Şənbə, Aprel 19, 2014 Bakı vaxtı 16:56

Verilişlər / İz

Tarix İnstitutu «Möhtəşəm yüz il» serialı barədə sərt açıqlama verdi

«Möhtəşəm yüz il» serialından foto
«Möhtəşəm yüz il» serialından foto

Əlaqədar yazılar

Məleykə Əsədova: "Bu cür şeylərə görə serialdakı rolumdan imtina etdim"

Vüsal Nuru: "Elə şeylər var ki, bilirsən, ssenariyə salsan, qəbul edilməyəcək. Məcbursan yalanını gətirməyə..."
Şriftin ölçüsünü dəyiş - +
-

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Türkiyənin bir çox ölkələrdə də böyük maraqla izlənilən və tarixi faktlar əsasında çəkildiyi bildirilən «Möhtəşəm yüz il» serialının ssenarisindən narazılıq edib və bu filmi türk tarixi üçün «zəhərli film» adlandırıb.
 
İnstitutun direktoru Yaqub Mahmudov çərşənbə axşamı Trend-ə bildirib ki, serialda Azərbaycan tarixi ilə məqamlar düzgün təqdim olunmayıb.
 
Tarixçi deyib ki, serialda Osmanlı imperiyasının Səfəvilər dövləti ilə olan münasibətləri düşmən münasibəti kimi verilir.
 
«Bu, qətiyyən doğru deyil. Şah Təhmasib də orada son dərəcə aciz, təhqiramiz bir vəziyyətdə təqdim olunur. Şah Təhmasib Azərbaycan xalqının tarixində Səfəvi hökmdarları arasında xüsusi rolu olan, türk dünyasında böyük müharibələri aradan qaldırmağa çalışan qüdrətli bir hökmdardır. Bu cür qiymətləndirmələr həm Türkiyə, həm də Azərbaycan xalqının tarixini təhrif etmək deməkdir», - Mahmudov deyib.
 
O bildirib ki, Sultan Süleyman Osmanlı imperiyasının tarixində ən qüdrətli hökmdarlardan biri olub. O, tarixə Sultan Süleyman Qanuni kimi daxil olub. ABŞ Konqresində də dünyanın aparıcı hökmdarlarının sırasında onun da barelyefi var.
 
Tarixçi deyib ki, dünya da onu qüdrətli hökmdar kimi qəbul edib. Amma serialda o, Xürrəm Sultanın əlində oyuncaq kimi təsvir olunub.
 
«Mən o dövrləri araşdırmışam. Güman edirəm ki, bu serial türk tarixinin özü üçün bir təhqirdir. Mən öz sözümü qəti və sərt demək istəyirəm. Bu serial həm Türkiyə tarixi, həm də Azərbaycan tarixi üçün olduqca böyük təhqirdir. Türk tarixi ilə bağlı ağır nöqsanlara yol verilib», - Yaqub Mahmudov əlavə edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Naile Haradan: Baki
28.10.2012 08:52
O dovrlerde muselman dovletlerinin hokmdarlarinin hamisinin heremxanasi olub . Eger heremxana olmasaydi bu qeder arvadlarinin qirgin ve qiybeti de olmazdi. Sultanlar , padsahlar ozleri o seraiti yaradiblar . Sultanlar hec vaxt bir qadina sadiq qalib evlenmirmisler , ordan -burdan kole edilmis qizlari heremlerine getirib onlardan torenenlerden sultanlar elan edirlermis , amma Hurrem ilk ,evlilikde olan qadin olur . O ozu dusunurekden osmanliya gedib cixmayib ki . Serialda sisirdilmis gorunusler cox olsa da , tarixi faktlara esaslanib cekilib .Slavyan qadina gore basqa qadindan olan oglundan basqa Suleyman sultan , Hurremden olan oglunu da oldurtdurur , amma Hurremin olumunden sonra .

Kimdən: dunyashkadan Haradan: Bakimizdan
26.10.2012 19:25
suleyman hardan boyuk hokmdar olub ki bir xaxol arvada gora oz dogma oglunu oldurdub, umumiyyatlar turklar lap ag ediblar e, galib burda azarbaycanlidan cox qazanirlar yeyib icib varlanirlar sonra da bizlari bayanmirlar, aslinda getsinlar feodalizm qurlusunu lagv etsinlar bir cox ayalatlarinda, hala da aga -raiyyat munasibatlri qalib orda, ciriq cins geymaklar abrazovolski olublar hasan bay demiskan))sah ismayil salimla kiisi kimi doyusb o serb arvadlarin dalinda gizlanmisdi, umuiyyatla turklari dost hesab etmaya daymaz, bu osmanlilar hamisa biz oguzlarin quyusun qazan olublar

Kimdən: Ilqar Haradan: UK
26.10.2012 01:54
Yaqub Mahmudov muellim bey men Ukrainada yasayiram Hurremleri gorurem neteri Turk oqlanlarina emr verirler,otur deyende otururlar dur deyende dururlar,eyni Sultan Suleyman kimi,Qaldi ki serialin sehf cekilmesine,cix balkona bizde olan sehflikleri goreceksen,eger diqqetnen baxsan..

Kimdən: enver
25.10.2012 22:12
men bele öyrenmishem ki, Sefevi dövleti Azerbaycan dövleti olub, sonradan Tehmasib onu fars dövletine cevirib. Imanimi yandira bilmerem, bu bir hipotezadir. Cünki Tehmasib fars dilini dövlet diline cevirib. Beledirse, bu Tehmasibe az bele deyirler, ona daha agir sözler deyilmelidir

Kimdən: Azəri Haradan: Azərbaycan
25.10.2012 04:55
Görürsüz siz oz aliminizi mühakimə edəndə sizidə belə mühakimə edəcəklər.mənim damarlarından Türk qanı axan bütün qardaşlarıma böyük ehtiramım var,lakin tarixdə hansısa vaxtı ilə yaratmaz hökümdara görə milləti suçlamaq olmaz. Azərbaycanda vəTürkiyədə istər daxildə istər xaricdə tarix boyu əsil türkləri, düşmənlərin gözü götürməyib.qaldı seriyala bu seriyalda mən arvad qeybəti və sevgidən başqa bir şey görmürəm.senarist özü bilmirəm bilərəkdən vəya bilmərəkdən Süleyman şahın qadınların dedi qodusu və hiyləgərliklərindən aciz qaldığını əvvəldən sona kimi göstərir.birdə omer bəy siz narahat olmayın azərbaycanda artıq səviyyəli seriyalların çəkilişinə çoxdan start verilib,misal üçün vaxtınız olsa youtubda pərvanələrin rəqsi,sirr və sairə kimi azəri seriyallarına axtarış verib baxa bilərsiz.belədə ki,onsuzda çoxlarının evində internet, sputnik antenn var,olmayanlarda katv kimi özəl kanallarda istənilən xarici kanalları seyr edir.serialı əvvəldən axıra kimi seyr etdiyim üçün tamaşaçı kimi sonda iradım, serialda həddən artıq çox vaxt aparan sevgi və sultanların yanına gedib-gələn kalfaların səhnəsindən çox maraqlı döyüş səhnələrinə yer verilsəydi bundan baxımlı olardı.
Cavab

Kimdən: Anonim
25.10.2012 16:04
Azeri bey,evvela yeni "Azeri "serialler cekilince vede cok izlenir hale gelince en güzeli de bir uluslararası kabul gören bir hal aldığında bana haber verin.zira eger bu olursa Azerbaycan harici serialleri yasaklayarak kendi seriallerini gelistiren ilk ulke hatta tarihe geçer :)Bu bence mümkün değil..Üzgünüm...
İkincisi Muhteşem Yüzyıl serialinin başında yazıyla bildirildiği üzere tarihi tamamen doğru nakletme iddiasında değiller bu bir kurgu..Bu bir ticari mal aslında.Bu malın satılması birtakım ihtiyaçların karşılanmasına bağlı..Dünyada serialleri en cok kadınlar izler sarayda entrika iyi adam kötü adam olmadıkça da kimse bu diziyi izlemez..dövüş sahnelerine gelince harpler falan çekmek çok pahalı orada da bütçe sıkıntısı var.o yüzden en güzeli saray entrikası..
Üçüncüsü Kanuni Süleyman devrinde millet kavramı yoktu.sarayda osmanlıca konuşulurdu.Osmanlıca ise arapça farça türkçe karışımı bir dil idi..Türkler ise aşağı görülürdü..(adlara bakın hep farsça hürrem mahidevran falan..)Maalesef tarihi olduğu gibi kabul etmek gerekir..
Sonsöz:ortada bir emek var ve sonucunda da bence güzel bir dizi çıkmış ortaya..yaklaşık 40 ülkede yayımlanıyor(Fransız 2. kanalı bile yayımlıyor diziyi).siz kendinize yanın,tarih azerbaycanı Türk dizilerini yasaqlamış bir ülke olarak anacak..
Not:ermeniler Ezelin senaryo hakkını satın alıp aynı diziyi kendileri çektiler.
Cavab

Kimdən: Anonim
27.10.2012 14:27
Azeri bey şunu ayıralım bir sinema sektörünün dizi sektörünün Azerbayncan da oluşması mümkün değil.bu alanda Türkiyede 150000-200000 kisi çalışıyor bu bir sektör.Dünyada bu isi beceren birkaç ülke var.Hindistan latin ülkeleri Türkiye falan.Yani öyle kolay bir iş değil.
Hele ki Azerbaycan gibi politik nedenlerle dizileri yasaklayan bir ülkeden ne dizi çıkar nede doğru dürüst bir sinema filmi.Bunun için gerekli bilgi birikimi ve insan kaynağı Azerbaycan da yok.Belki birkaç sinema filmi yaparsınız ancak dünyada kabul gören bir dizi yapmak öyle kolay değil.
Yani Heyder Eliyev fondu istediği parayı sağlasın sizde oligarklar istediği bütçeyi ayırsın dizileri değil sinema filmlerini de yasaklayın gene de iyi bir dizi bu yapıdan bu bakış açısından çıkmaz....Üzgünüm...
Cavab

Kimdən: Azeri Haradan: Azərbaycan
27.10.2012 03:19
Anonim bəy gəlin Türkiyənən Azərbaycanın bu gün ki, ictimai və mədəni nailiyyətlərini bir etməyək.çünki ən azından azərbaycan bu sahədə müstəqil olaraq yenicə ayaq açan körpəyə bənzər.inşallah azərbaycan dövləti, mədəniyyətin bir nömrəli qanadı sayılan kino sahəsinə növbəti illərdə müəyyən qədər vəsait ayrar.darıxmayın vaxt gələr azərbaycan kinosuda əvvəlki kimi öz sözünü dünyaya deyər.sonda sizin məsəl çəkdiyiniz erməni məsəli heç yerinə düşmədi.çünki biz örnəyi atababalarımızdan daimi mərd,qeyrətli insanlardan misal çəkdiyini görmüşük.birdə yaddan çıxarmayın erməni tək azərbaycanlının yox bütün türk dünyasının neqativ problemidi.

Kimdən: Faig Haradan: Shaki
25.10.2012 03:39
Adama deyerler senin de yumushaq yerin chatir
Bele bir kino chek
Senin ishin peshen methiyyeler dolu kitablar yazmaqdir
Tarix Institunda belke bir Beynelxalq seviyelli layihe gormusen
Ozun get Aztv ye bax Yaqub muellim
Bu kinonu sevirik ve baxiriq
Cavab

Kimdən: Cingiz Haradan: Quba
25.10.2012 21:51
sende qeribe adamsane niye cekmirik. qoy BP 8 milyardimizi qaytarsin, birazda Guler bibimiz maya buraxar.bir entiqe serial cekerik ki, gel goresen .

Kimdən: Afaq Haradan: Baki
25.10.2012 03:34
Yaqub Mahmudov
Osmanli ile Sefeviler dushmen dovletler olublar.
Tekce Chaldiran doyushu buna misaldir
Senin kimi tarixchilerimiz olandan sonra
Bizi hele chox tehqir edecekler

Kimdən: omer Haradan: turkiye
25.10.2012 01:58
Möhteşem yüzyıl ve diğer Türk dizileri Azerbaycanda yasaq değil mi?Yasaq olan izlenemeyen bir dizi hakkında neden danısırsınız ki?ha bu arada hani yasaqın bahanesi yerli azeri dizi sektörünün inkisafı olduğuna göre siz de artıq bir serial cekin de şu yalanın bari kuyruklu olmadığı hissi uyansın....Not:Rusların muhtesem yüzyıl saytı 80000 üyeye dayandı.Bu da size dert olsun:)
Cavab

Kimdən: UĞUR Haradan: BAKI
28.10.2012 15:59
Arkadaşım,sen anlamadın.bu karar ola bilir,ama burda türk düşmanlığı aramak doğru deyil.beni yanlış anlamayın ben hiç bir iktidarı desteklemiyorum ama siz Azerbaycanı bilmediyiniz için yasaklandı biliyorsunuz. bu kararı verenler biliyor ki Azerbaycanın en uzak köyünde bile her kes türk dizileri izliyor. daha bir de dublaj edib vermenin ne anlamı. sizde de bizim sizlere olan duygulardan olsaydı bizde yeni çekilmeye başlayan dizilere alay etmekdense başarımızı isterdiniz.ruslara gelince bu dizide slavyan kadını o boyda sarayı parmağında fırlatdığına göre ola bilirmi acaba bu diziye sevgi.şahsen ben tanıdığım hiç bir rusda türk sevgisi görmedim malesef... mesela böyle ola bilir bir forumda 50-si kötülüyor biri ya ikisi sizi savuna savunmaya. bana mı öyle geldi sanki sizin rus-türk sevginizi kıskandım sandınız. güldürmeyin beni.ruslar bizden uzaq olsun da))))
Cavab

Kimdən: omer
28.10.2012 16:43
Uğur bey fazla uzatmayacağım.sizin yeni çektiğiniz dizilerle dalga geçmiyorum benim dalga geçtiğim şey yabancı dizileri yasaklayarak nasıl yerli dizileri geliştireceksiniz?rekabet yokken gelişme olabilir mi?taşıma suyuyla değirmen döner mi?Burada sizin iktidarın meselesi nasıl Türk dizilerini yasaklarımdı buna bir kılıf buldular.Politik olarak bu kadar da kör olmayın..
İkinci konu Rusya bizi sevsin semesin çok problem değil.Muhteşem Yüzyılı izleyenler bizi seviyor izlemeyenler ise bizi sevmiyor diyemeyiz.Sonuçta Muhteşem Yüzyıl bir ürün,üzerinde ciddi bir emek var ve uluslararası kabul görüyor.tarihe merakı artırdı insanlar artık tarihi daha fazla öğrenmek istiyorlar.Bu bu dizi icin yeterli.Bir nevi yerli Tudorsu yaptık.Bizim icin bri artı.sizin de grur duymanız lazım.Ki Ruayadaki Azeriler de Muhteşem yüzyılı cok fazla sahipleniyorlar(neden acaba?)
Muhteşem yüzyıl bir kurgu.tam olarak o günleri aksettirmiyor o yüzden dizi senaryosuna çok takılmayın ticari kaygıları olan ciddi bir reyting yarışından sıyrılmak durumunda olan bir dizi.Bu nedenle belki de başarılı..
Cavab

Kimdən: UĞUR Haradan: BAKI
27.10.2012 18:09
Turkiye dizilerinin Azerbaycanda yasak olması nerden çıktı? onları televizyonda yayınlamağa lüzum yok ki, zaten her kes evinden izliyor.5 kişiden 4-ü izliyor.şahsen ben kendim "Möhteşem yüzyılı izlemiyorum.Azerbaycan tarihine olan aşalama yüzünden.ruslar 80000 olar da siz onları bu kadar başa çıkarırsanız.bize niye dert olurmuş ki.siz rusları sevin ruslar da sizi. onlar sizi daha çok seviyorlar 5-den 4-ü size turki peredurki diyor.suç bizde ki sizi savunuyoruz.
Cavab

Kimdən: omer
28.10.2012 11:56
Uğur bey heralde Marsta yaşıyorsunuz,Azerbaycandan haberiniz yok..Muhteşem Yüzyılı Lider TV gösteriyordu,yanlız 1 mayıs 2012 den beri ecnebi dizilere qadagan koydular..(tabi burada asıl mesele Türk dizileri idi)..Heralde bu yasaq henüz Marstaki Azerilere ulaşmadı:)
Muhteşem yüzyıl rusya da iyi bir hayran kitlesi yakaladı demek ruslar bizi seviyor bize tapiyor demek hiç değil Uğur bey.Bunlar ayrı şey..Ama bizi Ruslar nezdinde savunduğunuz için teşekkürler.(turki peredurki ne demek bu arada bilmiyorum)

Kimdən: Azeri Haradan: Baki
25.10.2012 01:50
Yaqub muellim Temasib SHekini ishqal etdiyi ucunmu qudretli serkerde olub? Goresen 37 ci ilde goynykluleri kim gulleledib xahish edirem adin gosteresiniz

Kimdən: Demokrat
24.10.2012 22:43
Yaqub Mahmudov Cox aqillisizsa Turkiye-den sehv tutmayin bu olke sizinkimilerin ucbatindan bu gundedi. ona buna aqil vermekdense daqitdiginiz azerbaycan kinosunu berpa edib oz kinolarimizi cekek dunyaya gosterek cekilmish bir iki qotur serial nezere almayaq, ona serial adi vermek olmur hec. Turkler ozleri biler kimi nece gosterirler gucunuz catir sizde cekin gosterin.
Səhifə (2)
    Növbəti