Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:29

Dünya

Gürcüstan Azərbaycanla konfederasiya müzakirə edir

Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə (sağda) görüş zamanı, 21 noyabr 2007
Şriftin ölçüsünü dəyiş - +
SAAKAŞVİLİNİN SÖZLƏRİ TƏKCƏ DİPLOMATİK NƏZAKƏT İFADƏLƏRİ DEYİLMİŞ
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycanla konfederasiya təklifinin icrası istiqamətində Tbilisidə müzakirələr qızışır. AzadliqRadiosunun gürcü xidmətinin əməkdaşları xəbər verirlər ki, indi Gürcüstanda konfederasiya mövzusu ictimai-siyasi dairələrin ən fəal mövzularındadır.

Prezident Saakaşvili bu il iyulun 18-də prezident İlham Əliyevin Batumiyə səfəri zamanı keçirilən birgə mətbuat konfransında Azərbaycanla konfederasiya təklifini səsləndirmişdi. Ondan bir ay sonra – avqustun 20-də isə məlum olub ki, bunlar təkcə diplomatik nəzakət xatirinə istifadə edilən sözlər deyil.

Həmin gün Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze hökumətin iclasından sonra gözlənilmədən jurnalistlərə bildirib ki, Azərbaycanla konfederasiya ideyasının hansı hüquqi formada kerçəkləşməsi artıq diplomatik danışıqların gedişindən asılıdır. Tbilisi Bakı ilə birliyə hazırdır.

Həmin görüşü izləyən gürcü jurnalistlər guman edirlər ki, iclasda prezident Saakaşvilinin konfederasiya təklifi müzakirə edilib, ona görə nazir müavini bu istiqamətdə jurnalistlərə bəzi məlumatlar verməyi lazım bilib.

SOSİAL-DEMOKRATLAR TBİLİSİDƏN İZAHAT TƏLƏB EDİR

Prezidentlər Mixeil Saakaşvili və İlham Əliyev Azərbaycan qazının gürcü ailəsinə çatdırılması mərasimində
Nino Kalandadzenin bu çıxışından sonra Gürcüstanın Sosial Demokrat Partiyası Azərbaycanla mümkün konfederasiyanın müxtəlif etnik millətlər yaşayan Qafqazda yeni müharibələrə səbəb ola biləcək “təhlükəli fikir” adlandırıraq Gürcüstanın Xarici İşlər Nazirliyindən əlavə açıqlama tələb edib.

Gənc Sahibkarlar və Maliyyəçilər Assosiasiyası isə sentyabrın 1-də bu konfederasiyanın genişləndirilməsini, ora Ermənistanın da daxil edilməsini təklif edib. Qurum hesab edir ki, Ermənistanın güclü beynəlxalq lobbisi yeni konfederasiyanı iqtisadi cəhətdən daha səmərəli edə bilər.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, gürcü təhlilçilərin bir çoxu indiki geosiyasi şəraitdə Azərbaycanla birliyin daha çox Tbilisinin mənafelərinə cavab verdiyini deyirlər. Onların fikrincə, məhz buna görə, hələlik Bakıdan təklifə rəsmi reaksiya səslənməyib.

AZƏRBAYCANDA RƏSMİLƏR HƏLƏ SUSURLAR
Mixeil Saakaşvili bu ilin mayında əvvəlcə Bakıda, iyul ayında isə Batumidə bu təklifini səsləndirəndə İlham Əliyev yalnız Azərbaycanla Gürcüstan arasında əlaqələrin getdikcə genişlənməsi, bunun hər iki tərəfin maraqlarına uyğun olması kimi protokol ifadələri ilə danışıb, birbaşa mövzunun özünə toxunmadı.

Xarici İşlər Nazirliyi də hələlik bu mövzuda şərh vermir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AzadliqRadiosuna bildirib ki, Naziriliyin strukturlarında heç bir müzakirə olmadığından bu mövzuda suallara da cavab verə bilmir.

BAKIDA MÜMKÜN KONFEDERASİYANIN MODELİ DƏ VAR
Amma Qafqazda konfederasiya ideyasının Azərbaycan üçün də yeni fikir deyil. 1990-cı illərdə hansısa formada Qafqaz respublikalarının birliyinin yaradılması təklifinə hətta Azərbaycan parlamentində bəzi deputatlar imza da atmışdılar. Həmin təşəbbüsün müəllifi olan Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Xaləddin İbrahimli hələ də bu regionda hansısa formada birlik ideyasının reallaşa biləcəyini istisna etmir:
Xaləddin İbrahimli

- Bunun üçün ilk növbədə vahid bir siyasi təşkilat yaradılır. Avropa Parlamentinə bənzəyən bir Qafqaz Xalqlarinin Parlament Assambleyası qurulur. Sonra bütün mübahisəli məsələləri həll edəcək Arbitraj yaradılır. Daha sonra əməkdaşlıq vahid gömrük, valyuta siyasəti qurula, hətta bəlkə ordu yaradıla bilər. Bütün bunların həyata keçirilməsinə yalnız siyasi iradə lazımdır

Amma tarix boyu nə zaman Qafqaz konfederasiyası ideyası ortaya atılıbsa, Ermənsiatn işi pozub. Bunun da sadə bir səbəbi var ki, o hər zaman Qafqazda hökmranlıq üçün Rusiyaya müdaxilə üçün bir qapı açır.

- Ermənistansız Qafqaz konfederasiyası mümkündürmü?

- Mümkün olmur, o da bir Qafqaz dövlətidir.

Əslində konfederasiya modelinin mahiyyəti ondan ibarətdir ki, regionda münaqişələrin qarşısı alınsın. Bölgədəki çoxsaylı xalqlar və millətləri bir siyasi çətir altına toplayıb qarşıdurmalara son qoyulsun. Münaqişəyə son qoymaq üçün də Ermənistanın da ora cəlb edilməsi lazımdır.

- Belə çıxır ki, hələlik bu konfederasiya fikrinin reallığa çevrilməsi yaxın illərdə o qədər də ağlabatan deyil?

- Hər halda, bu dəfə Saakaşvili təşəbbüs göstərib. Gürcüstan israrlı olsa, Avropanı inandıra bilsə ki, bu çox optimal həll yoludur, o zaman birlik hansısa formada reallaşa bilər.

BAKI İLƏ TBİLİSİNİN BMT-DƏN İSTƏDİYİ DƏ EYNİDİR
Prezidentlər İlham Əliyev və Mixeil Saakaşvili Gürcüstanda keçmiş prezident Heydər Əliyevin heykəlinin açılış mərasimində, 12 may 2007
Bakıda ekspertlər arasında Azərbaycanla Gürcüstanın konfederasiyasının yaradılması ideyasının böyük dövlətlərdən gəldiyini deyənlər də var. Mütəxəssislər bildirirlər ki, aralarında heç bir münaqişə olmayan, əksinə enerji və başqa iqtisadi layihələrlə bir-birinə xeyli sıx bağlanmış Bakı ilə Tbilisini həm də etnik separatçılıqla üzləşmək kimi bir ümumi dərd birləşdirir.

Hazırda Azərbaycan Qarabağda, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyada işğal edilmiş ərazilərində vəziyyətə dair BMT-nin yeni qətnaməsinin qəbul edilməsinə çalışırlar. BMT-nin sentyabrın 7-də keçiriləcək sessiyasında bu qətnamələrin müzakirəsi gözlənir.


QAFQAZDA KONFEDERASİYA TARİXÇƏSİ


Rusiyanın Qafqazı işğal etdiyi ilk dövrlərdə - 1830-cu illərdə əvvəlcə çərkəzlər region xalqlarının hansısa formada birliyinə cəhdlər ediblər.

1915-ci ildə isə Çar Rusiyasından mühacirətə gedən adamlar, o cümlədən Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu İsveçrədə ümumi nəzəri əsasları hazırlayıb, Qafqaz İstiqlal Komitəsi adlı bir siyasi qurum yaradıblar.

1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Qafqaz Seymi reallaşdırldı. Seym dağlıb müstəqil dövlətlər elan ediləndən sonra da birlik ideyaları aktuallığını itirmədi, 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin təşəbbüsü ilə Tbilisidə Qafqaz Konfederasiyasının yaradılmasına dair beynəlxalq konfrans keçirildi.

Kommunist Rusiyası Qafqazın müstəqil demokratik cühuriyyətlərini işğal edəndən sonra Qafqazda birlik ideyası bu dəfə də sovetlərə lazım oldu – Zaqafqaziya Sovet Sosisalist Respublikaları İttifaqı yaradıldı. 1936-cı ildə bu ittifaq da dağıdıldı.

Sovet İttifaqının süuqutundan – 1991-ci ildən sonra regionda ciddi etnik toqquşmalara baxmayaraq, Qafqaz konfederasiyası ideyası yenə də gündəmdən düşmədi.

Xüsusilə Çeçenistanın mərhum lideri Cövhər Dudayevin sağlığında Rusiyanın regionda təsirinin azaldılması üçün Qafqaz xalqalrının hansısa formada birliyinin tapılmasına cəhdlər oldu.  1990-cı illərin sonunda Rusiya regionda güclənəndə isə artıq Qafqaz konfederasiyası fikirləri arxa plana keçdi.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Siavuş Haradan: Bakı
04.09.2010 14:29
Gürçüstan prezidenti Mixail Saakaşvilinin ortaya atdığı Cənubi Qafqazda Konfederasiya yaradılması söhbəti əlbəttə ki, Azərbaycanın hal –hazırda Qafqazda ən dinamik iqtisasadi inkişafı və siyasi stabilliyi olan ölkə kimi necə cəlbedici olduğunu göstərən əlamətdir desək, heç də səhv etmərik. Tutalım belə bir federasiya yarandı. Baxaq görək ki. bu ilk növbədə kimə və daha çox sərfəlidir. Əlbəttə, öz prezidenti Mixail Saakaqşvilinin avantürist siyasəti nəticəsində Rusiya tərəfindən faktiki olaraq parçalanmış Gürcüstana və iqtisadi , siyasi cəhətdən konvulsiya vəziyyətində olan Ermənistana. Tarix göstərir ki, həmişə Zaqafqaziyada yaradılmış Konfederasiyalardan bəhrələnən ermənilər olmuşdur. Müasir Ermənistan Respublikası bu günki varlığı və sınırlarına görə , keçmiş Zaqafqaziya Federasiyasına minnətdar olmalıdır. Hörmətli Zərdüşt Əlizadə doğru olaraq qeyd edir ki, müxtəlif ittifaq və birliklərdən yenicə qurtulmuş xalqımız tərəfindən Konfederasiya ideyası dəstəklənməyəcək. Gürcü və erməni politoloqlarının dediklərindən aydın olur ki, bu ideya onların ölkələrində arzu olunandır. Erməni təmsilçisi Vaqik Avakyanın tonu, onun hətta öz sevincini belə gizlədə bilmədiyini büruzə verir. 1923-cü ildə bolşeviklərin dövründə keçirilmiş referendumda Qarabağ erməniləri , iqtisadi cəhətdən güclü olan Azərbaycan Respublikasının tərkibində qalmağa səs vermişdilər. Tarix deyəsən yenidən təkrar olur. Yaşayarıq-görərik.
Cavab

Kimdən: Xosrov
05.09.2010 13:10
Bilirsiniz men dovlet bashcilarinin shekillerine baxanda ne fikirleshirem.Normal insan oz eyibin gormelidir.Eger gormurse onu isteyen etrafi onun eyiblerini demelidir.Ve eger o insan eyiblerini duzeltmirse,eksine eyiblerinin ustune yenilerin elave edirse,onda o insan anormal insan siralarinda yer alir.Bes yaxshi dovletetin apardigi siyasetin eyiblerini kim demelidir,Tebii ki,muxalifet.Onda muxalifetin minlerle dediyi eyibleri gormemezliye vurub,onu duzeltmek evezine daha da ozunu bataqliga batirmaga ne ad vermek olar.Bu shekillere baxanda hansi dovlet bashcisinin eyiblerini duzeltmek ucun daha cox calishdigini soylemek olar.Siz bilen hansidir? Normal ve anormal dovlet bashcisi dedikde bunlar hansina aiddir.

Kimdən: Men Haradan: Ozum de bilmirem
04.09.2010 12:49
Yaxshi bes Qarabagh meselesi ne olacaq? Bele birlik yalniz gurculere ve ermenilere serf edir,hech cur bize yox.Hem iqtisadi terefden bizden neyi var istifade edecekler,diger terefden yeni erazi iddialari yaradacaqlar.Unutmayin 1918-ci il fevralinda yaradilmish Qafqaz Seyminden ilk defe gurculer chixmishdilar!!!

Kimdən: la vida loka Haradan: Eliyev Kralligi
04.09.2010 01:25
Cenab Xaleddin ozun savadli oglansan,tarix oxumusan.Bilirsen ki,o boyda rusiya imperiyasi 300 ildir calshir burda "kicik kolonkonfederasiya" yaratsin alinmir.Niye demirsen ki,gelin Turkiye ile qardashliq konfederasiyasi yaradag.bilirsen ki,bu konfederasiya praktiki cehetden daha agilabatan ve suretle heyata kecirile bilen bir birlikdir.din bir,dil bir,kok bir.Ustegel bu iki millet tarixin cetin dongelerinden defelerle birbirine caniyla,qaniyla yardim edib.Xatirlayisinizsa 1735ci ilde ruslarin hucumu zamani Gence ehalisi Osmanli sultanina yazirdi ki,-" ne durmusunuz,tez ozunuzu catdirin,bizi gavurlarin elinde buraxmayin" Bizim siyasiler bir sheyi qanmir ki,qurtulushumuz turkiye ile ne her cure olan ittifaqdir. Yox belke sen antiturkiye menbelerinden qrant alirsan,ona gore bu heqiqeti gizledirsen? Beledise bu bashqa mesele. Take it easy,bro

Kimdən: Azer Haradan: Murad
03.09.2010 15:18
Belə baxanda gürcülər ermənilərdəndə betərdilər.Onlara imkan verilse Borçalıdan Azərbaycanlıları 1 günə qovallar.Neft veririk ona görə çox əl ayağa düşə bilmirlər.

Kimdən: Hazar Baycan Haradan: facebook
03.09.2010 12:15
bele bir facebook qrupumuz var
desteyinizi isteyirem
Zəhmət olmasa, dostlarınızı militarist və təcavüzkar güclərə qarşı olan bu qrupa – RUS QÜVVƏLƏRİ CƏNUBİ QAFQAZDAN VƏ QARABAĞDAN ÇIXSIN ! – qoşulmağa dəvət edin.
Zənnimcə, Cənubi Qafqaz üçün ÜÇ dövlət kifayət edər, və bizə 1800-lərdə olduğu kimi 100 kiçik hissəyə bölünməkdənsə, konfederasiya lazımdır. Tarixən bizim ərazilər Rus İMPERİYASI tərəfindən işğal edilmişdi, çünki bu ərazilər Azərbaycan xanlıqları və Gürcü çarlıq və knyazlıqları kimi kiçik dövlətlərə bölünmüşdü.
CƏNUBİ QAFQAZA SÜLH!!!

http://www.facebook.com/group.php?gid=111632725520958&v=info&ref=ts#!/group.php?gid=111632725520958&v=info&ref=ts

Kimdən: Paxan Haradan: Baki
03.09.2010 11:13
Salam !
Men ve demek olar ki, bu bedbext , yaziq, bicare , milletin 95% -i bu konfederasiyanin reallashmasini urekden destekleyirik. Ve en esasi bu konfederasiyada isterdik ki , konfederasiyanin rehberi Sakashvili olsun ve Gurcustandaki AZADLIGI, DEMOKRATIYANI, EDALETLI DOVLETI Azerbaycanda da gursun . Yoxsa bu bedbext , mezlum xalq bu narkaman bandit , anarxist , ---eliyev ---- sulalesinin elinden gele bileyecek !!!

Kimdən: Xalid Haradan: Bakı
03.09.2010 11:04
İnanmıram ki, Azərbaycan buna razı ola. Çünki, konfederasiya yarandıqda sarhəddə gümrük xidməti ləğv olunmalıdır, bu isə hakimiyyətdə təmsil olunan mafiozlara sərf etməz.

Kimdən: Tahir Haradan: LƏNKƏRAN
03.09.2010 02:33
Bu yaxşı təşəbusdur ,amma bundan hiyləqər ermənilər və gürculər istifadə edəcək sonda həmişəki kimi biz azərilər itirəcəyik.
Cavab

Kimdən: Dədə
03.09.2010 19:18
Tahir bəy, doğru deyirsiniz!
Gürcüstanda tarakan kimi qaynaşan ermənilər içimizə girib bizi qıracaq. Axı odlu haxcıx silahlarına qarşı bizim nəyimiz var?!

Kimdən: tutty Haradan: kohne Azerbaycanli
03.09.2010 01:11
biz oz icimizde birleshe bilmirik. inanin biz birleshsek, hec kes dura bilmez qarshimizda

Kimdən: Aydın Haradan: Şəki
03.09.2010 01:06
Yeni heç nə yoxdur! Biz gürcülərlə və ermənilərlə düz 2 dəfə - üst-üstə 15 il, bir federasiyada olmuşuq; 1917 və 1922-1936-cı illərdə. Xəzər dənizindən Qara dənizə qədər bir dovlət! Öz dövründə yaxşı ideya idi. Lakin hər dəfə də birinci gürcülər bu federasiyanı tərk ediblər. İndi Azərbaycanın belə bir federasiyaya, yaxud konfederasiyaya daxil olmasına ehtyac varmı? Bu gürcülərə lazındır ki Azərbaycan neftindən müftə pay alsınlar, necə ki GUAM, Azərbaycanın yaraydığı bu buloka daxil olan dovlətlərin əsas məqsədi Azərbaycan neftindən pay almaqdır vəssəlam!
Səhifə (2)
    Növbəti