Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:23

Verilişlər / Kontekst

«Bizdə «qara piar» yox, qara-yaxmadır»

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Əflatun Amaşov
Parlament seçkiləri yaxınlaşdıqca, qəzet səhifələrində «qara piar» vüsət alır. 2010-cu ilin ilk aylarında «qara piar» xarakterli yazılar az idisə, avqustun artıq ilk yarısında 63 bu xarakterli yazı qeydə alınıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir açıqlamanı verib, ancaq «qara piar»ı aparan qəzetlərin adlarını sadalamayıb. O, bunu belə əsaslandırıb ki, qəzet rəhbərləri ilə aparılan danışıqlar bu xarakterli yazıların azalması ilə nəticələnəcək.

«QARA PİAR» HÖKUMƏTDƏN QAYNAQLANIR

Azərbaycanda hər seçkidən əvvəl siyasi xadimlərin, ictimai fəal insanların əleyhinə «qara piar» xarakterli materialların yazılması müşahidə olunur. Hər dəfə də müxalifət iqtidarı, iqtidar isə qarşı tərəfi ittiham edir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid:

«Hökumət yönlü medianın və televiziyanın rolunu qeyd edərdim. «Qara piar» birmənalı demək olar ki, həmin sektordan
Bəxtiyar Sadıqov
qaynaqlanır».

KİMİNSƏ AYI YEMƏSİ ƏSL QARA-YAXMADIR

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikri isə belədir:

«Bizdə «qara piar» yox, qara-yaxmadır, müxalifət mətbuatı daim şərdir, böhtandır, faktların şişirdilməsidir. Anar Məmmədovun ayı yemək məsələsi aylardır qəzet səhifələrindədir. Məqsəd tamam başqa şeydir. Cavan bir adamı niyə hədəf edirsən? Atası nazirdirsə, onu tənqid edirsinizsə, övladı bu məsələyə qatmağı heç düzgün saymıram. Qara-yaxmanın ən böyük faktı kimi bax bunu hesab edirəm».

«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı da Bəxtiyar Sadıqovun Azərbaycanda əsl «qara piar» olmaması fikri ilə razılaşır. Xaricdə bu təcrübə Azərbaycandan fərqlənir, siyasətçiləri nüfuzdan salmaq məqsədi daşıyır. Elçin Şıxlının fikrincə, Azərbaycan mətbuatında daha çox böhtan, siyasi dartışmalar
Elçin Şıxlı
var:

«Ayrı-ayrı yazıları çıxmaq şərti ilə. Çünki kimsə deyə bilər ki, bu, yalandır, böhtandır. Amma bunu yazan tərəf ortalığa sübut qoya bilərsə, məlum olar ki, bu, böhtan deyil. Yalan böhtan deyilsə, mən ona «qara piar» deyə bilərəm».

MÜXALİFƏT QƏZETLƏRİ «QARA PİAR»I İSTİSNA EDİR

Yaxınlarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da KİV-də qara-yaxma kampaniyası barədə danışıb. O, müxalifət qəzetlərində Anar Məmmədovun Qəbələdə qəfəsdə saxlanan ayını kəsdirib kabab bişirtdirməsi barədə yazılanları pisləyib.

Rauf Arifoğlu
Ancaq «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Ziya Məmmədov heç bir vaxt siyasi müxalifətin, «qara piar»ın hədəfində olmayıb. O, qəzetlərində «qara piar» xarakterli yazıların da getdiyini istisna edir:

«Sadəcə, son zamanlar onun sahəsində, eyni zamanda oğlu ilə bağlı baş verən hadisələr onu istər-istəməz mətbuatın hədəfinə çıxarıb. Lakin hakimiyyət düşərgəsində məsələ çox kəskin qoyulur. Kiminsə ayı yeməsindən yox, kiminsə Azərbaycanın düşməni olub, vətənə xəyanət etməsindən yazırlar».

Noyabr seçkilərinə qədər isə nəinki qəzet səhifələrində, eləcə də sosial şəbəkə və bloqlarda həm iqtidar, həm də müxalifət nümayəndələri hədəf obyekti olur. Hələ aprel ayında AXCP sədri Əli Kərimlinin şəxsi bloqu haker hücumuna məruz qalmış və onu təhqir edən fotokollajlar yerləşdirilmişdi. Partiya lideri bu kampaniyanı hakimiyyətin sifarişi hesab edirdi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azad Haradan: yasamal
27.08.2010 12:08
Od olmazsa tüsttü cıxmaz misalı burda cox yerinə düşür və gözəl səslənir. Yəni azərbaycan kicik bir olkədir. Burda hər hansi kənddə, rayonda, səhərdə kicik bir hadisə baş vermiş olarsa belə, xalqın gözündən yayinmır qısa bir zamanda bütün ölkəyə yayılır, təbii ki medianın hədəfinə çevrilir. Xalqın gözü tərəzidir əbəs yerə deməyiblər. Vəni qəzet səhifələrində yazilanlarin muəyyən hissəsi yalan olsada ,əksər hissəsi duz yazılır və öz təsdiqini tapir. Nəqliyyat nazirinin oglu Anar Məmmədovun ayı kəsdirib kabab yeməcini bəzi qəzetlər qara yaxma, bəzi qəzetlər isə qara piar adlandırırlar.Əgər ayini hər hansi varlı ,imkanli iş adamı kəsdirmiş olsaydi bu cəmiyyətdə bir o, qədər əks-səda yaramazdı və güman etmirəmki medianinda hədəfinə cevrilərdi. Amma ayinin kəsilməsi dövlətin aparıcı nazirlərindən birinin oglu tərəfindən yerinə yetirilirsə nə cəmiyyət ,nədə ki media buna biganə qala bilməz. Cünki sohbət burada ayinin kəsilməsindən getmir. Onsuzda dunyada hər cun onlarla ayi kəsilir muxtəlif məqsədlər üçün. Burda ayinin məmur oglu tərəfindən sifarişlə konkret məbləg ödənilərək kəsilməsindən gedir. Məhz bu ,cəmiyyətdə ziddiyyətli fikirlərin yaranmasina səbəb olmüş,medianin əsas mövzüsüna cevrilmişdir. Mən inana bilmərəmki bu qara yaxmadir cunki mediyaya verilən məlumatlar birbaşa hadisənin baş verdiyi yerdən ,məkandan sizmişdır. Yəni olayı icra edən səxslər tətəfindən vətəndaşlara ötürülmuş və butün cəmiyyətə qısa bir zamanda yayilmişdir.Ona görədə olayın həqiqiliyinə şək şübhə ola bilməz,Onsuzda biz ,yüksək rütbəli məmur oglanlarının torətdiyi bu cur və buna bənzər işlərin çox şahidi olmuşuq Nə qədər ki məmur balalarinin bu ərköyünlükləri davam edəcək cəmiyyətdə bunlara nifrət artacaq və media səhivələrində də qara piar genişlənəcəkdir. Mən də boyük inam yaranmışdir ki möhtərəm prezedentimiz İlham Əliyev cənabları məmur balalarının bu ərköyünlüklərinə tezliklə son qoyacaqır.

Kimdən: farda
27.08.2010 00:08
Sizin haminizdan millet yorulub