Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:21

Verilişlər / İşdən sonra

KİV necə pul qazansın?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
x
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Media sahəsində radikal addımların bəziləri artıq atılıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə mətbuat sahəsinə edilən yardımlar və sosial layihələr bu addımların bir hissəsidir.

«Mətbuatın Azərbaycan nəşriyyatına olan borclarının dondurulması, sonra birdəfəlik yardımlar formasında müəyyən yardımların edilməsi bura daxildir. Və bu yardımlar getdikcə artır. Əvvəlcə bu yardımlar 5 min manat həcmində başlamışdısa, sonra 10 min manat həcmində oldu. Bu il isə 20 min manat həcmində birdəfəlik yardımlar göstərildi. Bundan əlavə KİV-ə dövlət dəstəyi fondu müxtəlif müsabiqələr elan edib və qrant formasında müxtəlif maliyyə yardımları ayrılıb. 2010-cu ildə isə ilin birinci yarısında müsabiqələr olmuşdu. Yardımlar göstərilmişdi. Eləcə də ikinci yarısında müsabiqələr elan olunub. İndiyə qədər Azərbaycanda böyük məbləğdə qrantlar ayrılıb. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün atılan addımları və. s. nəzərə alsaq artıq radikal addımların bəzilərinin atılmasının şahidi olmuşuq».

Mehman Əliyev
Müşfiq Ələsgərli deyib ki, bundan sonra da bəzi proqramlar davam etdiriləcək. Onun sözlərinə görə, Diffamasiya haqqında qanun yaxın vaxtlarda qəbul olunacaq. Bundan başqa, KİV-in iqtisadi problemlərini həll etmək üçün proqram hazırlanıb. Həmin proqramda iki yeni təşəbbüs var. Onlardan biri Azərbaycanda reklam və elan şurasının yaradılması ilə bağlı atılan addımlardır. Digəri isə KİV redaksiyalarının vergidən azad olunması barədə təşəbbüsdür.

Turan informasiya agentliyinin baş direktoru Mehman Əliyev isə deyib ki, bunlar çıxış yolu deyil. Onun sözlərinə görə, elə bir vəziyyət yaratmağa çalışmalıdırlar, KİV özü pul qazana bilsin. Mehman Əliyev deyib ki, plan var, bacarmırlarsa, çəkilsinlər qırağa biz həyata keçirək:

«Reklam Şurası lazımdır. Bu siyasəti aparan bir qurum lazımdır. Sosial reklamlar yerləşdirilməlidir. Satış tirajından asılı olaraq bu reklamlar yerləşdirilməlidir. Tirajdan asılı olaraq həmin reklamın qiyməti fərqli olmalıdır».

Mehman Əliyev hesab edir ki, onu təqdim etdiyi proqram həyata keçsə, qəzetlərin bəziləri sıradan çıxacaq. Bəzilərinin isə tirajları, eyni zamanda kollektivi və səhifələrinin sayı artacaq. Bundan başqa, qəzetlər vergi də verə biləcəklər.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Murad Namazov Haradan: Bakidan
03.09.2010 22:27
Bizim metbuatin esas problemi onun iqtisadi durumu ile baglidir. Deyerdim ki, butun problemlerin kokunde bu mesele dayanir. KIV-ler ne qeder iqtisadi baximdan guclu olarlarsa, onlara hem iqtidarin, hem de muxalifetin tesiri az olar. Daha dogrusu KIV-lerin hemin cinahlara yaxinolmaqdan chekinerler. Etiraf edek ki, Metbuat Shurasi bu istiqametde son illerde xeyli ish gorub. KIV-lerin inkishafina Dovlet Desteyi Konsepsiyasini, hemin konsepsyadaki meseleleri heyata kechiren Fondun senedlerini hazirlayib. Bu, dovletin mediaya yardinini heyata kechirir. Ozu de musteqil mediyaya (meselen, "Azerbaycan", "Xalq qezeti", "Iki sahil" qezetleri bu qardimdan behrelenmirler). Hazirda Metbuat Shurasinda Reklam Shurasinin yaradilmasi, resmi qurumlarin reklam ve elanlarinin mediaya verilmesi, vergi guzeshtleri barede sened hazirlanir. Guman ki, ilin sonuna qeder bunun behresi olacaqdir. Bu sheraitden duzgun behrelenen qezetler daha da guclenecek, digerileri ise ister-istemez aradan chizacaqlar.
Men inkishafin yolunu bele gorurem.


Kimdən: oxucudan Haradan: Baki
02.09.2010 17:27

Iddiali bir qezetin verdiyi son melumatlardir. Bele pul qazanmaq olar? Bele inkishaf etmek olar? Xeber ortaya qoymaq lazimdir! Hele ilk evvel peshekarligi hell edin sonra reklamlardan danishariq.. Bu nedir yaa...

İsti-isti
02.09.2010 [15:41]
"ALTAY" FUTBOLÇUMUZU TRANSFER EDƏ BİLMƏDİ

02.09.2010 [14:59]
BU DƏFƏ ATA OĞULU BALTALAYIB

02.09.2010 [14:26]
"QARABAĞ" 22 PİLLƏ GERİLƏDİ

02.09.2010 [13:15]
QARADAĞDA AĞIR YOL QƏZASI

02.09.2010 [11:01]
İNQUŞETİYADA MİLİS PODPOLKOVNİKİ ÖLDÜRÜLÜB

02.09.2010 [09:19]
BAKIDA SÜRÜCÜYƏ SİLAHLI BASQIN EDİLDİ

02.09.2010 [09:18]
AXTARIŞDA OLAN ŞƏXS TUTULDU

02.09.2010 [09:16]
İKİ QƏZADA İKİ NƏFƏR ÖLDÜ

01.09.2010 [18:58]
HƏBSXANAYA NARKOTİK KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

01.09.2010 [18:04]
AXTARIŞDA OLAN HƏRBİÇİ TUTULDU

01.09.2010 [18:02]
PAYTAXTDA UŞAQ MEYİTİ TAPILDI

01.09.2010 [18:01]
EVDƏN OĞURLUQ

01.09.2010 [17:57]
TÜRKİYƏ VƏTƏNDAŞI QƏZADA YARALANDI

01.09.2010 [17:56]
AVSTRALİYA VƏTƏNDAŞI DEPORTASİYA EDİLDİ

01.09.2010 [17:49]
QADININ EVİNƏ BASQIN EDİLİB

01.09.2010 [17:43]
UEFA VUVUZELAYA QADAĞA QOYDU

01.09.2010 [17:20]
"BEŞİKTAŞ" FATİH TƏKKƏNİ ALDI

01.09.2010 [17:16]
ƏFRAN MESSİNİ QABAQLAYIB

Cavab

Kimdən: sual
03.09.2010 03:19
bes inkishaf ve pul gazanmag nece olar?? Meddahligla??
Cavab

Kimdən: Ali Haradan: Baki
02.09.2010 18:22
01.09.2010 [17:16]
ƏFRAN MESSİNİ QABAQLAYIB
En maraqlisi ele bu xeberdi. Achib oxuyanda gorersen ki teqriben bele bir xeber olacaq "Koyneyinde Messi yazilmish adam yol qiraginda durubmush, Efran da onun yanindan gulle kimi kechib gedib."