çərşənbə axşamı, İyun 28, 2016 Bakı vaxtı 13:32

    Cəmiyyət

    Yanacaqdoldurma məntəqələrinə yüzlərlə maşın yığışıb

    Bakıda sürücülər yanacaq məntəqlərinə axışıri
    || 0:00:00
    X
    08.01.2011
    Rəsmilər yanacağın qiymətinin artmayacağını desələr sürücülər buna inanmayıb gecə ikə mümkün qədər çox yanacaq almağa çalışırlar. Cavanşir Ağamalıyevin reportajı.
    Rəsmilər yanacağın qiymətinin artmayacağını desələr sürücülər buna inanmayıb gecə ikə mümkün qədər çox yanacaq almağa çalışırlar. Cavanşir Ağamalıyevin reportajı.
    Azərbaycanda yanacağın qiymətinin artırılacağı barədə yayılan xəbərlərə görə Bakıda yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

    Müxbirlərimiz xəbər verirlər ki, gecə saat 12-ə qədər benzin və digər yanacaq növlərinin qiymətində dəyişiklik olmayıb. Amma paytaxtın mərkəzi ərazilərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında yüzlərlə maşın toplaşıb. Adamlar gecə ikən mümkün qədər çox yanacaq almağa çalışırlar.

    Yanvarın 7-də gün ərzində Bakıda yanacağın qiymətinin artırılacağı barədə xəbərlər dolaşsa da rəsmilər müxbirlərimizn bu mövzuda suallarına cavab verməyiblər. Amma son günlər Azərbaycanda benzinin iki dəfə bahalaşaraq 1 manat, ya da bir manat 20 qəpik olacağı barədə söz-söhbət səngimir. Tarif Şurasının rəsmiləri deyirdilər ki, qiymətin artırılması barədə onlara müraciət edilməyib.

    Azərbaycanda yanacağın qiyməti dövlətin nəzarətindədir. Sonuncu dəfə yanacağın qiyməti dörd il əvvəl elə bu gün – yanvarın 7-dən 8-ə keçən gecə qaldırılıb. O zaman yanacağın qiymətinin iki dəfə artırlması ümumilikdə ölkədə ərzaq və digər mallarında da bahalaşmasına səbəb olmuşdu.

    Tarif Şurasında sədrlik edən İqtisadi İnkişaf Nazirliyindən gecə saatlarında bildiriblər yanacağın qiymətinin qalxması barədə xəbərlər yalandır, Şuranın belə qərarı yoxdur.

    ANS PRESS-in məlumatına görə, gecə yarısından etibarən Bakıdakı əksər yanacaqdoldurma məntəqələrində benzin satışı dayandırılıb. Məntəqə işçiləri bunu benzinin qiyməti ilə bağlı yaranmış qeri-müəyyənliklə əsaslandırırlar.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Səhifə (2)
        Növbəti 
    Kimdən: Qaqa Haradan: Muganli
    08.01.2011 00:54
    Rejim bu shaiyeni bilerekden cemiyyetde yayib.Cunki dogurdanda yanacagin qiymeti qalxacaq.Ona gore de cemiyyetin reaksiyasin oyrenmek isteyirler.
    Cavab

    Kimdən: RASIM Haradan: Sankt Petrburq
    08.01.2011 14:53
    Belke doqurdan da milletin eseblerini yoxlayirlar,cox tessuf ki,hami boynunu bukub novbede dururlar.Bir nefer oz fikirini bildirmir.

    Kimdən: Hoqqabaz Haradan: Baki
    08.01.2011 01:13
    Indi kime inanasan?? Gozlerimize ya resmilerimize??

    Kimdən: Daqli Haradan: London
    08.01.2011 01:58
    Can ay Kaaaasib Can!

    Kimdən: sual
    08.01.2011 02:05
    yazig millet!!

    Goresen, galdira-galdira hara aparacaglar bu giymetleri??
    Cavab

    Kimdən: kran Haradan: baki
    08.01.2011 03:04
    O shey ki, qalxir,demeli arada kasibinki qirilacaq

    Kimdən: Anonim
    08.01.2011 02:46
    Secdiyiniz millet vekilleri size gun aglayacaq.Size buda azdir.Sevine-sevine qacirdiniz ses vermege.
    Cavab

    Kimdən: ALI
    08.01.2011 11:23
    Yeganə fikrindir ki ki mən səninlə tam razıyam

    Kimdən: Semra Haradan: Baki
    08.01.2011 02:53
    Yaziq Azerbaycanim, Esir Azerbaycanim! Boliviya da ola bilmirik! Neft olkesi olan bir olkede yanacaq qiymetinin qaldirilmasi ve ya shayesi de dovletin xalqla nece davranmasini gosterir. Ne qeder ki, bu hakimiyyeti xalq sechmeyib, xalqin hele chox telebatlarinin qiymetleri qalxacaq...

    Kimdən: cavid Haradan: baki
    08.01.2011 03:00
    Lezzet edir mene.qoy lap 10 manat olsun.Onsuz da sabah telekanalizasiyada cixib deyecekler ki,yashasin iqtidar,analoqu olmayan inkishafdayiq.En cox da acindan olenler deyecek.Ali Axmedov da deyecek ki, men cebhenin vaxtinda jmix yemishem,indi yaxshidi.Belke de dediler ki, gunahkar Isa Qemberdi, o olmasa indi noyud bir qepik idi.Jimix -lezzet!
    Cavab

    Kimdən: Sexavetden Haradan: Isvecreden
    08.01.2011 03:32
    Ogulsan ee Cavid, lap ureyimi oxudun..
    ne olardi butun Azerbaycan gencleri de seni kimi dushunceli olardi, ama qardash az qalib eee bularin da vaxti azalir, bu millet bir gun partlayacaq, hirsinnen yox qardash cani ACINNAN partlayacaq :))

    Kimdən: Sexavetden Haradan: Isvechreden
    08.01.2011 03:28
    Can ay AZERBAYCAN......
    gor bu millet ne gunlere qaldi. lap yadima 1992-93-cu illerin corek novbesi dushdu. bu millet ne vaxta qeder bele ezilecek? bele de ki bu da azdi, kimi dindirirsen yaltaqca " allah prizdentimizin canin sag elesin" ala bu da sene prizdent. gor indi qida mehsullari neter qalxacaq, hele marshurutlari demirem, di gel ol de KASIB.
    Misal var ee deyir ogul ele eleyecek ki, hami atasina rehmet oxuyacaq :)))
    Qerib yerde insan vetenini cox isteyir, ama her defe bele goruntuleri gorende dovletime nifretim 1-e 10 artir...
    Iswecreni Azerbaycanla muqaise edirem, qardash burda hec bir maddi servet yoxdu, ama di gel millet xoshbextdi, kasibi bele xoshbextdi, yeni yashayillar sozun esl menasinda. ama Azerbaycan allah daha bize ne vermeyib ki, ama insanlara baxirsan surunurler ya da heyatda ishitirak ediller. bu da indiki hakimiyyetin siyasetidi, qoy insanlar ele gundelik chorek puluna gore ishlesinler, birden pullari cox olar bashqa sheyler aglina geler,... Surun Azerbaycan xalqi Surun, axi bizim xalq "DOZUMLU" XALQDI....

    Kimdən: Skeptik Haradan: ABS
    08.01.2011 06:37
    ABSda benzin indi Baki qiymetinedir,bele cixirki indi burdanda baha elemek isteyirler orda?

    Kimdən: SD Haradan: Baki
    08.01.2011 06:59
    Hokumet ne qeder tekzib edirse etsin, gec tez camaatin dediyi duz cixir.Inkishaf etmish dovletimiz var,lap benzinin 1 litri 2 manata olsa da alacaqlar.08 01.2011.
    Səhifə (2)
        Növbəti 
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Həkim səhvlərini bağışlamaq olarmı?- [Fikrini de]

    Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat olunan 82 yaşlı şəkər xəstəsi Tərlan Məmmədovanın xəstə ayağı əvəzinə sağlam ayağını kəsiblər.

    16 şərh

    Hidayət: \Kliniki təbabətin qanunlarına rəayət etməyəndə o həkimi çox ciddi cəzalandırır!! Həmin qanunlar isə ... davamı

    «Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»

    Deputat Vahid Əhmədov Mərkəzi Bankın son günlər manatın məzənnəsi ilə bağlı verdiyi qərarları haqlı sayır.

    8 şərh

    Yaqut: Dollar 2m olsa Azerbaycan xalqi MMeclis ve biznesmenler nazirlerden bashqa hami dilenchi olacaq davamı

    H.Hacızadə: «Müstəqillik təhlükə altında»

    «Qısaca desək, nəticəsiz, həm də Azərbaycan üçün müəyyən qədər təhlükəli olan görüşdür».

    6 şərh

    Mehmet: Musteqilik musteqil olmayan kimi. ----
    Sozde Musteqil, gil, gil,gil- yapisib bizden bu gil gil ... davamı

    Ən çox...