Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:06

Verilişlər / Kontekst

Eynulla Fətullayev: «Köynəyimi verin!»

Şriftin ölçüsünü dəyiş - +
Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı sentyabrın 2-nə təyin edilən proses 20 dəqiqə gecikmə ilə olsa da başladı. Elə proses başlayan kimi jurnalist Bakı Apelyasiya Məhkəməsində işi aparan hakim Mirpaşa Hüseynovun diqqətinə çatdırdı ki, Qaradağ rayon Məhkəməsinin onunla bağlı keçirilən 16 məhkəmə iclasının yalnız 10-nun protokollarını oxuyub qeydlər apara bilib.

Qalan altı məhkəmə iclasının protokolları ilə tanış ola bilmədiyi üçün E.Fətullayev məhkəmədən daha bir həftə vaxt istədi.

Əvvəlcə hakim Mirpaşa Hüseynov buna razı olmadığını dedi. Bildirdi ki, Eynulla Fətullayev hər gün Bakı Apelyasiya Məhkəməsinə gəlib protokollarla tanış olsa da, vaxtından səmərəli istifadə etməyib və həbsxanaya vaxtından tez qayıdıb.

E.Fətullayev isə bildirdi ki, ona ayrılan vaxtdan maksimum istifadə edib. Cəzaçəkmə müəssisəsinə tez qayıtması isə ondan yox, məhkəmə nəzarətçilərindən asılı olub.

PROKUROR: «PROTOKOLLARLA TANIŞLIĞA ÜÇ GÜNDƏN ARTIQ VAXT VERİLƏ BİLMƏZ»

Dövlət ittihamçısı Məhərrəm Mustafayev də jurnalistə ayrılan vaxtın yetərli olduğunu bildirdi və məhkəmədən vəsatətin təmin edilməməsini istədi. Prokoror dedi ki, qanunvericiliyə görə, protokollarla tanışlığa üç gündən artıq vaxt verilə bilməz. Bu səbəbdən də o əlavə vaxtın verilməsini qanunazidd addım adlandırdı.

Vəkil İsaxan Aşurov isə qanunvericilikdə belə məhdudiyyətin olmadığını və prokurorun belə bir qaydanı hardan götürməsinin ona qaranlıq qaldığını bildirdi.

Amma qısa müzakirələrdən sonra hakim vəsatətin təmin olunduğunu və jurnalistə altı iclasın protokolları ilə tanışlıq üçün sentyabrın 7-nə qədər vaxt verildiyini, prosesin də həmin günə təyin edildiyini élan etdi.

PROTOKOLLARA SALINMAYAN ÇIXIŞLAR VƏ TƏHRİFLƏR

Elçin Sadıqov
Həm jurnalist, həm də onun vəkilləri protokolların belə diqqətlə oxunub qeydlər aparılmasının səbəbsiz olmadığını deyirlər. Vəkil Elçin Sadıqovun sözlərinə görə, məhkəmə iclaslarındakı çıxışların bəziləri protokollara salınmayıb, bundan başqa, şahidlərin çıxışlarında xeyli təhriflərə yol verilib.

Vəkil deyir ki, əgər məhkəmə onların qeydlərilə razılaşsa, onda həmin qeydlər protokola əlavə ediləcək, yox, əgər razılaşmasa, onda məhkəmə bunun qəbul olunmaması haqqında qərar qəbul edəcək və onların qeydləri işə tikiləcək.

Protokollardakı çatışmazlıqlara gəlincə, Eynulla Fətullayev deyir ki, onun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin Qaradağ rayon Məhkəməsində etdiyi çıxış ümumiyyətlə protokollara salınmayıb. Bundan başqa, onun hazırlıq iclasında etdiyi dörd saatlıq çıxışdan yalnız qısa bir məsələ protokola salınıb.

KÖYNƏYİMİ VERİN!


Eynulla Fətullayev 10-15 dəqiqə davam edən prosesdə Apelyasiya Məhkəməsinin avqustun 26-da keçirilən iclasında sinəsində «Some blood for oil» («Neft üçün bir az qan») yazılmış köynəyinin taleyinə aydınlıq gətirilməsini istədi.

Jurnalist bildirdi ki, ötən məhkəmə prosesindən sonra Bakı İstintaq Təcridxanasına qayıdan kimi onun köynəyini əlindən alıblar, indiyə qədər də qaytarmayıblar. Jurnalist hesab edir ki, köynəyinin əlindən alınması onun üzərindəki «Neft üçün bir az qan» deyimi ilə bağlıdır. Köynəkdən söz düşmüşkən, budəfəki prosesdə Eynulla Fətullayevin geyindiyi köynəyin üzərində heç bir yazı yox idi.

«ÜZƏRİNDƏKİ YAZIDA FƏLSƏFİ VƏ İNTELLEKTUAL MƏNA OLMAYAN KÖYNƏK»DƏN PENİTENSİAR XİDMƏT DƏ XƏBƏRSİZDİR

Ədliyyə Nazirliyində isə köynək məsələsindən xəbərsizdirlər. Nazirliyin Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, onlar Eynulla Fətullayevin köynəyindən xəbərsizdilər. Xidmət rəhbəri deyir ki, bir də heç bir mənası olmayan yazıya görə köynək məhbusdan niyə alınmalıdır, bu, başadüşülən deyil:

«Belə deyək o, köynəyin üzərindəki yazının hansısa bir fəlsəfi və ya intelektual yükü varmı? Biz o yazıya görə niyə onun köynəyini əlindən almalıyıq?».

Jurnalistin vəkili İsaxan Aşurov isə hesab edir ki, məhkum olub-olmamasından asılı olmayaraq, istənilən adamın şəxsi əşyaları götürülürsə, bu, qanun əsasında baş verməlidir:

İsaxan Aşurov
«Hər hansı şəxsin məhkum olub-olmamasından asılı olmayaraq, onun əşyalarının götürülməsi qanun çərçivəsində baş verməlidir, protokollaşdırılmalı, səbəbi göstərilməli və sonra götürülməlidir».

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Eynulla Fətullayevə 2009-cu ilin dekabrında həncxanada narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb. Bu ittihamla jurnalist 2010-cu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Birinci işə bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi baxıb və Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Muhendis Haradan: Bataqliq
06.09.2010 14:14
Goresen Eynulla bey o koyneyi haradan alib.Dushunurem ki,biz hamimiz o koynekden geymeliyik.Chunki neft bize hele ki qandan bashqa bir shey vermeyib. «Some blood for oil»

Kimdən: TURKOGLU Haradan: TURKIYE
06.09.2010 12:31
Allah qapini acsin Eynula bey, Rauf arifoglu garak senden numuna kotursun.

Kimdən: Akif Haradan: Bakı
04.09.2010 20:45
Eynulla Fətullayev əsl mübariz və yenilməz vətəndaş nümunəsidir. Mən onunla, onun valideynləri və hörmətli vəkilləri İsaxan Aşurov və Elçin Sadıxovla fəxr edirəm! Əminəm ki, onlar hakimiyyəti diz çökdürəcəklər və onda yaltaq Mirşahin kimiləri vicdanları olsa düşünürəm Azərbaycandan qçıb getməlidirlər. Qələbə sizinlədir!!!!

Kimdən: kaponta Haradan: Eliyev Kralligi
04.09.2010 00:22
ha,ha,ha.Bu hakimiyyet lap shizik olub gedib ki,Bir az dan Eynullanin yanina getirilen dolmalari da bir-bir acib icine baxacaqlar ki,belke iceri detonatordan zaddan kecirdir.Vallahi lezzzzzzzet eleyir Eynulla qardashimiz! Allah ona can sagligi ve uzun omur versin ki, o ciddi mentiqinden istifade edib bu bedbext hakimiyyeti huququn penceleri arasinda sixsin.Ancaq bir catishmazliq var ki,Eynulla qaqash bunu tek eleye bilmeyecek.Gerek xalqin genc numayendelerinden de destek gorsun.Onun promoterlerini deyishmek lazimdir, her defe o mehkemeye gedende izdihamin alqinshlari altinda mehkeme iclasina getmelidir.Huquqlarini mudafie eden tribun yaratmaq da olar.Bir sozle guclu "raskrutka" etmek olar. Eynulla demek olar ki,coxlarinin arzuladigi bir sheyi edib,bu quldurlara huquqi catlar salib. Ogulsan,Eynulla!!!

Kimdən: huseyn
03.09.2010 19:29
halaldi, Eynulla! Qeşeng mezelenirsen bunlarla...gah deyirsen namizedliyimi verecem, gah deyirsen "prezumpsiya"...

Kimdən: millet
03.09.2010 14:14
senin ozune de, Koyneyine de Halal olsun Eynulla!!

Kimdən: TAHİR Haradan: LƏNKƏRAN
03.09.2010 02:14
Eynulla köynəyinin icindən xorxmursan ki,bu dəfə kokain tapacaqlar?
Cavab

Kimdən: oxucu
03.09.2010 14:15
gorxan ogul, Eynulla kimi olmur, ay Tahir!!

Kimdən: tarixchi
02.09.2010 20:16
Halal olsun sene Eynulla!!

SEn ozun de, senin koyneyin de tarixe dushecek!!!


Kimdən: sehla Haradan: lahor pakistan
02.09.2010 19:09
bu yazini oxuyanda dogrusu gulmeyim gelir yadima usaq vaxti baxcamizda oyuncaq oynayardiq o dusur.bunlarda ele bil oyuncaq oynayirlar,Allah sizi biabir etsin