Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:22

İqtisadiyyat

Unun bahalaşmasının səbəbi nədir?

Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var
x
Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Qazaxıstan Azərbaycanın taxıl ehtiyacını ödəməyə hazırdır, amma ortada qiymət artımı var. Ölkədə isə bəzi bölgələrdə unun qiymətinin artmasıyla, çörəyin çəkisinin azalmasıyla bağlı xəbərlər gəlir.

Suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev cavablandırır:

- Sabir müəllim, Qazaxıstanın Azərbaycandakı səfiri bir neçə gün qabaq bildirib ki, dünya bazarında qiymətlər artıb və onlar da taxılı yeni qiymətlə, tonunu təxminən 220 dollardan satacaqlar. Azərbaycan isə əsasən Qazaxıstandan taxıl alır.

O ALVERÇİLƏRDİR, BİR-İKİ MANAT ÜSTÜNƏ QOYUB SATIRLAR

- Bu qiymət yaxşıdır, bizə sərf edir. Bir-iki günə ölkəyə gətirilən taxıl məhsullarına 18 faizlik Əlavə Dəyər Vergisi (ƏDV) götürüləcək. 18 faiz də…yəni 39 manat 60 qəpik az olacaq.

- Bu nə vaxtdan tətbiq olunacaq?

- Bir-iki günə həll olunmalıdır. İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə nazirlikləri baxır, onlar öz rəylərini verəndən sonra baş nazir qol çəkəcək.

- Amma mətbuat bəzi yerlərdə unun qiymətinin qalxmasıyla bağlı xəbərlər yayır.

- Bu var, əsasən alverçilərdir. Bir yerdən alıb başqa yerə satırlar, vergi onun qarşısını alacaq. Demişik. Amma böyük firmalar, şirkətlər qiyməti bahalandırmayıb, qaldırmayacaq da. O alverçilərdir, bir-iki manat üstünə qoyub satırlar.

BİZİ QANE EDİR

- Belə məlumatlar da var ki, bəzi istehsalçılar çörəyin qiymətini qaldıra bilməyib çəkisini azaldırlar.

Nə qiymət deyiblərsə, firmalar o qiymətlə də alacaqlar
- Var, belə hallar var. İqtisadi İnkişaf Nazirliyi buna nəzarət etməlidir. Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var.

- Sabir müəllim, Qazaxıstandan 500 min ton taxıl ixracıyla bağlı olan razılaşma köhnə qiymətlədir, yoxsa yeni qiymətlə?

- İndiki qiymətlədir, tonu 220 dollarladır. Bizi qane edir. Nə qiymət deyiblərsə, firmalar o qiymətlə də alacaqlar. Yerli istehsalda da qiymət artıb. Hələ bir az çoxdur. İndi bizdə tonu 250 manata satılır.

TOXUM FERMERLƏRƏ GÜZƏŞTLƏ SATILACAQ

- Siz planlaşdırırsız ki, payızda 900 min ton da əkilsin?

- Bəli planlaşdırırıq. Toxum çatışmır, indi ayrı-ayrı ölkələrdən toxum gətirilir. Çalışırıq ki, fermerləri toxumla təmin edə bilək.

- Toxum fermerlərlə güzəştlə veriləcək, yoxsa, öz dəyərində satılacaq?


- Toxum istehsal edən fermerlərə verilən taxılın 40 faizini dövlət ödəyir. Ona görə də onlara güzəştlə satılacaq.

- Bu yay müşahidə olunmuşdu ki, bəzi bölgələrdə kəndlilər ziyanvericilərin ucbatından taxıl məhsulunu yığa bilməyiblər. Məsələn, Ağcabədinin bəzi kəndlərində siçan taxıla ciddi zərər vurub.


- Ermənistanla sərhəd ərazilərdə siçanabənzər gəmiricilərlə bağlı problem var. İndi vaxtı deyil, payız əkinindən sonra onlarla mübarizə aparılacaq. Bu il də, ötən il də gəmiricilər taxıla ciddi zərər vurdu.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aqranom Haradan: Bakı
12.09.2010 19:09
Hörmətli Sabir müəllim !!
Men bilirəm ki, Siz kompüterdən istifadə etmirsiniz. Amma hər halda imkandan istifadə edərək Sizə müraciət edirəm. Ölkə olaraq biz nə vaxta qədər kənardan buğda toxumu gətirəcəyik? Axı Dövlət Toxumçuluq təsərrüfatları, zona təcrübə stansiyaları, Əkinçilik İnstitutu və sair büdcədən maliyyələşən təşkilatlar var, onları hərəkətə gətirmək olmazmı? Hər il büdcədən toxum istehsalçılarına milyon manatlarla subsidiya verilir. Bəs sertifikatlı toxumlar haradadır? Yenə digər ölkələrdən gətirilən, rayonlaşdırılmamış sortlarla əkin apararaq nəyə nail olmaq istəyirsiniz?
Hörmətlə, çoxlu sualları olan Aqronom

Kimdən: zzz Haradan: sumqayit
01.09.2010 16:53
mence unun qiymetinde umumi yukselis yoxdu.alvercilerin qoyduqlari qiymetdi.

Kimdən: manat Haradan: baki
01.09.2010 10:40
men bu musahibeden bash cixara bilmedim.Hec inanacverici deil bele musahibe olmaz.
Cavab

Kimdən: çörəkçi Haradan: Bakı
01.09.2010 16:05
Nahaq yerə ona Aşıq Sabir demirlər ki

Kimdən: Alverci Haradan: Bazarbaycan
31.08.2010 22:09
Bu musahibeni oxuyanda adamda ele teessurat yaranir ki, biri kiminse dalinca qaca-qaca ona sual verir, o biri de ondan qaca-qaca bashdan etme "tezbazar" cavablar verir. Hec adamin inanmagi gelmir ki, jurnalistin musahibi ali-savadli hokumet adamidir... bazari tutmush alverci kimi danishir lap - "istiyisen budu, istemisen xosh getdün"