Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:28

Verilişlər / Kontekst

Bayraq niyə yoxa çıxdı?

Şriftin ölçüsünü dəyiş - +

Sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayraq sentyabrın 3-də götürülüb.

 

Ərazidə işləyən fəhlələrin və mühafizəçilərin sözlərinə görə, bayraq səhər saat 8-9 arasında götürülüb. Səbəbi havanın küləkli olması ilə izah edənlər də oldu, nəyə görə götürüldüyünü bilmədiklərini deyənlər də:

HAVA KÜLƏKLİDİR, ONA GÖRƏ

- Bayraq səhər tezdən çıxarılıb, hava küləklidir, ona görə.

- Bizim heç bir məlumatımız yoxdur.

Dövlət Bayrağı Meydanının özlərini təqdim etməyən mühafizəçiləri isə dedilər ki, nə müdiriyyət, nə də başqa adamlar bayrağın nəyə görə götürülməsi sualına cavab verə bilməyəcəklər. Suala ancaq Prezident Administrasiyasından cavab verə bilərlər:

BU, YUXARILIQ İŞDİR

- Heç nə bilmirik, bu, yuxarılıq işdir, yəni Prezident Aparatından göstəriş olmalıdır.

Ətrafda yaşayan sakinlər də dedilər ki, bu səhər bayrağı yerində görməyəndə xeyli təəccübləniblər. Sakinlərdən bəziləri bayrağın havanın küləkli olmasına görə, bəziləri isə cırıldığına görə götürüldüyünü güman edir:

KÜLƏK CIRMIŞDI, ÜSTÜNDƏ YIRTIQ VARDI

- Bir də baxdım gördüm ki, bayraq yoxdur, çox istəyərdim ki, olsun...
- Dünən axşam cırılıb, ona görə götürüblər...
- Gördük ki, aparırlar, dünən burdaydı.
- Bu nə işdir e, gah qaldırırlar, gah endirirlər, belə də şey olar?
- Elə biz də onu müzakirə edirdik ki, görəsən, niyə götürüblər.
- Küləyə qalsa, onsuz da Bakıda həmişə külək olur.
- Külək onu cırmışdı, üstündə yırtıq vardı, ona görə götürüblər.
- O qədər pul sərf elədilər, indi də yoxdur.
- Mən Günəşlidən gəlmişəm ki, bayrağa baxım, ancaq götürüblər, külək olanda nə olar ki...

 

 


RƏSMİLƏR SUSUR

Bayrağın niyə götürülməsi, nə vaxt yerinə qaytarılması ilə bağlı sualımıza Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən cavab verən olmadı. Dövlət Bayrağı Meydanının yerləşdiyi Səbail rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, bu haqda heç bir məlumatları yoxdur.

Prezident Administrasiyasının mətbuat xidmətindən isə dedilər ki, özləri bizimlə əlaqə saxlayacaqlar. Ancaq ordan da soraq çıxmadı. Günün axırında yenə zəng edəndə təkrar eyni cavabı verdilər.

Bakının küləkli havası bayrağın götürülməsinə səbəb ola bilərmi, hansı hava şəraiti eni 35 metr, uzunluğu 70 metr olan bayraq üçün təhlükə yarada bilər? Bu sualımıza cavabında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bunları dedi:

ONU LAYİHƏÇİLƏR BİLƏR

- Külək hansı sürətdə ona təsir edib-etməyə bilər, onu neçə metr külək üçün hesablayıblar, onu layihəçilər bilər, biz deyə bilmərik.

Dövlət Bayrağı Meydanının tikintisini həyata keçirən «Azenko» şirkətindən də sualımıza heç kim cavab vermədi.

Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Meydanın rəsmi açılışı sentyabrın 1-də olsa da, sentyabrın 3-də meydan bağlı idi, ərazidə tikinti işləri davam edirdi. Rəsmi məlumatda adı çəkilən bayraq muzeyi də fəaliyyət göstərmir.

Təməli 2007-ci il dekabrın 30-da qoyulmuş meydanın layihəsini ABŞ-ın «Trident Support» şirkəti hazırlayıb, tikintini Azərbaycanın «Azenko» şirkəti aparıb.

İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.

Sentyabrın 1-də prezident İlham Əliyevin iştirakı ilə dövlət bayrağının səmaya qaldırılması zamanı möhtəşəm lazer şousu nümayiş etdirilmişdi, atəşfəşanlıq olmuşdu.

Bundan sonra hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı kimi qeyd olunacaq.




Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (7)
    Növbəti 
Kimdən: Seymur Haradan: Moskva
28.09.2010 16:38
Bayraq dovletin remzidi, dogrudan da remzlik etdi. Dovlet ciriq-cindir olanda, bayraq da yirtilib cirilar! Bes onu qaldiranlar bolmirdiler ki, Baki kulekler sheheridi? Adi ustundedir ki! Kim bunu basha dushmur, demeli hardansa gelmedi, bizlerden deyil. Projeni de axmaq adamlar tertib edib.
Qaldi vetenperverliye o, bayraqlarin hundurluyu ile olchulmur. Bunu prezident bilmir, chunki dovlet remzine hormeti olksaydi kuleyin umuduna onu qoymazdi, gulunc veziyyetine getirmezdi.

Kimdən: telebe Haradan: Praqa
18.09.2010 15:28
Bu videodan sonra Azadliq radiosu gozumden dushdu... Kim yerleshdiribse gerek cezalandirilsin. Dushurem ki, vetenini ve bayragini seven her bir soydashim menim fikrimle razidir. Xahish edirem, goturun bu videonu burdan...

Kimdən: kenan Haradan: turkiyeden
14.09.2010 21:59
Ayyyyyy millet siz neden danisirsiz niye bele haldasiz men dogurdan sizleri basa dusmurem gudurmusux yoxsa ozumuzden asili olmayarag deyirik bu sozleri men ozum turkiyede telebeyem ve burda yasayiram hemen o begenmediginiz bayrag tikildigi gun butun dunyada bildirildi turkiyenin butun gazetlerinde xeber cixti ve hersey bir yana ginnes rekorlar kibabinda 1 defede olsa azerbaycanin adi oldu. Siz yatin galxin dua edinki her gun oz veteninizde rahat nefes alip rahat yasiyirsiz bunuda bildiriremki bunlarin tek sebepkari ilham eliyevdi...

Kimdən: Azərbaycanlı Haradan: Elə Azərbaycandan
13.09.2010 11:26
Bütün hamını salamlayıram. Əvvəlcə bayraq barədə fikrimi deyim: Heç kim bayrağın hansı səbəbədən cırıldığını deyə bilməz, bayrağı tikib-ərsəyə gətirənlərdən başqa. Söhbət bayraqdan gedir, ama başqa mövzularada toxunursuz. Hamının səhvi olur, onu düzəldən mütəxəssis də yəqin ki, məsuliyyətsizlik edib, ona görə cırılıb bayraq. Adi adam da bilir ki, Bakı küləkli şəhərdi və bunu nəzərə almaq lazım idi. Ümid edək ki, bu nöqsanlar gələcəkdə aradan qaldırılacaq. Bir də ki, heç nə ƏBƏDİ deyil, hər şeyin bir sonu var. Ama nədənsə mən əminəm ki, bizim sonumuz yeni və gözəl bir başlanğıca gedir. Sevin bu torpağı. Gizir qardash, sən demişkən, bəzilərinin ərəbə olan sevgisi Vətəninə sevgisindən çoxdu, boğazından kəsib həccə gedir, nədi-nədi həci olacaq. İnsan ol yetər.

Kimdən: Isa Haradan: Bakı
12.09.2010 02:15
Çox təəssüf ki aidiyyatı qurumlar hətta Prezident Administrasiyasından bele bayrağın niye yoxa çıxdığı barədə məlumatları yoxdu. Bayrağımıza dövlət qurumları bu qədər hörmətsizlik edildiyi halda onlardan nə müsbət dəyişikliklər gözləmək olar ki.
"Bəlkə Bayrağı oğurlayıb, satıblar?!" qarşıdan parlament seçkiləri gəlir...

Kimdən: ilham Haradan: kazakistan
11.09.2010 01:37
aliyevlerin dubaydaki mulkleri meselesi ne oldu
Cavab

Kimdən: türketnik Haradan: Baki
11.09.2010 17:20
ne olacaq, yanında yenisini inşa etdirməyi düşünürlər.

Kimdən: Erkin Haradan: Baki
10.09.2010 22:12
Asfaltdan yediler korpuler, yollar dagildi, betondan yediler binalar ucdu, qazdan yediler evler partladi, sudan icdiler Kur dawdi ....haraminiz olsun bari Bayragin parcasindan yemezdiniz ondan otru ne ogullar Shehid olub... Allah cezaninizi versin...
Cavab

Kimdən: Parvin Haradan: Chicago
12.09.2010 00:37
Bunalarin yedikleri onsuzda haram onlar...Birce insanlarin qani qalib onu da sovursalar is tamam olar...
Cavab

Kimdən: İsa Haradan: Baki
12.09.2010 02:19
Yeqin Chicagodan gorunmur onu 1993-den icmeye bashlayiblar...

Kimdən: Qaqa Haradan: Bakı
10.09.2010 20:02
Bu müqəddəs bayraq ilk dəfə 1918 ci ildə qaldırılıb və Azərbaycan Xalq Cumhuriyyətinin banisi M.Rəsulzadənin " Bir kərə yüksələn bayraq bir daha enməz" tarixi sözləri ilə əbədilik qazanıb..Bu bayraq harda qaldırılsa o boyük Vətən fədaisinin adı cəkilməli və boyük ehtiramla anılmalıdır..Amma mən həmin gün onu hec xatırlayan görmədim..Bu cox boyük haqsızlıqdır..
Cavab

Kimdən: jmurik Haradan: en cirkli sheherden
13.09.2010 01:04
bu bayraq hech vaxti bir mena kesb etmeyib azebaycanlilar uchun ve buna gorede hech kes oz evinde ve ya ish yerinde ona onem verib saxlamir.Lakin "zati" olan milletlerin ise bu sevgi ganinda olur - onlar bunu pokazuxa uchun etmirler(bizler kimi), gercekden sevdiklerinden edirler. Odurki ayib olsun dushuk millete.

Kimdən: türketnik Haradan: baki
09.09.2010 18:04
Bu cansız bayraqda onunçun bu qədər pulun ayrılmasına ve xalqın ac səfalət içində yaşamasına üsyan etdi.

Kimdən: hasan Haradan: yevlax
07.09.2010 21:43
bayraq çox qəliz məsələdir.gərək Arif paşayevlə məsləhət olunaydı axı akademik böyük fizikdir.
Səhifə (7)
    Növbəti