Cümə axşamı, Oktyabr 23, 2014 Bakı vaxtı 09:26

Verilişlər / Oxu zalı

Rafiq Tağı dəfn edildi [VİDEO]

Rafiq Tağının dəfnii
|| 0:00:00
X
24.11.2011
Noyabrın 24-də mərhum yazıçı-jurnalist Rafiq Tağı Bakıda «Qurd Qapısı» deyilən ərazidəki qəbirstanlıqda dəfn edilib.

Noyabrın 24-də mərhum yazıçı-jurnalist Rafiq Tağı Bakıda «Qurd Qapısı» deyilən ərazidəki qəbirstanlıqda dəfn edilib.

SORĞU

Sorğu arxivi
-
"Rafiq Tağı kəskin ağciyər iltihabından ölüb».
 
Səhiyyə Nazirliyinin Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev i«ANS»ə belə deyib. Bu, ilkin diaqnozdur. Amma müayinələr davam edəcək:

«Ölümə səbəb kəskin ağciyər iltihabıdır. Bu, aldığı travmanın - bıçaq yarasının nəticəsidir. Bu, bizim ilkin diaqnozumuzdur. İndi laborator müayinələr üçün bütün zəruri bio-materiallar götürülüb. Hərtərəfli yoxlanandan sonra son diaqnoz veriləcək. Çalışırıq elə komponent hazırlansın ki, bütün məsələlərə aydınlıq gəlsin».

--
Rafiq Tağını noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, Rafiq Tağı vəfat edən zaman o, Rafiq Tağının yanında olmayıb, amma həkimlərin ona dediyinə görə, yazıçı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb.
--

***

Rafiq Tağı bir qədər əvvəl «Qurd Qapısı»ndakı qəbiristanlıqda dəfn olunub.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, ailə üzvləri ilə yanaşı, jurnalistlər, yazıçılar, şairlər də dəfn mərasimində iştirak ediblər. 

***

Rafiq Tağının ölümü anasından gizlədilib. Qardaşları AzadlıqRadiosunun əməkdaşına deyiblər ki, yazıçının nə bıçaqlanması, nə də ölümü haqda analarına heç nə deməyiblər. Onların fikrincə, yaşlı ananın ürəyi belə xəbərə tab gətirə bilməz.

***

Yazıçı Rafiq Tağı Bakıda, «Qurd Qapısı» kimi tanınan ərazidəki  qəbiristanlıqda dəfn olunacaq.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib. 

Hazırda mərhumun cənazəsi Hacı Əjdər bəy məscidində yuyulub kəfənə tutulur. O, günorta saatlarında evindən götürüləcək.

***

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR



***

Rafiq Tağının xəstəxanada ölməsi xəbəri ABŞ və Avropa mətbuatında da yayılıb.

Associated Press agentliyi və “Washington Post” qəzeti bunları yazır: “Öz yazılarında İran rejimi və İslamı tənqid edən Azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağı qəddarca hücuma məruz qalandan sonra müalicə olunduğu xəstəxanada ölüb.

Rafiq Tağı İranla bağlı yazdığı yazılara görə hücuma məruz qaldığını güman elədiyini bildirmişdi. İran səfirliyi isə bu iddiaları “əsassız” elan etmişdi”. 
 
***

Yazıçı Rafiq Tağının cənazəsi noyabrın 24-də səhər saatlarında ailəsinə təhvil veriləcək. Kulis.az-ın məlumatına görə, bu barədə Klinik Tibbi Mərkəzin ekspertiza şöbəsindən məlumat verilib.

Məlumata görə, yazıçının cəsədi üzərində aparılan ekspertiza prosesi uzandığı üçün cəsəd sabah səhər saatlarında ailəsinə veriləcək.

Yazıçının harda dəfn olunacağına isə sabah qərar veriləcək.

Rafiq Tağı vəfat edərkən yanında olan qardaşı danışıri
|| 0:00:00
X
23.11.2011
Bıçaqlandıqdan bir neçə gün sonra qəflətən vəfat edən yazıçının qardaşı hadisənin baş verdiyi anları danışır...

Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev deyib ki, bıçaq zərbəsi Rafiq Tağının qarın boşluğunda dalağı və mədəaltı vəzinin quytuğunun zədələndiyinə görə, yazıçının vəziyyəti ağırlaşıb. Buna görə də Rafiq Tağı vəfat edib.

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR

***

Rafiq Tağını noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov AzadlıqRadiosuna deyir ki, hadisə baş verən vaxt o, Rafiq Tağının yanında olmayıb, amma həkimlərin ona dediyinə görə, yazıçı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb:
 
“Ağır xəstəydi, amma öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal idi. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş. Qəfildən halı pisləşib, yanında olanlar həkimləri çağırıblar. Bizim təxmini fikirləşdyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub, ölüb. Biz başqa səbəb tapa bilmirik. Yenə dəqiq deyə bilmərəm, məhkəmə orqanları öz sözlərini deyərlər”.
 
***
Rafiq Tağının cəsədi morqa aparılıb.
***
AzadlıqRadiosunun müxbiri xəstəxanadan xəbər verir ki, həkimi Rafiq Tağının ölümünü onun nəfəs dayanmasıyla əlaqələndirir.

***
Rafiq Tağı noyabrın 23-də saat 13:00 radələrində son müsahibəsini AzadlıqRadiosuna verib.
 
Yazıçı vəziyyətini stabil-ağır kimi qiymətləndirib. Özünə hər hansı təhlükə hiss etmədiyini deyib.  

***
Klinik Tibbi Mərkəzdə olan AzadlıqRadiosunun əməkdaşı bildirir ki, yazıçı günorta təqribən 15.15 radələrində vəfat edib. Özünü pis hiss edən yazıçı reanimasiyaya aparılıb. Qardaşının sözlərinə görə reanimasiya şöbəsinə çatanda Rafiq Tağı vəfat etmişdi. 


Noyabrın 23-də Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı vəfat edib. Bu barədə məlumatı yazıçının dostları və qohumları AzadlıqRadiosuna deyib.

Noyabrın 19-u axşam naməlum şəxslər yazıçı Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat edilmişdi.

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: towhid ehli Haradan: baki
16.12.2011 00:13
deyirsiz allah rehmet etsin ? ne oldi axi olenkimi hami allahi yada salir,, bu insani heyatda Allah ve onun gonderdiyi islam diniynen he4 bir baqlantisi yoxuydur, eksine heyatini islam diniyle mubarizede yashayib , birce o heqiqetdir, o artiq hesaba chekilib, indi Allah subhane va teale onla hesab aparacaq, Vay senin halina vay , seni allahdan qurtaracaq bir canli varsa qostersinler, seni hech insanlardan qoruya bilmeyibler,
peyqemberimiz s.a.s belya insanlarin qebri uste duranda, o qebirlerde olan sakinlere deyarak sorushardi :
hel voccedtum ma vaadakumullahu haqqan?
tercumesi : allahin size soz verdiyi qebr ezabini gordunuzmu , yani yalan saydiqiniz bu qebr ezabini,
mende bu insanin qebri ustune qedenlere ona eyni suali vermelerini isterdim,,,,,
ey insanlar rebbinize teref donun, onsuzda qec tez her bir nefs olumu dadacaq, ve sizleride bu insankimi bir qebre qoyub hami evine donecek, siz ise orda yalniz emellerinizle tenha qalacqsiz , size komek yalniz Allahdan ola biler,,
ey insanlar heyatinizi elya yashayin ki , haminin bashina qelecek bu anda, olum sizi bu heyatdan apardigi zaman , qebirde tenha qaldiqiniz zaman , qorxmadan deyasiz :
ya RABBIM HEYATIMI SENIN DININ UCALSIN DEYA YASHADIM , SENI SEVMIYENI MENDE SEVMEDIM , SENI SEVENI MENDE SENIN RIZANCHIN SEVDIM ,, INDI ISE HUZURUNDAYAM , MENE REHM EYLE , VE QUNAHLARIMI BAGISHLA ,,,
bu menim butun xalqimiza unvanladiqim bir yaziydi, bu insan ise yalniz buna bir sebebiydi , ona oz emelleri qaldi , bize ise oz emellerimiz qalacaq , allah hamiya hidayet versin ,,,,,

Kimdən: Abdulla Haradan: ÜRƏYDƏN
02.12.2011 12:41
Əli qılınclı abdillax sənin tərbiyə verənlərindir.sən əsil vələdizinasan.Sən nə bilirsən peygəmbər kimdir .Birdəki Zebani sənə təhqiri mən yazmamışam.Kimsə mənim nikimdən istifadə edib səni təhqir edir.Mənim nikimdən istigifadə edən manyaka ayıb olsun!

Kimdən: LOBO Haradan: Azerbaycandan
29.11.2011 20:26
Islam dinini,eziz Islam peyqemberini tehqir eden shexs kafir hokmundedir.Ona rehmet dushmur.Chunki Muqqəddəs Qurani-Kerimdə buyrulur:
“Və haqq olaraq vədə yaxınlaşar. Onda kafirlərin gözləri bərəlib (deyərlər): “Vay olsun bizə ki, bu (gündən) qafil idik. Yox, biz zalım imişik”. (“Ənbiya”, 97).
“Onlar, dünya yaşayışının zahirini görürlər, axirətdən isə qafildirlər”. (“Rum”, 7).
“Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə boğduq. Ona görə ki, bizim ayələrimizi təkzib etdilər və onlardan qafil idilər”. (“Əraf”. 136).
1. “Şübhəsiz ki, biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Gözləri vardır, lakin onunla görməzlər. Qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardırlar”. (“Əraf”, 176).
Cavab

Kimdən: Xədicə yetim dolandıran Haradan: Mədinə
30.11.2011 09:48
Sənin rəhmətin heç kimə lazım deyil.Rəhməti saxla özün üçün.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
02.12.2011 21:02
Xədicə yetim dolandıran.
Amin. İnşAllah. Əlbət ki, mənim Allahın rəhmətinə ehtiyacım var. O mənə rəhm etməsə mən özümə zülm edənlərdən olaram və yerim əbədi olaraq cəhənnəm olar. Allah bütün müsəlmanlara rəhmət etsin onları öz hidayət yolundan ayırmasın. Amin
Cavab

Kimdən: Xədicə
02.12.2011 16:03
Sənə lazımdırsa onda allah sənədə rəhmət eləsin!
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
30.11.2011 23:24
Xədicə sən get yetimlərini dolandır. Sənə lazım deyilsə bizə lazımdı. Öz adından danış başqasının adından danışma.

Kimdən: Turan Haradan: Bakidan
29.11.2011 20:15
Cox maraglidi... Her kes bu insanin Allahin ve Peygamberin danmasini bir gehremanlik kimi tesvir edir, ama yenede Allahdan ona rehmet elemesini dileyirler. Cox ilginc bir paradoksdu...
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
02.12.2011 21:09
Turan.
Əlbətdə belə "insanlar" yazdıqları məqalə və yaxud əsərləri heç kim oxumayanda son çarəni İslam müqəddəslərini söyüb tanınmaqda görür. Onun yazdıqlarını qhumlarından başqa oxuyan olmayıb. O "insanı" mən bunu vasitəsi ilə tanımışam. Əsl yazar odur ki öz əsəriləri ilə tanına yoxsa özünü axrıncı yola qoymaqla deyil.
Puşkin kişi dahi şair "Lətif Quranı Oxudum" adlı əsəri, başqa rus dahilərinin İslam dini haqqında sözləri: lütfən mənə xeyirxah müsəlman kimi baxın(L.Tolstoy), Allahdan başqa Allah yox! Sirdən güclü güc yoxdur!(İ.Bunin) onları indidə öz dövrlərində olduğundan daha çox tanıyıb sevirlər. Amma bizim bəzi nadanlar isə yalnız bir iki söz yazıb məhşur olmaq istəyirlər ancaq ola bilirlər. Necə deyərlər yemədin getdin.
Cavab

Kimdən: muselman Haradan: Baki
01.12.2011 01:38
)))Hele bu harasidir.Tebriz adli istifadeci ozunu ateist kimi qeleme verir,axirda da deyir:"ruhu shad olsun".Maraqlidir,goresen,bizi xurafatciliqda ittiham eden bu shexs "ruhu shad olsun" deyende ne nezerde tutur?

Kimdən: Tural Haradan: Bakidan
29.11.2011 19:59
Rafiq Tagi kimdi? Men hec bu adami tanimirdimda... Soz azadligi, her hansi bir insanin inancini tehkir etmek deyil. Soz azadligi varsa o demek deyil ki, kimse cixib agzina gelene danisa biler. Niye gore hami bu insanin olumunu dinle baglayir? Hele hec bir melumat yoxdur, kim terefinnen ve neden bu sexs oldurulub. Belke sexsi bir meseleye gore kimse onu bicaglayib? Yuz dene ateist yazar var, agzina geleni yazir, kimin indiye geder burnu qanayibki, yazilarina gore? Allah teala ailesine sebr versin. Ve eger dogurdanda onu hansisa dindar oldurubse, onun da Allah gezasini versin. Onsuzda Islamin dusmenleri coxdu, indi onlara bir daha furset verildiki, bu gozel dine, leka yaxsinlar

Kimdən: muselman Haradan: Baki
29.11.2011 19:35
Zebaniye cavab.
Salam olsun Vetenini qoruyan igidlere.Allah senden razi olsun,ay qardash.Esgerlikde olmagin lap yerine dushdu,bu vahhabinin cavabini yaxshi verdin.Heqiqeten bu gun unudublar ki,bohtanladiqlari shexsler Allahin terefdarlaridirlar.
Qarabag muharibesinin shehidlerinden biri de Iranda tehsil almish ruhani Məşhədi DostƏli MirƏlizadə Məşhədi MəhəmmədƏli ogludur.19 yashinda iken,1993-cu ilde o,Cabrayil rayonu ugrunda geden doyushlerde qehremancasina helak olur.Allah ruhunu shad etsin.
Burada bezilerinden sorushuram:Yeqin onundami beynini mollalar yuyub ki,Veten ugrunda helak olsun? Canını qurban versin ki,bu gun sizler onu kimileri "agent" adlandirasiniz? Ozunuz ise hec muharibeye yollanmazsiniz.Ne uzle qeyretli insanlara bohtan atirsiniz?Allahdan qorxun.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
29.11.2011 22:13
Müsəlman, Allahın salam və salavatı sənin və ailənin üzərinə olsun. Çox sağ ol Allah razı olsun. Amin. Bunlar ancaq başqalarına şər atmağı bilir. Bunların 99% heç əsgər getməyib gedənləridə əsgərlikdə sındırıb yola salıblar. Onlar bütün günü belə forumları gəzib kim haqlıdırsa ona şər atıb susdurmaq istəyirlər. Sonda bunuda deyim ki, ən azından mən dinimi pula satmamışam (Hekari).

Kimdən: Zebani Haradan: Cehennem
29.11.2011 15:15
Kimden çox gözəl şərh yazmısan +.
Ümumiyyətlə bu söhbət çox çürük sözhbətdi. Bağırsaq kimi uzamağın mənası yoxdu. Mən heç rafiq tağı adlı şəxsi tanımırdım. Yəni onun ölümü mənim üçn böyük itki yox gözəl sevincdi. Düzdü başqasının ölümü üçün sevinmək ağılsızlıqdır çünki hamı öləcək. Mənim sevinməkdə məqsədim onunla cəhənnəmdə görüşməkdir.
Cavab

Kimdən: Nəriman Haradan: Türk Xaqanlığı
30.11.2011 11:54
Bu şəhrlərdən belə məlum olur ki, Rafiq Tağı çox məsələlərdə müstəqil və orqinal fikirlərə malik olan bir şəxsiyyət olub. Bunu yalnız alqışlamaq olar. Xüsusilə, radikal dinin Azərbaycanda baş qaldırmasına qarşı etiraz münasibətlərinə görə. Amma 100 Rafiq Tağı-kimilər Mirzə Ələkpər Cabirin və Cəlil Məmmədquluzadənin yaninda heç kimdir. Rafiq Tağının bu barədə fikirləri onun NADANLIĞINA dəlalət edir, və belə nadanlara qarşı dahi azərbaycan şairimiz və yazıçımız mübarizə aparmışlar.
Cavab

Kimdən: Hekarı
29.11.2011 16:39
Zebani xoş gəlmisən.Səsin gəlmirdi.Deyirlər İranda dincəlirdin.Yəqin səni yaxşıca təlimatlandırıblar.Özünlə təlimat -təşviqat materialları gətirmisən?Sərhədi Astara tərəfdən keçdin ya Bilasuvardan?Sərhədçilər sənə ilişmədi?
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
02.12.2011 20:56
Abdulla. Mənim cinsi azlığımın olduğunu harda görmüsən? (arifə bir işarə bəsdi)
Cavab

Kimdən: Abdulla
02.12.2011 10:47
Zebani yalan danişma cinsi azlıqları hərbi xidmətə aparmırlar.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
29.11.2011 17:15
Hekari

Həqiqətən sənin ş....n biri olduğun açıq-aydın ortadadı. Mən Hərbi xidmətdə idim indi isə məzuniyyətdəyəm. Sənin kimi burda oturub başqalarına şər böhtan atmırdım ön xətdə kişi kimi xidmət edirdim və edirəmdə. Sənin kimi vəhhabilerı səud kralının əmrlərini icra edir ondan 5-10 manat pul əvəzinə dövlətini satır + başqalarınıda özünə bənzədirsən.

Kimdən: Kimden Haradan: Haradan
28.11.2011 22:35
Bilmirəm bunu niyə müsəlman adət ən`ənəsi ilə basdırıblar? ))
Cavab

Kimdən: Aqil Haradan: Musor man xanadan
29.11.2011 15:44
Düz deyirsən mənasız,gicbəsər adətlərdən əl çəkmək vaxtı çatıb.

Kimdən: etti Haradan: baki
28.11.2011 13:35
onun qatillerine lenet oxuyuram. fetfa verenine de lenet, heyata kecirenine de lenet bizim olkede teskil ediblerse onlara da lenet.

Kimdən: eldar Haradan: bataqliqdan
27.11.2011 12:32
Keçmiş səhiyyə naziri "YAP"-ın yaradıcılarından olan Əli İnsanov sonda ne dedi? Demədimi ki, "YAP yaramazlar partiyasıdır"? Aydın deyilmidir ki, Rafiq Tagını yaramazlar öldürdü? Cinayətkar məlumdur. Eger üstüne çox gedilse bir bədbəxti tutub cinayeti onun üzərinə yükləyəcəklər. Əvvəllər olduğu kimi...
Səhifə (6)
    Növbəti 
Gary Turk

Bu şeirə Youtube-da 50 milyon adam baxıb (Video)

Bu şeir bədii deklamasiyadır. Müasir insanın İnternetə, sosial mediaya hədsiz aludəçiliyinə qarşı bəyanatdır: davamı

Ən çox oxunan