Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:41

Verilişlər / Oxu zalı

Fətullah Güləndən kitab yazan polis rəisi milyonçu oldu

Kitabın müəllifi Hanefi Avcı
x
Kitabın müəllifi Hanefi Avcı

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Vəzifədə olarkən yazdığı “Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət” kitabı ilə satış siyahilarını alt-üst edən Əskişəhər polis idarəsinin keçmiş rəisi Hanefi Avcının kitabının tirajı 567 minə çatıb.

Türkiyədə nurçuların dövlət orqanlarını ələ keçirməsindən bəhs edən kitabın tirajının yaxın vaxtlarda 800 minə çatması gözlənilir.

Kitabın qiyməti 25 Türk lirəsidir (bu günkü məzənnə ilə 15.5 ABŞ dolları).

Türkiyədə nəşriyyatların müəllifə verdiyi qonorar kitabın qiymətinin 10%-ni təşkil edir.

Ancaq müəllifin populyarlığı və ya kitaba tələbin yüksək olacağı ehtimalı nəzərə alınaraq müəlliflərə daha yüksək qonorar verilə bilir.

Məsələn, Nobel mükafatı laureatı Orhan Pamuk, kitablarının çap edildiyi İletişim yayınlarından 20-25% qonorar alır.

Hanefi Avcının kitabının cəmiyyətdə doğuracağı əks-səda nəzərə alan Angora nəşriyyatı ona 15% qonorar verməyi qərarlaşdırıb.

Kitabın tirajı hesablananda keçmiş polis rəisinin indiyə qədərki nəşrlərdən təxminən 1.5 milyon dollar qazandığı ortaya çıxır.

Böyük nəşriyyatların sahibləri Hanefi Avcının kitabından 1 milyon ədəd satılacağını deyirlər.

Türkiyədə kitablarının nəşrindən ən çox pulu Orhan Pamuk qazanır.

Verilən məlumata görə, 2005-2007-ci illər arasında Pamukun dünyada 5.5 milyon ədəd kitabı satılıb. Pamuk o satışlardan təxminən 2 milyon dollar qazanıb.

Elif Şafak 2008-ci ildə bazara çıxan “Eşq” kitabının satışından indiyə qədər 1 milyon dollar qazanıb.

Türkiyədə ən çox satılan kitab isə Turgut Özakmanın “Bu çılğın Türklər” əsəri olub.

İndiyə qədər 897 min ədəd satışı olan kitabdan müəllif təxminən 800 min dollar qazanıb.

Fətulla Gülən
Hanefi Avcı öz kitabında yazır ki, Türkiyədə İslam dövləti qurmaq istəyən Fətullah Gülənin tərəfdarları - nurçular dövlət orqanlarını, xüsusən polis orqanlarında dərin kök atıblar.

Onlar qeyri-qanuni telefon dinləmələri ilə nurçuları tənqid edənləri, eləcə də dünyəvi dövlət tərəfdarlarını şantaj edir, onları gözdən salırlar.

Türkiyə cəmiyyətində artıq heç kimin bu səbəbdən rahat olmadığının vurğulandığı kitabda CHP lideri Dəniz Baykala qarşı seks-kasset qalmaqalının arxasında da polis orqanlarında yuva salmış təriqətçilərin dayandığı iddia edilir.

Kitaba görə, eyni qaydada ordu generallarının, qəzetçilərin də telefon danışıqları dinlənir, İnternetə yerləşdirilməklə şantaj alətinə çevrilir.

Təriqətçilərə yaxın TV və qəzetlər də bu qarayaxma kampaniyalarına dəstək verirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: sumqayitdan Haradan: sumqayitdan
22.09.2010 10:20
Sizin burdaki serhlerinizi dusmenler oxuyub sevinirler. Deyirler biz 50 il sonranin planin cekirik ki bunlari nece idare edek. Siz de bir biriniz didirsiniz burda hemise oldugu kimi. Bu serhler sadece dusmeni sevindirir. Kimin ne oldugunu zaman gosterecek.

Kimdən: Azər Haradan: burdan
21.09.2010 19:13
Allah koməyi olsun Türkiyənin.

Kimdən: Tural Haradan: Baki
16.09.2010 10:52
ne mutlu TURKUM diyene. ATATURKu qebul etmeyenler TURKculuyude qebul etmirler. ATATURK olmasaydi indiki TURKIYEde olmazdi.
Haminizin acigina ATATURK demek TURKIYE demek.
fetullahcilar dunyaya hakim olsaniz bele, insanlarin qelbindeki TURKluye hakim ola bilmeyeceksiz.
men fexr ediremki men Azerbaycam TURKuyem.
Cavab

Kimdən: Anonim
16.09.2010 14:21
Osmanlilar olmasaydi nə indiki Türkiyə olardı, nə də ki Atatürk

Kimdən: izzet
11.09.2010 16:14
Fetullahçılar yüksek lisans sorularını da çalmışlar..Yanlız artık cin siseden cıktı ne oldukları belli oldu...

Kimdən: Sara Haradan: Ingiltere
11.09.2010 04:34
Irana Xomeynini getirdiler, Turkiyeye de Guleni getirecekler ki, qebire son mixi da vurub bizleri birdefelik menv etsinler. Iran gorun ne gune qalib, turkiyenin geleceyini tesevvur edin.

Kimdən: men x Haradan: China
10.09.2010 12:03
bu yazını oxudum ve bunua benzer Fethullah Gulen ve camaat haqqında xeberler veririsiniz.mence bele xeberler azadlığın inandırıcılığına ve doğru xeber imicine zerer verir.niye?çünki bu xeberler Türkiye metbuatında qerezli bir neçe media orqanında verilen ve sonradan tekzib olunan xeberlerdi.men Türkiye metbuatını gündelik izlediyim üçün bilirem.sizden xahişim xeber xatirine xeber yazmayın,çünki bele yalan ve iftira xeberler hem size yaraşmır,hem de başqa xeberlerinize de şübhe ile yanaşmağa getirib çıxarır.

Kimdən: izzet
09.09.2010 18:17
Burak bey tekrar soyluyorum birbirimizi kandırmayalım.Benim sizin deyiminizle "Hizmette" olan arkadaşlarım oldu.(Fetullahçılar kendilerine hizmetteyiz derler)O yüzden "Saygı" ve "Sevginin" icinin ne kadar bos oldugunu ve sizin haluhazırda gizli tuttugunuz burada açıklayamadığınız ve süslü laflarla geçirmeye çalıştığınız bütün gizli amaçlarınızı biliyorum.
Azerilerin anlayacagı sekilde anlatayım Fetullah Gülen cemaatinin tek amacı islamı dünyada egemen kılmaktır.Bunu icin calısırlar.Bunu yaparken hücre yapılanması ile örgütlenmistir.Her ısık evinin bir abisi ablası vardır.Bu abi ve ablalar bu evden sorumludur.Evlerden sorumlu bir de imamları vardır.Bu imamların da baglı oldugu bir imam vardır.
Su an haluhazırda Azerbaycan da fetullah gulene ait butun okullarda bu orgutlenme vardır.
Turkiyede fetullahçılar Kamu memuriyet sınavlarını calıp kendi aralarında dagıttılar.Bu büsbütün bir hırsızlıktır.Ama tarikat oye bir kafa yapısına sahiptir ki amaçları yolunda her türlü hakkı hukuku cignemek onlar icin serbesttir..

Kimdən: Musab Haradan: Kurdemir
09.09.2010 17:26
Görəsən F. Gülənə desən ki, siz bugün Azərbaycanda bir qəzetin populyar şərh obyektinə çevrilmisiniz, nə cavab verər əcaba,
Hər halda məsələlərə uzaq görən və soyuqqanlı munasibəti ilə deməz mi ki "bu ilki olmadigi kimi sonu da olmayacaq. İnanmayanlar onsuz da xidmətlərə inanmayacaqlar...."
Bəs desə ki,
"Azərbaycanın 20 yanvar hadisəsində elədiyim dualar, tökdüyüm göz yaşlarına görə milyonlarca insan mənimlə bərabər dua edib, qulağındaki sırğaları belə maddi imkanı olmayan Azərbaycanlılara mərdanə verdilər."
Bəli, artıq buna inanmamaq, aşağılarda yazıldığı kimi gözlərdə tirlərin axtarılmağından xəbər verir.
Cavab

Kimdən: Anonim
10.09.2010 04:16
Sen gozunle gordyunu yazmamisan axi, sene deyilen naghillari sherh edirsen, yox bir donuzlar qanad achib uchur.

Kimdən: deyerli soz Haradan: burdan
09.09.2010 12:31
ASHIQA KIM COX PUL VERSE ASHIQ ONUN MAHNISIN CHALAR)) ELE BU POLIS REISIDE BUNU XATIRLADIR

Kimdən: izzet
08.09.2010 21:57
Burak bey iciniz de temiz olsun dısınızda her yeriniz temiz olsun.Amacınız her ne ise onu acıkca soyleyin evinizde -ısık evi- ne konusuyorsanız dısarıda da aynısını konusun.Gizli bir amacınız varsa bunu acık edin ki sizin ne oldugunuz bilinsin.
Cavab

Kimdən: BurAK Haradan: Estonya
08.09.2010 23:09
Kardeshim ben fikrimi acikca belirtmishimdir, Azerbaycanda da resmi olarak boylesi bi shey soylemek iftira ve kuru laf. Bu vaka senin kafani oylesine kurcalamasin. Enerjini, Bilgini ve Zamanini ulkene, milletine harcasan ii olur. Ama din diyanet noktasinda eksiklerinizi giderin once.
Ben Azerbaycani bazi Azeri kardeshlerimden daha cok sevdiyimi kac defa onlara isbatlamishimdir.
Dunyayi kurtaracak tek shey: Saygi ve Sevgi olacaktir. UNUTMAYALIM BUNU.
Cavab

Kimdən: Burak Haradan: izzet e
09.09.2010 16:48
Ben dushuncelerimi tum azeri kardeshlerime hitap etmishimdir.
Fetullahci kelimesi sosyal ve dini literaturde olmayan, fakat 80lerin Turkiyesinde din dushmani zihniyetinin urunu olan ve halen bazi cahillerin kullandigi ici bosh bir karalama kavrami.
Sizin Fetullah Gulen dushmanligina da itirazim yok,
Topyekun insanligi kucaklamak (Hz. Mevlana gibi) her insanin ishi degil demek ki.
Ben ne Fetullah Gulen Hoca Efendinin avukatiyim, ne de bazilarinca zanedilen ajanim.
Fakat duydugun ama yashamadigin o hizmet, benim sevdam.
Insana insan olma hazzini ve gayesini ben bu hizmette gordum.
Saygi dedik, sevgi dedik.
Samimi olmadigimi dushnen gayri samimilere buradan ne yalvaririm ne de zorlarim.
BEN KARDESHLIKTEN KONUSHTUM VE ELE ELE KARDESHLIK ICIN HARCAMAKTAYIM OMRUMU.

Unutmayalim ki, din siyasete alet olmamakta, siyaset dinsizlige alet olmaktadir.
Cavab

Kimdən: izzet
09.09.2010 02:02
Burak bey lutfen kimseyi ve birbirimizi kandırmayalım.siz gizli ajandanızı acıklayın isterseniz.Biliyorum ki acıklayamazsınız.Acıklayamayacagınız seyler var sizin.Asıl sizin zihninizi Fetullah Gülen cok mesgul ediyor...Siz gizli amaclarınızı acıklayın.Estonya da kimleri zehirliyosunuz onu acıklayın.Eminim ki hicbir azerinin sizin "sevginize" ihtiyacı yoktur.
Sizin isiniz vardır simdi enerjinizi belli ki hizmete harcıyorsunuz.
Din diyanet noktasında hicbir eksigim yok burak bey bunu degerlendirmek haddini Fetullahcı olmanız bile size vermez.Bunu da unutmayın.
Səhifə (2)
    Növbəti