şənbə, Fevral 06, 2016 Bakı vaxtı 17:11

    Siyasət

    AzadlıqRadiosunun müxbiri hədələnir

    Yafəz ƏkrəmoğluYafəz Əkrəmoğlu
    x
    Yafəz Əkrəmoğlu
    Yafəz Əkrəmoğlu

    Bunu da oxu

    Naxçıvan MTN-də müəmmalı ölüm

    Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılan Culfa rayon sakini Turac Zeynalov evlərinə ölü olaraq göndərilib
    -

    AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu bir neçə gündür hədə və şantaj mesajları alır.

    Zənglər onun mobil telefonuna bilinən nömrələrdən gəlir. Yafəz Əkrəmoğlunun bildirdiyinə görə, bundan əvvəl də ailəsinin və özünün öldürüləcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq zəngləri alıb. Hədə zəngləri və mesajlarda ondan Naxçıvanla bağlı araşdırmaları dayandırmaq tələb olunur.

    Yafəz Əkrəmoğlu ötən ilin avqustunda Naxçıvan MTN-də işgəncə verilərək öldürüldüyü iddia edilən Turac Zeynalovun işi ilə bağlı əldə etdiyi yeni məlumatları araşdırmağa başladıqdan sonra hədə-qorxu hədəfinə çevrilib.

    Əməkdaşımız əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün Naxçıvan MTN-i ilə əlaqə saxlayaraq həmin qurumun mövqeyini aydınlaşdırmağa cəhd edib.

    Hədə zəngləri də bu cəhddən az sonra başlayıb. Daha sonra gələn təhdid mesajlarında isə «dilini dinc qoymasan, görəcəklərin səni şok edəcək» səpkili şantaj hədələri yer alır.

    Turac Zeynalovun Naxçıvan MTN təcridxanasında ölməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra, Yafəz Əkrəmoğlu ötən il avqustun 30-da bu xəbəri araşdırmaq üçün Naxçıvana getmişdi. Bir gün sonra isə naməlum şəxslər tərəfindən İrana deportasiya olunmuşdu.

    AzadlıqRadiosu faktı araşdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Hesret Haradan: Naxcivan
    18.11.2012 17:08
    Arasdirmanin ne vaxd vereceksiz. Hesretle gozluyuruk. gozumuzun koku saraldi

    Kimdən: kolzoznik
    15.11.2012 14:45
    vasif mellim deyirler iks ikisinci esrde yasayiriq.ama naxcivanda isiqlar 2 saat kecir 2 saat yanir hiii..ne meseledir

    Kimdən: inqilabci Haradan: celilkend
    15.11.2012 14:43
    YAFEZ BEY SİE UGURLAR ARZULAYİRİQ.QORXMAYIN.BU naxcıvan mtni VƏHŞİ BİR QURUMDUR.ELE BİL CELLADXANADİR.TURAC ZEYNALOVUN OLUMUNU ORT BADİR ELEDİLER.İNDİ DE SİZE İLİSİRLER

    Kimdən: Naxçıvanlı demokratlar Haradan: Naxçıvan
    14.11.2012 23:32
    Yafəz bəyi yaxsi taniyriq.Naxcivanda her kes onu birinci novbede əxlaqli və namuslu biri kimi taniyirlar.heç bir şantaj keçmeyəcək.Çox şixib bele sinaqlardan.tam dəstək veririk biz də.ar olsun naxçıvan MTN-ə.əllərindən şantajdan başqa heç nə gəlmir.Naxçıvanda Yafəz bəylə göruşənləri MTN-ə aporirdilar.adi bir sözün deye bilem jurnalisden bu qeder qorxurlar.necə olcaq sonları?

    Kimdən: SAHİB Haradan: NAMƏLUM
    14.11.2012 21:47
    AĞILLARINI BU QƏDƏR İTİRƏCƏKLƏRİNƏ İNANMIRDIM.CİDDİ TESKİLAT OLMALI OLAN MUHUM BİR DOVLƏT ORGANI GORUN HANSI PRİMİTİV USULLA JURNALİSTİ SUSDURMAQ İSTİYİR. AYIB OLSUN! DUNYANI GULDURURLER OZLERİNE.EŞQ OLSUN AZADLIQ RADYOSUNA

    Kimdən: fexri Haradan: naxcivan
    14.11.2012 21:04
    Goresen bunlari tesvise salan nedi. neyin ustunun acilmasindan qorxurlar ki jurnalisti hedelemekden cekinmirler. maraxla izleyek.Allah muxbirinizin komeyi olsun.mohkem olsun

    Kimdən: dərvis
    14.11.2012 13:59
    Naxçıvan mtnin vəhşlikləri ermənilərin vəhşiliklərindən də pisdir.bunlardan qorxmaq lazim deyil.mübarizə aparmaq lazımdır.mənə maraqlıdır.... turac adı gələndə niyə naxçıvan mtni bu qədər təlaşa düşür............,,....,

    Kimdən: samir
    14.11.2012 13:36
    yafez bey Sizin yaninizdayiq.qorxmayin.fikir verme davam ele.turaci oldurduler.ama seni oldure bilmezler.

    Kimdən: orxan Haradan: baki
    14.11.2012 08:52
    naxcivan rejimi Azerbaycan ucun rus ve fars tehlukesinden daha tehlukelidir .cunki bir agacin budaqlarini yolsan o yene budaqlanacaq saglam kokunun sayesinde,amma birde var ki agac oz icinden curuye.
    Mobil əlavə
    Başqa sorğulara da bax Sorğu arxivi

    FORUMLAR

    Əli Kərimli İlham Əliyevi debata çağırır

    “Azadlıq” qəzeti yazır ki, İlham Əliyev AXC hakimiyyətində vəzifə tutan ayrı-ayrı şəxslər, o cümlədən Əli Kərimli haqda həqiqətdən uzaq ifadələr işlətməkdənsə, Əli Kərimli ilə debata çıxsın

    33 şərh

    Ilqar: Goresen Ilham Elijev 1992-93cu illerde ne ishle meshqul idi ki indi muraciet edir ... davamı

    Hər rayon özü-özünü dolandırmalı olacaq - Əli Həsənov

    “Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”

    16 şərh

    Akif: Əli Həsənov sizin hakimiyyət korrupsiya siyasəti əvəzinə düzgün iqtisadi siyasət aparsaydınız, ölkə belə ... davamı

    Azərbaycanın hansı rayonu özü-özünü dolandıra bilər?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz!

    12 şərh

    Niko: Butun rayonlar oz ozlerini dolandirar eyer oliqarxlar terefinden zept olunmush torpaqlar sahiblerine geri ... davamı

    Ən çox...