Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:01

Cəmiyyət

«Atəşi məscidə açmayıblar»

x
Şriftin ölçüsünü dəyiş - +
Sentyabrın 3-nə keçən gecə Lənkəran rayonunun Qumbaşı kəndində məscid yaxınlığında silahdan atəş açılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Lənkəran şəhər prokuroru Ramiz Nəbiyev AzadlıqRadiosuna bildirib ki, hadisə şəxsi zəmində baş verib və bəzi mətbu orqanların yazdığı kimi məsciddə yox, mağaza qabağında baş verib.

Ramiz Nəbiyevin sözlərinə görə, atəş açan şəxslər Masallı rayon sakinləri olub və onlar Emin Bəşirovu axtarıblar. Axtardıqları adamı tapmayanlarla kənd sakinləri arasında mübahisə baş verib.

Qumbaşı kənd sakinlərindən birinin AzadlıqRadiosuna dediyinə görə, camaat gecə vaxtı məscidə «Əhya gecəsi»nə toplaşıblarmış.

«Media forum» saytının məlumatına görə, iki nəfər saxlanıb, prokuror Ramiz Nəbiyev Azadlıq Radiosuna bildirib ki, hazırda şahid ifadələri alınır və hadisədə günahı olanlar axtarılır.

***

Sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi silahlı insident baş verib.

Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə «Vinçestr» markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.

Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Araşdırma gedir. /APA/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ????? Haradan: baki
04.09.2010 00:12
o,qeder dine etiqatim yoxdu.(yeni esil dini reayet eden cooox az tapilir.) istemezdim olkeme islam rejimi gelsin.amma baxiram ki,heqiqeten azerbaycana lazimdir.cunki ekser insanlar azqinlasiblar.allahda yadlarindan cixib.

Kimdən: ilham razin Haradan: baki
03.09.2010 15:31
Pis hadisədir. Amma məscidlərin baglanmasina səbəb olsa cox sevinərəm. Cənub bölgəsi xüsusilə pis vəziyyətdədir.
Cavab

Kimdən: Pasha Haradan: almaniya
04.09.2010 00:15
niye meschidin baglanmasina sevinirsen.Allah lenet elesin meschidleri baglayanlara ve bele hadiselere sevinenlere.AMIN

Kimdən: komentatror Haradan: baki
03.09.2010 13:21
salam Yeyqin cox Allahsiz biri olub Ehya gecesine qalan admi mescidin yaninda olduresen.Goresen ne qeder xerci cixacaq bu cinayetkarin ???(arxasi olmayan bele cinayete el atmaz .silahli qruplawmaya benzeyir)

Kimdən: «Vinçestr»
03.09.2010 12:31
Meksika mafiyasi yadima dushdu.

Kimdən: turk Haradan: baku
03.09.2010 11:36
burda ne varki demek isteyirlerki daha mescidlere az gedin ushaqlarinizi da goymayin getsinler mescide sizi oldurerler orda
insanlarin toplasha bildikleri yegane yer ancaq mescidlerdi
buda kimlerin se canina qorxu salr

Kimdən: derdli urek
03.09.2010 11:24
Mescidleri baglamaq ucun novbeti dusunulmus plan !

Kimdən: Yurdsevər
03.09.2010 11:19
ele birce bu catmirdi...

Kimdən: antizaur Haradan: baki
03.09.2010 10:28
bizde teraktlara xirda insident demeye alishib huquq muhafize orqanlari.yeqin bunu da toyuq ogrularinin toretdiyini deyecekler
Cavab

Kimdən: Anonim
03.09.2010 13:27
ağzına sağlıq