Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:41

İqtisadiyyat

Böhran neftdən asılılığı artırıb

x
Şriftin ölçüsünü dəyiş - +
«Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatının neftdən asılılığını daha da artırıb».

Buna qənaətə İqtisadi Tədqiqatlar Mərkəzi apardığı tədqiqat zamanı gəlib.

Mərkəz ekspertlərinin araşdırmasında məlum olub ki, rəsmi statistikaya görə bağlanan iş yerlərinin sayı 2008-ci illə müqayisədə 3 dəfə artıb. Açılan iş yerlərinin sayı isə əksinə, 35 min azalıb.

Mərkəzdən AzadlıqRadiosuna verilən məlumata görə, araşdırma zamanı daha çox orta və yaşlı nəslin nümayəndələrinin işsiz qalması məlum olub:

«Bundan başqa, böhran dövründə işsizlər arasında ali təhsillilər üstünlük təşkil edib».

Tədqiqatçılar əmək bazarında müsbət dəyişikliklərə nail olması üçün hökumətə təkliflər də hazırlayıblar.

Ölkə rəsmiləri isə dünya maliyyə böhranın Azərbaycan iqtisadiyyatına təsir etməməsiylə bağlı açıqlamalar veriblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ilqar Haradan: Baku
09.09.2010 03:21
У меня создается впечатление что такая животрепешия тема не контролируется.Позовите меня и я вам пучками жуликов и казнокрадов Государственного бюджета Азербайджанской Республики выведу на чистую воду.Отвечаю.Надо тюрьмы строить а не мосты .

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
03.09.2010 10:10
SOSİALİST RESPUBLİKA zamanı Azərbaycanın ixracatın yarıya qədəri hazır məhsulların payına duşurdu,indi isə əksinə ixracatın 95%-i xammalın payına duşur.Bir sözlə KAPİTALİZMƏ kecid ölkəni istehsalcı ölkədən ancaq xammal ixrac edən ölkəyə cevirdi....

Kimdən: financier Haradan: drayzer
02.09.2010 15:46
var bohranın təsiri, var!