Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:34

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

Quranı yandırmaq planına amerikalıların özləri də etiraz edir

Amerikadakı kiçik icmanın Quranı yandırmaq planına qarşı Kabulda etirazlar. 6 sentyabr 2010
x
Amerikadakı kiçik icmanın Quranı yandırmaq planına qarşı Kabulda etirazlar. 6 sentyabr 2010
Şriftin ölçüsünü dəyiş - +
Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır.

Onlar bununla radikal islamçıların 2001-ci ildə Amerikada törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.

Bu, Florida ştatında yaşayan təxminən 50 dindarın yaratdığı bir icmadır. Onlar özlərini “Dove World Outreach Center” adlandırırlar.

Ştatın hakimiyyət orqanları icmaya kitabların yandırılması aksiyasını keçirməyə icazə verməyiblər.

Amma icmanın rəhbəri, keşiş Terri Cons deyir ki, onlar

BÜTÜN HALLARDA AKSİYANI KEÇİRMƏKDƏ İSRARLIDIRLAR

Əfqanıstandakı Amerika və NATO qüvvələrinin komandanı, general Devid Petreus deyib ki, Consun icması bu hərəkəti ilə Amerika prezidenti Barak Obamanın 1,5 milyard nəfərlik müsəlman dünyası ilə münasibəltərini təhlükə altına qoya bilər.

Petreus icmanın planlarını Talibanın siyasəti ilə müqayisə edərək deyib ki, bu, Talibançı radikalların Əfqanıstanda və dünyanın başqa yerlərində Amerikanın müsəlmanlarla yaxın münasibət qurmaq cəhdləri qarşısında ciddi problemlər yaratmaq siyasətinə bənzəyir.

Əfqanıstandakı NATO təlim missiyasının rəhbəri, general Uilyam Koldvel Kabulda jurnalistlərə deyib ki, Amerikadakı icmanın planları Əfqanıstanda xidmət göstərən amerikan qüvvələrinə qarşı qisasçı hücumlara yol aça bilər.

“Onların hərəkəti burada xidmət edən cavan qız və oğlanların həyatını təhlükə altına qoya bilər. Eyni zamanda bizim Əfqanıstanda həyata keçirmək istədiyimiz missiyaya təhlükə yarada bilər”.

Kabuldakı Amerika səfirliyi də bəyanat verərək deyib ki, Amerika hökuməti

İSLAMA QARŞI BELƏ HÖRMƏTSİZLİYƏ HAQQ QAZANDIRMIR

General Petreus
və başqa dini icmaların üzvlərini qəsdən alçaltmaq cəhdlərindən çox narahatdır.

Amerika səfirliyi bildirib ki, ABŞ-da bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar.

Eyni zamanda sentyabrın 6-da Kabulda yüzlərlə əfqan etiraz aksiyası keçirərək Amerikadakı icmanın Quranı yandırmaq planlarına qarşı çıxıblar, “Amerikaya ölüm” şüarları səsləndiriblər.

Etiraz aksiyasında əsasən Kabuldakı bir dini məktəbdə təhsil alan tələbələr iştirak ediblər. Onlardan biri deyir:

"Biz bu yürüşlə Amerikaya öz etirazımızı bildiririk və belə aksiyaları davam etdirəcəyik. Biz Amerikanı bizim müqəddəs Qurana qarşı bu çirkin kampaniyanı dayandırmağa çağırırıq".

Bu gün etirazlara İran da qoşulub. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qərb ölkələrini “dinin müqəddəs dəyələrini təhqir etmək üçün ifadə azadlığından sui-istifadə edilməsinə son qoymağa” çağırıb.

Floridadakı icmanın rəhbəri Cons CNN-ə deyib ki, onların planlaşdırdıqları aksiya nəticəsində kiminsə ölməsi “çox faciəvi” olardı, amma onun icması düşünür ki, gec-tez “Islamdan gələn təhülkəni önləmək” vacibdir.

Icmanın İnternet saytı da İslamı zorakı din kimi təqdim edir.

Istər Əfqanıstanda, istərsə də dünyanın başqa yerlərində Quranın, yaxud Məhəmməd peyğəmbərin təhqir edilməsi Əfqanıstanda, eləcə də digər

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ BÖYÜK ETİRAZLARA SƏBƏB OLUR

Quranın yandırılması planlarına qarşı İndoneizyada etiraz
Elə bu ilin yanvarında əfqan qüvvələri 8 etirazçını öldürmüş, 13-nü isə yaralamışdı.

Etirazlara xarici qüvvələrin Quranı ayaq altına atması ilə bağlı şayiələr yol açmışdı.

2005-ci ildə Danimarka qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının çapı da müsəlman ölkələrində böyük etirazlara səbəb olmuş, polislə etirazçılar arasında toqquşmalarda 100-cən adam ölmüşdü.

Axır həftələrdə Amerikada xristian radikallar İslama qarşı kampaniyanı gücləndiriblər.

Onlar 11 sentyabr terror aktlarının törədildiyi əraziyə yaxın yerdə məscid tikilməsi planlarına da etiraz edirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
17.09.2010 16:22
Quranı yandıranlara Allah lənət etsin.Onlar öz axirətlərini puç etməkdən başqa heç nəyə nail olmadılar.Və yalnı nə rəzil və asi olduqlarını üzə çıxardmış oldular.
Cavab

Kimdən: Anonim
30.09.2010 11:43
Allah razı olsun sizden.

Kimdən: savetski Haradan: kohne azerbacan
10.09.2010 13:04
ne den danisirsiz 1 ozumuze baxaq xiristiyanlar allahin kitabini yandirimaq isteyir ya bizim azerbacanlilar onlarda allahin evlerini sokuller yeni mecidleri sizce hansi daha .................

Kimdən: xalqdan Haradan: Bakı
09.09.2010 07:35
Heç şübəsiz bu Quran yandırmaq aksıyasını təşkil edən papa dindən kənar bir məxluqdur .O hər hansı bir dində olursa -olsun ALLAHA inanmalıdır .ALLAHA inanan ona pənah gətirən belə ağır yük altına girməz ,bu Quranın bir ayəsində deyildiyi kimi .Belələri belində çoxlu kitab daşıyan ulağa bənzəyirlər.UCA ALLAH belə nankor bəndəsinə hidayət yolunu göstərsin.
Cavab

Kimdən: Namiq Haradan: Gəncə
09.09.2010 12:46
Təmamilə doğru deyirsiniz, bu bədbəxt insan dindar/xristian deyil. Xristian düşmənini bağışlamalı, kin saxlamamalıdır! ...Əgər İsa peyğəmbər burda olsaydı onu bu bəd əməldən çəkindirərdi!
Cavab

Kimdən: hekari Haradan: baki
16.09.2010 23:05
Məncə onlar İsanı görsələr onu da inkar edərlər çünki İsanın dinindən heç nə saxlamadılar etiqadlarında.

Kimdən: Ataqam Haradan: Masazori
09.09.2010 01:36
Dostlar, keşiş Terri Consa ən yaxşı cavab blirsiz nə olardi? Müsəlman aləmində məşhur olan bir İslam alimi keşişin kitabları yandırmaq üçün qaladığı tonqala yaxınlaşıb əlindəki Quranı ora ataydı və keşişə deyəydi: Ay bədbəxt, al, bunu da yandır, sən bu cansız hərfləri yandırmaqla kimə neyləyirsən?! O hərflərin canı, ruhu bir milyard yarım müsəlmanın qəlbində yaşayır, bəs onları necə yandıracaqsan?!
Cavab

Kimdən: Anonim
09.09.2010 14:41
agilli ol.
Cavab

Kimdən: Ataqam Haradan: M-Z.
09.09.2010 15:54
Çalışıram –:)

İtalyanlar Liviyanı zəbt eləyib xeyli əsir götürürlər... və əsirləri öldürürlər.
Liviya müqavimət hərəkatının lideri Ömər Muxtarın dəstəsi də bir döyüşdə altı italiyalını əsir götürür. Ömər Muxtarın silahdaşları onun yanına gəlib deyirlər:
- İtalyanlar bizim əsirləri öldürdülər. Biz də onların əsirlərini öldürməliyik.
- Yox, əsirlərə yemək verin, onları incitməyin. İtalyanlar bizim MÜƏLLİMLƏRİMİZ deyil! (ki, bizə nümunə olsunlar)

İndi Terri Cons Quranı yandirmaq istəyir. Biz də ondan nümunə götürüb İncilimi yandıraq?! Yaxud Terri Consu hərləyib tutub qulağınımı kəsək?! Onda bizim ondan fərqimiz nə olar?

Kimdən: Dədə
09.09.2010 00:25
Ey müsəlmanlar!
Quranı yandırmaqla onlar öz ölkələrinə, əsil-nəsillərinə heç şübhəsiz ki, çox böyük bəla və bədbəxtlik gətirəcəklər!
Bizdən deyib xəbərdar etmək, can onların, cəhənnəm isə Tanrınındır!
Yandırsınlar, baxaq ki, özləri necə yanacaqlar!

Kimdən: leyla Haradan: ele buradan
08.09.2010 20:55
ey,Azadliq radiosu.....
senin vaxtin bitti
amerikanin demokratiya modeli iraq ve efqanistan muharibelerle ozunu iflas etdi....demokratiya yoxdur-xususile de amerikada....
ermenistani pisleyirsen-amma amerika separatcilara pul verir.....
guya islama deyer verisen-amerika ise tekce iraqda 2 milyon muselman oldurub...
atriq nagillarin kecmir he.....
bestir seninki....
ABS nifret edirem-ele sene de.
Axir-evvel ozune bir sifet sec...
besdir Azerbaycani qurdaladin....
get amerikanlilarin ^gozunu ac^
seni unsubscrine edirem-basqalara da meslehet gorurem
Cavab

Kimdən: Qafqazli Haradan: Qafqazdan
11.09.2010 11:17
Bacim lap duz buyurursan. Amerikanin ozunun beynimize yalandan yeritmek istediyi Terror (bilavasite bunuda ozleri destekleyir) dan cox demokratiya adi altinda nece nece dinc insanlarin qanini axidib. Terordan sayca daha cox. Lakin gose gostermek istediyi terrordur. Cunki bu onun esas siyasetidir. Bele siyaseti bizede qarsi isledilir. Bunun islemesi ucun sapi ozumuzden olan baltalar kifayet qederdir.
Lakin dusmenizimi tanimaq ucun onun haqqinda melumatli olmaq lazimdir.
Cavab

Kimdən: Anonim Haradan: ele buradan
08.09.2010 22:34
Allah razı olsun .Nəhayət, amerika üçün ağız suyu axıtmayan qadın tapıldı forumda.

Kimdən: antizaur Haradan: baki
08.09.2010 16:06
"azadliq", sherhimin senzuranizdan kechmemesini anlayishla qarshilayiram. onsuz da bu muselmanlara neise basha salmaq mumkun olmayacaq. ara yerde "azadlig"i mehkemeye verecekler:))
Cavab

Kimdən: Muslim Haradan: Baki
08.09.2010 19:06
Salam aleykum, bilmədiyin mövzu barədə belə danışma, bir az özünətənqidlə yanaş, bəlkə elə heç nə başa düşməyən sənsən, bir maraqlan, məsləhətdi.

Kimdən: kaponta Haradan: Eliyev Kralligi
08.09.2010 15:19
bahoooo,bahooo,burda sohbetler gedir menim de xeberim yoxdur.Hec deme inkarcilar yuvasi olub bu forum. Bir birinize teselli verirsiniz,gozu kor,qulagi kar,qelbi mohurlu olanlar?

Kimdən: Adil Haradan: Bakı
08.09.2010 14:24
Antizaura, saraya, anonimə
- Antizaur - "amerika en azi,hech olmasa 300 milyonluq vetendashinin xoshbextliyini ve onlar uchun arzuolunan dovlet olmagini temin edir." - Amma bu xoşbəxtliyi digər millətlərin, əsasən də müsəlmanların və aborigen hinduların bədbəxtçiliyi üzərində qurub. Yaddan çıcxarmayın. Obyektiv olun.
- Antizaur - "quran ne edib bes? terroru cihad adi ile destekleyib kamikadzeler uchun ideoloji baza olmaqdan, besheriyyeti geri dartmaqdan bashqa ne edibv axi?!" - terroru dəstəkləyən sizin oxuduğun kitablardı. Darvinizmi, faşizmi, kommunizmi, materializmi və digər "izm"-lərin öndərlərinin, Darvinin, Leninin, Hitlerin, Marksın yazdığı kitablardadır. Quranda Darvin, Engels və Leninin kitablarından fərqli olaraq irqi ayrıseçkiliyə, terrora dəstək verilmir, təbliğ olunmur. Dini rədd edən sistemlərin - kommunizm, sosializm, faşizm, ateizm və s. insanlara kədər, qəm, qorxu və etibarsızlıq aşılaması qaçılmazdır və bunu bütün bəşəriyyət gördü. Həm də törədilmiş faciələrin miqyaslarına baxın!!
Lenin, Stalin, Mao və ya Pol Pot iqtidarları zamanında ölkələrini tam bir xaos, qorxu və terror mühitinə sürüyərək fitnə-fəsad törətmişlər. Onda onlarda bu ideologiyaların formalaşmasında hansı kitabların rolu olub? Həmin “dahi”lərin Darvin, Marksdan qaynaqlandıqlarını çox gözəl bilirsiz. Həqiqətən HEYRAN OLDUM MƏNTIQINIZƏ. ANCAQ MƏN QƏTIYYƏN TƏCCÜBLƏNMƏDIM.
- Quranı yandırmaq isə dinsiz, ikili standartlar yürüdən Qərbin vəhşiliyinin son həddidir! Məgər siz eşitmisiniz mi ki, hansısa müsəlman ölkəsində İncili, Tövratı yandırmağa hazırlaşırlar. Və ya İsa peygəmbərin və Musa peygəmbərin karikaturaları dərc olunub və ya təhqir edilib? İndi kimin əxlaqı yüksəkdir: Quran oxuyanların yoxsa sizin qibtə etdiyiniz kitabları oxuyanların?
- Siz yəqin din dedikdə dinc sakinlərə hədə-qorxu gələn qara maska taxmış və təpədən-dırnağacan silahlanmış vahiməli görkəmliləri, ictimai edamlar, daşqalaqlar, dinc sakinləri partladan kamikadzelər, bizim bir çox mollaları, yasda şivən qoparan ağı deyənlər, nəzir qutuları, agaca cır-cındır bağlayanları, üzərlik və s. yadınıza düşür. Bu xurafatçı insanlar dinə ancaq xələl gətirirlər. Din, Allahın mövcudluğu, Quran əxlaqı bu deyil, əzizlərim!. Öz çıxarları üçün bir çox qadağalar və yeniliklər barədə fitva çıxarmış bəzi “ağilli” mollaların dediklərini Allahın Quranda bildirdiyi hökmlərindən üstün tutacağıqsa bunda Din-i, İslam-ı günahlandırmaq ən azı ağılsızlıqdır.
Obama bu məsələdə çox ağıllı addım atıb: Çünki çox aydın başa düşür ki, tezliklə Quran əxlaqı dünyaya hakim olacaq. İnşaAllah! Istəsəniz də, istəməsəniz də.

Kimdən: Tənqidçi Haradan: Bakıdan
08.09.2010 13:51
Çox maraqlıdır görəsən nə üçün Rövşən Qənbərov nə üçün məqaləyə belə ad verib? Amerikan maraqlarını güdərəkmi belə edib yoxsa ki cahil insanların emosional davranışını önləmək üçün?
Məqalənin adı belə də ola bilərdi "Xristian-Yəhudi Amerikası Quranı yandırmaq planındadırlar" ....
Səhifə (3)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı