Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:36

Bloqlar / Hüseynbala Səlimov

Əliyev istədiyi təminatı ala biləcək?

Şriftin ölçüsünü dəyiş - +
Ölkəyə təşrif buyuran Rusiya siyasi elitasının tərkibində güc strukturlarının nümayəndələri yoxdursa, deməli vəziyyət düşünülən qədər də narahatlıq və nigarançılıq yaratmaq iqtidarında deyil, necə deyərlər, hər şey qaydasında və öz məcrasındadır. Elə prezident Dmitri Medvedevin səfərində də diqqətimizi çəkən ilk çalar bu oldu. Enerji sektorunun kifayət qədər tanış təmsilçiləri, yaxın federasiya subyektlərinin başçıları – səfərdə iştirak edən nümayəndə heyətinin təxmini tərkibi belədir. Güc strukturlarının iştirakı niyə bu qədər narahatçılıq yaradır?

Məsələ bundadır ki, indi Azərbaycan çox çətin durum yaşayır, hətta hakimiyyətə yaxın bəzi müxalifət partiyalarının nümayəndələri dəfələrlə təklif ediblər ki, Qarabağı itirməkdənsə Rusiya ilə daha yaxın və isti münasibətlər qurmaq, lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq olar. Belə bir «çıxış yolu» müəyyən çətinlik anlarında hakimiyyətə şirnikləndirici görünə bilər – məsələnin qorxulu tərəfi budur.

Amma bütün bu məsələlərə bu yaxınlarda münasibət bildirən Prezident Aparatı təmsilçisi Əli Həsənov dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq ölkəmiz üçün məqbul deyil, fəqət elə bunun ardınca əlavə etməyi də unutmadı ki, Azərbaycan NATO-ya da üzv olmaq fikrində deyil, necə
Atəşkəs rejimi hər gün pozulur. Ermənistan ənənəvi hərbi ritorikasını sərtləşdirib. Belə halda Əliyev öz həmkarı Medvedevdən istədiyi təminatı ala biləcəkmi? Ancaq bir sahədə çoxillik «anlaşma» var – bu da siyasi hakimiyyət məsələsidir, Rusiya indiki hakimiyyətin alternativini görmür. Elə maraqlı olan da budur: bu, İ. Əliyevi qane edirmi?
deyərlər, növbəti dəfə bir addım irəli və bir addım da geri atıldı, ölkə harada qalmışdısa, orada da qərar tutdu.
Bununla məsələnin çözüldüyünü güman etmək bir qədər sadəlövhlük olardı.

Rusiyanın Ermənistanla 49 illik hərbi saziş bağlaması, D. Medvedevin oradakı bəyanatı, eləcə də Serj Sarkisyanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdıqları haqda dediyi fikirlər Azərbaycan – Rusiya münasibətlərində çox ciddi problemlərin olduğunu deməyə əsas verir. Rəsmi dövlət adamları Rusiya ilə Ermənistan arasındakı son hərbi anlaşmanı «Avropada adi silahlı qüvvələr haqda müqavilə» aspektindən araşdıracaqlarını deyirlər. Amma bu, nə dərəcədə realdır?

«ADİ SİLAHLI QÜVVƏLƏR HAQDA MÜQAVİLƏ» KÖMƏK EDƏCƏKMİ?

Formal məntiq baxımından Rusiya Ermənistanla hərbi saziş imzalamaqla «Adi silahlı qüvvələr haqqında müqavilə»nin cinah sazişini pozub. Etiraf edək ki, ilk öncə ağla gələn bu detal olur, çünki cinah sazişinə görə Rusiya Ermənistanda ancaq sonuncunun kvotasına uyğun olan qədər silahlar yerləşdirə bilər. Amma burada incə bir məqam var. 2007–ci ildə o vaxtkı prezident Vladimir Putin bəzi Avropa dövlətlərinin həmin müqaviləni ratifikasiya etməməsini əsas gətirərək onun icrasına moratorium qoymaq haqda sərəncam imzalayıb. Vəziyyət belədir. Necə deyərlər, Rusiya özünü artıq bəri başdan sığortalayıb. Bəs onda problem necə çözüləcək?

SƏFƏR, YOXSA «NƏZAKƏT VİZİTİ»?

Əksər yerli politoloqlar D. Medvedevin səfərinə sadəcə «nəzakət viziti» kimi baxır. O, Azərbaycanı inandırmağa çalışacaq ki, Ermənistanla bağlanmış saziş onun əleyhinə deyil. Azərbaycanın, daha doğrusu, cürətli siyasi addım atmaq, bölgədə pozulmuş hərbi balansı tarazlaşdırmaq üçün real siyasət yürütmək iqtidarında olmayan hakimiyyətin də inanmaqdan başqa çarəsi və yolu yoxdur. Yenə də şifahi bəyanatlar, şifahi vədlər – Rusiyanın bu dəfə də təklifi budur. Tələbi isə təbii ki, qazdır. A. Miller ölkəyə nahaq yerə təşrif buyurmayıb ki?

DOKTOR MEDVEDEV HƏLQƏLƏRİ DARALDIR

Səfər gündəliyində D. Medvedevin Bakı Dövlət Universitetinin fəxri doktoru seçilməsi də var. Bundan başqa Milli Parkda gəzinti və s. nəzərdə tutulur. Amma həlqələr, həlqələr... Bəli, Azərbaycan ətrafında həlqələr daralır. Bəlkə, bu səfərdə hələ bu hiss olunmur. Amma «Madrid prinsipləri» artıq yaddan çıxıb. Atəşkəs rejimi hər gün pozulur. Ermənistan ənənəvi hərbi ritorikasını sərtləşdirib. Hətta Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmaması haqda təkliflər eşidilir. Belə bir vəziyyətdə prezident İ. Əliyev öz həmkarı D. Medvedevdən istədiyi təminatı ala biləcəkmi? Biz də inanmaq istərdik, fəqət inana bilmirik. Ancaq bir sahədə çoxillik «anlaşma» var – bu da siyasi hakimiyyət məsələsidir, Rusiya indiki hakimiyyətin alternativini görmür. Elə maraqlı olan da budur: bu, İ. Əliyevi qane edirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: xalq Haradan: Baki
07.09.2010 10:38
Beli, I.Eliyev artiq teminati alib,yadinizdan cixib?
SECKI QABAGIDIR.

Kimdən: Mübariz Haradan: Almaniya
05.09.2010 21:30
Vetenmizin torpaqlarinin azad edilmesini bu hakimiyyet ümüdlere saxliyib vetenmizi düshman tecavüzünden azad etmek üchün ise bu hakimiyyetin hech bir strateqiyasi yoxdur.Hakimiyyetin vetenimizi chixmazdan xalqimizi ise sorunlardan qurtarmaq üchün yaxin illerde yeni hech bir proekti görünmür.

Kimdən: AXC Haradan: Şərəf Tarixi
05.09.2010 13:12
Doğrudur bu dili öyrənməliyik düşmənə qalib gəlmək üçün onun dilini bilmliyik.Ancaq düşmən Rusiya olunca.TÜrkiyəyə yox deyin Ayılara isə yaltaqlanın.ömrünüzə az qalıb Elə bilirsiniz yeni Bir Elçibəy və ya Rəsulzadə Doğulmayıb?Doğulub Lazım Olanda Xalqa Liderlik Edəcək.Bu Adam Bu şərhçilərdən və ya adi kasıb adamdanda çıxa bilər.

Kimdən: izzet
04.09.2010 12:54
Genire Pashayeva nerde?Nerede vatanperverler?Rusya Ermenistana harbi teminat verdi.Harbi emekdaslık anlasması imzaladılar.Sahte Turkculer nerde?Rusyayaı gorunce ozlerine ger mi donduler?

Kimdən: dädä
03.09.2010 19:17
Baxiram rus sevdasi o qädär diki,Türkiye ilä yaranan yalanci särhäd probleminä cörä atib tutanlar,hec sesläridä cixmir.Parazitdän dost olmaz.rus 250 ildir Azerbaycana etdiyi parazitlihdän bashqa shey deyil
Cavab

Kimdən: rushvetden bezmish
05.09.2010 00:12
Rusiya parazit filan deyil. Oz siyasetini guran ve oz imperiya maraglarina hele de sadig galan guclu bir olkedir! Parazit ise Azerbaycandir. Oz milletini mehv edib, 5 manat pula mohtac edib, simasizlashdirib, ve s.

Kimdən: elşən Haradan: imishli
03.09.2010 18:17
bizlere hech bir ölkeden teminat lazım deyil.bize Mubariz bey kimi insanlarla dolu şehidler brigadası lazımdır.,veteninin uğrunda ve en esas ailesinden keçmeye hazır olan briqada.qalsa qehreman,ölse şehid.Onların edecekleri qehremanlıqların eks-sedası rusların ve ermenilerin canına velvele salar.
Cavab

Kimdən: Müəllim Haradan: Azərbaycan
06.09.2010 16:04
Ali Baş Komandanın müharibəni udmaq istəyi olarsa, sən dediyin mifin dalınca getmək olar. Bu cür Ali Baş Komandan ilə istəyirsən, bütün azərbaycanlılar kamikadze olsun, xeyri yoxdur, hamımızı güdaza verəcək. yazmazdan öncə azca düşünmək gərəkdir.
Cavab

Kimdən: beh-beh
05.09.2010 00:13
sen lap "nagilbazsan" e Nagilbaz!! Get bu nagillari geleme al, belke sen bizim Andersonumuz oldun!!
Cavab

Kimdən: hay-huy
05.09.2010 13:51
Burda senin xoshuna gelmeyen ne var ki?

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
03.09.2010 13:52
Rusiya yazılı teminatı her an pozmağa qadir bir İmperiyadır.İndi qaldı hansısa bir şifai teminat. Quzey Azerbaycan hakimiyyeti iqtisadi müqavileleri bağlayanda da şert qoymalıdır.Eks halda bizden qazanan paraları yardım adı ile Ermenistanı yaşadacaq.Sovet döneminde olduğu kimi. Qaldı KTM-ne qoşulmaq bu indi ki,zamanda intihara beraberdir.

Kimdən: Mesedi
03.09.2010 12:41
Rusiya qonsu olkedir, onun prezidenti Azerbaycana gelir. Bundan evvel de neche defe gel get olub. Bir seferle hech ne hell olunmur. Rusiyanin da maragi var, Azerbaycanin da.

Munaqisenin hell olunmasi Rusiyanin maraqina uygun deyil. Bele halda ne teminatdan sohbet gede biler. Sohbet helelik yalniz konkret layihelerden gede biler. Ruslar indi Qafqazda iqtisadi maraqlari ile tehlukesizlik maraqlari arasinda balans yaratmaqla mesguldurlar.

Adi Silahli Quvveler haqqinda muqavilenin meseleye ne dexli oldugunu basa dusmedim. Onsuz da ona Azerbaycan, Ermenistan ve Rusiya qarisiq hech kim emel elemir.