Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:38

Verilişlər / Kontekst

Etiraz edənə yumruq cavabı

Şriftin ölçüsünü dəyiş - +
May ayından sellə-suyla vuruşan Kür qırağı rayonların sakinləri indi də yerli hakimiyyət orqanları ilə kompensasiya uğrunda mübarizə aparırlar. Ancaq deyirlər ki, yerli məmurlar kompensasiya əvəzinə onlara yumruq göstərirlər.

AL, SƏNƏ KOMPENSASİYA


Sentyabrın 1-də Saatlı rayonunun su altında qalmış bir neçə kəndinin sakini rayon icra hakimiyyəti qarşısına yığışıb uçulub-dağılan evlərinə görə onlara verilməli olan pulun niyə verilməməsini soruşmaq istəyiblər. Saatlı rayonu Dəllər kənd icmasının rəhbəri Lazım Ümidov deyir ki, icra hakimiyyətinin əməkdaşları onların qarşısına cangüdənlərlə çıxıblar. Onları dinləmədən tökülüblər üstlərinə:

«İcra hakimiyyətinin qarşısına ona görə yığışmışdıq ki, soruşaq görək, qabağı qış gəlir, evlər qalıb suyun altında, təmir olunmur, bu nə oyundur, biz əziyyət çəkirik axı. Başçı yaxınlaşdı bizə, çatar-çatmaz başladı təhqirə. Heç ağzımız açmamışdıq, müavinləri, cangüdənləri töküldülər üstümüzə. Bizi döyüb-təhqir eləyəndən sonra apardılar polis şöbəsinə. Üstümüzə də maddə qoydular ki, iğtişaş aparmısız, icra başçısına təzyiq göstərmisiz».
Bir qrup sabirabadlı avqustun 31-də isə Prezident Aparatının qarşısında etiraz edirdilər


Lazım Ümidov deyir ki, onu və daha üç nəfəri polis şöbəsində bir neçə saat saxlayandan sonra məhkəməyə aparıblar. Camaat da polis şöbəsinin qabağına yığışıb onların buraxılmasını tələb ediblər. Axşam məhkəmə olub, onları buraxıblar.

İCRA BAŞÇISININ MÜAVİNLƏRİ DEYİRLƏR Kİ, BİZ HEÇ KİMİ DÖYMƏMİŞİK

Adamları döyüb təhqir etməkdə adları çəkilən icra başçısının iki müavini Rahib Salahovla Ağa Əsədov isə deyilənləri qəbul etmirlər.

Rahib Salahov:

«Çox söz deyə bilərlər, mən adam-zad döyməmişəm».

Ağa Əsədov:

«Belə şey olmayıb. Mən indiyə kimi heç kimin xətrinə belə dəyməmişəm».

Dünənki hadisədən sonra bu gün-sentyabrın 2-də Nərimankənd, Musalı və Dəllər kəndlərinin 100-dən artıq sakini yenidən rayon mərkəzinə yığışıb etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından biri Afər Mənsurov:

Aksiya iştirakçısı Vahid Mehrəliyev isə deyir ki, qapını qış alsa da, su altında qalmış evi haqqında ona heç kim heç nə demir
«Dünənki hadisəyə etiraz edirik. Haqqını tələb edən adamları rayon rəhbərliyi döyüb polisə apardı. Düzdür, sonra buraxdılar. Biz tələb edirik ki, gəlib üzr istəsinlər. Ancaq heç kim gəlmir».

NÖVBƏTİ VƏD

Aksiya iştirakçısı Vahid Mehrəliyev isə deyir ki, qapını qış alsa da, su altında qalmış evi haqqında ona heç kim heç nə demir:

«Bugünkü günə qədər camaatın 70 faizinə kompensasiya ödənilməyib. 8 nəfər ailə üzvüm var, hələ bir manat kompensasiya almamışam. Evlərlə bağlı da deyilər ki, uçan evlər tikiləcək, təmir olunmalılar təmir olunacaq, ancaq nə təmir var, nə tikinti, yalan vədlərdir».

Bugünkü etiraz aksiyasına Saatlı rayon icra hakimiyyətinin birinci müavini İlham Quliyev gəlib. Adamlara 4 gün müddətinə kompensasiyaların ödənəcəyi vədini verəndən sonra aksiya iştirakçıları dağılışıb.

«Kür» vətəndaş cəmiyyəti isə daşqından zərər çəkən adamlara qarşı zorakılığı pisləyən bəyanat yayıb. Bəyanatda zərərçəkənlərə təzminat verilməsi üçün ayrılan vəsaitin mənimsənilməsi də pislənilir.

Saatlı və Sabirabad rayon prokurorluğundan isə daşqın bölgəsində mənimsəmə faktı ilə bağlı cinayət işinin açılıb-açılmaması haqqında onlarda məlumat olmadığını bildirdilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qarabala Haradan: Baki
03.09.2010 11:08
Ne qeder li "Senden yar sene yar ,shikayetim var "oxuyacagiq ele belede olasidir.Kishiliye gelib oz huquqlarini her bir movcud yolla qorumaq lazimdir

Kimdən: mansur saatli...
03.09.2010 03:29
SSATLI hemiwe azerbaycanda ne axirnici rayon olub....a kiwi bu rayonun yiyesi yoxdu????????bele biyabircliq olarr???
Cavab

Kimdən: bezmish
03.09.2010 14:20
neinlki Saatlinin, hech Azerbaycanin da yiyesi yoxdur..(Ancag chapib-talayanlar var)

Kimdən: Aslan Haradan: Baki
03.09.2010 02:25
Azerbaycan xalqi dozumlu xalqdir [h.eliyev ].O,derecede dozumluyuk ki iki eshsheyin arpasini bole bilmeyenler rushvetini verib yuksek vezifelere yiyelenib xalqin bashina olmazin oyunlar acir biz ise helede dozuruk,11 milyard dollar Gomruk Komitesinde ogurlanir,eyaletlerde IH-I polis xalqin bashina olmazin oyunlar acir,dashqin bolgesinde yardimlar memurlar terefinden ogurlanir,bu siyahini coxaltmaq da olar amma prezident i.eliyevden bu menfur olaylara bir reaksiya yoxdur ki,yoxdur. ireliden seckiler gelir doneminde h.eliyev secgi oncesi shou da olsa bir az yumshalirdi ve haramzade rushvetxor memurlar ondan bir az cekinirdi,amma i.eliyev ele bir menfur rejim qurub ki,artiq Xalqa ehtiyac qalmayib,memurlar azginlashib,seckileri istedikleri shekilde saxtalashdirirlar.IH-mi vetendashi,secicini shikayetcini muavinleri ile doyur,sonra polis bu haqsizligi ve ya vehshiliyi polis bolmesinde davam etdirir butun qazetler yazir amma i.eliyev susur ki susur,cunki hamiya melumdur ki her Rayonun ehalisinin sayina ,erazisine ve iktisadi gostericisine gore oz qiymeti var,ve bu gun vetendashi doyub tehqir eden IH-mi rushvet verib icra bashcisi olub,ondandir ki,rushveti alan,her kimdirse icra bashcisina bir soz deye bilmir,rushvet memurlari ve onlari ora teyin edenleri bir-birinin qarshisinda bashiashagi ve dili-qisa edir.Birde memurlarin prezidenti i.eliyevin bashi daha boyuk ishlere qarishdigindan Dubayda villalar,ovladlarinin Dovlet Banklarini ozelleshdirmesi ve s- imkan vermir ki,her hansi bir rushvetxor, adamdoyen IH-mi ile ve ondan shikayyet eden aciz vetendashin problemi ile meshgul olsun.Ne ise, Allah sebrimizi kessin.

Kimdən: Zakir Amisov Haradan: Saatidan
02.09.2010 22:51
Saatlidaki davamli olaraq qarsidurmani avvalki ICRA Bascisi olmus G.Ahmadovun adamlari taskil edirlar ki,rayon da hamisa garginlik olsun

Kimdən: Anonim
02.09.2010 20:24
Azerbaycanda bele vicdansız insanlar doğan analar da var onların analarına yazığım gelmir bele vicdansız şerefsiz icra hakimleri reisler nazirler doğduqları üçün onların analarını qınamaq lazımdı heç bir insaflı valideynin bele uşaqları ola bilmez

Kimdən: sehla Haradan: lohor pakistan
02.09.2010 20:10
eziz Oxucular Siz bir o sabirabadan gelen ehtirazcilarin uzune baxin Valllah ureyim agridi uzlerinin yememekden sumuyu cixib.pakistana yardim gondermek o qeder vacib deyil oz vetenindekiler acindan batir.