Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 03:59

Bloqlar / Sevda İsmayıllı

BİRİNCİ

Şriftin ölçüsünü dəyiş - +

Birinci olmaq gözəldir!

Birinciliyə gedən yol keşməkeşlidir, çətindir.

Hərdən yol Mirzə Cəlil demiş, gedir dirənir qamışlığa… İndi oradan çıx görüm necə çıxırsan!

Xoşbəxtlikdən, Azərbaycan bu sahədə qamışlığa düşmədi. Eurovision yarışmasında deyirəm. Birincilik sevincini də gec dadmadı. Birinciliyi dördüncü cəhddə dadmaq gec sayılmaz.

Qələbəyə tamarzı Azərbaycan…

Bəli, tamarzıydı. Ölkə qələbə duyğusuna, zəfər sevincinə həsrət idi. Əsrlərdən bu yana məğlubiyyətlər, faciələr yaşamış Azərbaycan qələbəyə susamışdı. Eurovisiondakı birincilik o üzdən belə önəmlidir.

Odur ki, bütün gecəni şəhəri başına alan səs-küy, Azadlıq Meydanındakı bayram qışqırtıları yəqin ki, şəhər sakinlərinin rahatlığını pozmadı.

(Hərçənd, günün-günorta çağı “Azadlıq!” hayqıranlar bakılıların istirahətinə mane olurdu...)

Üstəlik, nə yaxşı ki, bugecəki hay-harayda tutulanlar da olmadı.

(Hərçənd, gündüz saat 2-də başlanan son mitinqdə saxlananların sayı 100-ü keçmişdi…)

Ay qız, kimin qızısan?

Yəqin mühafizəkarlar indi bu qızı qınayırlar. Bütün dünyada məşhur “Azadlıq!” qışqıran 5 yaşlı qızcığazdan sonra qoftasını çıxarıb “Qələbə!” qışqıran 20-25 yaşlı “almadan qırmızı qız” təəccüblü görünür…Niyə?

Həmişə özünəqapalı yaşamağa öyrəşmiş millət ayılır.

Azadlığın şirinliyi olduğu kimi, turşaşirinliyi də var.

Odur ki, Azadlıqsevərlər, heç kimi suçlamadan qələbə sevincini paylaşaq! Qələbəni hər kəs ürəyinin istədiyi kimi, öz bacardığı kimi ifadə edir.

Bu ifadə forması bəzilərinin xoşuna gəlməsə də.

Odur ki, “Ay qız, kimin qızısan?” mahnısını bu dəfə oxumaqdan vaz keçək, nə olar?!...

Ellin məsumluğu, Nikkinin evdarlığı…

Etiraf edək ki, necə seçilməklərinə, yaş uyğunsuzluqlarına baxmayaraq, Ell və Nikki bir-birinə yaraşırdı.
Ell&Nikki - Eurovision 2011-də

Ellin məsumluğundan Nikkiyə də böyük bir pay düşürdü. Kim olsaydı, bu işıq onun qələbəsini təmin edəcəkdi. Üstəlik, ev xanımı olan iki övlad anasının birdən-birə o cür yüksək səhnədən çıxış etməsi maraqlıydı.

Öz Vətənində yaşamasa da.

Lap öz dilində danışa bilməsə də.

Lap qələbə sevincindən “Ömrümün mənasısan” əvəzinə, “Ömrümün anasısan”—desə də…

Bu, bizim gerçəkliyimizdir. Qarşımıza olduğu kimi çıxır. Nə tökərsən aşına...

Birinci oldun! Amma…Can Bakı, bir bəri bax!

Çox gözəl! Çox pakizə! Olmalıydın. Bu haqqı sənə zəngin musiqi tarixin verirdi (Öz bəstənlə qalib olmasan da).

Sən bu sahədə çox ilklərə imza atmışdın (Dünya xəbərsiz olsa da).
Qələbə halalındır!

Amma…bir dayan! Bəri bax! Can Bakı! Avropa birincisi olmaq elə də asan yük deyil axı. Bunu qulağında sırğa elə!

Düz bircə ildən sonra məxməri mayın ortasında bütün dünya yığışıb gələcək qoynuna, gözəlim Bakı!

Sən buna hazırsanmı?!

O boyda qonaqları qarşılamağı, hər şeyini onlarla paylaşmağı bacaracaqsanmı?
O qonaqlara tarixindən bu yana formalaşan abidələrini, tarixi binalarını, muzeylərini göstərməkdən savayı nə edəcəksən?!

Bugünündən nə danışacaqsan?!

Həbsdəki vicdan məhbuslarından nə deyəcəksən?!

Cibinə narkotik atıb şərlənən gəncləri necə gizləyəcəksən?!

Ancaq bir rəng göstərən TV-lərinin üstünü necə qapayacaqsan?!

Yaltaq, simasız, flüger kimi yönü bilinməyən musiqiçilərinimi ortaya atacaqsan?!

Bakıda Eurovision 2011 sevinci, 15 may 2011

Bəlkə milyonları göyə sovurub özünə toy çaldıranlardan misal çəkəcəksən?!

Ya mitinqlərdə “Azadlıq!” qışqıran qadınları sürükləyib aparan polislərlə asayişi qoruyacaqsan?!

Bəlkə ölkəni bürüyən korrupsiyaya qarşı açdığın zəifdən-zəif, gücsüzdən-gücsüz “savaş”dan söz açacaqsan?!

Ya şəhərin bütöv məhəllələrini söküb sakinləri öz yurdlarından didərgin salanları tanıdacaqsan?!

Eurovisionu uddun. Çox gözəl! Çox pakizə!

Eurodemokrasini uda biləcəksənmi, can Bakı?!

 

Bir ilə 20 ilə yığılanları yox edə biləcəksənmi?!

Hə? Cavab ver! Eurovision birincisi olan bəxtəvər?!

Eurodemokrasini nə vaxt udacaqsan?!

Uda biləcəksənmi?!

Biləcəksənmi?!

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aslan emi
18.05.2011 21:18
Avropanın göbəyində yerləşən ölkənin TV kanalının aparıcısı, o qədər işdirakçının içindən, xəritədə tapa bilmədiyi, adını çəkə bilmədiyi ölkənin oxuyanlarını (bizimkiləri) seçib, ilk dəqiqədən etibarən tərifləməyə başlayanda, onlara - bu ilin favoritləri - deyəndə, özümə dedim ki - həəəə, torbada hədiyə var! Köpəkoğlunun pulu-rüşvəti nə ağına baxır, nə qarasına! Nə avropalı jüri bilir, nə də...Bu yandan da İ.Əliyev küçələrdən yığışmır, yolları təmir edir, hotellər açır, analoqu olmayan stadion yaradır...Qalib olmaq yaxşı şeydir ey, amma, birincisi - biləsən ki, doğrudan da hamıdan bir baş yüksəkdin, ikincisi də ki - fərli bir yarışma ola gərək. Sizə deyim ki, Avropada bu Eurovizyon yarışmasının 5 qəpiq dəyəri yoxdur, sabahısı günü yada salan olmur heç. Bizimkilərsə, elə bil futbolda dünya çempionu olublar, ya da, nə bilim, elə bil, Sarqsyan Qarabağı geri qaytarıb, o cür sevinirlər. Bədbəxt uşağı bədbəxt! Eeeh...Bu dünya yalan dünyadır, belə gəlib, belə də gedəcək.

Kimdən: kamal_s Haradan: Turkiye
16.05.2011 11:50
meqale yaxsidi..amma her qazanilan ugurun altina bu cur bedbinlikle dolu siyaset yerlesdirmek duz deyil....her ugurun dalina bir qus qoyursunuz...her sey birden olmur...demokratiyadan soz edirsiniz avropa bunu tam eminlikle qebul edibmi ? avropada polis aksiya kecirelen zaman zehmet olmasa masina eylesin mi deyir ? ona gore de her olkede sizin demokratiya dediyiniz olkelerde bele bunlara riayet olunmur...muxalifet bulara irad bildirmekle xalqin gozunden dusur ve dusecekde bir az da xalqin icine girin.
Cavab

Kimdən: Emin qaqa
17.05.2011 09:19
xalqin 95 % muxalifedi sadece o qeder qorxu varki sesin cixara bilmir yerde qalan yaltaqlarda deyirki meni var dovletim var men bu hakimiyeti terifliyimki mene toxunmasinlar neyim lazimdi milet acindan olur

Kimdən: MrKizilbash Haradan: Baku
16.05.2011 11:24
Nurlan201, adam öz döğma anasının başına nəinki kül ələməz, həm də başqasının bunu etməsinə icazə verməz. Bir ananın (VƏTƏNİN) bütün övladları ləyaqətli ola bilməz. Biz anamızı yaxşı və pisi ilə birgə sevməliyik. Ona həqarət etmək övladlığa ziddir.
Şərhinin axırıncı cümləsi ilə sən Azərbaycan bayrağını tapdalayırsan. Bunu heç kimin haqqı yoxdur. Nə bunu özün et, nə də başqasına icazə ver!

Kimdən: Seymur YaP Haradan: Baki
16.05.2011 10:12
Bele gozel yaziya sherh yazmazlar.

Kimdən: Nurlan201 Haradan: Lissabon
16.05.2011 00:32
Halal olsun size Sevda xanim, yaxsi vurgulamusuz. Gelen il de milyonlar tokulecek bu Eurovisionun teskiline, butun Avropa axisib gelecek Bakiya ve bu hakimiyyet de bedbaxt xalqin gozune soxacaq ki gorursen olkemizi butun dunya taniyir, nece inkisaf elemisik. Amma yetim gunde corek pulu qazanmaq ucun gunun istisinde, qisin sazaginda olani ise hec bu Eliyevlerin ve harinlamis memurlarin hec bir saniye yadina da dusmur. Yaziqlar olsu, yaziqlar, ureyim agriyir qurbetde oz olkem haqqinda bele xeberleri oxuyanda, esidende. Deyirdiler turizm ilidir ona gore 5 ulduzlu oteller tikilir, amma sen deme bu oteller gelen il Avropani qarsilamaq ucun tikilir. Men ele bele de guman elemisdim. Sair Eyvaz demisken. E kul senun basuva ay Azerbaycan