Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:40

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Ketrin Eşton: «Bloggerlər azad edilsin»

Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton
x
Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Avqustun 24-də Avropa Birliyi həbsdəki bloggerlərin işini yendən gündəmə gətirib. Qurumun xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bəyanatla çıxış edərək Azərbaycan hökumətini Emin Milli və Adnan Hacızadəni həbsdən azad etməyə çağırıb.

Eşton bildirib ki, beynəlxalq ədalətlilik və şəffaflıq standarlarına dair çatışmazlıqlar Azərbaycanda ifadə azadlığının vəziyyətinə mənfi siqnal verir.

HÖKUMƏT BLOGGERLƏRİN İŞİNƏ JURNALİST MƏSƏLƏSİ KİMİ BAXMIR

Ketrin Eştonun bəyanatından əvvəl - dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir ildən artıqdır həbsdə olan bloggerlərin məsələsinə münasibəti belə olub:

«Dünyada nə qədər kompyuterə malik insan varsa, bir o qədər də blogger var. Nəzəri cəhətdən bu belədir. Amma hər bir bloggeri jurnalist kimi təsnif etmək, jurnalist etikasını, jurnalistin vəzifəsini onlara aid etmək düzgün deyil. Ona görə də biz Azərbaycanda bloggerlərin işinə jurnalist məsələsi kimi baxmırıq».

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNƏ ETİMAD POLİSDƏN DƏ AŞAĞIDIR

Rasim Musabəyov
İnternetdə tənqidi material yerləşdirəndən bir qədər sonra həbs olunan Emin Milli və Adnan Hacızadənin avqustun 19-da kasasiya şikayəti təmin olunmayıb. Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan məhkəmələrinin bloggerlərlə bağlı qərarını dəyişəcəyini gözləmək sadəlövhlükdür, çünki Ali Məhkəmə artıq belə bir fürsəti əldən verib:

«Azərbaycan məhkəmələrinə etimad polisdən də aşağıdır. Ona görə bütün Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları ədalətsiz və hüquqi proseduralara cavab verməyən qərarlar kimi qiymətləndirmək mümkündür».

Avropa Birliyinin bloggerlərlə bağlı son bəyanatını dəstəkləyən AXCP sədri Əli Kərimli hesab edir ki, əgər beynəlxalq qurumların indiyə qədər ortaya qoyduğu mövqe yetərli deyilsə, bu münasibət sərtləşdirilməlidir. Hökumətin son zamanlar Azərbaycanın beynəlxalq imici ilə bağlı səsləndirdiyi narahatlıqlara toxunan partiya sədri bunun üçün hökumətin tədbirlər görməli olduğunu deyir:

BLOGGERLƏRİ AZAD ETMƏK LAZIMDIR

«Bloggerləri, gəncləri, jurnalistləri azad etmək lazımdır. Siyasi məhbus problemini həll etmək lazımdır. Və digər bu qəbildən insan hüquq və azadlıqlarını təmin etmək lazımdır. Müstəqil məhkəmə quruluşuna imkan yaratmaq lazımdır. Amma təəssüf ki, Azərbaycan fundamental hüquq və azadlıqlara riayət etmədən istəyir ki, beynəlxalq təşkilatlar və Azərbaycan ictimaiyyəti onların hərəkətinə tolerant yanaşsın, bu, çox səhvdir».

Bəxtiyar Sadıqov
Ancaq «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Əli Kərimli ilə razı deyil. O, həmçinin Avropa Birliyinin Azərbaycan məhkəmələrinin ədalətsiz olması fikri ilə də razı deyil.

Bəxtiyar Sadıqova görə, beynəlxalq təşkilatlar hansısa faktı söz azadlığı ilə bağlayıb, sonradan ondan Azərbaycanın imicinə qarşısı istifadə edirlər:

«Bir faktı şişirdib söz azadlığı, insan haqlarının pozulmasına bağlayıb Azərbaycanın imicinə ziyan vurmağa çalışırlar. Mübariz İbrahimovun cəsədi 2 aydan çoxdur verilmir, niyə bəyanat qəbul etmirlər? Bunu versələr onları ədalətli sayaram».

Avropa Birliyinin barələrində danışdığı bloggerlər Emin Milli və Adnan Hacızadə ötən il Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinən Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar hesab edir ki, bloggerlərin həbsi onların hökumətə qarşı internetdə yaydıqları tənqidi materiallarla bağlıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Yusif oglu Haradan: Bakı
01.09.2010 14:54
Bəxtiyar Sadıqovun nə vecinə Araz aşığından,Kür də topuğundandı,iqtidarın züy çalanlarından biridi,onun ağzı nədi başqa fikirdə olsun.O həmişə qatığı qara görür.

Kimdən: Aleksandr Haradan: Baki
26.08.2010 12:43
Salam Xanim Ketrin Eshtn,

Beli bu sizin yetishdirdiyiniz liderdi yadiniza gelir indiki prezdinetimizi otuzdurmushduz Strazburqda hansisa bir vezifede sozun duzu hec yadimda deyil yadinizdan cixib yoxsa taqnimirdiniz kimdi o indi ne demokratiyadan danishirsiz Avropa, USA, Russia satdi bizi hami satdi bizi nefte indi ne oldu indi bilirsiz cox lari tam eksini fiklehsir artiq sizlere inam itib sen nece Avropsiz nece USA sizki 2 blokcunu , bir jurnalisti turmeden cixarda bilmirsiz siz artiq sifirsizshesen size inam qalmaqyib cunki hecneyi subut ede bilmediniz siz onu desteklediz indide ne deseniz de cox gecdi......

Kimdən: Zaur Haradan: //azadblog.azersayt.com/
26.08.2010 03:15
Edaletden hakimiyyet dem vuranda nedense Azadliq radiosunun FM dalqalarindan cixarilmasi ilk ünce yadima düşür !!!
Hansiki ictimayi fikirler yalniz bu dalqada seslene bilirdi ve insanlar heqiqeten qorxmadan ve aciq aydin öz iradlarini hakimiyyetde bildirirdi.
Bes indiki halda varmi bele bir FM kanallarimiz ?düşünürem ki xeyir, yoxdur. birce ANS var idi onunda fatihesini veribler ki Mirşahini teqqir edenlere doqru 180% dönmesinin şahidi olmuşuq.

Kimdən: mesum Haradan: prost! t!on
26.08.2010 01:04
http://derstandard.at/1256744756680/In-der-Dissidenten-Republik

Kimdən: Akif Haradan: Bakı
25.08.2010 21:24
Azərbaycan hakimiyyəti öz xalqının qənimidir. Bunu xalqımız beynəlxalq təşkilatlardan daha yaxşı bilir. Çünki hakimiyyətin söz və ifadə azadlığını boğmaq, xalqın təbii sərvətlərini axıra qədər talamaq məqsədilə rus çarının 1905-ci il yanvarın 9-da ona qarşı üsyana qalxmış xalqı gülləbaran etdiyi kimi, İlham Əliyev hakimiyyəti bundan da artığına gedəcək. İndi hakimiyyətlə xalq münasibətləri kulminasiya nöqtəsinə çatır. Beynəlxalq təşkilatların, o cümlədən Avropa İnsan Haqqları Məhkəməsinin Azərbaycan hakimiyyətinə qarşı tədbirləri sərtləşdirməyi barədə hörmətli Əli Kərimlinin fikri tamamilə düzgündür. Belə bir təkliflə Azərbaycan ictimaiyyətinin adından müxalifət qüvvələr və QHT-lət təcili təşəbbüs göstərməlidirlər.
Səfil vəziyyətinə düşmüş və gündən günə səfalət girdabında boğulan xalqımız ayağa qalxıb İlham Əliyev hakimiyyətindən qurtulmalıdır! Əks halda xalqı çox acı tale gözləyir!

Kimdən: veli Haradan: bakidan
25.08.2010 19:28
Eshi tay dediler ki bloqqerler jurnalist deyil de. niye burcudursunuz. bu ne xasiyyetdi sizde
Cavab

Kimdən: Qaqa
25.08.2010 20:18
Bu Bextiyar muellim Sadiqov danishanda menim temiz allergiyam qalxir de.Zalim oglu ikisesle danisa-danisha rejimi nece terigleyecekse,ele bil hec 17 ildir agdamlilar qacqin heyati yashamayiblar.Ashigin sozu qurtaranda daley-daley dediyi kimi,hakimiyyetden hansi teshkilat haqsiz yere tutulanlari burax dedise,Bextiyarlarkimilerde o saat ermenileri misal getirib sozden yayinacaqlar.Ay menim xalqimin sherh yazan ve onu oxuyan numayendeleri.Baxiram Bextiyar muellime ozum-ozume fikirleshirem ki,ay dad bu kishi agzin acanda bezileri ele hesab edirler ki,guya ki,agdamlilarin ele hamisi bu rejimden oteri hayil-mayildi.E qardash cani bele deyil.Agdamda tehmasibkimiler destesi var ki,onlara salam verenlere "qadaga" qoyulub.(Yeni cox aciqlamaq istemirem.) Bu tipli insanlar o tipli insanlar kimi olmasada,isteyirler ki,ele o tipli insanlartin cergesine qata camaat onlari.
Cavab

Kimdən: Qaqa
25.08.2010 20:03
Eli mellim Hesanazin sozunden bele melum olur ki,tutulanlarin gunahi yoxdur.Ancaq jurnalist deyiller.Yeni Azerbaycanda o qederine haqsiz yere sherlenib tutulanlar var ki,bunlarda onlarin birisi,

Kimdən: Oxucu Haradan: baki
25.08.2010 19:24
ay hörmetli azadliq radisou, bu xeberi seher vermishdiniz de....... Onsuz ashtonun sozuna-zadina baxan olmayacag. ozunuz biabr etmeyiniz. siz lap op. sicandan filan duzelden gezetlere oxhayirsiniz. Bakida o geder namuslu oglanlar tutublar, hec onalrin azadligi haggda hec kim dushunmur.. Restoranda gelyan ceken ki dene ushaga iki shille vurublar.. ondan bu geder ses-kuy cixarirsiniz..
Cavab

Kimdən: Həkim baba
26.08.2010 09:08
No comms,

Kimdən: Xortdan bəy Haradan: Məmləkət
25.08.2010 15:28
Emin və Adnan kimi gənclərə eşq olsun!....Məddahlıq,yaltaqlıq,sülalə hakimiyyəti,özbaşınalıq kimi aşalıklara qarşı mübarizə apardıqları üçün onlar gəncliyin qürurudurlar....Yalnız onlar və onlar kimi gənclər bizi irəli aparacaqlar...sizin yeriniz vicdanlı gənclərin qəlblərindədir..
Cavab

Kimdən: Qaqa
25.08.2010 19:45
Cox maraqlidir.Fikirleshendeki rejim niye bu cur agilsizliq edir,qalirsan cash-bash.Deyesen ki,savadsizdilar- yox,agilsizdilar-yox,tecrubeleri yoxdur-o da yox.Bes nedendir ki,ipe-sapa yatmirlar.Burda menem Bagdadda kor xelife meseli dushur adamin yadina.Axi indi deve zamanesi deyil ki,aylarla yol qeth edesen ve gedib gelenden sonra deyesen ki,xelife kordur.Indi ayini Qebelede bagirdib yere yixanda,Dubayda villanin behin verende ve yaxud Banki ozelleshdirmemish,dunyanin o bashinda bu gedishata canli shekilde baxib adama qehqehe cekirler.Sherhleri oxuduqca adami fikir goturur.99% bu rejimden narazi tebeqedir burda sherh yazanlar.Ozde neye gore.Cunki alternativ fikre yer olmadigindan,insanlar Azadligin bu boluminde ozun daha serbest hiss edir.Vetendashilarin reyiynen hesablashmayan hakimiyyetin axiri yoxdur.Cixin cade camaatin icerisine gorun sizden nece yaniqli danishacaqlar.Yaniqli danishmagin axiri bilirsinizde neynen qurtarir.Qirgizindanda qurtarir desek mence yanilmariq.Butun gunahlarin hamisida vetendashlarin reyi ile hesablashmayanlarin gunahidir.

Kimdən: kamal yap Haradan: baku
25.08.2010 14:40
BUNLARI AZAD ETSEK DEMEK QANUNA QARSI CIXIRIQ.EN YAXSISI HELE ICERIDIR.QOY AQILLARI GELSIN BASLARINA.VE BASQALARINA DA DERS OLSUN.
Cavab

Kimdən: Anonim Haradan: To: Kamal YAP
26.08.2010 09:07
Ey hakimiyyetin buyruqcu qulu,

Ayibdir, yazdiqlarindan utan. Sen hec o gencleri taniyirsan, kimdiler necidirler?

Cavab

Kimdən: ItVuran
25.08.2010 16:41
boy senin zencirini kim buraxdi?))) seni axi zencirlemishdim
Cavab

Kimdən: xashbaz Haradan: absurdistan
25.08.2010 16:14
onlar azadligha chixsa, sen adini (kamalyap) tersine oxumali olacaqsan.
Cavab

Kimdən: Həkim baba Haradan: xashbaz
26.08.2010 09:05
Xashbaz, respect :)))

Az dedin, saz dedin!