bazar, Noyabr 23, 2014 Bakı vaxtı 05:42

Verilişlər / Kontekst

Qəbələdə yeni RLS Azərbaycana nə verə bilər?

Qəbələdə yerləşən radiolokasiya stansiyasıQəbələdə yerləşən radiolokasiya stansiyası
x
Qəbələdə yerləşən radiolokasiya stansiyası
Qəbələdə yerləşən radiolokasiya stansiyası

Multimedia

Səs
Rusiya Qəbələdə yeni radiolokasiya stansiyası yerləşdirəcək. Modul tipli «Voronej-VP» stansiyanın tikintisi 2019-cu ildə başa çatmalıdır. «Akademik Mints adına Radiotexnika İnstitutu»nun baş direktoru Vladimir Savçenkonun «RİA Novosti» agentliyinə bu barədə verdiyi açıqlamaya görə, yüksək potensiala malik bu stansiya Rusiyanın mülkiyyəti olacaq. Onu istənilən vaxt sökərək aparıb başqa yerdə quraşdırmaq mümkün olacaq. Baş direktorun sözlərinə görə, «Voronej-VP» Qəbələdəki «Daryal» tipli RLS-i əvəz edəcək.

Amma əlbəttə ki, hazırda bu barədə Azərbaycanla aparılan danışıqlar uğurla başa çatsa. 
 
RUSİYA AZƏRBAYCANDA HƏRBİ BAZA YERLƏŞDİRMƏKDƏ MARAQLIDIR
 
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, indiyə qədər söhbət Qəbələ RLS-in icarə müddətinin uzadılmasından gedirdi. Danışıqların indiki predmeti isə tamamilə yeni müstəvi yaradır. Və bu açıq şəkildə ona işarə ola bilər ki, Rusiya Azərbaycanın bir ərazisində hərbi bazasını yerləşdirməkdə maraqlıdır. Əlbəttə ki, gələcəkdə iki ölkə arasında hər hansı bir siyasi anlaşmanın detalı kimi bunu mümkün də saymaq olar. Yəni Qarabağ məsələsi, gələcək danışıqlar, Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər:
 
«Lakin əgər Rusiya Qafqazda öz pəncəsini Ermənistandakı bazadan, Gürcüstanın ələ keçirilmiş ərazilərindən, Qarabağda da müəyyən hərbi formada iştirakdan sonra bir az da irəli gedərək Azərbaycanın başqa ərazilərində də möhkəmlənmək istəyirsə, bu bizim hərbi siyasi maraqlarımıza zərbə olacaq. Ona görə ki, bu hərbi qüvvələr bir sıra hallarda ölkənin müstəqilliyinə mənfi təsir göstərir, iqtisadi-siyasi proseslərdə sanki Rusiyanın dominant rolunu təmin edir. Halbuki, Azərbaycan indiyə qədər neytrallığını bəyan edərək, eləcə də balans siyasətinə üstünlük verdiyini deyərək öz təhlükəsizliyini də qoruyub, müstəqillik meydanını da genişləndirib».
 
Zahid OrucZahid Oruc
x
Zahid Oruc
Zahid Oruc
Zahid Oruc deyir ki, əgər Qəbələdə qurulacaq yeni stansiyanın informativ və təhlükəsizlik funksiyası üçün regionda təzə şərait yaranarsa, o, parlamentdə geniş müzakirə olunacaq. Zahid Oruc Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü kimi bütün variantlarda Rusiyanın bölgədə hərbi cəhətdən möhkəmlənməsinə qarşı olduğunu deyir.
 
QƏBƏLƏNİ 20 İL RUSİYANIN İSTİFADƏSİNƏ VERMƏK
 
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, deputat Rasim Musabəyov isə deyir ki, əslində icarə müddətinin uzadılması ilə bağlı tərəflər arasında danışıqlar başlayanda söhbətin yeni stansiyanın tikilməsindən gedəcəyi aydın idi. Çünki, indi istifadə olunan «Daryal» tipli RLS-lər 70-ci illərin əvvəllərində olan texnologiyalar əsasında qurulub və çox köhnədir. Onun sözlərinə görə, 1985-ci ildən sonra SSRİ-də bu tipli stansiyalar tikilməyib. Artıq o stansiyanın istismar müddəti 2012-ci ildə bitir. Həmin funksiyanı yerinə yetirən yeni stansiyalar isə modul tiplidir və onlar üçün bina tikilməsinə ehtiyac yoxdur:
 
«Ancaq Azərbaycan hələ ki, indiki stansiyanın icarəsi barədə müqavilənin də uzadılmasına  razılıq verməyib. O ki, qaldı Rusiyanın gəlib burada yeni stansiya qurmasına, hamı anlayır ki, bu, 2019-cu ildə gerçəkləşəcəksə, 10-15 il də istifadə müddəti olacaqsa, bu Qəbələni bir iyirmi il  Rusiyanın istifadəsinə vermək deməkdir».
 
Rasim MusabəyovRasim Musabəyov
x
Rasim Musabəyov
Rasim Musabəyov
Rasim Musabəyov düşünmür ki, Rusiya bu niyyətini gerçəkləşdirmək üçün Azərbaycanı razı salan təkliflər edə biləcək. O hesab edir ki, Rusiya bu stansiyanı Dağıstanda da qura bilər. Buna qədərsə Azərbaycan Qəbələ RLS-in icarə müddətini bir, iki il uzada bilər.  
 
«Akademik Mints adına Radiotexnika İnstitutu»nun baş direktoru Vladimir Savçenko deyir ki, Qəbələdə modul tipli stansiyanın quraşdırılması Azərbaycanın iradəsindən asılıdır və yekun razılaşma siyasi səviyyədə dəstəklənməlidir.

RLS KİMƏ QARŞI İSTİFADƏ OLUNA BİLƏR?
 
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki,  Rusiyanın Qəbələ RLS-də yeni modul stansiyası quraşdırması təklifinə tez razılaşmaq olmaz. Yəni Kremlə «hə» deməzdən əvvəl «bu modulun məqsədi nədir?», «kimə qarşı istifadə oluna bilər» kimi suallara cavab tapılmalıdır.
 
«Çünki, Qəbələdəki mövcud RLS-dən fərqli olaraq yeni modul Rusiyanın mülkiyyəti olacaq, Azərbaycana heç bir aidiyyatı olmayacaq. Nəzərə almaq lazımdır ki, bu radiolokasiya stansiyasından Azərbaycanın müttəfiqlərinə-xüsusilə strateji müttəfiqimiz olan Türkiyə əleyhinə də istifadə edilə bilər. Əvvəlki anlaşmada belə bir müddəa var ki, Rusiya oradan əldə etdiyi məlumatı üçüncü bir ölkəyə ötürmək üçün Azərbaycanla razılaşdırmalıdır. Amma bu, boş söhbətdir. Necə sübut etmək olar ki, Rusiya bunu etməyəcək. Rusiyanın bir strateji müttəfiqinin Ermənistan olduğunu da unutmaq lazım deyil».
 
Elxan Şahinoğluna görə, Qəbələ RLS Azərbaycana siyasi və ekoloji ziyandan başqa heç bir mənfəət gətirmir. Ona görə nəinki yeni modulun gətirilməsinə, mövcud anlaşmanın yenilənməsinə də ehtiyac yoxdur.
 
Qəbələ RLS-in Rusiya tərəfindən on illik icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. İndiyədək Moskva Bakı ilə icarə müddətinin uzadılması barədə danışıqlar aparırdı. Bu ilin yayında Rusiyanın müdafiə naziri də bu danışıqlarla əlaqədar Azərbaycanda səfərdə olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Vətənpərvər gənc Haradan: Qəbələ
19.12.2011 23:29
Men bir Qebeleli olaraq Rusiyanin Qebelede yeni RLS tikmesi ve muqavilenin uzadilmasinin tam eleyhineyem.Burada Qebele ehlinin firkini nezere alinmamasi ve saymamazliq bu hakimiyyetin sehv yoldaoldugunu gosterir.Qebele RLS fealiyyet gosteridiyi zamandan xeyli miqdarda ekoloji zerer deymisdi.Ister tebiete olsun,isterse de ehalinin sehhetine.Nece olur ki,Pribaltikada fealiyyet gosteren RLS dagidildi,ehv edildi,bizde ise eksine.Men bir balaca tarixi hadiseni xatirlatmaq isterdim.Demek 1992-93-cu illerde Cebhenin zamaninda Rus qosunlari Azerbaycandan zorla cixarildi yalniz Qebeledeki RLS qaldi.O da cixarilacaqdi efsus ki hakimiyyete gelen yeni quvveler buna mane oldu ve is yarimciq qaldi.Yadimdadir biz cebhenin hakimiyyeti illerinde ruslari yamanca qorxuza bilmisdik.Onlari hede-qroxu gelmisdik ki,Qebele daglarinda toplar qurasdirmisiq her an orani vura bilerik,bu hede-qorxu onlari yamanca qorxuda bilmisdi.Indi ise yeni RLS tikilmesi bu hem dovlet siyasetimize tehluke xarakteri dasiyir ustelik yeni tikilcek RLS Rusiyanin mulki olacaq bu menfi kontekstdir.Diger mesele ise yerli ehalinin sehhetine cox boyuk menfi tesirler vermekdedir,shualanma ekoloji nisbeti de aradan qaldirmisdi bu iller erzinde.Meyve agaclari mehv olmaq uzredir,ehlinin olum nisbeti ise xeyli asagiya dusmusdu.Bir seye rey vermezden once yuz defe fikirlesib etsinler cunki butun mesuliyyet hakimiyyetin uzerindedir.Xalq bunun hesabini mutleq soracaqdir!!!

Kimdən: Cabrayil Haradan: Rusiya
12.12.2011 22:53
Rusiya Qabalada RLS-ni Azarbayca ucun yox ozunun saxsi obyekti kimi tikmak fikrindadir.Man basa dusa bilmiram Bu zavod-fabrik deyilki deyam eybi yox olkamiza xeyir gatiracak,hec olmasa vatandaslarimiz ucun is yerlar olacaq.Bizim hakimiyyat deyasan haqiqatan basini itirib.RLS-dan galan galirdan Azarbaycan vatandaslarinin hec bir xeyri olmayacaq,aksina radiyaciya va al-ayagimizi tamam yigmaqdan otru qurgudan basqa bir sey deyil.Manca bu isla mutaxasislarimiz masqul olmalidir.Bu tak olka rahbarinin qarar veracayi bir is deyil.Olka rahbarindan olsa millat qarisiq hamimizi qurban verar rusun bir "molodes"kalmasina.

Kimdən: Aydın Haradan: Şəki
12.12.2011 22:22
Yaxşı bir şey olsa idi Rusiya onu öz müttəfiqi olan Ermənistanda qurardı... Mənə elə gəlir umumiyyətlə Rusiyaya bu lazım deyil, bunu Azərbaycandakı bəzi adamlar istəyirlər, ona görə istəyirlər ki, sabah lazım olanda, yəni ara qarışanda ora sığına bilsinlər. Təsəvvür edin, ara qarışan kimi sərhədlər bağlana bilər və bu zaman bəzi adamlar şələ-şüləsini yöğışdırıb hansı yol ilə qaçsınlar?! Hə, bu zaman ən yaxşı yol Qəbələ RLS-dir, ora gedirlər və özlərini təqdim edirlər ki mən flankəsəm...

Kimdən: emin Haradan: xarabadan
12.12.2011 21:10
Zahid Oruc SSR nin kolxozu sizin parlementden yaxsidi, ele danisirsan ki, ele bil parlement serbest qerar qebul eliye bilir, mence azerbaycan da rusiyanin vassalidi, sulale hakimiyetine toxunmayin, hamini memnun eliyer, oz xalqinan basga.

Kimdən: Kerem Haradan: Baki
12.12.2011 21:02
Qəbələdə yeni RLS quraşdırılsa o, yalnız Türkiyəyə, İrana və başqa müsəlman ölkələrinə qarşı istifadə olunacaqdır. Bu rus demiş: это понятно и пьяному ежику. Amma bizim rəhbərlərimizə neftdən, qazdan gələn gəlir kifayət etmirsə onda qoy müqavilə bağlasınlar. Elə M.Ə.Sabir də deyirdi:
Söz mənim, ev mənim, əsrar mənim,
Ərzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim,
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan! Məmləkəti-Rey satıram!


Cavab

Kimdən: esds Haradan: dssd
12.12.2011 22:32
men dusunmurem irana qarsi qoyulub turkiye he ama irana yox cunki. dunyada cin ,iran, rusiya birdiler amerikadan sigortalanmaq ucun,,
Cavab

Kimdən: Pervin Haradan: Annifeld
17.12.2011 22:41
Bütün ölkələr və onların əhalisi radiasiyanı törədən bütün qurğulardan qurtulmağa can atır.Bizdə isə əksinədir.Siyasi tərəfi bir yana,Ətrafı zəhərləyən, Azərbaycana - daha çox ona yaxın ərazilədə yaşayanlara yalnız sağalmaz xəstəliklər "bəxş edən" rusların Qəbələdə icarəyə götürdükləri RLS müddətini bitirdiyindən onda yaxa qurtarmaq əvəzinə hələ 20 il də uzadılmaq məsələsinə baxılır...Bu ki absurddur.