Cümə, Fevral 10, 2012 Bakı vaxtı 19:53

Verilişlər / Kontekst

Tərtərdə neçə əsgər həlak olub?

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Avqustun 31-də Tərtərəni Çaylı kəndi yaxınlığındakı təmas xəttində atəşkəsin pozulmasında baş verən itkilər barədə tərəflər fərqli rəqəmlər açıqlayıb. Azərbaycan tərəf 2, Ermənistan isə 7 azərbaycanlı əsgərin öldüyünü deyir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 1-də yaydığı məlumata görə, avqustun son günü Ermənistan və Azərbaycan hərbçiləri arasında şiddətli atışma olub. Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətində təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.

Həmin vaxt Azərbaycan tərəfinin müqaviməti ilə qarşılaşan Ermənistan ordusu 3 itki verib, bir neçə nəfər yaralanıb. Döyüş zamanı Azərbaycan ordusunun 2 əsgəri həlak olub.

Ermənistan Müdafiə Nazirliyi fərqli informasiya açıqlayır.

«ERMƏNİSTAN ORDUSU İTKİ VERMƏYİB»

Azərbaycanın növbəti dəfə dezinformasiya yaydığını deyən nazirlik, əslində Azərbaycan tərəfinin itkisinin daha çox – 7 əsgərin öldüyünü, özlərindən isə ölənlərin olmadığını deyib. Ermənistan rəsmiləri döyüş zamanı yalnız 1 erməni əsgərin – Rudik Tovmasoviç Manaseryanın yaralandığını, onun da vəziyyətinin hazırda kafi olduğunu bildiriblər.

Ermənistan tərəfinin məlumatını isə Azərbaycan tərəfi «yalan» adlandırır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev hesab edir ki, ermənilərin bu cür məlumat yaymaqda məqsədi daha çox itki verdiklərini gizlətməkdir:

«Təbii ki, erməni tərəfi belə deməlidir. Çünki onlar daha çox itki verib. Bundan əvvəl də belə hadisələr olanda, onlar daim bizdən çox itki veriblər. Bunu da ört-basdır etməkdən ötrü deyirlər ki, guya 7 nəfər itki verib. Bunların hamısı ermənilərin bildirdiyi boş, mənasız məsələlərdir. Sadəcə onlar öz uğursuzluqları ilə barışa bilmirlər».

DEZİNFORMASİYA MÜHARİBƏNİN QANUNUDUR

«Münaqişə tərəflərinin dezinformasiya ilə məşğul olması müharibənin qaydalarındadır». Hərbi ekspert Üzeyir Cəfərov bunun yeni hal olmadığını deyir. Belə ki, müharibə aparan, konfliktdə olan tərəflər özlərinə sərf edən şəkildə məlumatı çatdırmaqda maraqlıdırlar.

Ancaq ekspert Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində baş verən hadisələrlə bağlı məlumatları açıqlamaqda gecikdiyini bildirir:

Üzeyir Cəfərov
«Müdafiə Nazirliyinin məlumatlarına iradım var. Bizimkilər bəzi məsələlərdə gecikirlər, ermənilər o vaxta kimi hay-küy qaldırırlar. İlk məlumatı kim verdi daha çox o məlumat yaddaşlara hopur, müəyyən fikir formalaşır. Sonra verilən məlumat isə birinci məlumata faktiki olaraq az təsir göstərir. Ermənistan tərəfi əlbəttə məlumatı özünə sərf edən formada çatdırmağa çalışır. Azərbaycan tərəfi isə verdiyi məlumata özünə məxsus faktlara yanaşmanı gündəmə gətirir».

«ÖLƏN ERMƏNİ ƏSGƏRLƏRİNİN MEYİTİ BİZDƏ DEYİL»

Ekspert həmçinin qeyd edir ki, məlumatlarda Ermənistan Silahlı Qüvvələrinin hücum etdiyi, onların qarşısını isə həlak olan iki azərbaycanlı əsgərin aldığı deyilir. Bəs onda döyüş meydanında qalan meyitlər hanı, yaralanan əsgərlər hanı?

Elə biz də bu sualı Müdafiə Nazirliyinə ünvanladıq:

«Biz tərəfdə deyil» – Teymur Abdullayev belə cavab verdi, ancaq ətraflı məlumat verməkdən imtina etdi.

Üzeyir Cəfərov avqustun 31-də baş verən hadisədə həm də siyasi çalarlar axtarır. Hesab edir ki, atəşkəsin məhz bu ərəfədə pozulması təsadüfi deyil:

«Azərbaycanı müəyyən məsələlərə sövq etmək üçün atılan addımlardan biridir. Sual oluna bilər ki, nə oldu ki, birdən-birə bu hadisələr baş verdi? Niyə hadisələr bir həftə əvvəl və ya daha sonra yox, Rusiya prezidentinin səfəri ərəfəsində baş verib? Türkiyə Xarici İşlər Nazirliyi bu günlərdə cəbhədə baş verən hadisələrlə bağlı narahatçılığını bildirib. Bu sıradan adi bir hadisə deyil».

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda 2 Azərbaycan əsgəri erməni əsriliyində, Ermənistanın isə 10 əsgəri Azərbaycan əsirliyindədir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da cəsədinin hələ də qarşı tərəfdə olduğu bildirilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Roland Haradan: ANGLIA.U.S.A
07.09.2010 03:13
Azerbaijan to punish liars Azdliq

Kimdən: qarabagli Haradan: avstriya
06.09.2010 03:21
Rehmetlik Cingiz Lacin yolunda insanlara yalvarirdi.Bu fakdir.Amma baxaq görek o insanlar kimler idi?Öz aile usaqlarini bir terefe cixarmaga calisan bedbext insanlar ölum qalim mengenesinde idiler.O vaxtlar rehmetlik jurnalistimiz-R.Qaziyevden,A.Pasayevden,E.Memmedovdan ve coxlu-coxlu basqa yuksek cinli zabitlerimizden, herbi komandirlerimizden hara qacdiqlarini,kimin emri ile Susani,Lacini qoyub geri cekildiklerini sorusaydi daha yaxsi olardi.Ne yaziqlar ki,hemin "herbcilerin"ve yaxud "zabitlerin" ekseriyyeti bu gun de böyuk vezifelerde calisirlar. O lentler ise bu gun ki,insanlara o vaxt ki, Lacinlilarin,Susalilarin nece qorxaq olduqlarini,öz vetenlerini nece qoyub qacdiqlarini göstermekden basqa hec bir seye xidmet etmir.
Cavab

Kimdən: naxcivanli Haradan: Sederek, Sahbuz cebhesi
14.09.2010 00:19
men 90ci ilde 1ci sinifde oxuyurdum,
ermeniler qarabagdan cox Naxcivani istemishler,
Ama qars muqavilesi buna mane olurdu o vaxt da.
Amma Sederekde, Shahbuz cebhesinde ermenilerin kendlerin icine qeder gelib girdikleri bir heqiqet idi.
Amma eli silah, vicdani namus dolu naxcivanlilar avtobuslarla cebhe getdi, Rehber ve vezifelilerden shehidler oldu.
Eline tufenfi alib cebhe yolunda durub konullu ve esgerlere: "eger geri donseniz sizi men ozum arxadan vuracagam" deyen yashli kishilerin hesabina ermeniler kendlerden cixardildi.
Men bolgelerin cesur - q/cecur ayrimciligin demirem.
Onu deyirem ki, kishi cinsinden olub da eqli ve fiziki imkani olanlar Torpagi qoyub qacmazlar, en azindan Xocalidaki kimi olume razi olarlar.

Kimdən: hamid Haradan: BAKU
03.09.2010 15:24
AY QARDASLAR AQLINIZ OLSUN.KIMIN UCUN VURUSURSUZ.ALIYEVLER BANK VILLA NE BILIM HER SEY ELDE EDIRLER.KASIBLARIN ISE BALALARI HELAK OLUR.MEN AZERI ESKERI OLMAQ ISTEMIREM.CUNKI ACINDAN OLURUK.
Cavab

Kimdən: VETEN SAG OLSUN! Haradan: Bakidan
02.10.2010 03:25
Esgerimiz ne Eliyevler ucun nede bawqasi ucun vuruwmur.Esgerimiz veteni Azerbaycan ucun vuruwur.Bir olkenin hakimiyyeti pisde ola biler yaxwida ama veten hemiwe muqeddesdir ve her bir insan oz veteni ugrunda canini vermeye hemiwe hazir olmalidir.
Cavab

Kimdən: Abdullah Haradan: mexico
05.09.2010 14:00
Yadinizdadirsa Rehmetlik Cingiz Lacin yolunda yalvarir bizim herbcilere ki hara gedirsiz. "Qayidin daa, nolub size", "Deyin ki, qorxuruq", "Qorxaqsiz, arvvvadsuz, hamini arrvadsuz".
Beli bu sozler onun sesini de batirmishdi. Qorxaqlar cixirdi ordan. Indi de var qorxaqlar, maskalanmaga behane axtarirlar.
Kim iqtidar olursa olsun, muharibe sheraitinde ana bacisini mudafieye getmeyenlerin adi qorxaqdir. Buradaki kimi sozleri ise ermeniye lezzet edirse, bu da vetene xayanetdir.
UTANIN! AMA "MUHARIBENI YAP UCUN MU, NE BILIM KIM UCUN MU EDIRSINIZ" deyerek maskalanmayin.
Sen kimi danishani ermenistanda hebs ederler.
Cavab

Kimdən: kengerli
04.09.2010 00:02
Hamid adli qaqash sen lap ermeni kimi danishib milletin bashini xarab eleme.O ki, qaldi vurushmaqa veten torpaqlari hmishe kasib terefinden qorunub.Ve iqtidarda kimin olmasindan asli olmayaraq o torpaqlar bizimdir.qeyretli oqlanlarinda borcu onu qorumaqdir.Senin kimi insanlar ise hemishe behane tapacaq bu sherefli vezifeni yerine yetirmemek ucun

Kimdən: Balaqədeş Haradan: Sabirabaddan dənəəə
03.09.2010 03:38
Salam olsun hamınıza dənəə!
Mənəm dənəəə, Sabirabadlı Balaqedeş! Tanuduuz indii? Ayə bu erməni dığalarının başını bizim Sabirabad qarpızı kimi əzməyin vaxtıdı dənəəə. Amma nədənsə bizim qarpızbaşlar tərpənmilər. Ayə qarpız demişkən, Rus ayısının nəvəsi bura gələn kimi ermənilər qatıqlellər dənəəə. Ayə qatıq demişkən, Barak Obama məllim gördüz dənə neynədi? Görmədüüz? Ayə pensiyalar qalxdu dənəəə. İndi hamı qarpız yeyəcey dənəəə!
Cavab

Kimdən: Iceri Sheher Haradan: Iceri sheherden
03.09.2010 23:24
dushuyleme

Kimdən: zulumov Haradan: Izmir
03.09.2010 02:45
Axirinci iki sherhi ermani yazıb! Bakian yox, ne bilim, dunyanın hansi xaraba qalmishindan yazmisan, ay filankes!

Kimdən: Məmməd Oglu Haradan: İspanya
03.09.2010 02:29
Bütün yalancılar Azadlıq Çırağı "Azərbaycan

Kimdən: Cəfər Haradan: Türkiyə Istanbul's
03.09.2010 02:14
Yalançıdırlar bütün yalanlar...31 Ağustos - 06:30 at şafak Karabağ ve Azerbaycan'ın Yukarı Chaylu) bir Ermeni pozisyonları bir girişim olarak düşman tarafından yürürlüğe diversiyon alınan üzerinde bulunan köyde, kuzey-doğu yönünde (temas bölgesi kuvvetleri o ama iktidardan. Ama bugün Azerbaycan Savunma Bakanlığa bilgi sabotaj Ermeniler tarafından düzenlenen ilan ederek dissemine karşısında doğanın 3 öldüğü ve çok sayıda yaralı var. Azerbaycan Savunma Bakanlığı da öldürdü 2 Azeri askerler göre. Öyle Azeriler her zaman. Merdzamarti shprtvel ile düşman yapıyorsunuz yanlış. Ön veriler, Azerbaycanlıların sayısı da 7 kayıp. Cesetlerin Ermeni tarafı da bırakmadım. ancak, alınan verme mesafe ile.
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
03.09.2010 15:42
Oturub hansısa bərbad tərcümə proqramı vasitəsilə ağlına gələni ermənicədən türkcəyə çevirib adını da cəfər qoyub nə eləmək fikrindəsən? Yəni bizim gözümüz o qədər bağlıdır ki, heç nəyi görə bilmirik?
Cavab

Kimdən: Alverci Haradan: Bazarbaycan
03.09.2010 13:45
Ala, get qatigini bashqa yerde sat

Kimdən: tutty Haradan: kohne Azerbaycanli
03.09.2010 01:00
Allah rehmete geden Shehidlerimize REHMET elesin...
her bir Azerbaycanli bizim qardashlarimizdi...Ishallah ermenileri Garabaghdan iti qovan kimiqovariq...

Kimdən: Elvin Haradan: Isvecden
03.09.2010 00:24
AZADLIQ RADIOSU Size bir sualim var niye göre bizim SEHID esgerlerimize hemishe ölub yazirsiz yada helak olub yazirsiz bu ne demekdi? nece elniz gelir bele yazmaga? yoxsa siz AZERBAYCANLI deyilsiz?

Kimdən: MAHIR KANDIL Haradan: LONDRA
02.09.2010 23:34
MADEM BU IS BASLADI ALLAH AZERBAYCANLI KARDESLERIMIZE VE BIZE TAMAMINI NASIB ETSIN. Ramazandir Allah Dua kabul eder bizim de Duamiz budur. TURKUN DUSMANLARI NEREDE OLURSA OLSUN BITIRMEK ZORUNDADIR. DOSTLUKTAN ANLAMAYAN A KILIC KANUNU HAKDIR.

HEPIMIZIN GAZASI MUBAREK OLSUN. Sunu unutmayalim Dusmani yaarali birakirsan Dunyayi gezer rezillik birakmaz. Yapmadilarmi. Eh.. o zaman yerde birakmamak lazim. Bu is bitmeli. Bu lafimizi TUM ERMENILER, TURKIYEDEKI ERMENI, PKK VE YANDASLARIDA duymali.

Allah Asil Turk Milletime yardim etsin.
Səhifə (2)
    Növbəti