Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:05

Verilişlər / Oxu zalı

Vətənpərvərlik mövzusunda müsabiqə elan edildi

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Kaspi» qəzeti elan edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsi keçirir.

Məqsəd Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla daha da kütləviləşdirməkdir.

I. Birinci yer – 1000 manat

II. İkinci yer - 500 manat

III. Üçüncü yer – 300 manat


Eyni zamanda, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub.

Əsərlər yalnız vətənpərvərlik mövzusunda yazılmalıdır. Həcmə görə məhdudiyyət yoxdur.

Müsabiqəyə KİV-lərdə, habelə İnternet saytlarında çap olunmuş hekayələr, şeirlər və publisistik məqalələr qəbul olunur.

Çap olunmuş əsərin sonunda mütləq «Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir» cümləsi yazılmalı və müəllif tərəfindən «Kaspi» qəzeti redaksiyasına təqdim olunmalıdır.

Materiallar poçt vasitəsi ilə də göndərilə bilər.

Yazılar dekabrın 31-nə kimi qəbul olunur. Nəticələr fevralın 7-də Mübariz İbrahimovun ad günündə keçirilən təntənəli tədbirdə açıqlanacaq.

Əsərlər adları yalnız fevralın 7-də açıqlanacaq professional münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Yazıların təqdim edilməsi üçün ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina. Azərbaycan Mətbuat Evi. «Kaspi» qəzetinin redaksiyası
Əlaqə telefonu - 510-61-93
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ferda
11.09.2010 01:29
deyirem bu saytlar ne bilim qezetler oz reytinglerini qaldirmagdan otru Rehmete gedenlerin adindan da istifade edirler,yaxsi bu gune kimi bu geder sehidlerimiz olub niye onlarin adi hallanmir?deyin de mene o geder ermeni gullesine tus gelen amma nece nece ermenini qetle yetirenlerin adi niye hallanmir?
Cavab

Kimdən: Eldar Haradan: Bakidan
13.09.2010 17:27
Mubariz Ibrahimov son 15 ilde Azerbaycaninin ilk Milli Qehremanidir. Onun adina bele musabiqenin kecirilmesi ela tehsebbusdur! Hem de burada sohbet tek Mubarizden getmir ki sohbet vetenperverlik movzusundan gedir. Hansi ki bu gun bize mehz bu lazimdir!

Kimdən: kusyu Haradan: Turiye
07.09.2010 01:29
Azərbaycan 9 nəfər həlak kirli
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
07.09.2010 16:54
Bezmədinmi kompüter proqramı vasitəsilə tərcümələr edib "Türkiyə" adından istifadə edərək nəsə yazmaqdan? Onsuzda sənin ERMƏNİ budaq cümələlərini heç kim anlamır.

Kimdən: Anonim
07.09.2010 00:24
Sifarişlə də ədəbiyyat olar balam?:((
Cavab

Kimdən: Eldeniz Haradan: Bakidan
07.09.2010 19:49
en boyuk edebiyyat numuneleri ele sifarishle yazilib. Bashimizin taci Nizami Gencevinin poemalarini kim sifarish verirdi? Teki sifarish saf niyyete xidmet elesin.