Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:38

Xüsusi layihələr / Seçkilər-2010

«KİV-in işi məhdudlaşdırılmayacaq»

Şriftin ölçüsünü dəyiş - +
«Seçki vaxtı kütləvi informasiya vasitələrinin fəaliyyəti heç bir administrativ resursdan istifadə olunaraq məhdudlaşdırılmayacaq. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi KİV-in də sərbəst fəaliyyəti təmin olunacaq».

Bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov avqustun 24-də ATƏT-in Bakı Ofisinin «Kütləvi İnformasiya Vasitələrinin seçkilərdə rolu»na həsr olunmuş dəyirmi masasında bildirib.

Əli Həsənov deyib ki, bəzi siyasi partiyalar seçki prosesi vaxtı heç nə demirlər. Ancaq seçki prosesi başa çatdıqdan sonra özlərinin qalib gəlib-gəlməməsindən, udub-uduzmasından asılı olaraq seçki pozuntularının olduğunu deyirlər: «Bu halın yenə təkrarlanacağından ehtiyat edirəm».

ATƏT-n Bakı Ofisinin rəhbəri Bilge Cankorel isə çıxışında bildirib ki, KİV seçki prosesi dövründə siyasi partiyaların, koalisiyaların, namizədlərin ədalətli təşviqinə səy göstərməlidir:

«Plüralizm demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu il ötən ilki seçkilərlə müqayisədə irəliləyiş əldə olunacaq».

Bu, ATƏT-in seçkilərlə bağlı keçirdiyi sayca üçüncü və sonuncu dəyirmi masasıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Natiq Cavadlı Haradan: Bakı
24.08.2010 11:39
Adam nə qədər yalan danışar, Əli Həsənaz hər seçkidə bu cür yalanları deyir. Atalar demişkən "Utanmasan oynamağa nə var"