Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:44

Verilişlər / İşdən sonra

Politoloqdan İlham Əliyevə məsləhət

Rasim Musabəyov
x
Rasim Musabəyov

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«İlham Əliyevə Medvedevi diqqətlə dinləməyi, planları barədə danışmamağı məsləhət görərdim».

Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Medvedevi intizarda saxlamaq daha yaxşı səmərə verər:

«Medvedevi çox diqqətlə dinləməyi məsləhət görərdim. Və yaxud Medvedevi bizim planlarımız barədə narahat qoymaq, intizarda saxlamaq lazımdır».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan deyilən sözlərə deyil, görülən işlərə daha çox diqqət verməlidir:

«Mən də düşünürəm ki, İlham Əliyev Medvedevi diqqətlə dinləməlidir.

Vədə yox, əmələ inanacaqsan. Medvedev deyə bilər ki, Ermənistanla imzalanan hərbi saziş Azərbaycanın əleyhinə deyil.

Elxan Şahinoğlu
Əməldə isə biz bunun fərqini görürük. Deməli, biz Rusiyanın bu əməlini görərərk xarici siyasətdə öz seçimimizi etməliyik».

Rasim Musabəyov onu da bildirib ki, ümumiyyətlə, Rusiyanın son vaxtlar Cənubi Qafqazda nüfuzu olduqca aşağı düşüb. Bu da onu göstərir ki, onların apardıqları siyasət yaramazdır:

«Vaxt var idi ruslar Qafqaz əhalisinin təxminən 15-16 faizini təşkil edirdilər. Ermənilərin də sayı bölgədə qat-qat çox idi. Son iyirmi-otuz ili götürsək ruslar Azərbaycanda 16 faiz idi, Gürcüstanda təxminən 15 faiz idi, Ermənistanda isə 5-6 faiz idi. Bu gün rusların Cənubi Qafqazda 2 faizlik nüfuzu qalıb. Ona görə ki, tarix Rusiyanın, onun əlaltılarını Cənubi Qafqazda nüfuzunun artması istiqamətində yox, əksinə olaraq azalması istiqamətinə gedir.

Bu gün ermənilər Rusiyanın köməkliyi ilə hələlik bizim torpaqlardan çıxmırlar. Ancaq onlar ayaqları ilə buna səs verirlər. Ermənistanda ilin əvvəlindən immiqrasiya yenə də artıb. Əvəlki illərlə müqayisədə 30 min artıq vətəndaş Ermənistanı tərk edib. Bu proses onu göstərir ki, həm Ermənistan rəhbərliyinin, həm Rusiyanın apardığı siyasət yaramazdır və perspektivi yoxdur».

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Natiq Haradan: Rusiya
05.09.2010 14:22
Nə vaxtsa ruslar ermənilərin də dalında durmayacaqlar və ya dura bilməyəcəklər, öz canlarının hayında qalacaqlar. Bu anlar nə vaxtsa olacaq.
Bəs onda ermənilər nə edəcəklər?

Kimdən: Ilqar Haradan: Baku
05.09.2010 13:15
http://www.crisisgroup.org/en/regions/europe/caucasus/azerbaijan/207-azerbaijan-vulnerable-stability.aspx

Kimdən: Ilqar Haradan: Baku
03.09.2010 20:20
Да Эльмар ты ПРАВ.Полностью с Вами и Вэфа патроном согласен.А развал Плохой россии (весь мир их так называет)не за горами.Ну кто мог предположить что сумашедший ссср развалится.Ленин сифилитик-Сталин бандюга кстати если не Америка ссср проиграл бы войну.А он по ленд лизу их кинул.А Америка списала нам долги.хрущев собирался показать кузькину мать.брежнев лизался ...Путину для шоу осталось только в космос полететь...Развал россии неизбежен.Долги самое страшное оружие.Кстати ссср из-за долгов бамбанулся.Borc gaga.Они в кремле это прекрасно понимают просто хотят мягкой посадки-Не получится.А у нашей крутизны чужой похмель будет.Они все убегут.В истории таких кидняков много.Вай бизим халымыза.Нам в наследство останется разворованный (отвечаю) бюджет.Заимствованные бабки т.е.внешние долги и плохая воровская репутация.Комедия впереди до сих пор журнал был.Ну ладно башынызы агрыдмайим.Ürəyim doludu.Allah bizi gorusun.

Kimdən: Dədə S. Haradan: Uruset ağacının kölgəsind
03.09.2010 19:35
Ay cammat!
Bizim bir nazirimizin biri pencəyini çıxarıb cibini boşaltmadan Ayızadəyə, yaxud Yolçuyevə bağılasa, o da bizə nəinki torpq. hə daş da bağşlayar. Yəni bu qədər pay alıb pay verməyin ustası olan bir milıətə bunu izah etmək lazımdımı?! Qoy nə qədər konyak istəyirlər alıb işsinslər, istər "Armeniyansisqi", istərsə də "Fransuzsisqi"! Allah xəsislərimizə insaf versin, ya da qənim olsun, onda hər şey düzələcək.

Kimdən: Elmar999 Haradan: Baki
03.09.2010 16:25
Birdəfəlik başa düşün. Hörmətli Vəfa Quluzadə Qarabağ barəsində bu sözləri deməkdən yorulub. RUSİYA NƏ VAXT DAĞILACAQ QARABAĞ MƏSƏLƏSİ DƏ ONDA HƏLL OLUNACAQ!!!! Bu həqiqətən belədir. Rusiyanın son hərəkətləri isə HƏYASIZLIQ VƏ REGİON ÖLKƏLƏRİNİ SAYMMAZLIQDAN BAŞQA BİR ŞEY DEYİL. Yəni xüsusən də bizə demək istəyir ki, nə istəsəm onu da edirəm. Hunerin var məni eşitmə. VƏSSALAM.

Kimdən: Ilqar Haradan: Baku
02.09.2010 22:15
я рад за контакт.Наконец меня услышали.
А этот Azeriden беженец из Азербайджана на русских батрачит. спину на них гнешь и домбалишься. сидит в засаде и как Ленин из польши бизе понятка оргедирсен.Если ты такой крутой или бутылки в росии соьираешь человек последнего сорта для русских.Глотаешь их унижение и оскорбление.Ну тогда говори на своем родном задавленном языке с русичами.
Так знай твой алвер тебе не поможет.Скоро всех вас в росии изуродуюют.Хватит жить в страхе.Кяндиня гел гагаш все равно ты в россии не разбогатеешь.У тебя все отнимут Балван.

Kimdən: Comərd.
02.09.2010 15:26
Rasin musabəyov İnsan var bilmir və bilir ki,bilmir,yaxşı olar Qabil, Vəfa Cümşüd, Etibar, Mübariz və b.gedin başqa işlə məşğul olsanız pis olmaz.

Kimdən: Muhendis Haradan: Bataqliq
02.09.2010 10:02
Vafa Quluzade kimi ishini bilen , heqiqeti soyleyen , milletini seven politoloqlara ( ve diplamatlara) bu iqtidarda yer yoxdur.

Kimdən: Dubai Haradan: Villa No. 9
02.09.2010 09:06
Yadima gelir, Musabeyov Ramiz Mehdiyevin de cizma-qarasini yuksek qiymetlendirmishdi çıxışlarının birində.

Müsavatdan çıxandan sonra hörmət etmirəm bu politoloqa, əqidəsini dəyişən insanlar ən təhlükəli insanlardır.

Kimdən: Yurdsevər
02.09.2010 09:03
Konkret desək Rusiyanın siyasəti "Dovşana qaç, tazıya tut" siyasətidir.
Səhifə (2)
    Növbəti