaqları üçün ruzi qazandığından oruc tutmamışdırsa həmin insan orucu tərk edərkən Təvil edib fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil, bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə bu haqda alimlər deyirləri ki, "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.


Cavab

Kimdən: kəmsavad
24.08.2010 19:02
@Hakari,
öz yazdıqlarını özün başa düşdünsə oğulsan.

bir şey başa düşən varsa xahiş edirəm anlatsın.
Cavab

Kimdən: Amil
06.09.2010 11:36
Onu yagshi basa dusdum. Sene basha salim. Cox kitab oguyan sexs yeni ki, dunya elmini yagshi bilen kes (men guman edirem sende o shexslerdensen) dushunurler ki, Qurani Kerimi her bir kitab kimi insan yaza biler ve bele insanlar islami qebul etmesi cetin olur. Men sene meslehet gorurem Qurani bir defe oxu. Allah hidayet versin.
Cavab

Kimdən: agir ishde ishleyen
24.08.2010 19:00
icaze ye chixmag nedir e???

Ish beyem shexshi baggal dukanidir ki, istediyin vaxt "icazeye chixasan ve ya dukanin gapisini gifillayib, namaz gilasan??

Sen ne yazdigini bilirsen ay dinbaz?
Cavab

Kimdən: Amil
06.09.2010 11:41
Agir ishde ishleyen
eger agir ishde ishleyirsen ve icaze ala bilmirsense bil. Illerle ishi olmayanlar var. Gunllerle yemek yemeyenler var. bir nece saat ac qalmaq nece cetin bir seydir. Bes indi senin ishin olmasa sen oruc tutacaqsan? Bes eger yemeye bir quru coreyin olmasa nece acliga dozeceksen? Sen derk elemelisen ki, oruc tutmaq ac qalmaq deyildir. Allah hidayet versin

Kimdən: kəmsavad
24.08.2010 17:13
@Adil:
"Hətta dövrümüzün ən böyük və ən tanınmış ateistlərindən olan təkamülçü bioloq Riçard Doukins yaradılış həqiqətini etiraf etmişdir"

Adil, Riçard Dawkinsin adını HY nın youtubdeki videolarından eşitmisən. Amma onun əsərlərini şəxsən oxumamısan.
1. Kor saatçı
2.Tanrı yanılğısı
3. Gen bencildir
4.Bir şeytanın papazı və s.

düzdür bu kitablar sənin paltar sabunu qiymətinə aldığın hədis kitablarından çox bahadır. amma heç olmasa birini al oxu və Dawkinsi özün şəxsən tanı.

@Adil:"Heç alma yeyəndə bir dəfə də olsa düşünmüsünüzmü qara torpaqdan necə nemətlər çıxır? Bu həqiqətləri bildiyimiz halda niyə belə təkəbbürlənirik, lovğalanırıq və düşünmədən danışırıq?

Adil, qardaşım bilirsən mənə qəribə gələn nədir. Bu qafayla, bu düşüncəylə internetle, mobil telefonla, bir sözlə son texnologiyayla necə ayaqlaşa bilirsən. qəribədir ????????????-


sonra yazırsan ki, Allaha inanmayanlar, leninə, marksa, darvinə inanırlar.

Bəs dünənə kimi, deyirdiniz ki, leninin, marksın fikirləri hamısı qurandan götürülüb. indi bu nə razvarotdur belə.

qaldı ki, proton-ruh söhbətinə o sənlik deyil. burax bu söhbətləri harunun müridləri eləsin.

@Abdussaməd, nikini bundan sonra düz yazaram. bir səhv idi oldu.
əhalinin sayında haqlısan. Heç bu barədə info almaq üçün wikipeddən də istifadə etməmişəm. Sağ ol. Belə səhvlərimiz olanda bir birimizə demək çox gözəldir.
deməli hesab belə olmalıdır. 7-1,5= 5,5 qeyri müsəlman.

Kimdən: azer Haradan: Baki
24.08.2010 17:00
alam aleykum eziz muselmanlar.

Keçen hefte xezer tv-nin xezer xeber verilishinde bir sujet getdi. Rayonlarin birinde qazla ehtiyatsiz
davranish neticesinde partlayish bash vermishdir. Bunun neticesinde iki azyashli qiz ushaqi ciddi beden
xesaretleri almish ve analari dunyasini deyishmishdir. qizcighazlardan biri demak olar tamam yanib,bedeni
butun yaniglar ichindedi...Subhanallah! birce gorunushu insani kovreldir... Atalari da hebsdedir...
qohumlarindan bibisi yanlarinda olur, onlara baxir...Yazix ushaq charesiz uzanib charpayida imkanli
shexslerden ona yardim etmesini isteyirdi...
Dunen xezer televiziyasi ile elaqe saxladiq ve qizin bibisinin nomresini ala bildik... Melum oldu ki, Bakida
5 nomreli xestexanada yaniq shobesinde mualice alir. Ketdik yanina... bir gardash sagh olsun pul verdi
komeklik eledi... ushaghi gorduk...
Eziz muselmanlar bu mubarek Ramazan ayinda bu qizcighaza kimin ne imkani olsa komek etsin, bu ushaghi
aghrilarla, acilarla tek be tek qoymayin. Unutmayin - sedeqe verenin ehtiyaci sedeqe alandan daha choxdur!

Ushaqin bibisinin nomresi 070 301 99 80 (adini bilmirem)
kim istese 5 nomreli xest-ya gedib ushaqi gore biler.
Allah butun emellerimizi ixlasli etsin!

Farxad Mammadov
055-761-00-00

Kimdən: mutereggi muselman
24.08.2010 12:47
emelli bashli movhumat yayirlar bizim bu din ashigleri!!

Hem deyir, Islam dini icbari din deyil, hem de deyir ki, mutleg bunu, onu etmelidir muselman.

A dinbaz, mesuliyyetli ve dunya migyasli yarisha ve ya ringe chixan idmanchi ac ve susuz chixmalidir ki, ne var ne var, 7-ci esrde hansi sa ereb hansisa erebe "gayda-ganun" yazib goyub ve onu Islam dini adlandirib ve bir chox insanlara siriyib???

Heyif 21-ci esrde de bele cehalet yayan ve onlara zuy tutanlar da var..
Cavab

Kimdən: Məndən Haradan: Zaqatala
25.08.2010 03:38
mütərəqqi müsəlman.............islam dini icbari din deyil demək bilirsən nə deməkdi yəni islamı qəbul etmiyədə bilərsən etməsən kafir olursan cəhənnəmə gedəcəksən yox əgər qəbul etmisənsə o zaman islam dinindəki vacibələri yerinə yetirmək məcburiyyətindəsən namaz qılmaq oruc tutmaq haramlardan uzaq durmaq v.s.v.sairə. ikincisi dediyin o kitab müqəddəs Qurani Kərim kitabıdır. onu heç bir ərəb yazmayıb. O Quran Allahın kəlamıdır Peyğəmbərimiz Muhamməd a.s. -ə Cəbrayıl mələk vasitəsilə çatdırılıb ki müsəlmanlar onunla əməl etsinlər. hər halda başa düşdün. 21-ci əsirdəki cahillik yayanlardan və onlara zuy tutanlardan danışırsan halbuki cahil sənsən Qurani Kərimdə Allah c.c. sənin kimi düşünənləri cahil adlandırır sən kimi cahil sayırsan? məndə heyfislənirəm ki 21-ci əsrdə sənin kimi düşünən cahillər var bir çoxuda burda qarşıma çıxır azadlıq da yəni kaş ki deyirəm heç baxmayaydım bu sayta yazılanlara həqiqətən mən Azərbaycanda belə cahil düşünənlərin kafirlərin bu qədər atıb tutmalarına çox çox təəssüf edirəm.....
Cavab

Kimdən: daimi oxucu
25.08.2010 11:17
etin tokulsun ay "menden",

senin yazi-pozundan lap bisavadlig ve arxaizm goxusu insani lap birteher edir!
Cavab

Kimdən: dinsiz-Allahlı Haradan: Az.-can
24.08.2010 13:43
Həqiqətə çox yaxınsınız!Müsəlman adından imtina,2-ci addım olacaq!
Cavab

Kimdən: Aleksandr Haradan: Baki
24.08.2010 13:24
Salam,

Dostlar men haminizin fikrine hormetle yanashiram ve dushunurem ki bezileriniz ne dediyiniz derk etmirsiziniz bilmirem yeqin yashiniz azdi heyat tecrubeniz yoxdu heyat da az shey gormusunuz sizin kimi insanlar cetine dushendi allaha siqinir ona dualar edir hecne yox sadece bir eserkimi hec dini kitab kimi yox bir eser kimi qurani oxuyun amma sonacan ve telesmeden her sheyi inshallah ozunuz basha dusheceksiniz allaha inanmayanlara da bir xaishim var menumcun bir milcek duzeltsinler oz elleriyle eger bacarsalar o gunen mende oluram ateist cox saqolun
Cavab

Kimdən: Telman Haradan: Azərbaycan
24.08.2010 20:54
Hörmətli Saşa!Din Allahın haqqında və ya onun adindan söylənilən fikirlərin toplusudur.Əgər mövcud dinlərin hamısı bir-birini təkzib edirsə və müxtəlif dinlərin mənsubları yalnız özlərini düz,digərlərini isə yaxsı halda səhv,çox vaxt isə düşmən kimi görürlərsə,bu dinlərin yaradıcısının ALLAH olduğunu iddia etmək Ona qarşı ən yaxşı halda iftira və hörmətsizlik deyilmi?AllAH haqqında düzgün təsəvvürün olması üçün daha çox məntiqlə düşünmək gərəkdir,nəinki dini rəvayətləri oxumaq.Onsuzda Azərbaycanda bizə nağıldan başga heç nə dinlətmirlər,
Cavab

Kimdən: daimi oxucu
24.08.2010 19:06
allaha inanmag ucun "guran" oxumag lazim deyil. Ele xristian ve ya yehudi de allaha inanir amma guran achmir ay agilli!

Bu da teze moddur, dinbazlar burada ozlerine avropa, rusiya, gerb adlari secib oyunbazlig edirler? Aleksandr, Karll Popper, hekari, ne bilim ne!?

yeke kishisen get ozune, hesen adi gotur, huseyn adi gotur, ne gedib gerbin ad siyahisinin ichine durtulursen??

Kimdən: Adil Haradan: Bakı
24.08.2010 11:29
Kəmsavada!
- “Dünyanın yiyəsi dediyiniz Allah...” – buna heç şübhənız olmasın. Bəs bədənində gedən qeyri-ixtiyari proseslər kimin nəzarəti altındadır? Bəlkə bircə hüceyrəndə gedən tək bir prosesə (Qan dövranı, həzm prosesi, hisslər, immunitet kimi prosesləri hələ demirəm) nəzatət edə bilirsiz və ya bundan xəbəriniz olur? Bəlkə səhv deyirəm? Bəlkə siz başqa bir xüsusiyyətlərə malik bədənə sahibsiniz? Götürək içdiyimiz suyu. Onu əvəz edə biləcək şey varmı? Bəlkə o acı olardı, amma içməyədə möhtacıq, onda nə edərdik. Və ya hazır vitamin yığnağı olan rəng-bərəng gözəl görünüşə, dada, ətirə malik olan və qara torpaqdan çıxan tər-təmiz meyvələri. Heç alma yeyəndə bir dəfə də olsa düşünmüsünüzmü qara torpaqdan necə nemətlər çıxır? Bu həqiqətləri bildiyimiz halda niyə belə təkəbbürlənirik, lovğalanırıq və düşünmədən danışırıq?
- Ən böyük ayrıseçkilik salanlar, irqçilər elə Allaha inanmayanlardır. Əslində ateistləri başa düşmək olmur. Guya bunlar heç bir ilaha inanmırlar. Hal bu ki, bunlar Allahı inkar edən cərəyanların, nəzəriyyələrin başçılarına (Darvin, Marks, Lenin) tapınarlar. Dolayısı ilə bütpərəstlikdir ateistlərin dini. Ona görə özlərinə ateist deməsi düzgün deyildir. Hətta dövrümüzün ən böyük və ən tanınmış ateistlərindən olan təkamülçü bioloq Riçard Doukins yaradılış həqiqətini etiraf etmişdir. Çox maraqlı faktdır. Ateistlərdən soruşsan ki, bəs səndə bu şüur və simmetrik bir bədən haradan, bu qusursuzluğu sənə kim əta etmiş? Diyərlər ki bizi kosmosun hər hansı guşəsində Darvinin iddia etdiyi kimi təkamül etmiş bir yüksək sivilasiyalar və ya digər metafizik varlıqlar (ruh, cin ve s.) belə yaradib. Amma düşünməzlər ki, o sivilasiyalar və ya digər metafizik varlıqlar (ruh, cin ve s.) necə yaranıb.
Sonda Siz Materialistlərin çəkindiyi və onu çökdürən həqiqət deyirəm: Beyninizdəki protonlar hər hansı protonla- məsələn, divardakı protonla eynidir. Bu o deməkdir ki, onları bir-biri ilə əvəz etsək, yenə də düşünəcəyik, sevəcəyik, həyəcanlanacağıq. Çünki düşünən, sevən, həyəcanlanan RUHUMUZDUR. Proton, atom və ya MADDƏ deyil...

Kimdən: Abdussaməd Haradan: Bakı
24.08.2010 09:19
Kəmsavad təxəllüslü şəxsə:

Çoxdandı elə "yerdə qalan 8 milyard" yazırsız. Mən belə başa düşürəm ki, siz dünyada 9.5 milyarda insan olduğunu iddia edirsiniz. Amma rəsmi mənbələrə görə ehtimal olunur ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 milyard olacaq. 2.5 milyard insan haradadır onu başa düşə bilmirəm.
Bunu yazmaqda məqsədim nədir? Odur ki, sizin sözlərinizin məsuliyyətini dərk etmədiyinizi hamıya, o cümlədən də sizə göstərməkdir. Siz özünüzü haqlı çıxartmaq üçün yalandan mübaliğədən istifadə etməkdən belə çəkinmirsiniz. Halbuki insan gərək hər dediyi kəlməni çeynəsin sonra ağzından buraxsın, çünki bu kəlmənin məsuliyyətini onun sahibi daşıyır. Siz isə görünür məsuliyyət məfhumunun fərqində deyilsiniz.
O ki qaldı digər şərhinizə:
1. Orada sevgidən söhbət getmir.
2. Zəkat yalnız müsəlmanlara verilir (istisna hallarda qəlbi İslama isinişən insanlara da). Buna görə də orada yalnız müsəlmana edilən yaxşılıqdan söhbət gedir.
3. Sizə məsləhət bilirəm ki, bir daha bilmədiyiniz şeylər haqqında şərh yazmayın. İnanın mənə bu sadəcə sizin üçündür, çünki belə şərhlərlə siz özünüzü nüfuzdan salırsınız.

P.S. Sizdən xüsusi bir xahişim var: Mənə müraciət edərkən adımı düzgün yazın - yəni "AbdussamAd" yox "AbdussamƏd".
Səhifə (5)

Müzakirəyə sən də qatıl!

İslamda baş kəsmək və əsirlər

Özünü cihadçı elan edən terrorçu təşkilatların dinc sakinləri girov götürüb başlarını kəsməsini İslamla əlaqələndirməsi nə qədər doğurdur? İslam nə deyir?

81 şərh

Səda dayi: Azadliq radiosunun facebook sehifesinde bir ISID-ci fexrle,<davamı

Azadlığın arxivindən - 2013

Suriyadakı azərbaycanlı döyüşçülər

Suriyada vuruşan azərbaycanlılar

Müxtəlif məlumatlara görə, Suriyada Bashar Assada qarşı islamçı yaraqlı dəstələrində 60-270 arası azərbaycanlı vuruşur, və 2 ildə 30 nəfəri həlak olub davamı

İslam haqda bildiklərini yoxla!

Question image

Bu, dindir, ya mövhumat? (Viktorina)

Gündəlik həyatda rastlaşdığımız bir çox alışqanlıqlar, davranışların dinlə - İslamla bağlı olduğunu düşünənlər çoxdur. Bunların hansıları həqiqətən islama söykənir, hansıları isə sadəcə mövhumat və ya başqa şeylərlə bağlıdır? Biliyinizi yoxlayın.

BUNLARA DA BAX