Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:29

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

Amerikada məscid davası qızışır

Avqustun 22-də Nyu-Yorkda məscidin tikintisinə etiraz edənlər
Şriftin ölçüsünü dəyiş - +
Nyu Yorkda, vaxtilə Dünya Ticarət Mərkəzinin Əkiz qüllələri dayanan yerin yaxınlığında son vaxtlar tez-tez etiraz aksiyları keçirilir. Bu dəfə, bazar günü iki aksiya birdən keçirilirdi. Qarşı tərəfləri bir-birindən ancaq polis kordonları ayırırdı.  Aksiyaçılardan bir qrupu “Məscidə yox” qışqırıdı, digəri isə “irqçiliyə yox”. AP-nin xəbərinə görə, polis əlbəyaxa qarşıdurmanın qarşısını güc-bəlayla alıb. Amma söz davasına, qarşı tərəflərin bir-birinin üstünə qışqırmasına, bir-birini təhqir etməsinə mane ola bilməyib. əllərində islamı təhqir edən plakatlar olanlar isə olay yeirnə gəlmədən zərərsizləşdirilib.


DÜNYA TİCARƏT MƏRKƏZİNİN XARABALIĞI YAXINLIĞINDA MƏSCİD?
Bütün bu səs-küy isə 11 sentyabra qədər “Əkiz qüllələr”in dayandığı, yerlə yeksan olduğu üçün “Ground zero” adı verilən yerin yaxınlığında İslam Mədəniyyət Mərkəzinin tikilməsi planları səbəb olub. Kordoba mərkəzinin 100 milyon dollarlıq layihəsinə görə, burda tikiləcək mərkəzdə məscid, mədrəsə, kitabxana, üzgüçülük hovuzu, sərgi kompleksi olacaq.

Mərkəzin tikintisininə artıq Nyu York şəhər meriyası icazə verib. Prezident Barak Obama isə tikintinin əleyhinə çıxanlara hələ 10 gün əvvəl cavab vermişdi.

Demişdi ki, Həm bir vətəndaş, həm də bir prezident kimi inanıram ki, bu ölkədəki hər bir kəs kimi müsəlmanların öz dinlərinə etiqad etmək hüquqları var. Bu hüquqa ibadət evi və ya icma mərkəzlərinin özəl torpaqlarda, aşağı Manhettendə tikintisi də daxildir. Yerli qanun və qaydalara uyğun olaraq. Bura Amerikadır və bizim dini etiqad azadlığıyla bağlı öhdəliyimiz sarsızlmaz qalmalıdır”.


MƏSCİDƏ ETİRAZ EDƏNLƏR NƏ DEYİR?
Amma bu ərazidə məscid tikilməsinə qarşı çıxmadığı üçün bəziləri Obamanı satqınlıqda da itiham edir. Həttə bazaar günkü aksiylar zamanı “birinin ki atasının adı Hüseyn olsun, ondan nə gözləyirsiz”- kimi fikirlər səsləndirənlər də var idi.

Etirazçıların arasında 11 sentyabr hadisələrinə həlak olanların yaxınları da var. Respublikaçıların vitse prezident namizədi Sara Peylinin başçılıq elədiyi bir qrup mühavizəkar siyasətçinin də dəstəklədiyi kampaniyaya qatılanlar əkiz qüllələrin yerində məscid tikilməsini terrorçuların qələbəsi və həlak olanların xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər.

Belələri Nyu York meri Maykl Blumberqdən tikintiyə icazə verməməsini istəyirdilər. Amma meriyanın torpaq komitəsi də ərazidəki köhnə binanın yıxılıb, yerində mərkəz tikilməsinə etiraz etmədi.

Avqsutun 22-də Nyu-Yorkda məscidin tikintisini dəstəkləyən amerikalıların aksiyası

“MƏSCİD TİKMƏK HÜQUQUNUZ VAR, AMMA BAŞQA YERDƏ TİKİN”
Bu qərarın ardınca yəhudi hüquq müdafiəçilərinin qrupu olan Böhtan Əleyhdarları Liqası bəyanat verib və öncə məscid əleyhdarlarının fanatizmdən uzaq olmağa çağırıb. Liqa bildirib ki, orda məscid tikmək sözügedən cəmiyyətin hüququdur, amma bu düzgün olmazdı. Çünki Dünya Ticarət Mərkəzinin yerində İslam Mərkəzinin tikilməsi orda həlak olanların yaxınları üçün daha ağrılı olacaq.

Avqsutun 23-dəki Nyu-York Tayms qəzetində Karen Hughes da təxminən eyni mövzuda yazı yazıb. 11 sentyabr hadisələri zamanı Prezidenti Buşun komandasında olan yazar müsəlmanlarla özlərini müsəlman adlandıran terrorçular arasında fərq qoyulmasının vacibliyindən, məscid tikmək istəyənlərə qarşı kampaniyanın haqsızlığından danışır. Amma bu mübahisələrə son qoymaq üçün məscidi inşa etmək istəyənlərə başqa yer seçmələrini tövsiyyə edir.

"MƏSCIDƏ QARŞI ÇIXANLARIN PROBLEMİ YER DEYİL"
Bu cür çağırışlarla bağlı olaraq ilk öncə Amerika İslami Əlqaələr cəmiyyətinin sözçüsü İbrahim Huper deyir ki, “içində də məscidi olan İslam Mərkəzinin tikintisinə qarşı çıxanlar, əslində Tennesidə, Kaliforniyada, İlinoysda, Bruklin və ya Steytlıenddə məscidlərə qarşı olanlardır. Sən bir şçey etmək istəyən kimi onlar etiraz edirlər. və hər dəfə də öz dözümsüzlüklərinə təzə don geydiməyə çalışırlar”.


YƏHUDİ TƏŞKİLATLAR MƏSCİDƏ QARŞI KAMPANİYANI PİSLƏYİR
İslam mərkəzinin başqa yerə tikilməsiylə bağlı bəyanat verən Böhtan Əleyhdarları Liqasının mövqeyi isə yəhudi dindarlarını da çaşbaş salıb. Filadelfiyadan olan 76 yaşlı Rabbin Artur Vaskov kimilərinin rəhbərlik etdiyi yəhudi icmaları bəyanat verərək Liqanın yəhudlilərin mövqeyini ifadə etmədiyini və həmin bəyanatın dini dözümsüzlüyü təbliğ etməsinə qarşı olduqlarını bildiriblər.


"AMERIKA KONSTITUSIYASI İSLAMA DAHA ÇOX UYĞUNDUR, NƏİNKİ…"
İslam Mərkəzi layihəsinin müəllifi İmam Feysəl Abdul Rauf isə bu həftəsonu Bəhreynə səfərində deyib ki, bu mübahisələr nəticəsində əvvəl-axır hər kəsin onları daha axyşı başa düşəcəklərinə və əsl islamı təbliğ edəcək mərkəzi tikəcəklərinə ümid edir.

“Əsl islam nədir?” sualının cavabına gəlincə, İmam Rauf deyib ki, "Amerikalıların konstitusiyasında vətəndaşlara verilən hüquqlar islamın prinsiplərinə daha çox uyğundur, nəinki bəzi müsəlman dövlətlərində qoyulan qadağalar".
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
11.09.2010 00:14
Bu məscid tikilməsin deyə bəzi qüvvələr nələrə əl atdılar!Bu ağlasığmazdır ki bir keşiş elə şivən salıb ki,lap gülməlidir.Yəni İslamın nüfuzundan belə qorxurlar?Gah çıxış edib dedi ki "yox məscid tikilsə Quranı yandıraram, sonra dedi ki məscid orda tikilməyəcək mən də yandırmıram Quranı,bir az sonra da bilmirəm hansı cinləri oynadı dedi ki yox yandıracam ki yandıracam" yəni həqiqətənmi bu ABŞ-ın din xadimidir?Bir xristian keşiş daha ciddi olmalıdı məncə.Nəsə.Bu məsələ ilə bağlı bir şeydən əmin oldum.Əlhəmdulilləh ki müsəlmanam və hər yoldan keçəndən din xadimi olmur..

Kimdən: hekari Haradan: baki
08.09.2010 23:20
Allah təalə buyurur: "Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır" (ən-Nisa/136). Məscid tikilməsi ancaq ABŞ da yşayan müsəlmanların hökumətə inamını artıra bilər.Və eyni zamanda çoxdandır hökm sürən anti islam təbliğatının qarşısını ala bilər.Bu həm də İslamın terrorla əlaqəsi olmadığını və ABŞ hökumətinin də terorun dini milliyyəti və əxlaqı olmadığına inanmasını nümayiş etdirə bilər.

Kimdən: traktorist Haradan: Bakı
29.08.2010 00:32
Bu,xilasetmə əməliyyatında həlak olmuş yanğınsöndürənə əbədi məşəl abidəsi ucaltmaq qədər məntiqsiz və mən deyərdim axmaq addımdır...

Kimdən: Santak
28.08.2010 22:55
mescid yerine kitabxana tiksinler, indi bu saat agli basinda olan her kes allah haqqinda nagillara gulerek elmle mesgul olur. allaha hec kimin ehtiyaci yoxdur.
Cavab

Kimdən: Muslim Haradan: Baki
29.08.2010 23:47
Siz hamının adından danışmayın, ola bilər Allah c.c-ın sizə lazım olduğun başa düşmürsüz, amma bunu hamıya aid etmeyin.

Kimdən: hekari Haradan: baki
28.08.2010 15:17
Başa düşə bilmirəm məscid 11 sentyabrda həlak olanlara necə mane ola bilər.Belə aksiya yalnız amerikanların ağlına gələ bilərdi.Məscidin tikilməsi ABŞ-ın öz demokratiya prinsiplərinə sadiq qaldığını və İslama qarşı olmadığını bir daha sübut edə bilər.11 sentyabrda həm müsəlmanlar həm də qeyri-müsəlmanlar zərər çəkdi.Və müsəlman olanlar daha çox əziyət gördü.İctimai rəy İslama qarşı mənfi mövqeyə keçdi ki, belə təəssürat yaranır ki bütün bu teraktlar İslamın düşmənləri tərəfindən həyata keçirilir.
Cavab

Kimdən: Muslim Haradan: Baki
05.09.2010 15:22
Salam aleykum, islamın dşməni yox dostu olan bir kəs islama nifrət qazandırarmı. Planlaşdırılan bu teraktın islam dininə hörmət yaxud nifrət gətirəcəyin fikirləşə bilməyən (intellekti, zəkası və s.. buna çatmayan az ağılda olan) insanlar bu teraktı törədə bilərdilərmi ? mən buna əminəm ki yox. Bunu törədən insanların müsəlman olmalarına hardasa inanmaq olar amma bunu planlayıb həyata keçirmə planın quran insanlar heç vaxt müsəlman ola bilməzlər, sadəcə müsəlmanlardan istifadə eləyiblər. Bunu eləyənlər çox yaxşı bilirdilər nəticədə müsəlmanlara necə münasibət yaranacaq, amerikanın Əfqanıstana girməyinə bir bəhanə idi bu (Taliblər hakimiyyətdə olanda narkotik istehsalı 90 % azalmışdı orda amerikanlar gələn kimi yenidən plantasiyalar bərpa olundu, CİA-nın nəzarəti ilə güclü narkobiznes qurulub orda), bəzi "müsəlman"larla birlikdə hazırlanmış plan idi bu. İndi də məscidi gətirib tikmək istəyirlər düz terakt törənən yerin yanında ki, ay bura ziyarətə gələn camaat baxın görün bunu törədənlər kimlərdi, onların ibadət ocaqları belə olur nəbadə onara qoşulasız onlar terorisdirlər onlara nifrət edin

Kimdən: nemo Haradan: bakı
26.08.2010 23:52
Tikin məscid, Amerikanı da xaraba qoyun, qalsın İranın gününə. Əziz müsəlmanlar Səudiyyə Ərəbstanında neçə kilsə var?
Cavab

Kimdən: Mehdi
27.08.2010 06:25
Senin kimiler kuba ve shimali koreyani xaraba qoyublar....
Vatikanda neche mescid var? Seudiyyede kilseye qadağa dini sebebledir. Amerikanin konstitusiyasinda Isa eleyhisselami inkar itmeyen ve anasini tehqir etmeyen [yehudilerden ferqli olaraq] mescid qadağasi varmi?

Kimdən: Teymur
26.08.2010 18:44
mence insanlarin heysiyyatina toxunmaq lazim deyil.bu mescid tikilse alah teki komek olsun muselmanlara onda AL _Qaide deyecek ki kafirler uzerinde qelebe caldiq ve binanin yerinde mescid ucaltdiq.mence yaxshi fikir deyil,mescidi gedib qoy bashga yerde tiksinler.orda olenlere hormet menasinda
Cavab

Kimdən: Muslim Haradan: Baki
29.08.2010 23:48
Yəni siz hələ də Al-Kaida nağılına inanırsız ? Yəni başa düşmürsüz onların arxasında kimlər durub ?
Cavab

Kimdən: xaliqşmirzayev Haradan: afrikadan
27.08.2010 11:31
siz ele danishirsiz ki guya ordakilari muselmanlar oldurub? meger gunah etmirsiz? bele cixir ki, xristianlar da terroristlerdir, cunki amerikada surucu bicaqlanib sadece oruc tutduguna gore, iraqa soxulublar sadece nuve silahi axtarmaq adi ile, efqanistana soxulublar bin ladeni tapmaga gore, meger bunlari xristianlarin adina yazmaq olar, ne qeder duzdur ki, bir axmagin (usama bin ladenin- her gah ki o hec de axmaq deyil , konkret maddi maraqlari olan biznesmendir, arada gedib daglarda video cekdirib qoyur internete, amerika da bizi doluyur o videolarla, ele bil bin laden qeybe cekilib) ozunu muselman adlandirmasi ve haranisa partlatmasi (eger o edibse) butun muselmanlarin adina yazilsin? ayilin xahish edirem. butun gunu burda milletin yatmasindan danishirsiz, amma ozuz shirin demokratiya yuxusundasiz. dunyadan xeberiniz cox azdir, hadiseleri arashdirmadan qerar verirsiz.

Kimdən: hekari Haradan: baki
26.08.2010 18:08
Allah təalə məscidlərin şənini ucaldıb Özünə məxsus etmiş və onları abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirənlərə aid etmişdir: “Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan baçqa heç kəsdən qorxmayanlar abadlaşdırır. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”. (ət-Təubə, 18) Həmçinin orada ibadət etməyə mane olmağı zülm hesab etmiş və bunu edənlərə əzab və rüsvayçılıq vəd etmişdir:
“Allahın məscidlərində – orada Onun adının zikr olunmasına mane olan və onların xarab olmasına səy göstərən kəsdən daha zalım kim ola bilər? Əslində onların oraya [məscidlərə] qorxa-qorxa daxil olmaları gərək idi. Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə isə böyük bir əzab vardır”. (əl-Bəqərə, 114)
Başqa ibadətgahlardan fərqli olaraq məscid – qadağan olunmuş yerlər istisna olmaqla – hər yerə şamil edilir.
Peyğəmbər (s.ə.s) demişdir:
“Mənə beş (xislət) verilmişdir ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməmişdir. “..... yer üzü mənim üçün pak və məsciddir. Belə ki, ümmətimdən hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır.....” (əl-Buxari və Muslim)
Doğrudan da məscidlər İslam şüarlarını yaymaq üçün Allahın çox sevdiyi, imanın qorunduğu, tövhidin yayıldığı bir yerdir.

Kimdən: Alverci Haradan: Bazarbaycan
26.08.2010 13:41
Hacibala muellimi Nyu-Yorka gondersinler, 1-2 gune hell eder sohbeti, hec kim narazi qalmaz, torpagi ne teher lazimdi boler

Kimdən: Azer Haradan: Sheki
26.08.2010 11:53
Mescidin tikilmesine garshi cixanlarla bizimkilerin hec bir fergi yoxdu imasiz burdada ordada birdi fergi bir dene di orda muselmana hormet goyular burda sabir demishcen .Cin gorurem sheytan gorurem gorxmuram harda muselman gorurem gorxuram.Burda gerek yaltag rushvetxor olasan ki yuxarda oturanlara lezet elesin.Allah hamisina hidayet versin!
Səhifə (3)
    Növbəti