Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:04

Verilişlər / Kontekst

Şəki «Marxal»ına kimin gözü düşüb?

«Marxal» istirahət mərkəzi Şəkidən 4 km-lik məsafədə, dağın ətəyində yerləşir
x
«Marxal» istirahət mərkəzi Şəkidən 4 km-lik məsafədə, dağın ətəyində yerləşir

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Şəkidəki «Marxal» istirahət mərkəzini hansısa oliqarx özününküləşdirmək istəyir. Bunu AzadlıqRadiosuna mərkəzin sahibi, 2000-ci il Şəki hadisələrinə görə həbsdə yatmış Tehran Lətifovun qardaşı Rahim Lətifov deyir.

(Tehran Lətifov özü müsahibə vermək istəmədiyinə görə məlumatları qardaşından almalı olduq. Yada salaq ki, Tehran Lətifov 2000-ci ilin noyabrında - parlament seçkilərindən sonra Şəkidə baş vermiş iğtişaşların təşkilində günahlandırılıb, bir neçə ildən sonra əfvə düşüb. Seçki saxtakarlıqlarına etiraz olaraq keçirilən həmin aksiyalarda bir qrup gənc icra hakimiyyəti və polisin binasını daşa tutmuşdu. Müxalifət isə həmin qrupun təxribatçı olduğunu deyirdi).

1998-ci ildə Tehran Lətifov hazırda «Marxal» istirahət mərkəzinin yerləşdiyi, vaxtilə Şəki İpək Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan binanı özəlləşdirib. Üstündən altı il keçəndən sonra, 2006-cı ildə Şəki İpək ASC məhkəmə iddiası qaldırıb ki, mərkəz düzgün özəlləşdirilməyib, geri qaytarılmalıdır. Bundan əvvəlki məhkəmə qətnamələri ASC-nin xeyrinə çıxarılıb. Hazırda iş Ali Məhkəmənin Plenumundadır.

İCRA HAKİMİYYƏTİNDƏN GİZLİ GÖSTƏRİŞ?

- Bir yerə ki, icra hakiminin mənfi fikri oldu, idarə müdirləri ora getməyə qorxurlar ki, onları işdən çıxararlar. Tapşırıq verirlər ki, ora getməyin. Şəkidə bir 50-100 idarə varsa, əgər icra başçısının göstərişi varsa ki, ora getməyin, onlar da qorxurlar getməyə. Bu da alverə təsir göstərməlidir.

Rahim Lətifov deyir ki, nə vaxtsa Şəkidə «Marxal» istirahət mərkəzinin bağlı olması barədə elanlar da vurulubmuş. Elə onun özünün işlədiyi yeməkxananın qabağını da hasarlayıblar. Yəni, dediyinə görə, ailəyə hərtərəfli təzyiqlər eləyirlər.

Yuxarıların göstərişi «Marxal»ın işinə əməlli-başlı təsir göstərib
R.Lətifov deyir ki, bir tərəfdən qlobal böhran, digər tərəfdən yuxarıların göstərişi «Marxal»ın işinə əməlli-başlı təsir göstərib. Ancaq məsələ heç də gəlirlərin azalmasında deyil:

- Məsələ heç gəlirdə də deyil, söhbət prinsipdən gedir.

ŞƏKİ İPƏK ASC VƏ İCRA HAKİMİYYƏTİNDƏN DEYİLƏNLƏR

Şəki İpək ASC-nin İdarə Heyətindən bütün sualları müəssisənin hüquqşünasına verməyi məsləhət gördülər. Hüquqşünas Ruhəngiz Nedeva isə bildirdi ki, məhkəmə işinin nə yerdə olması barədə qarşı tərəfin – «Marxal» istirahət mərkəzinin rəhbəri Tehran Lətifovdan məlumat ala bilərik. Çünki onun əlində nə məhkəmə qətnamələri var, nə də iş barədə ümumi məlumat verə bilər.

Şəki rayon İcra Hakimiyyətinin şöbə müdiri Rafael Manafovsa deyir ki, icra hakimiyyəti özəl sektora maneələr yox, şərait yaradır. O, «Marxal»a getməməyə dair gizli göstəriş barədə deyilənləri isə «şayiə» adlandırdı:

- Mən özüm təxminən bir ay bundan qabaq Avropa Birliyindən gəlmiş bir xanımı tərcüməçisi ilə birlikdə həmin istirahət mərkəzində çay süfrəsinə dəvət etmişəm. Mərkəz işləyirdi, mən orda qeyri-adi bir şey görmədim.

CAHANGİR HACIYEVİN «MARXAL»LA NƏ ƏLAQƏSİ?

«Şəki İpək ASC onu özəlləşdirmək istəyirsə, bunun Beynəlxalq Banka heç bir aidiyyatı yoxdur»
«Marxal»dan Rahim Lətifovun dediyinə görə, istirahət mərkəzini Rusiyada yaşayan azərbaycanlı milyarder, prezident İlham Əliyevin qudası Araz Ağalarovun almaq istəməsi barədə söz-söhbət gəzsə də, məqsəd camaat arasında xof yaratmaq, əsl himayədarı ört-basdır etməkdir. R.Lətifov deyir ki, əslində «Marxal»ı Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev ələ keçirmək istəyir.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə AzadlıqRadiosuna bildirdi ki, bank Şəki İpək ASC-nin səhmdarı deyil, sadəcə, ipək, pambıq, tütün kimi strateji sahələrin inkişafında maraqlıdır və onlara kredit ayırır. Rauf Ağayev «Marxal» məsələsində Cahangir Hacıyevin adının hallanmasını belə şərh etdi:

- Vallah, soruşsaq, mənim haqqımda da deyə bilərlər ki, Los-Ancelesdə nəsə bir imarət götürmək istəyir. Amma rəsmi elə bir söhbət yoxdur axı. Şəki İpək ASC onu özəlləşdirmək istəyirsə, bunun Beynəlxalq Banka, yaxud Cahangir Hacıyevə heç bir aidiyyatı yoxdur. Biz bir-birimizlə borcverən-borcalan qismində partnyoruq.

VƏKİL: «BU, QULDURLUQDUR»

İllər sonra özəlləşmənin ləğv olunması barədə qərar çıxarmaq qanunsuzluq yox, quldurluqdur, çünki iş üzrə iddia müddəti bitib. Bunu isə «Marxal» istirahət mərkəzinin vəkili Aslan İsmayılov deyir:

Aslan İsmayılov
- 1998-ci ildə həmin yer özəlləşdirilib, heç bir qanunsuzluq olmayıb. 12 il sonra adamın mülkünü əlindən almaq istəyirlər. Görünür, çox güclü adam meydana çıxıb əlindən almaq istəyir. Adam (Tehran Lətifov - red) bütün varlığını tamam xarabaxana olan bir yerə həsr edib oranı cənnətməkana döndərib.

Qüvvədə olan Mülki Məcəllənin 373-cü bəndində ümumi iddia müddəti 10 il, xüsusi hallar üzrə altı il göstərilir. Aslan İsmayılov deyir ki, 2000-ci iləcən qüvvədə olan Mülki Məcəlləyə görə isə iddia müddəti bir il olub.

Aslan İsmayılov deyir ki, sadəcə əmlakın yenidən bölüşdürülməsi davası gedir, hansısa oliqarx məhkəmələrə təsir etməklə, mülkiyyət ələ keçirmək istəyir:

- Cürbəcür yüksək vəzifəli oliqarxların adı hallanır. Kimliyindən asılı olmayaraq bu, quldurluqdur. Günün günorta çağı məhkəmə vasitəsilə şəxsin əmlakını əlindən alırlar. Bu üç illik məhkəmə süründürməçiliyi olmasaydı, «Marxal» dövlətə milyonlarla manat vergi ödəmişdi.

Vəkil Aslan İsmayılovun dediyinə görə, Plenum da Şəki İpək ASC-nin xeyrinə qərar çıxarsa, onda işi Avropa Məhkəməsinə göndərəcəklər.

«Marxal» istirahət mərkəzi Şəkidən 4 km-lik məsafədə, dağın ətəyində yerləşir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Anar Haradan: Weki
16.09.2010 01:29
Duzdur Weki Icra Hakimiyyeti hele bu gune kimi hec vaxt xalqin ne qaydina qalmayib ne de wikayetlerine.Ele bil Weki weheri onlara satilib.Vallah deyende pis cixmasin Qarabagi ermeniler iwqal edib aliblar,ama weki iwqalsiz alinib.Qarabaq qacqinlarina hec olmasa yardimlar,guzewtler olunur.Ancaq Weki xalqini hec kim duwunmur.Menim atam uzun illerdir bir tewkilatda mudir iwleyib hec bir xetasi olmayib.Obyekt ve idarelerin ozellewmesi haqda qanun cixanda hec atamin xeberi olmadan bawqa bir ticaretci saxta senedler toplayaraq hemin idareni ozellewdirdi.Atam esl senedleri mehkemeye teqdim etse de hec bir faydasi olmadi esl senedler atamda saxta senedler ticaretle mewqul olan adamda gorduler ki atamin pulu yox senedi var ama o birinin pulu var ama senedleri saxtadi.Lakin Mehkeme bele bir qerar cixardi 42 kvm olan idarenin 21 kvm atama 21 kvm ise hemin pullu ticaretciye verilsin.Duwunurem goresen vaxtiken dovlet nezdinde olan bu idare ata malidi ki yari bolunsun?hara wikayet etsek de cavabi bele aldiq ay kiwi o adam bundan otru 5500 ABW dollari xercleyib eger sizin varinizdisa sizin olsun.Lakin atamin o qeder pulu olmadiqindan huquqlari pozularaq 21 kvm elinden alinib hemin ticaretciye verildi.Ona gore de men bu Azerbaycanin hecne bu gununu nede sabahini duwunmurem.Cunki bir dovletdeki korrupsiya ve ruwvetxorluq baw alib gedirse o dovletin hec bir nealliyyetleri ola bilmez ne de o dovletden dovlet olmaz.Allah yardimcimiz olsun.Amin

Kimdən: Gunel Memmedova Haradan: Baki
11.09.2010 21:32
bu yay oldum Wekide .Cox ewitmiwdim Marxalin gozelliyini.getdim .Marxal istirahet merkezine girilen yerde boyuk stend var idi. MARXAL ISTIRAHET MERKEZININ FEALIYYETI DAYANDIRILIR.fikirlewdimki weherdeki tarixi binalardan qurtarib bura da gelib cixiblar

Kimdən: K O M M U N İ S T Haradan: GİZLİ BAKI
10.09.2010 19:19
Şıxov tərəfdən şəhərə daxil olarkən,yolun hər iki tərəfində Bəylərin villalardan ibarət şəhərcikləri gözoxşayır, yox qoy tiksinlər kommunist inqilabından bir-necə saat kecməmiş bu lux villalar xalqın adına musadirə olunaraq fəhlə ailələrinin istirahətinin təşkili məqsədiylə muəssələrin balansına veriləcəklər....bu villa şəhərciklərinin FƏHLƏ sanatoryaları kimi fəaliyyət göstərəcəyi gunlər elədə uzaqda deyil....

Kimdən: Mübariz Haradan: Almaniya
10.09.2010 15:51
@Memur Dovlet ova
Dogru deyirsen senin kimlerden her shey gözdemek mümkündür.
Ancaq bunu unutma ki Allah zalime möhlet verer amma eslave äsla ihmal etmez!!!.

Kimdən: Memur Dovlet ova Haradan: Parlamentden
10.09.2010 14:44
Ey sesini sechkilerde 5-10 manata satan ,yazig milletimin bedbext numayendeleri , hele bu harasidir ! Evlerinizi bele ellerinizden alacayig ! Yoxsa bashinizi deve gushu kimi yere soxub,proseslere seyrici galanda , bir gunde sizede el atacagimizi fikirleshmirdiniz?! Helem bu harasidir...Bu defe size hech o 5 manatida vermeyeceyik!

Kimdən: Violet
10.09.2010 00:16
Belə getsə addım atmağa da yer qalmıyacey

Kimdən: Edalet! Haradan: Sankt-Peterburq
09.09.2010 17:44
Gul kimi Azerbaycani xarabaliga donderibler!!!!!!! Shexsiyyetsizler!

Kimdən: Mübariz Haradan: Almaniya
08.09.2010 15:38
Vetenmiz bir terefden ermeni ishqaline meruz qalib bir terefdende ac gözderin zebtine meruz qalibdir. Allah qorusun vetenmizi ve milletimizi ishqalchilerden ve ach gözderden:AMIN AMIN AMIN:

Kimdən: Şəkixanov Haradan: Şəki
07.09.2010 23:45
Bu məhkəmə men bilen 3 ildir davam edir. "Şəkixanovların evi" üstündə də paralel olaraq bele bir məhkəmə davası var, bilmirəm başa çatdı ya yox? Ya Avropa Məhkəməsinə gedib çıxdı, ya yox? Mehriban Əliyeva Şəkiyə gələndə İcra Hakimiyyəti ev yiyəsindən hemin evin açarını Mehriban xanım oranı ziyarət edəndən sonra qaytarmaq şərti ilə birgünlüyə alıb, amma bir daha qaytarmayıb. Sonra iş düşüb məhkəməyə. İH deyib ki həmin evə 17 min manat verirəm, ev yiyəsi də deyib ki 17 min nə puldur ki?! 1 otaqlı "xrushovka" da bu qiymətə deyil.

Kimdən: K O M M U N İ S T Haradan: GİZLİ BAKI
07.09.2010 23:30
SOSİALİST RESPUBLİKA zamanı bu yerlərin hamısı FƏHLƏLƏRİN pulsuz istirahəti ucun nəzərdə tutulmuşdu.İndi isə KAPİTAL dəllalları bu yerləri ələ kecirmək uğrunda savaşırlar.....belələrinə demək istəyirəm ki,geci-tezi SOVETLƏR qurulacaq və bu ərazilər yenidən fəhlə ailələrinin ixtiyarına veriləcək.....
Səhifə (2)
    Növbəti