Bazar, May 26, 2013 Bakı vaxtı 11:35

Siyasət

Azərbaycan İrana nota verdi

İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi
x
İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi
İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi
Şriftin ölçüsünü dəyiş - +
İranın Bakıdakı səfirliyi ölkəsinin Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin Azərbaycanla bağlı hər hansı fikir söylədiyini təkzib edir. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə etiraz notasından sonra məlumat yayıb ki, sözü gedən çıxışın Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər KİV-nin anlaşılmazlığının nəticəsidir.

**
Avqustun 11-də İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona
etiraz notası təqdim edilib.

Azərbaycanın İrana etiraz notası verməsinin səbəbi bu ölkənin xəbər agentliklərinin 9 avqust tarixli sayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına söylədiyi fikirlərlə bağlı olub.

Nazirliyin  mətbuat xidmətindən Azadlıqradiosuna verilən məlumata görə, İranın səfirini qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

Xarici İşlər Nazirliyinin Notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir. Notada qeyd olunur ki, Azərbaycan xalqına, dövlətinə qarşı yönələn və ölkənin təhlükəsizliyinə zidd məlumatların yayılması iki ölkə arasında yaranmış dostluq və qarşılıqlı münasibətlərlə ziddiyyət təşkil edir.

Mehrnews saytında yayılmış məlumat
Xarici İşlər nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində qısa müddətdə müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə aydınlıq gətirilməsini tələb edib.

İran agentliklərinin məlumatına görə, İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edib. «İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa onu qorxulu tale gözləyir»-deyə bildirib
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Reader
12.08.2011 09:14
Fars şovinizmi həmişə türkün düşməni olub. elə götürək klassik fars şairi Firdovsinin "Şahnamə" əsərini. hər misrası türkə nifrət aşılayır.

Kimdən: Təbriz Haradan: Ankara
12.08.2011 06:22

Günüy və Quzey Azərbaycan türk millətinin və başqa türk millətlərin birki zamanının gəlib çatdığına inanıram.
Bu rejimin sonu artiq gəlib çatıbdır.Regiondaki gərginlik bunu göstərir.İçində böyük ekonomik çöküntüsü və rejim muxalifləri getdiqcə çoxalır.Getdiqcə millət qaynayır və bu yalançı molla rejiminin əleyhinə faaliyyətlərini artırır. Millətlər iranda azadlıq istəyirlər.
Güney Azərbaycan türklərinin və irandakı başqa millətlərin oyanması daha bir cavab olacaq bu çürümüş rejimə. Əərb əl əhvaz, Güney Türkmənlər, Bəluçlar, və s. millətlərin də oyanması və öz torpaqlarında söz sahibi olmaları bu rejimin sonunu gətirb. Buna görə heç bilmirlər haraya əl atsınlar və hası ölkələri hədələləsinlər. Regionumuzdaki və xüsusilə Suriyədəki son gəlişmələr bu rejimin axırını daha da sürətləndirəcəkdir. Bu boş söz və söhbətlərlə və hədələməklə bölgəni bulamdırmaya çalışır bu mollalar. Mən bu mollaların məkirlərindən hər zaman yazıram.Bunlar islam -din-məzhəb adı altında oyun oynayırlar.
Səhə 2 telekanalı kimi, yeni bir antiAzərbaycan telekanalı olan HADİ3TV açmayı planlayırlar.
Hər nə etsələr başara bilməyəcəklər, millətimiz güneydə oyanıbdır. Necə ki, SSCB-nin dağılmasına quzey Azərbaycan Türk milləti etkili oldu, İran molla rejiminin də dağılmasına , güney Azərbaycanın Türk milləti etkisi olacaqdır.

Kimdən: Азер* Haradan: Москва
12.08.2011 01:26
Bu deyəsən Sakonun ekiz qardaşıdı? o vaxtlar bizim rayonda bir erməni Sako var idi.

Kimdən: Yalchin Ibrahimoglu Haradan: Bakka
12.08.2011 00:32
Allahın salamı olsun! Növbəti dəfə Fars imperiyasının Azərbaycana qarşı təxribatı.Şeytana qulluq edən Fars imperiyası artıq aşkar hücuma keçib.Azərbaycanda yaşıyan farspərəstlər,artıq haqqı görməlidirlər.Hamının Allaha qayıtmaq və Allahın ipindən tutmaq zamanı çoxdan çatmışdır.Allahdan başqa ümüd yeri yoxdur!

Kimdən: Mübariz Haradan: Lübeck
11.08.2011 18:20
Ermenistanin dostu ve müttefiqi olan Iran dövleti önceleri öz hedefine agentlernen ve shiponlariynan chatmaq isteyirdi gördü bu bash tutmur indide bashlayin achiqdan ara qarishdirmaga . Azerbaycandaki müsülmanlar ayiq-sayiq olmalidirlar Iran ve Ermenistan dövletleri vetenmize ve milletmize qarshi elbir olub elele verib eyni hedefi güdürler. Iki dövletin hedefide eynidir Azerbaycanda chox böyük qarishiqliqlar chixarib vetenmizi zeifledib torpaqlarmizi ishqal etmekdir hedefleri. Bunun heyata kechirilmesi üchn Azerbaycanda yashayan ermenilerde chox feal ishtirak edirler.

Kimdən: Reader
11.08.2011 17:44
«İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa onu qorxulu tale gözləyir»
Sözlərə baxin haaaa. Sən kimsən ki, İlham Əliyev sənin xəbərdarlığına qulaq assın. O, heç öz xalqının səsinə qulaq asmır.

Kimdən: Reader
11.08.2011 17:43
bunda hec herbiciye oxsar sifet varmi? piylenmish qirmizi ...oxsayir.