bazar, Oktyabr 26, 2014 Bakı vaxtı 02:07

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

Fransada niqab taxana 150, taxdırana 30 min avro cərimə

İslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtürİslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtür
x
İslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtür
İslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtür

Multimedia

Səs
Fransanın Ədliyyə naziri Mişel Allio-Mari parlamentdə burqayla bağlı səsvermə başa çatandan sonra sevincini belə ifadə etmişdi: «Fransa Respublikası öz Senatı və senatorları ilə fəxr edə bilər».

Sentyabrın 14-ü axşam keçirilən səsvermədə qanunun lehinə 246, əleyhinə 1 deputat səs verdi.

Qanunun qüvvəyə minməsi üçün Fransa Konstitusiya Şurasının 1 ay ərzində müsbət rəy verməsi tələb olunur. Şura qanunun konstitusiyaya uyğun olub-olmadığını yoxlayacaq. «Uyğundur» rəyini versə, 2011-ci il yanvarın 1-dən qanun qüvvəyə minəcək.

«Amnesty International» təşkilatının Avropada ayrı-seçkilik məsələləri üzrə eksperti Con Dalhuysen isə qanunun qəbulunu belə şərh edir:

««Amnesty» təəssüf hissi keçirir. Biz əminik ki, bu qanun ifadə azadlığı və müsəlman qadının dini etiqad azadlığını, üzünü tam örtən istənilən geyimi taxmaq azadlığını pozacaq».

İNDİ BURQA TAXANLAR EVDƏN ÇIXA BİLMƏYƏCƏK


Sarkozi hökuməti islamı hədəf almadıqlarını deyir
Ekspert deyir ki, bu qanunla qadınların daha zorla burqa geyməyəcəyini düşünmək sadəlövhlükdür. Onlar üçün vəziyyət dəyişməyəcək. Çünki burqa taxıb bayıra çıxa bilmədiklərindən indi evdə oturacaqlar. Yəni, yeni qanun üzündən məhz belələri ikiqat cəzayla üzləşəcək: evdə oturmağa məcbur ediləcək və ya küçəyə çıxsa, burqa taxdığı üçün cərimələnəcək.

Qanunun ən qatı əleyhdarları arasında ABŞ prezidenti Barak Obama və islamçı yaraqlılarının liderlərindən Ayman əl-Zavahiri də vardı. Onlar qanunun müsəlmanları təhqir etdiyini bildirirdilər.

Qanunu dəstəkləyən Fransa prezidenti Sarkozinin hökuməti isə əksinə, islamı hədəf almadıqlarını, qanunun müsəlman qadınların daha sərbəst şəkildə hüquqlarından faydalanması üçün irəli sürüldüyünü deyirlər.

QANUN NƏYİ QADAĞAN EDİR?


Qanunun mətnində həqiqətən də islamın adı çəkilmir, hətta burqa və ya niqabdan da söz açılmır. Sadəcə, qadının üzünü tam örtən geyimlərin ictimai yerlərdə qadağan edilməsindən danışılır. İslami geyimlərdən isə burqa və niqab qadının üzünü tam örtür. Niqabda qadının gözləri üçün kiçik yarıq olsa da, burqada həmin hissəni də xüsusi torla örtürlər.

Qadın ictimai yerdə üzünü tam örtsə. 150 avro cərimələnəcək
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə ancaq 2 minə yaxın qadın burqadan istifadə edir.

QÜVVƏYƏ MİNƏNDƏN SONRA NƏ OLACAQ?

Qanun qüvvəyə minəndən sonra burqa və niqab geyən qadınlar ilk altı ay ərzində maarifləndiriləcəklər. Başqa sözlə, onlara niqabın üzü zəbt etməsi, taxmamaq hüquqları olması haqda məlumatlar veriləcək.

Bundan sonra da qadın ictimai yerdə üzünü tam örtsə. 150 avro cərimələnəcək və ya məcburi şəkildə vətəndaşlıq kurslarına getməli olacaq.

Hər hansı bir qadını niqab geyməyə məcbur edən kişi isə buna görə ya 30 min avro cərimə olunacaq ya da həbs cəzası alacaq.

Fransadan başqa, Belçika parlamenti də üzü tam örtən geyimləri qadağan edib, amma hələ qanun yuxarı palatada təsdiqlənməyib.

Türkiyədə ictimai yerlərdə milli türbandan savayı, baş örtükləri qadağandır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (14)
Kimdən: fatime Haradan: Baki
16.09.2010 16:10
bu arxaik bashli nuselmanlar oz olkelerini pis gune saldiglari bes deyil, hele bir Fransani da o shekle salirlar. Fransada ereb mehleleri en chirkli, chirkin ve ogurlug velosipedlerin satildigi yerlerdir, teessufler olsun ki.
Cavab

Kimdən: RedClub
20.09.2010 23:04
onlarda senin kimi muselmanlardi(yeni yalanci muselman) ona gore.
Cavab

Kimdən: Allahin Qulu Haradan: Bakidan
17.09.2010 12:40
Fatime xanim, ilk novbede adinizi deyishin insha Allah. Cunki sizin aqidaya uygun adiniz yoxdu. Fransiz ve ya Ingilis qizlarinin adini secin. Fatime adi esl musalmanlara xas olan addir. Birazda savadinizi artirin vaxtiniz varsa. Islam Ereblere gelmiyib, butun dunya ucun gelib. Ereb ve islam ayri - ayri anlayishlardi. Fransizda Ingilisde hetta Ermanide islami qabul ede biler ve ele qabul edirlerde. Erebler cirkindi ve ya temizkar deyiller bunun Islama aidiyyati yoxdu. Cunki xristian ereblerde var hazirda, onda ele cixir xristianlarda pintidiler?
Cavab

Kimdən: sual
17.09.2010 15:38
xeyir ola, sen erebin vassalisan??
Cavab

Kimdən: Muslim Haradan: Baki
17.09.2010 09:20
Salam aleykum. Siz millət məfhumu ilə İslam dini məsləsini qarışdırmayın, avropada yaşayan ərəblərin hamısı müsəlman deyil. Məlumat üçün deyim ki ərəblərin bir hissəsi xristiandır, inanmayan maraqlana bilər. Heç bir əsl müsəlman heç vaxt oğurluq eləməz, bir də ki çirkinliyə qalanda müsəlman gündə neçə dəfə dəstəmaz alır, başqalareı haqqında bunu deyə bilmərəm.
LƏTİFƏ : Bir gün bir müsəlman ilə bir qeyri müsəlman görüşür, qeyri müsəlman deyir :
--- Mən bu gün müsəlmanların cənnətin gördüm yuxuda hər tərəf səs-küy adam əlindən tərpənmək olmur, hər tərəf çirkinlik səliqəsizlik
Müsəlman cavab verir :
--- Elə mən də sizin cənnəti gördüm yuxuda, hər tərəf səliqəli, təmizlik amma heç kim yoxdu orda.
Cavab

Kimdən: ziya memmedli Haradan: UK
17.09.2010 15:47
derb burasindadir ki, bu chirkli ve chirkin ereb mehellerine giren kimi, kuchelerde garshina chixan eybecer uzun saggallilar olur ve bir de eybecer gara eskilere bukulmush, uzu-gozu bagli piylenmish, sanki saglam heyatdan uzag dushmush, idmanin ne oldugunu unutmush gadinlar, gara eskilere burunmush ushaglar olur, ay Muellim..
Cavab

Kimdən: realligdan
16.09.2010 17:35
amma danishanda hamishi temizlikden, islamdan, halalligdan dem vurur..
Cavab

Kimdən: ziya memmedli Haradan: UK
16.09.2010 16:46
Ele Londonda da en iyrenc ve chirkli mehelleler ereb mehelleleridir..

Kimdən: antizaur Haradan: baki
16.09.2010 14:29
sevindiricidir.baxmiyaraq ki burda serbest geyim sechme azadliginin pozulmasi ehtimal oluna biler, ama islamin qerb sivilizasiyasina ve butun besheriyyete, nailiyyetlere yaratdigi dehshetli tehlukeni nezere alib bele qerarlari yalniz alqishlamaq olar. teki bizde de hech olmasa tehsil muessiselerinde bele qadagalar olsun. mence bu qanuna direshen chadralilari avropadan deportasiya etmek lazimdir. islam onsuz da sherqin choxunu bedbext edib. vaxtinda qerbden qovmaq lazimdir.duzdur qerbin oturushmush medeniyyetine islam bir shey ede bilmez, ama yene de konul bulandirir
Cavab

Kimdən: oxucu
16.09.2010 15:46
antizaura@

Super sherhdir!!
Cavab

Kimdən: RedClub
20.09.2010 23:02
senin,ve antizaur kimi adamlara yaziq deyirem.
Cavab

Kimdən: antizaur Haradan: baki
17.09.2010 10:20
teshekkur edirem

Kimdən: faik Haradan: Qasqaylar qebilesinden...
16.09.2010 14:08
Alni aciq Azerbaycan Qadinini cadra altinda curudenlere ar olsun!
Cavab

Kimdən: RedClub
20.09.2010 23:00
senede ALLAHIN leneti olsun

Kimdən: Yurdsever
16.09.2010 13:59
heqiqeten de Fransa parlamentine aferin.

7-8 yasinda qizlari gorurem Bakida, adamin ureyi agrayir.
mektebe gedir hicab taxir. yaxshi , Yaxshi buna ne ehtiyac var? 7-8 yashinda qiz da oz gozelliyin gizledir?
sorushan lazimdir, niye mollaxanaya getmirsen?


Marginal geyim terzinden el cekilmelidir!
Cavab

Kimdən: Allahin Qulu Haradan: Bakidan
17.09.2010 12:55
Yurdsever, bes sen 7-8 yashinda ushaqlarin cilpaq gezmesine ve 40-45 yashinda kishilerde shehvet oyatmasina neca baxirsan. Bakida her gun bash veren zorlanma hadiselerine neca baxirsan? Niqab ve hicab olan qizlar tebii ki hech kimde shehvet hissi oyatmir.
Cavab

Kimdən: bezmish
16.09.2010 16:49
chunki, mollalarin choxunun uz gozunden shehvet yagir..

Ushagi mollaxanaya gondermek guzunu gurda tapshirmag ve ya ushagi bilmerre bexbext elemekdir.

Kimdən: Santak
16.09.2010 13:38
Kisinin gozelliyi tekce onun arvadina aiddir? Onda niye qadinin ustune dusmusunuz ve onu saxta, tebiete zidd, riyakar, puritanist fikirlerle zibilleyirsiniz? Beyem kisinin 2, 3, 5, 12 arvad almasi exlaqsizligin ve murdarciligin son heddi deyil ki, siz dusmuzunuz onun bunun ustune?

Kimdən: Saleh Haradan: baki
16.09.2010 12:01
yazilan bu meqalede ele shekiller secilib ki, ele bil bu qadagani qoyan Sarkozy meslehet gorub.
Sarkozy demishken o adamin arvadi iranda asilmagini gozleyen Sekineni mudafi edecek idi.
Oz vetendashlarina sahib cixmir gedib iranda qadinlaria sahib cixir.
2li Avropa standartlarini ele 2 uzlu avropali eder
LUT GEZMEK OLAR, GEYINMEK (ORTUNMEK) OLMAZ.
Haqqin yerini batil alanda, qiyameti gozleyin
Cavab

Kimdən: duzelish
16.09.2010 22:35
salehe@

Sahib chixmir ay agilli, sadece hagg ve huguglarini mudafie edir! Sahib chixmag ve huguglarini mudafie etmek temamile bashga-bashga sheylerdirler! Bildin?
Cavab

Kimdən: Anar Haradan: Bakı
16.09.2010 13:24
N. Sarkozinin arvadı Səkinənin ASILMASINA qarşıdır. Amma Səkinə onun ölkəsinin vətəndaşı olsa və ictimai yerdə niqabla gəzsə, inanmıram ki, xanım Sarkozi onu müdafiə etsin.
Fransada belə bir qanunun qəbul edilməsinə gəldikdə isə, əlbəttə, mən gözəl bilirəm ki, bir çox Avropa hökümətləri İslamlaşmadan qorxurlar. Amma işin o biri üzü də var; İctimai yerdə niqaba bürünmək vətəndaşı nəzarətdən kənar qoyur. Həmin adamın maskalı xüsusi təyinatlıdan nə fərqi? Şəxsən mən də niqaba qarşıyam, ancaq İslam elementi olduğu üçün yox, şəxsiyyəti gizlədiyi üçün. Sadəcə, Fransa Senatı uzun müddət propoqanda aparıb, qanun layihəsinin İslama qarşı deyil, ölkə vətəndaşlarının təhlükəsizliyi üçün qəbul olduğunu izah etməliydi.
P.S. Unutmayaq ki, müsəlman xanımlar niqab altında bomba da gizlədirlər. Onlara "əsl müsəlman deyil" deyə bilərsiz, amma onlar müsəlmandırlar.
Cavab

Kimdən: Reshad Haradan: Fransa
17.09.2010 05:27
Anar,
Axi indiye kimi heç bir terror akti niqab altinda gizlenen bir muselman terefinden toredilmeyib. Heç bir yerde, heç vaxt bele bir akt heyata keçirlmeyib!

Kimdən: Rufat Haradan: Baki
16.09.2010 11:39
Umumiyetle men oz hemvetenlerimin bu cur movzularda bir birleri ile fikir ayriligina dushmesinden teessuflenirem. Evvela Fransanin ve yaxud onunkimi olkelerin buna oxshar qerarlarini destekleyenler ele hemin insanlardiki Rusiyani ozlerine yaxin bilim Turkler niye serheddi achir deyib ne ozlerine ne de kechmishlerine qoymet vermeyi bacarmirlar. Yeni heqiqetenmi o qeder deyersizsiniz ki, arvadi bir vaxtlar model olmush, internetle 100lerle paltarsiz shekillleri ves. olan, exlaqsiz ve bu exlaqsizligi qebul etmish prezidentin, islam dunyasina ve onun onde gedenlerine qarshi en murdar addimlarini destekleyirsiniz. Siz beyem ozunuzu muselman hesab edirsiz? :)) mence yaxshi dushunsez ozunuz de chox gozel bilirsiz ki, siz hech kimsiniz. Bu milleti sizin kimilerden temizlemek uchun Allah yardimcimiz olsun. Tam bu movzuda chox gozel letifa var, qorxaq shah milletin usyan planlarini bilmek uchun sheher qapisina 2 yekeper qoyur geleni gedeni incitsin. siz o letifenin finalindaki agsaqqallar qeder de yoxsuz. Allah hamimizi hidayet elesin....
Cavab

Kimdən: adam_X Haradan: baki
16.09.2010 22:13
Duzdur!!
Cavab

Kimdən: sual
16.09.2010 15:50
beyem model olmag exlagsizligdir ay "agili"??
Cavab

Kimdən: Muslim Haradan: Baki
17.09.2010 09:29
Salam aleykum, amma deyəsən sən çox ağıllısan, bir öyrən gör əxlaqsızlıq nədir ?

Kimdən: Anonim
16.09.2010 10:46
Men bildiyime gore üzünü ortmək mütləq deyil axi İslamda. Menim fikrimce baş ortüyü kifayetdir üz açıq şərti ilə.

Kimdən: Sumqayitli Haradan: Sumqayitdan
16.09.2010 09:35
Exlaqsızlıq, fahişelik, mavilik bize qerbden gelmeyibmi? Qerbin ağlını , elmini götürmük evezine getdik geyimini, exlaqsızlığını götürdük. Qerbliler ne vaxtdan qadina qiymet veren cixan cixiblar. Guya canlari yanir. İlk defe Avropada qadin azadligi meslesini ortaya atanlar qadin ticareti ile mesgul olan qrup olub. Eger biz qadina haqq vermeseydik bizde Natavanlar, Sara xatunlar, Bahar sirvaniler ves. olmazdi. islamin qadina verdiyi deyere muselman qadinlarin saxladigi boyutduyu anlarla olculmelidir. tarix boyu fatehler, bahadurlar yetisdiren analarimizin beyem haqlari tapdalanib?
Qadinin her halda biologioyasi, fiziyonomiyasi, dusunce terzi kisininkinden ferqlidir. islam butun bunlari nezere almisdir.
Niqab meslesine geldikde ise islamda uzu baglamaq emri yoxdur. Qurani kerimde bele bir aye yoxdur.
Cavab

Kimdən: Naıle Haradan: Bakı
18.09.2010 06:39
Sen get "Min bir gece " ereb nagillarini oxu gor haradan gelib senin dediklerin.
Cavab

Kimdən: Yurdsever
16.09.2010 14:03
besdir nagil danishdin, bu Gogalin nagilin get mescidde danish cahillere...
Ele danishdin ki, Sherqde ele bil fahishelik olmayib, bes qedim sherq miniaturlerine bax, orada da cinsi aktlar eks olunub hetta.
yaricilpaq qizlarin Gobek regsin gotur, eteyinde namaz qildigin ereblerden gelmeyib?

Mescidde eshitdiklerini gelib danishma burda, bir analiz ele, kitab zad oxu.
Cavab

Kimdən: Muslim Haradan: Baki
17.09.2010 09:32
Salam aleykum, görünür sən çox kitab oxumusan, amma nədənsə məlumatın yoxdur ki, şərqdəki cinsi akt şəkillərinin İslama heç bir aidiyyatı yoxdur, bir də birdəfəlik dərk eləyin ərəb hələ müsəlman demək deyil, necə ki bizdə onlarda da azmışlar çoxdur.

Kimdən: NACİST Haradan: BAKI
16.09.2010 08:55
GƏLİN TƏHQİR, ALÇALDICI FİKİRLƏRDƏN İSTİFADƏ ETMƏYƏK. AXI BİZ BİR MİLLƏTİN YETİRMƏLƏRİYİK. NƏYƏ GÖRƏ DİNDƏN SÖZ DÜŞƏNDƏ QIRIRIQ BİR-BİRİMİZİ. YƏNİ O QƏDƏR DİNİ CƏHƏTDƏN SAVADIMIZ AŞIB DAŞIR Kİ TƏHQİRİ SON VASİTƏ KİMİ QƏBUL EDİRİK? GƏLİN BİR BİRİMİZİN FİKİRİNƏ HÖRMƏTLƏ YANAŞAQ. ONSUZDA BİLİRİK Kİ ALLAH TƏALA (C.C) GİZLİNİDƏ VƏ AŞKARDA OLANI BİLƏNDİ. NİYƏ ÖZÜMÜZÜ ALÇALDAQ Kİ.
Səhifə (14)

Müzakirəyə sən də qatıl!

İslamda baş kəsmək və əsirlər

Özünü cihadçı elan edən terrorçu təşkilatların dinc sakinləri girov götürüb başlarını kəsməsini İslamla əlaqələndirməsi nə qədər doğurdur? İslam nə deyir?

82 şərh

Anar: 10:82
Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!”
61:8 ... davamı

Azadlığın arxivindən - 2013

Suriyadakı azərbaycanlı döyüşçülər

Suriyada vuruşan azərbaycanlılar

Müxtəlif məlumatlara görə, Suriyada Bashar Assada qarşı islamçı yaraqlı dəstələrində 60-270 arası azərbaycanlı vuruşur, və 2 ildə 30 nəfəri həlak olub davamı

İslam haqda bildiklərini yoxla!

Question image

Bu, dindir, ya mövhumat? (Viktorina)

Gündəlik həyatda rastlaşdığımız bir çox alışqanlıqlar, davranışların dinlə - İslamla bağlı olduğunu düşünənlər çoxdur. Bunların hansıları həqiqətən islama söykənir, hansıları isə sadəcə mövhumat və ya başqa şeylərlə bağlıdır? Biliyinizi yoxlayın.

BUNLARA DA BAX