Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:35

Rubrikalar / Qarabağ

Emənistan Rusiyanın əlaltısıdır yoxsa tərəfdaşı?

Şriftin ölçüsünü dəyiş - +
«Gürcüstanla qısa müharibədən iki il sonra Moskva Ermənistanla müdafiə sazişi bağlamaqla və hərbi bazasının icarə vaxtını uzatmaqla Cənubi Qafqazda gücünü və nüfuzunu möhkəmlətdi».

Bunu Yerevandakı Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan AzadlıqRadiosu üçün şərhində deyir:

«Ermənistan kimi kiçik ölkələr belə təcrübəyə tez-tez əl atırlar. Bu, başa düşüləndir, Ermənistanın 4 sərhəddindən ikisi bağlıdır.

Daha geniş mənada bu sazişlə Ermənistan Rusiyaya daha da yaxınlaşır. Bir az da geniş götürüləndə Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığı Ermənistanın Rusiyadan təhlükəli asılılığına çevrilir. Son illər Rusiyanın Ermənistan üzərində dominantlığı onsuz da artıb. Moskva Ermənistan iqtisadiyyatının enerjidən tutmuş nəqliyyata qədər bir çox strateji sahələrini ələ keçirib.

Ermənistanın Rusiya ilə son sazişi isə Ermənistanda kəskin tənqidlər doğurub. Bu saziş Rusiyanın regiondakı hərbi bazasının icarə vaxtını 2044-cü ilə kimi uzatdı».

NARAZILIĞIN BİRİNCİ SƏBƏBİ PULDUR

Riçard Qiraqosyan deyir ki, ilkin saziş 1995-ci ildə imzalanmışdı və Rusiyaya Gümrüdə baza yaratmaq hüququ verirdi:

Riçard Qiraqosyan
«Bu, Türkiyənin hücumundan qorunmaq kimi köhnə sovet doktrinasına əsaslanırdı və müqavilənin vaxtı 2020-ci ildə bitirdi.

Bu baza Cənubi Qafqazda Moskvanın ayağına yer eləyir və öz gücünü yaymağa platforma verir.

Rusiyanın bu maraqlarının ödənməsi isə yalnız o halda baş verə bilərdi ki, Ermənistan özünü təhlükəsiz hiss etməyəydi.

Ermənistanın bu baza əhvalatı ümumiyyətlə dünyada unikaldır. Ermənistan bazaya görə Rusiyadan nəinki pul ala bilmir, hətta əməliyyat xərclərini də Ermənistanın özü ödəməlidir. Misal üçün Qırğızıstan öz bazasına görə xeyli pul alır. Ona görə Ermənistanda narazıdırlar ki, pul məsələsində Ermənistan uduzdu».

ERMƏNİSTAN SAZİŞDƏN HƏRBİ CƏHƏTDƏN NƏSƏ UDURMU?

Riçard Qiraqosyan deyir ki, Ermənistanın Rusiya bazası haqda yeni müqavilədən hər hansı bir hərbi qazancının olması qaranlıqdır:

«Sazişdə Ermənistanın təhlükəsizliyindən, müasir silah verilməsindən danışılsa da, Rusiyanın xarici işlər naziri Lavrov bildirdi ki, Rusiya bazasının mandatı və missiyası reallıqda dəyişməyib.

Ermənistan öz milli təhlükəsizliyini tədricən Rusiyanın girovuna çevirir.

Ermənistan rəsmiləri yeni sazişi Qarabağ müharibəsi olsa, Rusiyanın Ermənistanın köməyinə gələcəyi kimi yozsalar da, saziş yalnız Ermənistanın təhlükəsizliyinə daha çox vəd verir».

ERMƏNİSTANIN DÖVLƏTÇİLİYİNƏ TƏHLÜKƏ?

«Ermənistanda düşünürlər ki, bu saziş Ermənistanın öz müstəqilliyini və suverenliyini Rusiyaya qurban verməsinin davamıdır»
Riçard Qiraqosyan deyir ki, uzun dövrü götürəndə sazişin Ermənistanın dövlətçiliyinə mənfi təsir göstərəcəyindən qorxurlar:

«Ermənistanda düşünürlər ki, bu saziş Ermənistanın öz müstəqilliyini və suverenliyini Rusiyaya qurban verməsinin davamıdır. Ermənistandakı 2 min Rusiya əsgəri bundan sonra bu ölkədə daha böyük rol oynayacaq. Ermənistan müstəqillik qazanandan onun Türkiyə ilə sərhəddi faktiki olaraq Rusiyanın Türkiyə ilə sərhəddinə çevrilib.

Bu razılaşma ilə Rusiya Ermənistanın Gürcüstan və İranla sərhəddini də qorumağa girişə bilər.

Bu, sovet dövrünü xatırladır, ancaq bütün bu verilənlər hər bir müstəqil dövlətin atributlarıdır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fizuli Haradan: baki
04.09.2010 06:28
1918 yılında, Azerbaycan, Gürcistan ve Kafkaslar, Ermenistan, Birlik Bağımsız Devletler de dahil olmak üzere, şirketin 1919 Halk Cumhuriyeti Azerbaycan Tiflis uluslararası bir konferans yaratılması ile Avrupalılar olduğunu söyledi
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
04.09.2010 13:13
Sən kimsən? Bu nə ERMƏNİ BUDAQ CÜMLƏSİDİR? Anladın? Get işinlə məşğul ol, "Fizuli". Adını yazmağı bilmirsən (Füzuli), yoxsa adın əslində başqadır? Məsələn, Fizayan? Özün də Erebunidən yazırsan?

Kimdən: realligdan
04.09.2010 01:20
Rusun elaltisi olmag (ve ya rusun himayesinde olmag) daha yaxshidir neinki, Azerbaycan kimi korrupsiya batagliginda bogulmag, varli resurslara malik olub yarim ac, susuz ve antisanitariya sheraitinde yashamag, nufuzlu beynelxalg hesabatlarda, siralarda Ermenistandan ve Gurgustandan chox-chox geride galmag!!

Kimdən: sade azerbaycanli Haradan: baki
03.09.2010 22:45
ermeniler mence sevinmelidir ki onun serhedlerini ruslar qoruyacaqlar yoxsa serhed yox canlarini qoruya bileceklerine inanmiram ermenistan rusiyanin elinde ite sahibine gore deymiller kimi bir vasitedir