Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:09

Siyasət

S.Lavrov: «Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır»

Sergey Lavrov
x
Sergey Lavrov
Şriftin ölçüsünü dəyiş - +
Rusiya və Azərbaycan prezidentləri arasında sərhədlərin delimitasiyası haqqında sənəd imzalanacaq.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan mətbuatına müsahibəsində deyib.

Sənədin sentyabr ayında Dmitri Medvedevin Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir. Hələ ki, səfərin dəqiq tarixi məlum deyil:

«Səfərin başlıca mövzusu dövlət sərhədləri, Samur çayının su resurslarından bərabər istifadə olunması haqqında sazişin imzalanması olacaq».
Lavrov bildirib ki, bu sənəd üzərində son illər ərzində iş aparılıb.

S. Lavrov Azərbaycanı «Cənubi Qafqazda və Xəzər regionunda mühüm strateji tərəfdaş» adlandırıb:

«Bizim münasibətlərimiz inkişaf edir. Onlar hərtərəflidir və ənənəvi olaraq iki rəhbərin görüşlərində bu münasibətlərin bütün spektri müzakirə edilir. Mən bu dəfə də belə olacağına əminəm».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Yusif oğlu Haradan: Bakı
03.09.2010 14:26
Yalandan deyilmiş curultulu ifadələr.

Kimdən: Mübariz Haradan: Almaniya
29.08.2010 20:02
Rusya dövleti Azerbaycan dövletine qarshi yaxshi sözder serf edene qeder danishdiqlari sözderinde ne qeder semimi olduqlarini göstersininler. Bu Rusya dövleti deyesen anlamaq istemir ki qarshiliqli yaxshi münasibetlerin olushmasi üchün yaxshi sözder yeterli deyil yaxshi dürüst güven verici addimlarla ola biler bu yalniz. Rusya bir terefden Azerbaycana qarshi yaxshi sözder serf ederek ticari baglarini güclendirir arxadanda Ermenistani desdekleyerek torpaqlarmizin ermeni ishqalindan azad olunmasi chetinleshir bu ushaq bashi aldatmaq ishinden Rusya el chekmelidir.

Kimdən: Afat Haradan: Ukrayna
28.08.2010 22:48
Halva,halva,halva...
Yox,nə işdirsə,şirin olmur ki,ollmur.
Başliğa bir balaca düzəliş:
"Azərbaycan Rusiyanin strateji tərəfdaşidir,Ermənistandan sonra."

Kimdən: mesum Haradan: Dolayi yol
28.08.2010 18:30
Elcibey ve Eliyevler Müsteqil Hakimiyyeti ne vaxta qeder üzlerini Avro-Amerikaya,arxasini Rusiyaya tutduqca üzümüze gülenlerin sayi coxalacaq

Kimdən: samir
28.08.2010 18:26
zehrimara qalsin rusdan olan terefdashliq

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
28.08.2010 14:47
Lavrovlar ne vaxta qeder yalan danışıb,riyakarlıq edecekler?Azerbaycanın Quzeyine ağa qul münasibetinden uzağa gede bilmirler.Ölkemize sağmar inek kimi baxırlar.İktidar sahiblerini de ancaq hakimiyyetde qalmaq maraqlandırır.Ona göre de ne deyirler razılaşırlar.Çox teessüf,min teessüf.

Kimdən: MEN Haradan: RF
28.08.2010 14:07
Meni qinamayin- yaxshi olmazmi ki, Azerbaycan da kollektiv tehlukesizlik muqavilesine qoshulsun. Bilirem ki, sherhime neqativ munasibet bildirecekler (Eger yerleshdirilse). Amma gelin gorek biz hara gedirik? Ne qeder pullar mudafieye xerclenir. Bu pullar xalqin rifahina da serf oluna biler. Biz o muqavileye qoshulsaq Qarabaq meselesi avtomatik hell oluna biler. Eks halda Rusiya bina hech vaxt yol vermeyecek. Bu problemi ya Rusiya ya da Amerika hell ede biler. Amerikanin da bugunku guclenen Rusiya ucbatindan Qafqaza tesirinin azalmasi hamiya melumdur. Fikrimce bunun bele olmasi lap yaxshidir. Chunki Amerika ve yaxud Avropa bolgeye herbi mudaxile etse Iranla muharibe ehtimali yaranir. Bu bize, bizim ushaqlarimiza lazimdirmi? Bir de ki, dunyada butun olkeler vahid guc merkezlerinde birleshmeye mecburdurlar. Onsuz da Rusiyanin kechmish SSRI ni hansisa shekilde berpa etmesi QACHILMAZDIR. P.S. Rusiyadan Azerbaycana gelen pullarla butun Azerbaycanin ayliq emekhaqqi fondunu muqayise edin, olke neyin hesabina yashayir.

Kimdən: Qafqazli Haradan: Qafqazdan
28.08.2010 13:12
Rusiyadan hec zaman bizlere terfdash olmayib ve olmayacaq.
Cavab

Kimdən: MEN Haradan: RF
28.08.2010 14:16
Bes de gorek, kimden terefdash olub?

Kimdən: Mehman Haradan: Bakı
28.08.2010 12:37
Rusiyanın dövlət gerbində hər birinin 25 sifəti olan ikibaşlı toyuq şəkli də sübut edir ki,onlar 50 sifətli siyasətlərini həyata keçirirlər.Lavrov çox təcrübəli siyasətçidir,sərhəd məsələsinə görə Medvedevin Rusiyanın Azərbaycan quberniyasına gəlməsi absurddur,ortada ayrı məsələlər var.