Cümə axşamı, Sentyabr 18, 2014 Bakı vaxtı 04:34

Rubrikalar

Fəzail Ağamalı: «Biz ya İlham Əliyevdən imtina etməli idik, ya da Zahid Orucdan»

Fəzail AğamalıFəzail Ağamalı
x
Fəzail Ağamalı
Fəzail Ağamalı
-
«Zahid Oruc partiyadan qovulmayıb. O, partiya üzvlüyündən çıxarılıb».

Bunu AzadlıqRadiosuna Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müavini Zahid Orucun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib:

«Partiyanın 6-cı qurultayında qərar qəbul olundu ki, partiyamız İlham Əliyevin namizədliyini dəstəkləyir. Partiyanın bu qərarından sonra Zahid Oruc prezidentliyə namizədliyini verdiyi üçün biz də belə bir addım atdıq. Biz ya İlham Əliyevin namizədliyindən imtina etməli, ya da Zahid Orucu partiyadan çıxarmalı idik. Təbii ki, qurultayın qərarı qüvvədə qaldı və Zahid Orucu partiyadan azad etdik. Düşünürəm ki, problem bununla da öz həllini tapdı».

«NECƏ BİR YERDƏ OTURA BİLƏRİK?»

Fəzail Ağamalı bundan sonra parlamentin iclaslarında yenə də Zahid Orucla bir yerdə oturub-oturmayacağı barədə yazılanlara da aydınlıq gətirib:

«O, Ana Vətən Partiyasında yoxdursa, biz onunla necə bir yerdə otura bilərik?».

«Bəs kim yerini dəyişəcək» sualına partiya sədri belə cavab verib:

«Mən niyə yerimi dəyişməliyəm ki?».

Zahid OrucZahid Oruc
x
Zahid Oruc
Zahid Oruc
ZAHİD ORUC: «DÜNYANIN XƏLQ OLUNMASININ BAŞLANĞICINDA DA BİR QOVULMA VAR»

Məsələyə Zahid Oruc da münasibət bildirib. O, partiyadan qovulmadığını deyib:

«Mənim partiyadan çıxarılmağımla bağlı yazılan xəbərlərin heç biri əlavə və əlahiddə mənfi emosiya doğurmayıb. Bundan sonra da doğurmayacaq. Partiya sıralarından azad olunmağımı sual yox, nida formasında qəbul etmişəm. Nida da o anlamı daşıyır ki, biz daha azad, daha müstəqil şəkildə seçki kampaniyasına qoşulmaq iradəsindəyik. Nidalı obraza birini də əlavə etmək istəyirəm: Dünyanın xəlq olunmasının başlanğıcında da bir qovulma var. Bu, Adəm babamızda da olub. Amma mən cənnət almasını qətiyyən yeməmişəm. Bu üzdən bir xüsusi günahı daşıdığımı da düşünmürəm. Bir qurum öz qərarını qətiləşdirib bu yolda addımlayacaqsa, biz onlara da uğurlar arzulayırıq».

Parlament iclasında Fəzail Ağamalı ilə bir yerdə oturub-oturmayacağına gəlincə, Zahid Oruc bunu gələcəyin öhdəsinə buraxdığını deyib:

«Mən ən adi kreslolarda da oturmağa hazıram. Bu baxımdan da məsələ qarşıdakı dönəmdə cavabını tapacaq. Bu, problem deyil».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Tima Haradan: DAQLI
18.08.2013 19:53
Biz ya İlham Əliyevin namizədliyindən imtina etməli, ya da Zahid Orucu partiyadan çıxarmalı idik. ;)))))))))))))))))))))))))))))))))))))))))))))

Kimdən: Fariz Haradan: Agdash
16.08.2013 12:00
Azerbaycana, Fezail melim kimi agilli , sozunde durust insanlar lazimdir. FEzail muelim xahish eliyerem, siz de namized olun, men ailemce size ses verecem. Bu butun Agdash rayonunun arzusudur. Burda uje 3 gundur herkes sizden danishir. Hormetle Agdashli Fariz Huseynov

Kimdən: Adil
16.08.2013 11:06
Bunlar oyun oynuyur xalqi da ne hesab edirler guya bu teatira kim inanacaq bu hamisi saxta prezdentliye namizedler duzeltmek hansi ki xalq onlardan zehleleri gedir esas namized olan Ibrahimbeyovu ve Ilqar Mamedovu kenarda sxlamaq
Ilham Aliyeve alternativ namized saxlamamaq
bunlara ne deyesen adam soz tapmir

Kimdən: xalq Haradan: gence
15.08.2013 23:25
duz edib qovub gerek cinayet isi acilsin zahid oruca

Kimdən: Adəm Haradan: Bakı
15.08.2013 22:49
Afərin,Zahid Oruc müəllim ! Sizdə həqiqətən də Adəm peyğəmbərə çox oxşarlıq var.Görürsünüzmü taleləriniz də oxşar oldu.Bəlkə də Yer adlı planetdə Sizin "qovulmanızla" başlayan yeni bir era başlayacaq.Yaşasın yeni era - Zahid Oruc erası !
Cavab

Kimdən: Logman Haradan: Mingecevir
16.08.2013 11:31
Siymasi medeniyyet numunali dialoq)) Aciqlamasi- paxil, ... rehbere sert sille!!!