Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:11

Dünya

Karikaturaçıya yüksək media mükafatı

Kurt Vesterqaard
x
Kurt Vesterqaard
Şriftin ölçüsünü dəyiş - +
Məhəmməd peyğəmbərin karikaturası ilə dünyanı bir-birinə vuran Danimarkalı karikaturaçıya M100 Media mükafatı verilib.

Mükafatın statusunın nə qədər yüksək olması haqda onu demək kifayətdir ki, Almaniyanın Potsdam şəhərindəki mərasimə Avropanın bütün əsas nəşriyyat və media şirkətlərinin rəhbərləri, baş redaktorları gəlib.

Almaniya kansleri Anqela Merkel də mərasimdə iştirak edib və nitq söyləyib. Kommunist Şərqi Almaniyasında böyümüş Merkel hesab edir ki, «almanlar azadlığın nə qədər qiymətli dəyər olmasını heç vaxt yaddan çıxartmamalıdırlar».

MƏTBUAT AZADLIĞI YOXSA ƏQİDƏYƏ HÖRMƏT?

Təşkilat komitəsinin rəhbəri Sabine Sasse AzadlıqRadiosuna deyir ki, danimarkalı karikaturaçı Kurt Vesterqaard Media Mükafatını «ölüm hədələrinə və zorakılığa baxmayaraq mətbuat və söz azadlıqları uğrunda yorulmaz mübarizəsinə və bu demokratik dəyərləri müdafiə etdiyinə görə» alıb.

Sabine Sasse: «Kurt Vesterqaard mətbuat azadlığının simvoludur. Ona görə simvoldur ki, o?Kurt Vesterqaard öz işinin müdafiəsinə qalxıb. Onu ölümlə hədələməyə isə heç kimin haqqı yoxdur. Ölüm hədəsi bizim mədəniyyətə yaddır. Biz öz haqlarımız uğrunda vuruşmalıyıq».

Sabine Sasse daha sonra deyir: «Bu mükafatın özü də bir əlamətdir, işarədir. Cəmiyyətin aparıcı simaları söz azadlığının bizim üçün nə qədər vacib olduğunu göstərirlər. Nə olursa-olsun, biz döyüşürük, silahla yox, sözlə və mükafatlarla».

2005-ci ildə Danimarka qəzetində Məhəmməd peyğımbərin karikaturalarının nəşri müsəlman dünyasında əsil etiraz tufanı yaratdı.

Məhəmməd peyğımbərin karikaturalarının nəşri müsəlman dünyasında əsil etiraz tufanı yaratdı
O vaxtki qalmaqal ifadə azadlığı və əqidəyə hörmət kimi iki fundamental dəyər arasında mübarizənin təzahürü idi.

RƏSSAMI POLİS QORUYUR

Karikaturaçının ünvanına gələn ölüm hədələrindən sonra rəssam polis himayəsindədir və indiyə kimi onu polis qoruyur.

Mühafizəyə baxmayaraq 2010-cu ilin yanvarında Somalidən olan 28 yaşlı bir nəfər Vesterqaardın evinə girə bildi və əlindəki balta ilə ona hücum çəkmək istəyəndə karikaturaçı evin hamamında- möhkəm qapının arxasında gizlənə bildi.

REDAKTOR KARİKATURALARI NİYƏ DƏRC ETDİ?

2005-ci ilin 30 sentyabrında Məhəmməd peyğəmbərin 12 karikaturasını dərc edən Jyllands-Posten qəzetinin mədəniyyət redaktoru Flemminq Rosenin bu ilin 30 sentyabrında bu mövzuda «Sükutun tiraniyası» adlı kitabı çıxacaq.

Redaktor kitab haqda müsahibə verəndə deyib: «Mən əminəm ki, insanların çoxu bu karikaturalar haqda mənim nə düşündüyümü bilmir. Mən kitabda bunu izah etməyə çalışıram».

5 ildir ki, ölüm hədələri alan redaktor deyir ki, onun istəyi Avropa miqyasında debat açmaqdır:

«21-ci əsrdə insanlar necə yaşamalıdır?» Rosenin fikrincə, karikatura böhranı insanların 21-ci əsrdən nələr gözləyə biləcəyini göstərdi.

Bu yaxınlarda karikaturaçı Kurt Vesterqaardın da kitabı çıxmalıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: namiq shemkirli Haradan: moskva
14.09.2010 00:14
Xristianlar nədənsə Quranı yalnız müsəlmanların kitabı, həzrəti Məhəmmədi də yalnız müsəlmanların peyğəmbəri sayırlar. Unudurlar ki Quranı müsəlmanlar yazmayıb. Bu kitabı da Törəni və İncili nazil edən Allah göndərib. Məhəmməd peyğəmbəri də müsəlmanlar deyil, başqa peyğəmbərləri- İbrahimi, Musanı, İsanı seçən Allahın Özü peyğəmbər olaraq seçib. Quranı yandırmaqla və karikaturalar çəkməklə xristianlar özlərinin də tək tanrısı olan Allahın kitabını yandırır və elçisini təhqir edirlər.

Kimdən: Abbas Haradan: Burdan
13.09.2010 15:36
Her shey tenqide aciq olmalidir, cunki insan zekasi suala ve tenqide mohtacdir. Insan tenqid ede bilmese teqlid eder ve yamsilayar ki, bu da insani meymunun benzerine cevirer.
Insan ureyinde hec bir tabu tanimadan fikirleshe bilirse demeli fikirleshdiyini de bashqasinin fikrini sorushmadan uze cixara bilmelidir. Bunun adi beledir, dostlar: Ifade Azadliqi

Kimdən: Lufthansa
11.09.2010 22:04
Bu azadliq gostericisi olsa da chirkin emeldir...men acizlikdir deyerdim...debatlar...kitab yazmaq sonra onu satmaq...shou ve sonunda gelir elde etmek...tarixe dushmek... millionlarla inanclinin meneviyyetine toxunmaq...burada qehremanliq yoxdur. Goresen ne uchun Islam alemi buna cavab olaraq o saat Isa Mesihin karikaturasini chekmediler ? Ne uchun xristianlarin olmayan meneviyyatina toxunmadilar ne uchun ? Chun ki qerbin medeniyyetine yiyelenib sonradan agillanmish bashlari, avvam hesab etdiyi shergin bu halini gore bilmir ona gore ki, en avam bedevi ereb bele ne olursa olsun muqeddeslere hormet etmeli oldugunu bilir ve "soz azadligidir" deye ozunu axirinci yola qoymur. Budur heqiqet.

Kimdən: Santak
10.09.2010 12:29
demokratiyanin ustunluyu de ondadir ki, din dovletden ayri olur ve dini tehqir etmeye imkan olur. Bu cox gozeldir.
Cavab

Kimdən: Lufthansa
11.09.2010 22:06
Santak - bezen bloglarinizi oxusam da soylediyiniz bu fikirde dushuncenize qibte etmedim.
Cavab

Kimdən: Azeri Haradan: Baki
10.09.2010 17:35
Mən heç bilmirəm sizin kimi insanlar nəyə inanır nəyə sitayiş edir azad həyat və ya demokratiya nə deməkdir sizin üçün əgər siz pornografiya və seksin baş aldığı Avropanın dəyərlərini sevirsizsə sizin işiniz çox çətin olacaq əziz demokrat Din insanın mənəvi dəyərlərini saxlayan Yeganə vasitədir bunu bilin. İnsanın vəhşı instinktləri və nəfsi onu allahsızlığa doğru aparır hələ gec deyil Fikirləşin nə üçün yaşayırsız
Cavab

Kimdən: Lufthansa
11.09.2010 22:09
Jo - biz de qirmizi korpunu oyana adlamishlardaniq.Avropada hansi qizin hansi oglani nece sevib sadiq olmasina baxmayaraq menevi deyerlere istehza edib onu karikatura halina salmaq meneviyyetsizliyin pik noqtesidir. Ele sheyler var ki onlara qanun-qayda yazilmir. O insanin anatomiyasinda olmalidir. Ama insanin...
Cavab

Kimdən: Jo
11.09.2010 02:51
Azeri Muellim, men 3 ildi Avropada yasayiram, 3 ilde 3 seher deyismisem, ozu de hec vaxt yeyib icmekden dala qalmiram, amma ne pornografiya ne de seks bas alib gedir Avropada. yaxsi olar ki, deqiq bilmediyin sey haqda fikir bildimeyesen Seksual azadligin olmasi, hec de meneviyyatsizlig gostericisi deyil, Avropali qiz oz sevgilisine, nisanlisina erine daha sadiqdir, neinki Azerbaycanli.

Kimdən: Ulvi Haradan: fransa
08.09.2010 19:26
Yaqin Amerikada qurandan tongal qalamaq isteyen keshish bundan daha cox mukafat alacaq

Kimdən: azeriden Haradan: rusiyadan
08.09.2010 17:56
bu da xachperestlerin dermokratiyasi....