Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:17

Cəmiyyət

«Regionun ən repressiv ölkəsi – Azərbaycan»

x
Şriftin ölçüsünü dəyiş - +
«Freedom House» təşkilatının avqustun 31-də açıqladığı «Dünyada işçilərin hüquqları: Ədavətli dünyada azad işçi qüvvəsi» adlı hesabatında belə qeyd olunur. Təşkilat 165 ölkədə ticarət birliklərinin işini və işçilərin azadlığını qiymətləndirib.

İlk dəfədir hazırlanan hesabata görə, dünya əhalisinin 3-də biri işçi hüquqlarının pozulduğu cəmiyyətlərdə yaşayır. Hesabat Qərbi Avropadan başqa beynəlxalq səviyyədə tanınan əmək normalarının bütün regionlarda pozulduğunu üzə çıxarıb. Ən ciddi hüquq pozuntuları Yaxın Şərq və keçmiş Sovet ölkələrində qeydə alınıb.

«Freedom House» ölkələri 5 kateqoriyaya bölüb: «azad», «əsasən azad», «qismən azad», «repressiv» və «çox repressiv». Azərbaycan – «repressiv»lər siyahısındadır. Qonşu Ermənistan, Gürcüstan isə «qismən azad» hesab olunurlar.

Belarus, Birma, Kuba, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Vyetnam da daxil olmaqla 14 ölkədə işçilərin hüququ daha çox pozulur.

«Dünyada işçilərin hüquqları: Ədavətli dünyada azad işçi qüvvəsi» reytinqi 2009-cu ili əhatə edir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azerbaycanli Haradan: Baki
01.09.2010 16:09
İçin qanımızı görək biz öləndən sonra kimin qanını içəcəksiz yaginki bu ölkə hansısa imperiyanın müstəmləkəsi olacaq
Cavab

Kimdən: bezmish
01.09.2010 17:00
evvel mustemlekeye oxshar bir shey idik amma indiki halimizdan gat-gat yaxshi idi. Hech olmasa shikayet etmeye yer vardi, gorxu vardi, gayda vardi. Bes indi ne var??


Kimdən: fatime Haradan: baki
01.09.2010 16:08
her il adimiz yeni bir biyabirchi siyahiya ve bedbext olkeler siyahisina dushur..

En boyuk biyabirchilig ise odur ki, gece gunduz hedelediyimiz ve beyenmediyimiz Ermenistan ve bize kasib gorunen Gurcustan her yerde bizden daha onde daha yaxshi yerlerdedirler.. .