Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:19

Verilişlər / İşdən sonra

Əmanətlər 5 ilə qaytarıla bilər?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov
x
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov
Şriftin ölçüsünü dəyiş - +
«Beş il müddətinə əmanətləri qaytarmaq mümkündür».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. O bildirib ki, rəhbərlik etdiyi mərkəz 1 il əvvəl bununla bağlı qanun layihəsi də hazırlanıb.

EKSPERTİN TƏKLİFLƏRİ

«Güman edirik ki, beş il müddətinə əmanətləri qaytarmaq mümkündür. İqtisadi və Sosial İnkişaf Mərkəzi əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlamışdı 2009-cu ildə. Həmin qanun layihəsi hökumətə və parlamentə təqdim olunmuşdu. Həmin qanun layihəsində əmanətlərin indeksasiyası da göstərilib. Burda fərqli indeksasiya sistemləri təklif edilib. Bu nədən irəli gəlir. Azərbaycanda əmanətlərin 70 faizi 2 min rubladək olan əmanətlərdir. 20-30 faiz 2000-dən artıqdır. Biz təklif edirdik ki, 1 rubl üçün 1 manat ödənsin. Daha sonra isə indeksasiya sistemi dəyişilsin. Biz 5 indeksasiya sistemi təklif edirdik. Həmin indeksasiya sistemi daxilində Azərbaycan vətəndaşlarına əmanətlərin qaytarılması üçün 900 milyon manat vəsait tələb olunur və həmin prosesi 3 ildən 5 ilədək həyata keçirmək mümkündür».
Nazim Məmmədov


QANUNA EHTİYAC YOXDUR?

Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə hesab edir ki, bu məsələ ilə bağlı qanun qəbul etməyə, ümumiyyətlə, ehtiyac yoxdur:

«Qanun qəbul olunmasına ehtiyac yoxdur. Büdcənin xərc hissələri var, xərc hissəsini müəyyənləşdirən müxtəlif dövlət qurumları var. O cümlədən Maliyyə Nazirliyi. Maliyyə Nazirliyi Nazirlər Kabineti ilə birgə indeksasiyanın formulunu və qaytarılma mexanizmini bir qərarla təsdiqləyə bilər. Və bu qanunun qəbul olunmasına ehtiyac yaratmaz. Və hər halda biz bunu üstündə qalırıq ki, hökumət bunu qaytarmaqda israrlıdır və ortada siyasi iradə var».

Deputat deyib ki, qaytarılmayan əmanətlər dövlətin daxili borcu hesab olunmalıdır. Onların qaytarılması isə əhalinin banklara olan inamını artıracaq.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Xalqdan Haradan: BAkı
09.09.2010 19:26
Bu fikirlər oqədər inandırıcı görünmür çünki uzun illərdi bu insanlar əmanətlərini qaytarlacağı günü səbirsizliklə gözləyib .Biri deyir əmanətlər qaytarılsa infilasıya olar bir qurup deputatlarda deyirki bunu araşdırmaq lazımdır bunada uzun vaxt lazımdır .Bizimdə işimiz başımızdan aşır vaxtımız yoxdu.Bir qurup ağıllı deputatlarda deyirki birazda gözləsək bunların əksəriyəti öleb gedəcək.Bizdə məsələni rahat şəkildə həll edərik baş sındırmağa dəyməz.Bu 5il 5 il uzadıb hara gedirlər.Camatın 5-10 manat dövlətə borcu olanda televziyanıda götürüb qapı -qapı gəzib qapıları sındırırlar.Qardaş pul qoymuşam pulmu ver özüdə illik faiziylə manata manatla nə sağa sola çəkirsən .Neft xalqın sərvətidi ortada bir şey yoxdu quluqda olanlar isə çim yağdılar hərəsi öz işinə uyğun rüşvət yığırlar .Xalqıda düşünən yoxdu.Elə bir dövlət qurumu yoxdu ki orada rüşvət olmasın açıq bazardı.Ev tikən sənətsiz qorxu içində yaşayır ömüü boyu qorxu.Bəlkədə qaytardılar.

Kimdən: Rufat Haradan: Gence
02.09.2010 15:41
BU .... millet vekilleri .... komite sedrleri heresi bir "qanun" uzerinde ishleyir.Hansisa korpuye 60 milyon azn xerclemekdense o miliyonlarla manatlari emanetlere xercleseydiler 5 ilin 3 ilini ixtisara salmish olardilar!!!

Kimdən: Anonim
02.09.2010 00:05
Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov
size ele gelmirmi ki, 5 ilden sonra hemin emanetcilerin sahibleri bu heyatda olmayacaqlar.Cunku Sovetler birliyinde yashayan Ata-Analarimizin emanetleri olmush onlar bu heyatda yaridan coku yokdur.5 ilden sonrada onlarin qlan hissesi emanetlerin dahada 5 il uzadilmasini eshiderek dunyalarini deyishecekler.Sizin kimi Azerbaycanin millet vekili,iqtisadci hec olmaya bundan yaxshi xalq yshaya bilerdi.

Kimdən: mesi Haradan: baki
02.09.2010 00:03
neyinki olkemiz ? boyuk sssri mekani o,qeder rusvet xorluq,heramciliqla mesqul olublar onlarin ezablarini bizler cekirik.hec vaxt olkemizde helalciliq olmayib.qazaniriq qazancimizin bereketi yoxdur.sexsen men inanmiram pullar qaytarilsin. basqa milletler bu isi gorseydiler yanmazdim.adama ne etse ozununki eder meseli var.pul vermekleri baslarina deysin yolcu kimi pul almasinlar.neft olkesinde yasayiriq baxin bizim yasayisimiza.ne gune qalmisiq ki dovletde bize atir.

Kimdən: Ilgar Haradan: Baku
01.09.2010 23:11
Bayramchik Хватит да по просту говорить.Вы кому лапшу вешаете.Вы абсолютно далекий от банк.дела человек.Ты теоретик .А практика иная.Вы Лапшегон.Слепец.Ты посмотри на неплатежи .Что творится.Алим говорит о консолидации а Рустамов наооборот.Ты понял.Неплежи давят на банки.Киши кими даныш.

Kimdən: roma Haradan: mingəçevir
01.09.2010 16:04
inden sonra qaytarmaqlari ... girsin.ne qeder insan o arzularla dunyasini deyishdi.camaatin iller boyu zulmnen topladiqi emanet bunlarin gozunde hecdir.hadi recebli deyir ki gerek arashdiraq gorek bu pullar halaldirmi.cunki ozu indiye kimi yalniz emek haqqiynan dolanib.bunlar o pulu 1 gunde qazanir ele bilirler xalq da beledir.Allah hamsinin belini qiracaq.pul bunlari temiz qudurdub ona gore de xalqin feryadini eshitmirler

Kimdən: azad Haradan: yasamal
01.09.2010 15:43
SSRİ dovrundən əhalinin əmanət banklarında qalmış nəgd pul vəsaitlərinin qaytarıması bu cün də öz aktuallıgını itirmir. Bu mövzu gah milli məclisdə gündəmə gəlir,gah ara sıra mətbuatda geniş mövzuya cevrilir Bəzən də iqtisadçı ekspertlərin dilindən düşmür. Butun hallarda bu xalqın müəyyən hissəsini narahat edən və düşündürən bir məsələdir. Cünki sovet dövründə yaşamış və işləmiş azərbaycan vətəndaşları öz nəgd pul vəsaitlərini yalnız əmanət banklarinda yerləşdirirdilər və bundan da müəyyən faiz gəlirləri. və imtiyazları əldə edirdirdilər. SSRİ dövləti dagıldıqdan sonra surətlə gedən inflyasianın təsirindən bu banklarda olan əmanətlər öz dəyərini itirdi və qəpik quruşa çevrildi.lakin azərbaycanda iqtisadi sabitlik və iqtisadiyyatda güclü inkişaf başladıqdan sonra bu mövzu cündəmə gəlməyə başladı. Hər dəfə bu məsələ milli məclisdə müzakirəyə cıxarıldıqda müxtəlif səbəblərdən təxirə salınaraq öz həlini bu günə kimi tapa bilmir. Cünki bu məsələnin azərbaycan vətəndaşlarının xeyrinə müsbət həll olunmasında hansısa. məmurların maraqı yoxdur.Əgər maraqları olsaydı bu məsələ çoxdan öz müsbət həllini tapardı. Əmanətlərin hansı mexanizmlə qaytarılması vətəndaş ucün o qədər əhəmiyyət kəsb etmir. əsas odur ki uzun illərdən bəri gözünü ona tikib həsrətlə qaytarilmasını gözləyən əmanətçilərin ümidləri boşa çıxmasın. Bu məsələ nə qədər tez öz həllini taparsa, istər milli məclisdə istərsədə dövlətin digər qurumlarında . Bundan həm vətəndaş faydalanar həm dövlət yararlanar. Məhz bu məsələnin müsbət həll olunması ücün azərbaycan əmanətciləri möhtərəm Prezedntimiz İlham Əliyev cənablarının müvafik sərəncamı böyük ümidlə gözləyirlər və inanırlar ki Prezedent bu yaxınlarda öz müdrik qərarını verəcəkdir.

Kimdən: Azerbaycanli Haradan: Baki
01.09.2010 15:07
Allah lənət eləsin 5 ilə kim ölər kim qalar mənim Nənəm 33 il müəllim işləyib 75 manat pensiya alır qoca insan ümidini o pula bağlayıb ki heç olmasa özünü rahat hiss etsin o pullar qaytarılmasa Dövlətə haram olacaq Ey camaatın qanını içənlər başa Düşün onsuzda öləcəksiniz Allahdan qaça bilməzsiniz dayanın hələ gec Deyil Qaytarın camaatın pulunu bəsdi boş boş fasadlar rənglədiz boş boş Binalar tikdiz yolları yüz dəfə təmir edirsiz amma kanalizasiyanı belə dəyişmirsiz dayanın hara gedirsiz hər şey üzdən olunur arxası bərbad gündədir Dayanın Allahdan qorxmaq lazımdır

Kimdən: Akif Haradan: Bakı
01.09.2010 14:29
Mən hesab edirəm ki, hökumət vətəndaşların əmanətlərini 17 ildir ki, istifadə edib faydalanıb və ona görə əhaliyə nəinki həmin pullar 1rubl 1 manat nisbətində qaytarılmalıdır, həmçinin əlavə dəbbə pulu da ödəməlidir. İndiyədək hakimiyyət xalqın sərvəti olan neft və digər təbii sərvətlərdən gələn gəlirləri düşünülməmiş işlərə (eyni yolların dəfələrlə asfaltlanması, binaların fasadlarının dəyişdirilməsi və sairə) xərcləməkdənsə əhalinin əmanətlərini qaytarmalı idi.