Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:02

Cəmiyyət

Azərbaycanlılar dinin rolu haqqında

Şriftin ölçüsünü dəyiş - +
«Gallup»ın yeni sorğusuna görə, dünyada əhalinin 84 faizi dinin onların həyatında rolunun yüksək olduğunu bildirib. Amma Azərbaycanda bu göstərici bir qədər aşağıdır.

ABŞ-ın sosial araşdırmalarla məşğul olan «Gallup» təşkilatı keçən il dünyanın 114 ölkəsində dinin insanların həyatında roluna dair növbəti sorğu keçirib. Sentyabrın 1-də elan edilən nəticələrə görə, sorğuya cəlb olunan ölkələrdən ümumilikdə 84 faizində insanlar dinin onların həyatında çox vacib olduğunu deyib.

«Gallup»ın nəticələrinə görə, Azərbaycanda və onun yaxın ətrafında insanlar dinin əhəmiyyəti haqqında bunları deyiblər:

Din Sizin gündəlik həyatınızın vacib hissəsidirmi?

2009-cu ildə bu sual 114 ölkədə yetkin vətəndaşlara verilib.

ÖlkələrBəli
Xeyr
Azərbaycan5049
Gürcüstan8116
Ermənistan7325
Rusiya  
Türkiyə8215

Rusiya
4360
Türkmənistan8018
Qazaxıstan4348

2009, «Gallup»

10 ölkədə isə rəyi soruşulanların tam əksəriyyəti – 98 faizi dinin rolunun yüksək olduğunu deyib. Onlar əsasən Banqladeş, Nigeriya, Yəmən, İndoneziya kimi kasıb ölkələrdir.

Amma ABŞ kimi zəngin bir ölkədə də insanların dinə verdikləri önəm kəskin artıb. Amerikalıların 65 faizi dinin onların həyatında vacib olduğunu deyib.

Qalan inkişaf etmiş ölkələrdən yalnız İtaliya, Yunanıstan, Sinqapur və Körfəzdə neft zəngini ölkələrin sakinləri dinin rolunun yüksək olduğunu bildiriblər. Amma varlı ölkələrin əksəriyyətində adamların dini inanclara önəm verməsi o qədər də yüksək deyil.

Sorğuya cəlb olunan 10 inkişaf etmiş və etməkdə olan dövlətdə əhalinin cəmi 34 faizi inancların onların həyatında vacib olduğunu deyib.

Bunlardan az inkişaf etmiş üç keçmiş sovet respublikasında - Estoniya, Rusiya və Belarusda SSRİ zamanında on illərlə dini azadlıqlara məhdudiyyətlər tətbiq edilib. Onlardan başqa, Vyetnamda da bu sahədə azadlıqlar boğulub.

Din Sizin gündəlik həyatınızın vacib hissədirmi?

ÖlkələrBəli
Estoniya16 %
İsveç17 %
Danimarka19 %
Yaponiya24 %
Belarus34 %
ABŞ27 %
Vyetnam30 %
Fransa30 %
Rusiya34 %

2009, «Gallup»

«Gallup» qeyd edir ki, sosioloqlar kasıblıqla dinin əlaqələrinə dair bəzi nəzəri fikirlər irəli sürülər. Onların qənaətlərinə görə, xüsusilə kasıb ölkələrdə inanclar insanlara gündəlik həyatın problemlərinə dözüb özlərinə və ailələrinə ayaqda qalmağa yardım edir.

«Gallup»ın bundan əvvəl keçirdiyi bir neçə sorğunun nəticələri həmin fikri müəyyən qədər dəstəkləyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Xalif Haradan: Arz
02.09.2010 22:51
bashin batsin bazarbaycan!!! Musa a.s-a corek-yemek vermeyen topluluq - azerbaycanlilar.

Kimdən: ilham razin Haradan: razin
02.09.2010 17:28
Bu faizləri görüb cox sevindim.Deyəsən mənim millətim artiq yavaş-yavaş başa düşür ki,islam millətin,ümumilikdə bəşəriyyətin inkişafina,sivilizasiyaya böyük maneədir! İnsanin allahi onun VİCDANidir!
Cavab

Kimdən: Bezməmiş Haradan: Bakı
03.09.2010 13:04
Deyirsiniz:"İnsanin allahi onun VİCDANidir!"

Halbuki insanlar onların adından danışmaq hüququnu Sizə vermədikləri halda onların adından bu ifadəni işlədirsiniz. Bu barədə vicdanınız qarşısında hesabat vermisinizmi?! Məncə əgər hesabat versəydiniz, yuxarıdakı ifadəni işlətməyə xəcalət çəkərdiniz.
Cavab

Kimdən: Adil Haradan: Bakı
03.09.2010 13:03
Nizamla işləyən mikro və makro aləmi, simmetrik bədənini vicdanın yaradıb deyirsen? Bəs vicdanını kim yaradıb?
Cavab

Kimdən: ali kürşat
02.09.2010 22:42
Birinci tabloya göre Azerbaycan toplumu dine yaklaşım bakımından türkiye, ermenistan ve gürcistandan farklı olarak rusyaya daha çok benzemektedir. Türkiyenin ateizm propagandası altında olmaması dolayısı ile gürcistan, ermenistan ve azerbaycan arasında mukayese daha sağlıklı olacaktır. birinci ve ikinci ülke sovyet sistemi içerisinde milli kimliğini din üzerinden korumuş, azerbaycan ise aynı imkanlara sahip olamamıştır. Fark ortadadır, ne istediğini bilen iki toplum var ortada; ermenistan karabağı istedi ve aldı. Gürcistan rusyadan bağımsızlaşmak istedi ve aldı. Eski SSCB den ayrılan ve rusyadan en çok uzaklaşabilen bir devletleri var şimdi. Peki Azerbaycan ne istiyor, istediğini elde etmesine yardım edecek moral kaynağı nedir? Karabağı mı istiyor, rusyadan bağımsızlaşabilmeyi mi, doğal kaynaklarını en iyi fiyata satmayı mı? Bunun cevabı önemli. Din sadece bireysel rasyonel düşüncemizin önüne yem olarak atılmış bir eğlence malzemesi değildir. Bir toplumun çimentosudur. Çimento sağlam olmayınca sosyal bağlar zayıflar, toplumu bir arada tutacak kurumlara ihtiyaç duyulur. İyi işleyen bir hukuk sistemi bir çimentodur, Avrupalılar bunun ile bir arada duruyorlar. Din bir çimentodur, ahlaki ödevleri ile toplumu bir arada tutar. Hukuku geliştiremeyen toplumların asgari müştereklerin temini için dine ihtiyaçları vardır. Diğer taraftan toplumsal felaket anlarında hukuk da yetersiz kalabilir, din her halükarda hukuktan da daha acil görevleri yerine getirecek bir sosyal müessesedir. Ateizm eğitimini özümsemiş azerbaycanlı kardeşlerimi dinin sosyal fonksiyonları üzerinde biraz daha ihtiyatlı konuşmasını dilerim.
Cavab

Kimdən: zekiye Haradan: ankara
03.09.2010 12:46
salm.kürşad kardeşime tamamen katılıyorum.tamda beni tercume etmiş.sağolsun.ben azerbaycanı türkiyeden izlediğim kadarıylavetanış olduğum azebaycanlı dostlarım kanalıyla anltılanlarla kurşad beyin tespitlerinde paralellik tamdır.bu tespitin altına imzamı atabilirim dahada fazla diyeceğim yok.selamlar.
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
02.09.2010 18:30
Kimsə mənə indiyədək hansısa bir mədəniyyətin qeyri-dini əsaslar üzərində (tək və ya çoxallahlı - fərqi yoxdur) qurulduğunu deyə bilərmi? Biz niyə başa düşmürük ki, inkişafa mane olan din deyil, beyni kərpic kimi qəlibə düşmüş insanlardır? Axı əks halda ateist SSRİ dünyanın ən inkişaf etmiş ölkəsi olmalı idi. Nə isə, onsuzda hamı 50-100 ildən sonra həqiqəti görür. Korlara dərs verməkdən daha vacib işlərim var.

Kimdən: Haci Hacili Haradan: Isvecre
02.09.2010 13:57
Maraqli neticelerdi. Amma, eyni suala Rusiyanin cavabi nedense birinci cedvelde 43%, ikincide ise 34% gösterilib.

Kimdən: Adil Haradan: Bakı
02.09.2010 10:33
Bakıdan olan Kimse-yə,

- "Müslümanların haram anlayışı elə onların öz qurduqları cəmiyyətdə daha çoxdur nəyinki dinsizlərin cəmiyyətində." - Eynicinsli nigahlarlar barədə niyə danışmırsız? Hansı ölkələrdə rəsmiləşdirilib? Bəlkə müsəlman ölkələrində?
- "Edamlar dindarların cəmiyyətində daha çoxdur nəyinki dinsizlərin(İran,Ərəbistan)... " - Bəs Çin, Şimali Koreya, Tailand, Birma? Bunlar dindar cəmiyyətdirlər?
- "Rüşvər dindarların cəmiyyətində daha çoxdur nəyinki dinsizlərin. " - Yuxarıda sadaladığım ölkələrdə yoxdur?
- "Ayrıseçkilik dindaların cəmiyyətində çoxdur nəyinki dinsizlərin(şiə-sünnü,katolik-provaslav, protestant-katolik və s.)... " - Bəlkə qərbin müsəlmanlara qarşı ayrıseçkiliyini də bu siyahıya daxil edəsiniz? Zənci Bilalın ilk əzan verən kimi təyin edilməsi İslamda irqçiliyə qarşı olduğuna gözəl misaldır.
- Geridə qalmağı Allaha inamla, dinlə və müsəlman olmaqla bağlamaq, özü geridə qalmışlığın əlamətidir.
- Quran kəlməsinin bir anlamı “Oxumaq” deməkdir. “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” ayəsi insanların elm yarışına başlamalarını istəməkdədir. Qurаndа еlm əhli cəhalət əhlinə mütləq оlаrаq üstün кimi göstərilir. Əgər biz elmin dalıyca getmiriksə, cahillikdən qurtulmaq istəmiriksə, müasir texnologiyalardan, elmi nailiyyətlərdən bəhrələnmək istəmiriksə, öz çıxarları üçün elm sahibi olmasını qadağan etmiş bəzi “ağilli” mollaların dediklərini Allahın Quranda bildirdiyi hökmlərindən üstün tutacağıqsa bunda Din-i, İslam-ı günahlandırmaq ən azı ağılsızlıq olardı. İndi də müasir texnoloji vasitələrdən, komputerlərdən, incəsənət, zinət əşyaları, təbii dəri və sairə vasitələrin haram olduğu təlqin edilir. Quranda bu qədər elmə yer verildiyi halda müsəlmanların elmin dalinca getməməsi həmin cəmiyyətlərdə bir çox neqativ halların yaranmasına səbəb olmuşdur.
- Müsəlmanların keçmişdə yaratdıqları böyük mədəniyyətlərin oxşarını bu gün də yarada bilmələri əlbəttə ki, mümkündür. Qloballaşmanın gün keçdikcə sürətləndiyi bu dövrdə müsəlman ölkələr də aralarındakı hər cür maneəni qaldırıb elmdə, texnologiyada, ticarətdə birləşməli, İslam dünyasının mənfəəti üçün birlik halında hərəkət etməlidirlər.

- Müsəlman ölkələrinin geridə qalmasının ən mühüm səbəbi birliyin olmamasındadır. Ona görə zülm və cahillik içində cabalayırlar. İslam dinini, Quranı düzgün qavramamaqdı, məzhəblərə, təriqətlərə, camaatlıqlara, tayfalara bölünməsidir. Allahın Quranla bildirdiyi "Allah'in ipinə simsix sarilin, dağilib ayrilmayin" hökmünə itaət edib bir olmamağıdır. Nə qədər ki, 1.5 müsəlman təriqətlərə, məzhəblərə bölünmüş, məzhəblərdə qruplara ayrilmiş, qruplarda camaatliqlara xirdalanmiş müsəlmanlar bu zülmdən xilas olmayacaqlar!!
Cavab

Kimdən: Bezməmiş Haradan: Bakı
03.09.2010 13:09
Hörmətli Adil. Sizə təşəkkürlə yanaşı müsəlmanların öz izzətlərini itirmələri səbəbini Hz Əlinin (ə) qısa və konkret bir kəlamı ilə ni xülasə qeyd etmək istəyirəm"Haqq pərakəndə, batil nizamlı olarsa, batilin haqq üzərində qələbə çalması haqdandır!" (yəni bu Allahın ədalətinə müvafiqdir)

Kimdən: faina Haradan: baki
02.09.2010 01:23
neden bele hokum verirsiniz ki iman icinizde varsa yoxsa ALLAH bilir.ozunuzu içinizdeki inamdanda mehrum etmeyin.her parlayan qizil deyil .din temizlik safligdirsa hagdirsa hagdan qacmayin naziler uzulmez.haggi olmag gec tez bergerar olar inşallah

Kimdən: rusifikasiya
02.09.2010 01:15
meglubiyyetlerimizin esas sebebi dinden kenara dushen,qeflet icinde yashayan ehali coxlugundandir.Biz Qarabagi da dinsizliyimiz ucbatindan itirdik.Agdamda sherab zzavodu acib,ermenilerle kirve olub ustunden de birlikde sherab vuranda hec Allahi yada salirdilar.Allah deyir:Biz size zulm etmerik,siz ozunuz ozunuze zulm edersiniz.Beli dolu bir usyan icinde yashayib,sonra Allaha bu suali vermek ki,bizim gunahimiz ne idi ki,bele oldu,nadanliqdir.Indi de mescidleri sokur,baglayir,ardinca Bakida gunu gunden yeni fahishexanalar acilir.Kitabxanasi baglanir yerine market acilir.Hetta ish o yere catib ki,DIN in yaninda mavilerin bari acildi bu yaxinlarda.Bu cur rezaletde yashayn,bu meneviyyatsizliga goz yuman millet hec vaxt qalib olmayacaq.Bu aci bir heqiqetdir.Allah hidayet versin bu millete.Amin.

Kimdən: Amin Haradan: Belasuvar
01.09.2010 16:03
Adeten biz dine hormet eden olkenin her vaxt uqurlar elde etdiyinin shaidi olmushuq.ALLAHA hormet etmeyen hakimiyyeti sovet olkesinin gunu gozleyir.Yeqin ki,biz bir gunde dine hormet etmeyen, yap hakimiyetin daqilidiqi gunu goreceyik.
Cavab

Kimdən: Kimse Haradan: Baki
02.09.2010 00:03
Əxlaq dinsiz cəmiyyətlərdə digərlərinə nisbətən daha yüksək səviyyədə qorunur.(pislədiyiniz Sovetlərdən misal olaraq gətirirəm)...

Müslümanların haram anlayışı elə onların öz qurduqları cəmiyyətdə daha çoxdur nəyinki dinsizlərin cəmiyyətində. Rüşvər dindarların cəmiyyətində daha çoxdur nəyinki dinsizlərin. Ayrıseçkilik dindaların cəmiyyətində çoxdur nəyinki dinsizlərin(şiə-sünnü,katolik-provaslav, protestant-katolik və s.)... Edamlar dindarların cəmiyyətində daha çoxdur nəyinki dinsizlərin(İran,Ərəbistan)... Hüquq pozuntuları dindarların cəmiyyətində daha çoxdur nəyinki dinsizlərin... İnkişaf dinsizlərdə daha çoxdur nəyinki hər şeyin Tanrı tərəfindən yaradıldığını və on tərəfindən idarə edildiyinə inanıb bununla kifayətlənən dindarların...

Emil Orling sənin də dediyin tərs mütənasiblikdir hər halda onu nəzərdə tutmuşdun...
Cavab

Kimdən: Emil Orling
01.09.2010 16:53
Cemiyyetlerin dine meylliliyi derecesi ile onlarin inkisaf seviyyesi arasinda six elaqe var, ozu de duz mutenasib. Ona gore nagil danismayin!
Cavab

Kimdən: Adil Haradan: Bakı
01.09.2010 18:21
Emilə
Dinsiz cəmiyyətin nə qədər kobud, vəhşi və barbar olduğunu Allahı inkar edən darvinizm, materializm kimi fəlsəfələrin gəldiyi nəticələrə baxdığımızda aydın görürük. Din əxlaqı ilə dinsiz cəmiyyətlər arasındakı böyük fərqi də görə bilirlər. Ən böyük ayrıseçkilik salanlar, irqçilər elə Allaha inanmayanlardır. Dinsiz cəmiyyətlərin necə fəlakətlərlə üzləşdiyini unutmusuz? Çin, Şimali Koreya, SSRİ-nin yaratdığı müharibə ocaqları, Stalinin, Hitlerin əməllərini, Kambodjada Pol-Potun, Vyetnamda Xo Shi Minin.... Bu faciələrin miqyaslarına baxın! Dinsizlik belə cəmiyyətlərin yaranmasına gətirib çıxarır.
İndi de görüm kimin dedikləri nağıldı, kimininki reallıq?
Cavab

Kimdən: Temir Haradan: Baki
01.09.2010 17:44
zehmet olmasa goz yetirin:
"Amma ABŞ kimi zəngin bir ölkədə də insanların dinə verdikləri önəm kəskin artıb. Amerikalıların 65 faizi dinin onların həyatında vacib olduğunu deyib".
Cavab

Kimdən: Hammurapi Haradan: Babilistan
01.09.2010 17:39
Hormetli Emil Orlinq. Demek istemisiniz ki cemiyyetin inkishf seviyyesi o vaxt yuksek olur ki, hemin cemiyyet dinden maksimum uzaq olur. Qaqashim bu ters muntenasiblik demekdir.