Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:27

Verilişlər / İşdən sonra

«ABU təhsilə təhqirdir»

Aslan İsmayılov
x
Aslan İsmayılov

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan təhsilinə bir təhqir olub».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında vəkil Aslan İsmayılov deyib. Vəkilin sözlərinə görə, həmin universitetin bir rüşvət mənbəyi olması çoxdan hamıya məlum idi.

«Bütün Azərbaycan ictimaiyyəti üçün Azərbaycan Beynəlxalq Universiteti ona qədər isə səhv etmirəmsə San Marino adlandırılan universitet Azərbaycan təhsilinə bir təhqir olub. Bu barədə mənim mətbuatda 7 il -10 il bundan qabaq çıxışlarım olub. Və mənim müraciətim olub ki, bu təhsil ocağına qarşı bir tədbir görülməlidir. Ən ağrılısı ondan ibarətdir ki, Bakıda yaşayanlardan orada çox azdır. Araşdırsanız, görərsiniz ki, kontingent etibarı ilə orada əsasən kənd rayonlarından gələn adamlar təhsil alıb. Və ora düzəliblər. Oranın bir rüşvət mənbəyi olmağı hamı üçün aydındır. Və heç kimdə bu mübahisə predmeti doğura bilməz».

VƏKİL HÜQUQİ YARDIM ETMƏYƏ HAZIRDIR


Vəkil deyir ki, indi həmin universitetin bağlanmasından əziyyət çəkən tələbələrə hüquqi yardım göstərməyə hazırdır. Amma hamısına yox.

«Kimlər ki, TQDK yolu ilə qəbul olub, ancaq bu gün onlar üçün hansısa bir maneə yaradılırsa, mən onlara pulsuz hüquqi xidmət göstərməyə və onların tələbə adını almağına kömək etməyə hazıram, amma sizi əmin edirəm ki, belə hal yoxdur».

Aslan İsmayılov sual qaldırır ki, bu təhsil ocağının rüşvət olmasını bilə-bilə niyə hüquq mühafizə orqanları bu günədək susublar? Vəkil deyir ki, bu universitetin belə fəaliyyət göstərməsinə şərait yaradanlar olub.

İLLƏRDİR MƏTBUAT YAZIRDI, NİYƏ QARŞISI ALINMIRDI?


Azərbaycan Beynəlxalq Universiteti
«Bu tələbələr tam istəmirəm ki, hesab eləsinlər ki, məsuliyyətdən azaddırlar. Ona görə ki, bu barədə həm Məleykə Abbaszadə, həm Misir Mərdanov dəfələrlə çıxış ediblər ki, kim TQDK yolu ilə girməyib, onlara diplom verilməyəcək. Amma bununla belə bu adamlar illərcə orada oxuyub. İllərcə bunların pulu alınıb. Rüşvət alınıb. Tələbə olduğuna, təhsil aldığına görə pul köçürüblər. Hələ müəllimlərə verilən rüşvətləri demirəm. Və bu barədə illər boyu bütün Azərbaycan mətbuatı yazırdı. Əgər Azərbaycanda doğurdan da hüquq mühafizə sistemi varsa, niyə onlar bunun qarşısını almırdı? Mən bu mövzunun qabardılmasının tərəfdarıyam. Ona görə ki, mən istisna etmirəm ki, indiyə qədər Elşad Abdullayev və onun dəstəsinin arxasında duranlar yəni o kölgə idarə edənlər yenidən Misir Mərdanovu yenib, həmin o Beynəlxalq Universitetin fəaliyyətini bərpa etdirə bilərlər».

Hüquqşünas tələbələrə məsləhət görür ki, cəsarətli olsunlar və nə qədər gec deyil hüquq mühafizə orqanlarına müraciət etsinlər.

«Mən tələbələrin hamısına təklif etmişəm, ora qəbul olub indi kənarda qalanlara ki, hamınız respublikanın baş prokuroru Zakir Qaralova hamınız bu barədə müraciət edin. Qoyun cinayət işi qaldırılsın. Ona görə ki, orada iki halda cinayət hadisəsi baş verib. Bir qəbul olanda rüşvət alıb ediblər. İndi tələbələrin bəziləri deyir ki, biz yazarıq ki, rüşvət vermişik bizi məsuliyyətə cəlb edərlər. Xeyr. Əgər rüşvət verən şəxs özü bu barədə hüquq mühafizə orqanına müraciət edirsə, o, məsuliyyətdən azaddır. Necə olub oraya qəbul ediblər onu yazın və oxuduğunuz müddət ərzində sizdən təhsil haqqı nə alıblar onu da yazın. Ona görə ki, bir epizod rüşvət alma ilədir, ikinci epizod dələduzluqdur. Ona görə ki Elşad Abdullayev və onun dəstələri bilirdi ki, onlar ora qanunsuz qəbul olunmuşdu və Təhsil Nazirliyi onlara diplom verməyəcək».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: nur Haradan: azərbaycan
19.09.2010 14:52
SALAM.ABU bu vaxta qədər belə fəaliyyət göstaribsə bir başa Misir M. məsuliyyət daşiyir.Universitetin fəaliyyətini dayandirmaq ücün lisenziya müddətinin bitməsini gözləmək lazim deyildi.Birdən bu lisenziya 20 iilik verilərdi.bu işdə nazirin məsuliyyəti rektorun məsuliyyətindən hec də az deyildiir.saq olun.

Kimdən: Ayan Haradan: Baki
12.09.2010 23:44
Vekilin cixishi onun bir daha savadsizliqinin neticesini gosterdi. Azerbaycan Dovlet Iqtisad Universitetinin ozunu ozbashnaliqa gore BAZAR adlandirirlar. Ele BDU nun ve diger universitetlerin ozune duzelenler de az deyil. Kiminse zakazi ile cixish etmek lazim deyil. Sen etrafina bax ki dovlet adini dashiyan Kooperasiyanin ozu qeder pulla telebe qebul eden universitet yoxdur, bes bunlari niye demirsiz? Haqqla danishin.

Kimdən: Yusif oğlu Haradan: Bakı
09.09.2010 12:08
Univeristetin adının belə zırıltılı olması insanları şirniştirdi, amma mən bir neçə dəfə həmin elmdən uzaq"təhsil ocağında" olub oradakı rəhbərliklə görüşmüşdüm. Qayınatası prorektor, qardaşı prorektor Mahiri hətta mən koridorda tapançası böyründə görmüşdüm. Şübhəsiz arxalarında "ailə" dən kimsə duran olmazdısa onlar bu dərəcədə özbaşınalıq edə bilməzdilər. Layiqli cəza veriləcəyinə də inanmıram.

Kimdən: Murad Haradan: Bazarbaycan
09.09.2010 09:03
Azərbaycan təhsili TƏHSİLƏ təhqirdir! Bu dha düzdür!

Kimdən: Gunesh Haradan: London
09.09.2010 03:48
Aslan Ismayilov kendden gelsede,vicdani lekelenmeyib.

Kimdən: RASUL Haradan: baki
08.09.2010 20:08
Vəkil adlandırılan bu adamdan sorusmaq lazimdir ki sən nə vaxt soğan yemisən ki için belə göynəyir? Marağın nədir? Elə həmin nazirinin vaxtında San Marino adlandırılan Universitetdən nə qədər adam Bakı Dövlət Universitetinə köçürülüblər.? Bilmirsən Bunu? Bəlkə sənin Nazirin bilmir? Bəsdir bu insanları aldatdiniz!!! Allahdan qorxun

Kimdən: Shahin Haradan: Chicago
08.09.2010 18:32
Aslan Ismayilov duz danishmir, tekce ABU'da yox diger universitetlerde; Iqtisad, BDU, Korperasiya, Aviasiya akademiyasinda dagistandan kochurme telebeler tehsil alib ve diplomlarini aliblar.Ozude onlar diplomlarinida aliblar.Bes onlarin ABU'da oxuyanlardan ferqi noldu?

Kimdən: Sahim Haradan: Baki
08.09.2010 18:31
“Gördün vəkil oradan əkil! –deyib bizim xalqımız. Bu vəkilə qulaq asanda hiss edirsən ki, yenə də kimin zakazı iləsə düşüb ortaya ara qızışdırmağa. Məgər rüşvət və köçürmələr təkcə ABU-dadır? On minlərlə qanunsuz köçürmələr misirin qolu ilə BDU-nun ən prestijli fakültələrinə yerləşdirildiyindən niyə danışmırsan, ay özünü vəkil adlandıran? Məgər bilmirsən təhsilimizi ermənistanlaşdıran musur murdarovdur? Bir azərbaycanlı rektor E.Abdullayev qalmışdı ki, o da cinayətkar nazirin tələsinə düşdü. İndi təhsil nazirliyi yeni bazar açacaq ki, kimin pulu var gəlsin irəli, elə sənin kimi..

Kimdən: BDU mezunu
08.09.2010 18:12
2004-de bitirmishem. O vaxti bizde mellimler arasinda bele bir zaraft da variydi. ABU-ya Elshadin dukani deyirdiler. O vaxt elshad oranin rektoruydu.

Kimdən: Telebe Haradan: Baki
08.09.2010 17:52
Aslan İsmayılovov özu ele kendden gelene oxwayir!
Cavab

Kimdən: nezrin Haradan: Baki
23.09.2010 21:22
Ay kendden gelen vekil birinci sen ozunden danis sora basqalarini dusun.Kendden gelende e olar ki,duzdu mene aid deyil men Bakiliyam,amma kendli olanda ne olar ki,o da bizim milletdide.Bu qeder ayri seckinlik etmisiz ki,dovletimiz berbad haldadirda.eh.
Cox savadsiz bir sohbet edirsiz.Sizler bu gune qoyub da dovleti.Hansi tehsilden danisirsizee Azerbacanda tehsin var?Ay insafsiz hec olmasa vekilsen qanunla danis.Siz de deyesen Misir Muellimin pul yiganisiz haa,ona gore ona teref danisirsiz.
Insallah umid edirem her sey duzeler.