Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:31

İqtisadiyyat

Prezident İlham Əliyevin qızı bank üzərində nəzarət əldə edib

Prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla Əliyevalar
x
Prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla Əliyevalar
Şriftin ölçüsünü dəyiş - +
«Bank Silk Way» ASC ötən həftə nizamnamə fondunun 45% - 32,19 mln. manata qədər artırılması prosesini başa çatdırıb. İndi bu bank nizamnamə kapitalının ölçüsünə görə ölkənin ən iri bankları onluğuna daxildir.

Bankın təkrar kapitallaşması 9,99 mln. manatlıq səhmlər emissiyası çərçivəsində həyata keçirilib. Yeni səhmlərin yerləşdirilməsi iyulun 23-dən başlayaraq, bir neçə mərhələdə baş tutub.

Ehtimal olunduğu kimi, səhmlərin dəyəri Bankın iki səhmdarı: dövlət başçısının kiçik qızı Arzu Əliyeva və «AZAL» milli aviasiya şirkəti rəhbərinin həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən ödənilib.

İndi onların hər biri bankın 35,6% ölçüsündə və dəyəri 11,5 mln. manata yaxın olan, veto hüququ verən səhmlər paketinə sahibdir.

Bankın üçüncü səhmdarının – «Silk Way Airlines» LTD-nin payı 41,8%-dən 28,8%-ə qədər azalıb (bu, heç nəyi dəyişmir, belə ki, aviaşirkət «Silk Way» holdinqin (bəzi məlumatlara görə, dövlət başçısının ailəsi və «AZAL» prezidentinin nəzarətində olan) strukturuna daxildir).

Bankdan səhmdar kapitalının strukturunun dəyişikliyi ilə bağlı şərh verilmir.

Bankın nizamnamə kapitalının artırılması KİV-də «Bank Silk Way»in (keçmiş Azal Bank - dövlət bankı) qanunsuz özəlləşdirilməsi haqqında yazılar fonunda baş verib. Bu nəşrlər cəmiyyətdə böyük rezonans və mübahisə doğurub, lakin rəsmi qurumlar onlara məhəl qoymayıb.

/Turan/
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: azeri Haradan: cehennemden
14.09.2010 22:20
ay millet onsuzda bizim danismagimiznan hecne olan deyil! bir baxin azerbaycanin gunune here oz isinde gucundedi guya halal kazanan var axtarsan 2% belke tapasan,he duzdu prezidentin qizi azerbaycanca bilmir mence dunyanin ele bir olkesi yoxduki prezident qizi ve ya oglu oz dilini bilmesin,ayri vaxt turkleri beyenmirsiz ama ne qeder onlari beyenmeyen olsada onlar bizden qat-qat vetenini sevirler,o ki qaldi arzu xanimim bankina bu normaldi onsuzda tek o deyil butub vezifede olanlarin mali dovleti var bu dunyanin her yerinde beledi

Kimdən: Murad Haradan: Bazarbaycan
12.09.2010 10:35
Bir bank üzərindəmi???? Allahı köməyi osun, kaş bir bankla kifəyətlənsəydilər!!!!

Kimdən: kamran Haradan: moskva
03.09.2010 15:35
onsuz da oz bildiklerini edirler. xalqi ele bir veziyyete saliblar ki, dine bilmirler. onsuzda bizi de satiblar ecnebilere. dogulan uwaginda ecnebiye borcu var. neftden gelen pullari ele yuyurlar ki, hec xalqin ruhuda incimir. Sonda ezilen yenede xalqdi. !!!!
Cavab

Kimdən: remis Haradan: bilmrem
11.09.2010 15:17
balam millet pul qazanr size ne bacarana can qurban azerbaycanliyiqda yeqin bu yaxinlarda goz doyar arada bizide goreller

Kimdən: ziko Haradan: baku
03.09.2010 10:21
kamal men senin sozlerinle raziyam.her seyi onlar yaxsi bijlir.

Kimdən: ziko Haradan: sumqayit
03.09.2010 10:16
sal;am millet.bu meseleye men tam adi bir hal kimi baxiram.halal haram sohbetinin seslenmesine ehtiyac yoxdur.hami bir yolnan pul qazanir.sukur elemek lazimdi

Kimdən: Sabir Haradan: Samaxi
03.09.2010 06:10
Ortada boyuk edaletsizlik var! Hami narazidir! Ancaq hele ki netice yoxdur!

Kimdən: ilham pashayev
02.09.2010 01:22
goresen bu Eliyev Pashayev tandemi fikirleshmir ki,ay canim ele hereket eleyim ki,hec olmasa bu millet bizim nevelerimiz qovmasin bu olkeden?(dash qalaq)

Kimdən: ses Haradan: loxbaycan
01.09.2010 14:40
bacarana can gurban,kef ele menim prezidentim ,gelen seckide sene yene ses verecem

Kimdən: KAMAL YAP Haradan: BAKU
01.09.2010 14:33
BELEDE OLMALIDIR.CUNKI BANKLAR ETIBARLI ELLERDE OLMALIDIR.BUTUN BANKLAR YAPCILARIN ELINDE OLMALIDIR.ONDA HER SEY DUZGUN OLMALIDIR.
Cavab

Kimdən: BANAN Haradan: BAKI
16.09.2010 16:02
COX DUZ DEYIRSINIZ YAPCILAR QANUN SEVEN VE HAQQIN TEREFINDEDIRLER.
Cavab

Kimdən: Musteqil Haradan: Baki
01.09.2010 23:53
Kamal muellim size ele gelmir ki, azularina yuxunda catarsan. YAP-cilar yalniz rushvet almagi bilirler.Siz saydiginizi sayin görun felek ne sayir.
Siz YAP-cilar da muxalifetde bu xalqin haqqlarini gobudcasina tapdalayaraq,öz heyatinizin yaxshilashdirilmasi ugurunda mubarize apararaq Azerbaycan xalqindan yaltaqcasina istifade edirsiniz.

Kimdən: Haqqin Sesi Haradan: o taydan
01.09.2010 13:32
Möhterem xanimlar ve cenablar:

Sizin yazilarinizi oxuyarken fereh hissi kecirirem ki, vetende hele de düshüne bilen insanlar var. Analogu olmaya ölkemiz var. Dünyanin hec bir ölkesinde vetendash bu geder aldadilmir, alcalmir. Mangutlara döndermek isteyirler hamimizi.
O pullar bizim OGURLANMISH pullarimizdir, bizim ogurlanmish geleceyimizdir. Veziyyetin bele olmasinda tekce aciz, cahil ve primitiv hakimiyyet yox, bizim hamimizin da günahi var.
Teessüf ki, danishmagla hal-hazirda hec ne deyishe bilmirik, ancaq danishmag lazimdir, demek, anlamag lazimdir. Yoxsa hamimiz qoyunlugumuzu boynumuza alib yashamaliyig.
Cavab

Kimdən: eva
15.09.2010 11:50
siz bu cur sozlerinizle userleri ele almaq fikrindesinizse yanilirsiz. bu danisiq formati qaldi 90ci illerde ezizim. bir de bu yazilarla siz ancaq vaxtinizi oldure bilersiz bankin sehmlerise bu muddetde artiq 0,25% artdi
Səhifə (3)
    Növbəti