Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:03

Bloqlar / Qorxmaz Əsgərov

«Ha qadan alım, rus ayısı»

Şriftin ölçüsünü dəyiş - +
Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana növbəti səfərini etdi. Bu səfər Azərbaycan siyasi elitasında xüsusi gərginliyin yaşanması fonunda baş tutdu. Belə ki, səfərdən az öncə Rusiya Ermənistandakı hərbi bazası barədə rəsmi Yerevanla xüsusi bir saziş imzaladı. Ermənistanın həmin sənədə verdiyi qiymət bu idi ki, erməni hərbi qüvvələrinə qarşı kim hücum etsə, qarşısında Rusiyanı görəcək. Rusiya bu bəyanatı heç bir formada təkzib etmədi.

AZƏRBAYCAN İSƏ...

Azərbaycanın indiki Rusiya siyasəti məşhur «Yarımştat» komediyasındakı bir gülməli epizodu xatırladır. O epizodda bir xeyli azərbaycanlı, aşıqlı, meyxana deyənli yığışıb bir hava fikirləşmək istəyirlər ki, sirkdəki rus ayısını Azərbaycan milli musiqisinə rəqs etdirsinlər. Aşığımız da nə qədər «rus ayısı, rus ayısı, ha qadan alım, rus ayısı» oxuyursa, xeyri yoxdur. Rus ayısı «az qalır ki, üstümüzə tullana, netu, deyir, bizdə takoy meyxana».

Sanki Rusiya Azərbaycandan qazandığı pullarla daha çox maddi imkan əldə edib Ermənistana daha çox hərbi yardım göstərir. Yəni, dolayısı ilə Rusiyadan silah alan Azərbaycan Ermənistana hərbi yardım göstərilməsində iştirak etmiş olur
Fakt budur ki, Ayaz Mütəllibov hökuməti də daxil olmaqla, bütün Azərbaycan iqtidarları arasında indiki iqtidar ən rusiyapərəstidir.

RUSİYA AZƏRBAYCANIN PULU İLƏ ERMƏNİSTANA YARDIM EDİR

BMT Azərbaycan müstəqilliyini tanıyandan bəri bu ölkə heç vaxt indiki qədər Qərbdən uzaq, Rusiyaya yaxın olmayıb. Lap elə bu yaxınlarda Azərbaycan hökuməti dünyanın bütün əsas silah istehsalçılarını basa-basa gedib Rusiya ilə 300 milyon dollarlıq müqavilə bağladı və ondan C-300 havadan müdafiə kompleksi aldı. Həmin müqavilədən dərhal sonra isə Rusiya Ermənistanla məlum hərbi müqaviləni bağlayaraq o ölkəni əmin etdi ki, Azərbaycan o ölkəyə hücum eləyəsi deyil.

Azərbaycandakı siyasi ekspertlər maraqlı bir müşahidə etdilər: Sanki Rusiya Azərbaycandan qazandığı pullarla daha çox maddi imkan əldə edib Ermənistana daha çox hərbi yardım göstərir. Yəni, dolayısı ilə Rusiyadan silah alan Azərbaycan Ermənistana hərbi yardım göstərilməsində iştirak etmiş olur.

RUSİYANI QORXUDAN NƏDİR?

Medvedevin Bakıya indiki səfəri zamanı ortada çox ümidverici vədlər, bəyanatlar səsləndirilə bilər. Amma bütün bunlar, çətin ki, Rusiyanı Ermənistanı müdafiə etmək siyasətindən çəkindirsin. Hələ Azərbaycan müstəqil olmayanda, 1950-ci illərdə sonunda Azərbaycan dilinin dövlət dili elan olunması məsələsi Kremlə gedib çıxanda, o vaxtkı sovet lideri Nikita Xruşşov Azərbaycan kommunist rəhbərlərinin üstünə çığırıb demişdi ki, bilirəm siz nə istəyirsiniz – Türkiyə ilə yaxınlaşmaq, biz buna imkan verməyəcəyik! Bu söhbət olanda Azərbaycan müstəqil deyildi, Türkiyə ilə praktiki yaxınlıq qurması sadəcə olaraq qeyri-mümkün idi. Lakin Sovet rəhbərləri Azərbaycanın Türkiyə ilə yaxınlaşma təhlükəsini real hesab edirdilər və bu qorxunu dövlət rəhbəri səviyyəsində dilə gətirirdilər. Ondan da əvvəl – 1920-ci ildə isə Zəngəzuru Azərbaycandan alıb Ermənistana vermişdilər ki, Azərbaycanın əsas hissəsinin Türkiyə ilə ərazi bağlılığını qırsınlar.

İndi XXI əsrdir. Azərbaycanın Türkiyə ilə praktiki yaxınlıq imkanları ötən əsrin 20-ci, yaxud 50-ci illərdə olduğundan xeyli çoxdur. Əminliklə demək olar ki, indiki Rusiya rəhbərliyi də Azərbaycanı regionda potensial Türkiyə müttəfiqi kimi görür və deməli, bu dövləti Cənubi Qafqazdakı strateji maraqlarına real təhlükə kimi dəyərləndirir. Azərbaycan iqtidarı nə qədər Türkiyə hökuməti ilə qovğa etsə də, nə qədər rusiyapərəst siyasət aparsa da, Rusiya siyasi elitasında bu düşüncə tərzi dəyişən deyil. Bunu Heydər Əliyev başa düşürdü. Ona görə də Qərbin fundamental dəyərlərini bölüşməsə belə, Rusiyadan uzaq dururdu, Qərbə doğru addımlar atırdı. Yəqin indiki iqtidar da nə vaxtsa bu fikrə gələcək. Hələliksə aşıqları və meyxana deyənləri ortaya atıb rus ayısını oynatmağa çalışırıq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Cavid Haradan: Baki
08.09.2010 17:38
deyirik ki rusiya bu sovdeleshmeden qazanir ve ermenistana yardim edir amma Azerbaycan da axi bu sovdeleshmeden daha chox qazanir her halda.ele hemin qazanci herbi xerclere yoneltsek ( sheffaf ) mence biz daha karli chixiriq . bir de unutmayaq ki bizim qazimiza en yuksek qiymeti de ele rusiya verir. eslinde rusiya bunu qazanc elde etmekden chox regionda movqeyini guclendirmekden otru edir

Kimdən: MEN Haradan: RF
06.09.2010 20:27
Meqalenin seviyyesine munasibetim menfidir. O ki,qaldi movzuya, Rusiya kime muttefiq olmalidir?---- Onunla bir kollektivde olan Ermenistana, yoxsa nala-mixa vuran Eliyevstana?

Kimdən: dervis Haradan: quba
06.09.2010 15:32
lap yadima bir mesel dusdu IT EL CEKDI MOTAL EL CEKMEDI

Kimdən: Zaur Haradan: Kaliforniya
06.09.2010 14:14
20 yasimda ela bilridim ki, dunyanin an gozal dovlati Rusiyadir. 25 yasimda Rusiyani yalniz bizim tahsila va madaniyyata verdiyi tovhaya gora hormat etdim. 30 yasimda isa basa dusdum ki, Rusiyaya hechnaya gora minnatdar olmamaliyiq. Agar onlar olmasaydi, biz coxdan ham tashil hamda madaniyyatda daha iraliya gedardik. Yaxsi-pis 18 il mustaqil olan Azarbaycan, 300 Rusiya imperiyasinda gormadiyi inkisafi yasayir.

Biz garak aciq deyak ki, hara doqru getmaliyik. Insanlar basa dusmalidir ki, bizim niyyatimiz nadir. Manca artiq aciq demaliyik ki, Azarbaycan Avropa Biriliyi, NATO, ABS-la strateji muttafiqlik qurmalidir va bu istiqamatda irali addimlamaliyiq.

Kimdən: 579 Haradan: Россия
06.09.2010 13:26
Я сам из Азербайджана, живу в России и болею за нашу страну, не меньше чем ВЫ. Надо просто посмотреть правде в глаза, дружит нужно со всеми, даже врагом, среди которых вы видите и Россию, без поддержки России, проблемы Карабаха не решить, поэтому нужно с ней дружит, на равноправной основе. Но проблема в том, что наша продажная правительства не желает решении этих проблем, они знают если решится проблемы Карабаха, то у власти они долго сидеть не будут, так как КОРРУПЦИЯ в стране выше крыши, все стройки которые ведутся, не отвечают никаким нормативным актам, здании падают, новые дороги построив, через полгода закрывают на ремонт, то же самое можно сказать про олимпийские комплексы, например в г. Шемаха, водопровод Огуз-Баку. Народу лапшу вещают что наши нефтяные доходы самые прозрачные, может быть это так, но зато, при строительстве дорог, водопроводов и других объектов, эти деньги они успешно воруют. кому интересно можете прочитать эту ссылку, тогда поймёте кто наш самыё главный враг, ЭТО КЛАН АЛИВЕЫХ И ЕГО ОКРУЖЕНИЕ!!!
http://www.regnum.ru/news/fd-abroad/armenia/1322127.html
Cavab

Kimdən: ehli
12.09.2010 17:04
bez pomoshi Rossii klan Alievix ne ostanetsya u vlasti dazhe goda...eto tozhe pravda

Kimdən: Samir
06.09.2010 10:40
ayidan adama dost olaaaar?

Kimdən: Ruslan Haradan: none
06.09.2010 00:54
Ay millet. biz rusperest siyasetden el chekmeliyik. Turkiye ile yaxinlawib real strateji muttefiqlik seviyyesine gelib,hemchinin Gurcustani demokratik esaslarnan idare olunan Turkiyenin tesir dairesine kechmek yolunda Turk qardawlarimiza komek etmeliyik. Fikir verin. Eger Azerbaycan sozun esl anlaminda Turkiye ile strateji muttefiq olsa, Rusiyadan mueyyen qeder aralansa( bu hem de olkemizde demokratiyanin inkiwafina tekan vere biler) Gurcustan da tam olaraq Azerbaycan ve Turkiye meylli olsa, sizi inandirim Rusiya ne qeder chaliwsa da,lap 5,10,lap 15 il olsun Ermenistanda kimse anlayacaq ki, artiq yeter. Ve iqtisasdi cehetden ele de guclu olmayan ve muasir texnolgiya baximinnan qerbden chox-chox geri qalan Rusiya da artiq bu guclu 3 muttefiqe qarwi dura bilmeyecek inanin mene. Sozsuz ki, o iller erzinde rasional ve pragmatik siyaset aparilsa. Ermenistanda da durum hech de yaxwi deyil her bir cehetden. ona gore guclu iqtisadi qudrete malik olan Turkiye Azerbaycan muttefiqliyi (Gurcustan da bura daxildir) Ermenistani ve Rusiyani susduracaq. inanin.

Kimdən: zaur Haradan: i
05.09.2010 13:41
Bilirsiz,rusdan bize dost olmaz. qoyun redd olsunlar. özümüz öz basımızın caresine baxmalıyıq. polemikanı buraxın
Cavab

Kimdən: Anonim
07.09.2010 00:14
siyasetde dost olmur ay bala!

Kimdən: 579 Haradan: Россия
05.09.2010 01:30
Ответ Илгару из Баку, тебя задело, то что враг находится среди вас и все об этом знают, так вот друг мой к твоим сведениям я добовлю, что в азербайджане идёт борьба за власть между вашими дормоедами министрами, никак не могут поделить районы между собой, а долгов у Азербайджана не меньше чем у России, Россия себя зашитить всегда сумееть, разберитесь у себя в стране сначала, а потом на других указывайте, как говориться. oz gozunde tiri gormursen. ozge gozunde tyk axtarirsan!!!

Kimdən: Amin Haradan: Belasuvar
04.09.2010 19:29
Fikir verin ilxam aliyev russiya prezidenti medvedevle gorushde bir defede olsun demeyib ermeniler Qarabaq torpaqlarini ishxal edibler ve bu torpaqlar Azerbaycanindir.
Cavab

Kimdən: realligdan
04.09.2010 23:59
Amin,

o sozler 1000 defelerle deyilib ve artig shiti-shoru chixib ve haminin da zehlesini tokub bu sozler!!

Ve 1000 defelerle de bize eshitdirilib ki, "Ermeni milletinin oz mugedderatini hell etmek hugugu var. Ve onlar Azerbaycan kimi problemli olkede( bi butun beynelxalg hesabatlarda, cedvellerde, Gurcustandan ve Ermenistandan chox-chox sonra gelirik, daha dogrusu en bedbext, diktatura, korrupsiyanin tugyan etdiyi bexbext Afrika olkeleri arasindayig) yashamag istemirler!!
Səhifə (3)
    Növbəti