Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:29

Verilişlər / İşdən sonra

Xaricdən fəhlə axını...

Yüklə

Özbəkistan və Türkmənistan vətəndaşı olan yüzlərlə əcnəbinin özləri Azərbaycanda olsa da, adları heç yerdə yoxdur

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda 1500-2000 nəfər Türkmənistan və Özbəkistan vətəndaşı gəlib fəhlə kimi işləyirsə, onda bu işə götürənlər Azərbaycan vətəndaşları deyil, Azərbaycan vətəndaşlarının düşmənləridir».

Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları iş tapmaq üçün başqa ölkələrə üz tutduqları halda əcnəbilərə 600-700 manat əmək haqqı verilir.

«Azərbaycanda işə götürən hər bir əcnəbi işçi üçün min manat pul ödəməklə, dövlət rüsumu ödəməklə hər bir işə götürən şəxs üçün fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almalıdır. Onların heç birinə bu icazə alınmayıb. Bütün aidiyyatı qurumlara rəsmi məktub göndərmişəm. Azərbaycanda 1500-2000 nəfər Türkmənistan və Özbəkistan vətəndaşı gəlib fəhlə kimi işləyirsə, onda bu işə götürənlər Azərbaycan vətəndaşları deyil, Azərbaycan vətəndaşlarının düşmənləridir. Çünki Azərbaycan respublikasının vətəndaşları Rusiya çöllərində günü 5 manata da yox, ayı 100 manata - 150 manata işləyirlər. Amma burda əcnəbilər gəlir 600-700 manat əmək haqqı alırlar. Eyni zamanda onlar ölkəyə gələndə pasportları götürülür. Onların hərəkətləri məhdudlaşdırılır. Onlar qapalı müəssisələrdə işlədilir. İş yerlərinin heç birinə buraxılış mümkün deyil. Onların qaldığı yerlərə giriş azad deyil».

Hüquqşünas deyir ki, heç kimə Azərbaycanda fəhlə kimi fərdi əmək müqaviləsi ilə məşğul olmaq üçün icazə verilə bilməz. Çünki o yerə iddialı onlarla yüzlərlə Azərbaycan vətəndaşı var.

«Azərbaycan vətəndaşları bu gün qul bazarlarında səhərdən axşama kimi özünü satır. Heç normal iş də tapa bilmir. Və hesablamalara görə, burda çox böyük milyonlardan söhbət gedir. 10 min nəfərin hər biri üçün min nəfər dövlət rüsumu ödənilməsi üçün işəgötürən pul ödəsə, bu, dövlət büdcəsinə nə qədər pulun ödənişidir».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Akif Haradan: Bakı
08.09.2010 01:35
Bütün sahələrdə, o cümlədən vətəndaşların işlə təmin olunmasına dair Azərbaycanda insan haqqları hakimiyyət tərəfindən açıq-aşkar pozulur. İqtidar özünün qanunsuz hərəkətlərinə qarşı xalqın müqavimətini qırmaq üçün əlindən gələni edir. Getdikcə artan işsizlik zəminində yoxsullaşan vətəndaşlarımız məcburiyyət qarşısında xaricə üz tutmağa məcbur olurlar. Məhz xalqı indiyədək maddi cəhətdən saxlayan bizim xaricdəki əmək miqrantlarımızdır.

Kimdən: Azerbaycanli Haradan: Moskva
07.09.2010 17:47
Men 15 ildi rusiyada yasayiram hele bu gune kimi ayi 100-150 manata isleyen Azerbaycanliya rast gelmemisem.O ki galdi 1500-2000 min ozbeyin Bakida islemesine Ozbekstanda en azindan 50000 azerbaycanli isleyir ve geyri ganunu.Siz 2000 min ozbeyi gonderin getsin Ozbekstana onlar da 50000 Azerbaycanlini gonderecekler. .Geyri ganunu migrantlar dunyanin her yerinde var ve olacak.Rusiyada bir milyona yaxin Azerbaycanli isleyir ve onlarin 90 faizi geyri ganuni isleyen migrantlardi .Xaricde isleyen geyri ganuni Azerbaycanli migranlari geri gonderseler onda gerek Azerbaycanin her rayonunda 10 dene gul bazari fealiyyet gostere.Men hec azerbaycan vetandasi deyilem ve hec bir partiyanin da uzvu deyilem amma gerek duz danisak. Sizin Azerbaycanda rusvetxorlug hagginda yazdiklarinizla tam raziyam .
Cavab

Kimdən: elana Haradan: baki
08.09.2010 11:07
Onu basha dushmek lazimdir. Basha dushmek ucun de insanda bash olmalidir.
Cavab

Kimdən: Batya
08.09.2010 01:51
Temiz sohbet bratva !

Kimdən: Bakili Haradan: Xaric
07.09.2010 16:35
Her kes bilirki Pasha Holding Mehriban Eliyeva-Pashayevaya maxsusdur.Hele ona gorede hek bir instansiya ya nazirlik bir hereket etmir,ona goreki gorxurlar.onlarin isi hele Eynulla kimi ve Emin Milli ve Adnan Hacizade kimilere gara yaxmagdir.Ay Allahim,bu igtidari bizlerden uzag ele.

Kimdən: Azeri Baki
07.09.2010 15:21
Arashdirma aparsaniz goreceksinizki Azerbaycanda yashayan ermeniler tam ishle temin olunublar.Amma Azerbaycanlilar ishsizdi. Bu hakimiyyet
azerbaycanlilarin qati dushmenidir.

Kimdən: Müəllim Haradan: Azərbaycan
07.09.2010 14:52
Heç kimə sirr deyil ki, Azərbaycanda insan haqlarının qorunması vəziyyəti bərbad vəziyyətdədir. Amma mülkiyyət hüququ ilə əmək hüququ lap fəlakətli bir durumdadır. Ölkədə işsizlik olduğu üçün işəgötürən işə götürmə zamanı seçimsiz vəziyyətdə qalmış işçiyə ən pis əmək müqaviləsini sırıya bilir: əmək müqaviləsi müvəqqəti bağlanır, əmək haqqı çox aşağı olur, işçi üçün heç bir sığorta nəzərdə tutulmur vəsir. Xaricdən işçi qüvvəsi gətirməkdə marağı olan qüvvələr var:
- işədüzəltmə üzrə vasitəçi təşkilat faiz alır və bu cür tə.kilatların krışaları var
- işəgötürən çox "problemlərdən" qurtulur - azərbaycanlıların sosial problemləri, istehsalattravmaları və digər pozuntular barədə məlumatların kənara sızması ehtimalının azalması və sair.
Səttar Mehbalıyev AHİK Sədri kimi heç bir fəaliyyət göstərmir, o daha çox sanatoriya və kurortları və eləcə də AHİK balansındakı torpaq sahələrini və digər pula gedən şeyləri satıb Ramiz Mehdiyevlə bölüşməyin hayındadır.
Cavab

Kimdən: qorxaq
08.09.2010 12:07
men bu fikirle raziyam

Kimdən: O Haradan: Oralardan
07.09.2010 14:24
Çox marqlıdır onları bura gətirənlər cəzalandıracaqlar ?! Azərbaycan xalqının düşmənlərini hamısını yıqsaq onlara yeni həbsxanalar tikdirmək lazım gələcək !

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
07.09.2010 14:23
SOSİALİST RESPUBLİKANIN suqutundan sonra biz öz ölkəmizdə qula cevrildik.İndi ölkədən milyardlarla vəsait xaricə axıb gedir,SOCAR-ın sahibi Rövnəq 6 milyard dollar neft pulunu Turkiyəyə yönəldir və burada minlərlə iş yeri yaradacaqlar,amma halbu ki,ölkəmizdə yuz minlərlə işsiz var....
Cavab

Kimdən: milletci Haradan: ordan burdan
08.09.2010 23:00
Kommunist,ele danishirsan ki,ele bil,SOSIALIST ZAMANINDA BAL VA YAGIN ICINDA YASHAYIRDIQ.Talon sistemi ve novbeleri(qceredleri) ne tez unutdun ay KOMMUNIST MUELLIM,,..