Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:02

Forum

Müsəlmanlar Novruzu qeyd eləməlidirmi?

Azerbaijan -- Norouz
x
Azerbaijan -- Norouz
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanlıların milli bayramı olan Novruzu qeyd eləməsi dindarlara görə İslama uyğun deyil.

Məsələn, İllahiyyatçı R.Vəkilov AzadlıqRadiosunun “İslam və Demokratiya” verilişinə deyib ki, Novruzda da Tövhidin əksinə olan ünsürlər var. Onun sözlərinə görə, Novruzun mahiyyətindəki metafizik məsələlərə inanmaq (odun üstündən tullanmaq günahları təmizləyir) İslamın razılaşmadığı şeylərdir.

Vəkilovun fikrincə, “Amma bu bayramı baharın gəlişi kimi qeyd edilirsə, başqa məsələ. Amma bayramın mahiyyətinə ibadət keyfiyyətlində olan bəzi elementlər, tövhidi prinsipləri pozan şərtlər girdisə, artıq bitdi, orda İslam öz sözünü deyib – bu şeylər müsəlmanlar tərəfindən qəbul olunmaz”.

Siz necə fikirləşirsiniz, özünü həm müsəlman, həm də azərbaycanlı sayan kəslər min illərdir formalaşan bu adət-ənənəyə necə yanaşmalıdırlar? Məsələn, tonqal üstündən atlanmağa, çərşənbələri qeyd eləməyə, Novruz adətlərinə əməl etməyə?

Sizcə İslam ümumi, milli adətlərdən çəkinməyə çağırır, yoxsa onlara qaynayıb-qarışmağa?

Mövzunu burada müzakirə edirik.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (12)
    Növbəti 
Kimdən: Rustam Haradan: Sumqayit
07.03.2012 16:02
لا إله إلا الله محمد رسول الله ,Salam aleykum, Allahin ondan razi qalmasini isteyen muselman her meselede oldugu kimi , bu meseledede once Qurana ,sonra ise Muhammed (صلى الله عليه وسلم‎)-in Heyat terzine baxmali , ve Bunlara uygun hereket etmelidir !

Kimdən: ELCAN Haradan: NAXCIVAN
01.12.2011 03:04
QEDIM olan adet enenelerimizi qorumaq baximindan hemcinin baharin gelisini bildiren ba bayrami qeyd etmek islami deyerlere zidd olmayan bir enenedir.INSANIN torpaqdan seytanin oddan yaranmasini nezere alsaq gozel bir seydir ki oz agirligini seytanin uzerine tokmekle bir daha subut olunur ki TANRININ yaratdiqlarinin en alisi insandir.Gelin bele seylerden uzaq olaq ki biz kecmisi.qedim adet eneneleri unutmayaq,her deyilene bir musteviden yanasmayaraq biz ozumuz netice cixaraq ki,islama dusmen olanlar sevinmesin,

Kimdən: Hekari Haradan: Bakı
06.04.2011 14:49
Peyğəmbərin "Allah dinə yeni bir şey əlavə edəni lənətləyər" (Muslim, 1978) sözlərinə əsaslanaraq, demək olar ki, İslama sonradan olunan bütün əlavələr qəti şəkildə yolverilməzdir və qəbul olunmazdır. Baxmayaraq ki, (Novruz da daxil olmaqla) buna cəhd edənlər var. Bu onunla əlaqədardır ki, bəzi insanlar ata-babalarından qalan batil ənənələri birdəfəlik tərk edərək, Allahın dininə tam şəkildə itaət etmək cəsarətini özlərində tapa bilmir və buna görə də bu batil adətlərə İslam donu geydirməyə çalışırlar. Məsələn, bu barədə "Müsəlman bayramları" toplusunda belə qeyd olunur:"Bütpərəst farslar İslamaqədərki dövrdə Növruzu xüsusi təntənə ilə qeyd edərdilər və sonralar isə bu bayrama İslam rəngi verdilər". [ Musalman bayramlari. Baki, "Azerbaycan", 1993. s. 36].

Kimdən: Alim
04.04.2011 12:10
Abdussaməd yazır :
"Allah bütün müsəlmanların imanını və elmini artırsın. Amin."

Arxayın olma, artıran deyil! İstəyirsən gündə 5 dəfə yox 50 dəfə Onun qarşısında diz çök! Belə sadəlöhv dünyagörüşü ilə yaşamaq olsaydı nə var idi ki?
Bəndə o vaxt elmlə məşğul ola bilər ki, çiyinlərindəki o lazımsız sosial yükləri yerə qoya, düşmənlərini bağışlaya, ruhunu qəlbini saflaşdıra... bununlada həyatını yüngülləşdirə, asudə vaxt qazana! Yoxsa, Allah onu ver, Allah bunu ver... gözləmə, verən deyil Camaatı da arxayın etmək yaxşı deyil!
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
04.04.2011 12:32
Allah layiq olan bütün insanlara hidayət versin. Amin.
Cavab

Kimdən: Alim
04.04.2011 15:40
Allah hamıya hidayət versin, heç kəs mükafatsız qalmasın...!
Halva, halva deyək də, bizdən nə gedir ki? Bununçün zəhmət tələb olunmur...
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
04.04.2011 17:00
Məni mübahisəyə cəlb etmək istəyirsiniz? Alınmayacaq. Çünki mübahisə obyekti olan bir şey haqqında şayiə və dedi-qodular əsasında məlumata malik olan insan mübahisə edə bilməz. Sadəcə və sadəcə cahilcə öz dediyini yeritməyə çalışar. Çünki belə insanların əlində nə dəlil, nə də ki sübut olar.

Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar. (Bəqərə, 78)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam, 115-116)

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər! Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar. (Yunus, 66)

Onlar dedilər: “(Həyat) ancaq bizim dünya həyatımızdır. (Kimimiz) ölür, (kimimiz də )doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. onlar ancaq zənnə qapılırlar. (Casiyə, 24)
Cavab

Kimdən: Aliman Haradan: Baki
04.04.2011 17:32
yox, Abdusamead, sizi heç nəyə cəlb eləmək istəmirəm. Sadəcə olaraq sizin fikirlərinizin "halvadan" ibarət olduğunu izah edirəm!
Cavab

Kimdən: Aliman Haradan: Baki
04.04.2011 22:48
Ateist@
Şadam ki, mən də bir xeyirli iş gördüm, ağzıvızı şirin elədim... arxayın olun, quşları çağırmaram, qoy onlar qalsınlar öz nağıllar dünyasında, qanımız qara olanda yada salıb acı-acı gülərik.
Cavab

Kimdən: ateist Haradan: Bakı
04.04.2011 22:22
@Aliman

O qədər halva dediniz ki, ağzımız şirin oldu.))) Təşəkkür edirəm sizində ağzınız şirin olsun. Amma dimdiyindən daş atan quşları çağırmayın qorxuram onlardan)))

Kimdən: şamaxılı
02.04.2011 14:20
zəbaniyə
doğudan sən beyləqana düşürsən?
mənim qardaşım beyləqanda qulluq edib ora cəhənnəm olan yerdir.
zarafat-zarafat adını zəbani qoydun getdin düşdün zəbani kimi yerə.
adın zəbani olduğu üçün ermənilərə də zəbani olasan.
sənə yaxşı yol və uğurlar...........

atestə
sənə nə sual verirlər hamısına sübutla cavab verirsən.
sən zəbani dediyi kimi dini çoxdindarlardan yaxşı bilirsən.
o ki, qaldı avestaya orda xeyir və şərin mübarizəsindən deyilir.(təkALLAHLIQ)
amma əsl avestanı yandırdıqlarına görə sonradan xeyir və şər ALLAHlarından bəhs edir.(çox ALLAHLIQ)
necə ki, xristiyanlıq tək ALLAHLIQLA başladı və çoxALLAHLIQLA qutardı.
əsl avesta demək olar ki, yoxdur. və ya az qismi qalıb.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 16:23
Aprelin 3 ordayam Allah qoysa.
Cavab

Kimdən: Voen.kom
03.04.2011 16:16
Zebani sən deyəsən gizirsən.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 16:19
Şamaxılı

40 günlük ordayam. inşAllah yaxşı olar. Mən Allahdan nə istəyirəmsə o olur. Həmd olsun onun verdiyi nemətlərə. Allah kərimdi. Sənin qardaşın pis yerə düşübmüş, mən şəhərin içindəyəm :)

Kimdən: şamaxılı
01.04.2011 20:33
adəm haqqında köhnə kişiyə mən sual verirəm.
adımı yaddan çıxdı yazmadım.

Kimdən: Kohne kishi Haradan: Baki
01.04.2011 18:24
İnsanların əsli-kökü birdir və tək bir əsildən törəyib, çoxalıb (Hz. Adəm). Müstəqil iki, üç camaat olmayıb. İlk insanlar Tövhid/İslam olub (səfehlərin dili ilə desək “Vəhabi” olub). Bu dinə müqəddəs zamanlar, məkanlar, işarətlər və bunlarla bağlı ayinlər, mərasimlər, BAYRAMLAR da daxildir.
Firqələrə, dinlərə bölünmüş insanlar özlərindən sıfırdan bir din icad etməyib. Əksinə insanların bir qismi tək əsil yoldan ayrılaraq əsil dini dəyişib, təhrif etməklə yeni yollar icad etdi.
Bu camaatlardakı ibadət ayinləri, müqəddəs zamanlar, mərkəzlər, halal-haram və s. hökmlərin qoyulması insan ağlının məhsulu, kəşfi deyil. İlahi dindən öyrənib bənzər şeylər yaratdılar. Yəni “ƏTAĞA” piri və onunla bağlı ayinlər (ziyarət edib qəbri öpmək, təvaf etmək, orada “müqəddəs” su ilə yuyunmaq, qurban kəsmək...) insan ağlının məhsulu deyil. İlahi dindən öyrənilib insanların Allaha bənzər bir müqəddəs mərkəz, məkan təyin edib ora ilə bağlı ayinlər keçirməsidir. (Allahın Kəbəni haram elən edin onun bağlı ayinlər, Həcc mərasimləri təyin etdiyi kimi)
Müqəddəs zamanlar da eyni olmuşdur. Məsələn, Ramazan və ayın bitməsi ilə bayram v\ bayrama xas ayinlər (bayram namazı, xüsusi zikrlər, fitrə zəkatı, ziyafət...). Yaxud Zülhiccənin ilk 10 günü ona xas ayinlər (oruc, təkbirlər...). 10-cu günü bayram və ayinlər (qurbanlar, xüsusi zikrlər və s).
Bu haqq yalnız və yalnız zaman və məkanın əsil sahibi Uca Allaha aiddir. İnsanların buna haqqı yoxdur! Allahdan başqa əl-Quddus yoxdur ki bir zamana məkana əşyaya qüdsiyyət versin!!! Lə iləhə illəllah!!!
Bəziləri “Ərəb! Ərəb! Ərəbin adəti!” deyə fəryad edir. Ərəbin özünün iki bayramı var idi (Novruz və Mihrican) Bu iki bayramı Vəhabilər deyil ALLAH ləğv etdi. (Hədis üçün baxın: Əbu Davud Səlat 245 (1134)
Rəsulullah (s) belə buyurur: “Mən qurban gününü bayram etməklə əmr olundum. Onu bu ümmət üçün Allahu təalə bayram qıldı...” (Əbu Davud. Ədahi 1 2789); Nəsayi. Dəhaya 2)
De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Quran tərc. Yunus-58).
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
04.04.2011 08:40
Əssalamun aleykum və rahmətullahi və bərakətuh.

Qardaş sizin yazdıqlarınız görünür ki, dərin düşüncənin nəticəsidir. İnanmıram ki, bu yazdıqlarınızı dayaz düşünməyə üstünlük verənlər bir dəfəyə başa düşsünlər, xüsusilə də ateistə verdiyiniz cavabı.

Allah bütün müsəlmanların imanını və elmini artırsın. Amin.

Əssalamun aleykum və rahmətullahi və bərakətuh.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 16:25
kohne kishi.

Sən dedin çıxdın başa İlk İslam vəhhabilər olub. Yaxşı uydurma qabiliyyətin var. Əvvəllər aztv1 də Ovçu pirim danışırdı uşaqlara nağıllar. Gərək sən onu əvəzləyəsən uydurma səndə yaxşı alınır.
Cavab

Kimdən: Kohne kishi Haradan: Baki
02.04.2011 23:35
Sənə cavab yazmaqla sənin səviyyənə enmək istəmirəm! Mənim kimi birinin sənin kimi biri ilə yazışması sənin üçün Böyük bir şərəf olar. Sən buna layiq deyilsən! Mənim isə şanım şərəfim buna imkan vermir! Məsələ yalnız mənim sənə bir nəsihət etməyimdən gedə bilər. Onu da etmişəm. Allahın adını uca tutmaq üçün bunu etdim. Sənin kimilərə bu da çoxdur.
Məsələ sənin rafizi olmaginda deyil, şəxsiyyətindədir.
Cavab

Kimdən: Anonim
01.04.2011 20:32
Köhnə kişiyə
quran deyir ki, insanlar adəmin nəslidir.
amma bəzi din alimləri deyir ki, adəm yer üzünə gələndə nəsli kəsilməkə olan insanların qalığı ilə evlənib.
qurana mən inanıram.
din alimləri deyir ki, guya adəm və həvvanı mələklər göydən tutub tullayıblar yerə.
adəm hindistana ,həvva isə ərəbistana düşüb.
guya ildə bir dəfə adəm və həvva görüşüb sonra həmənki,kimi adəm hindiquş tərəfə,həvva da ərəbistana gedib.
maşınla heç o boyda yolu getmək olmur amma onlar ildə bir dəfə görüşüblər.
2 -ci də sonra adəmin 40 min övladı olub.
və saysız -hesabsız da arvadı olub.
bu arvadlar kim olub nəvəsi yoxsa alimlərin dediyi insanların qalıqları???
adəm haqqında düzgün məlumat yoxdur.
Cavab

Kimdən: Alik
03.04.2011 12:56
40 arvadi! Vot Boqatir!
Cavab

Kimdən: Köhne kishi Haradan: Baki
02.04.2011 00:06
Shamaxılıya cavab
Elim iki qisimdir 1. İnsana verilmiş ağıl ilə Kəşf, təcrübə, tədqiqat sayəsində əldə edilən bilik. 2. İlahi vəhy (qeybi xəbər).
Uca Allah Rəbdir. Rəbb - Qanun qoyan hökm, əmr edən... və Tərbiyə edən deməkdir. İlahi təlimatlar hökm olmaqla bərabər hikmət, fayda və tərbiyəni də ehtiva edir. Böyük Allah qeybdən lazım bildiyi (insanın bilməsinə fayda olan) bəzi şeyləri bildirmişdir.
Məsələn, hz. Adəm və hz. Həvvanın qadağan olunmuş agacdan yeməsini bildirmişdir (Bunda insan üçün çox böyük fayda vardır). Fəqət agacın cinsini bildirməmişdir. Bunda fayda yoxdur! (Nə əhəmiyyəti var o agac əncil idi yoxsa nar...) Mühüm olan bu hadisədən ibrət almaq, təhlil edib şeytanın haradan və necə yaxınlaşmasını öyrənməkdir. Və bu gün o qapını şeytanın üzünə bağlamaqdır...
Eləcə də Adəmin (ə.s.) torpaqdan yaranması (Quranla sabitdir). Hz. Həvvanın onun qabığasından yaradılması (Quranda açıq işarətlər və Rasulullahdan (s) gələn mötəbər hədislərlə sabitdir). Həmçinin onların Cənnətdə yerləşdirilməsi və məlum "ağac" hadisəsindən sonra yer üzünə endirilməsidir (Quranla sabitdir). Onlardan zurriyyətin (insan nəsli) törəməsi (Quranla sabitdir).
Bildiyimə görə digər sizin qeyd etdiyiniz və başqa rəvayətlər isə sabit deyil. (Nə Quran nə də Rasulullahdan (s) gələn mötəbər xəbərlərlə təsdiqlənməyib. (Mən rast gəlməmişəm). Demək ki, bunları bilməkdə bir fayda yoxdur ki, Allah bunları bizə açmayıb. Hər şeyin doğrusunu Allah bilir! Allahın Salamı hidayətə tabe olanların üzərinə!!!!
Cavab

Kimdən: şamaxılı
02.04.2011 14:43
Köhnə kişiyə
məhəmməd peyğəmbərə 40 sual verirlər.
orda deyilir ki, adəm buğda yeyib.

ikinci də deyilir ki,şeytan oddan yaranıb.
yaxşı oddan yaranıbsa cəhənnəm də alovlu yerdir.
satanistlərə sual verirlər ki, siz şeytanla cəhənnəmə girəcəksiniz.
satanistlər də deyib ki, sizin dediyiniz cəhənnəmə şeytanlar hər gün gedib-gəlir.
quranda açılmamış sirrlər çoxdur.məs adəmin şeys adında oğlu.
və ALLAHIN yeri 6 gündə yaratması.
elm admların dediyinə görə quranda gün sözü milyon illəri əhatə edir.
bu daha məntqə uyğundur.
yəni ALLAH ol dedi və yox yerdən xırda toz yarandı və bu toz reaksiaya girərək 100 milyon illərdən sonra planetlər yaranmağa başladı.
(o demək deyil ki, ALLAH istədiyini gec yaradır sadəcə ana bətnində olan uşaq kimi yaradıb əvvəl toxum yavaş-yavaş insan ,ALLAH istəsə insanı 20 yaşında boyda yaradar.)
fransız alimləri də milyardlarla vəsait ayıraraq yoxdan balaca planet düzəltməyə başlayıblar.əvvəl o cihaz bir neçə dəfə sıradan çxıb indi isə yoxdan planet üzərində işləyirlər.cihaz da uzunliqu 1-2 km metrdir.
böyük bir cihazın içində havanı sıxa-sıxa bu proses 20 ildavam edib və partlayış olub və görüblərki, xırda bir toz yaranıb.
ərəb və müsəlman ölkələri etiraz edib ki, fransızlar ALLAHIN işinə əl qoyurlar.
mən əvvəl də demişəm ki, insan beyninin qapaqları açılanda ALLAHIN sonsuz elmlərindən öyrənəndən və kainatın axırına yol gedəndə ,yoxdan panetlər yarananda v s hər şey fanastik olanda ALLAH UNUDLANDA qiyamət qopacaq.
Cavab

Kimdən: ateist Haradan: Bakı
02.04.2011 11:53
@Köhne kishi

Adəmlə Həvvanın qovulmasının səbəb ağac idisə nə ağacı idi? Necə yəni mənası yoxdur. Onlar konkret bilməliydilər ki, nə yemək olar nə olmaz. Əvvəlki dini kitablara nəzərə alsaq görürük ki, bu alma ağacının meyvəsi olan almadır. Qapını şeytanın üzünə necə bağlamaq olar axı. O allahın dərgagında belə cənnətə girib çıxa bilir? )
Cavab

Kimdən: Kohne kishi Haradan: ateiste
02.04.2011 23:23
Ateist! Allah bütün Cənnəti (agacları da) onlara halal etdi. Yalnız bir agac haram edildi. Burada mühüm olan halal-haram (qanun) qoyma haqqı (Rububiyyət) yalnız Allahın haqqı olmasını qəbul etməkdir. Allahdan başqa Rəbb (qanun qoymaga layiq, haqq sahibi) yoxdur. Buna da Tövhid deyilir (Allahı tək, bir qəbul etmək).
Bu həyatın (dinin) ən mühüm təməl məsələsidir. Bu cür mühüm məsələ qarşısında agacın cinsinin nə olduğunun heç bir anlamı, əhəmiyyəti qalmaz.
İnsan Rəbbi ilə əhd bağlayır. Ondan sonra donuzmu haram ediləcək yoxsa qoyunmu mühüm deyil. Peyğəmbərlər vasitəsi ilə gələn şəriət onlardan hansını haram edəcəksə səndə haram qəbul edəcəksən.
Bu gün ağacın cinsini müzakirə etməyə deyilir "gündəmi sapdırmaq".
Bir misal: Adam barmağı ilə işarət edərək qapını göstərir ki, camaat qapıya baxsın. Çünki orada olduqca vacib məsələ yatır. Camaat isə qapı əvəzinə ona işarət edən barmağa baxıb onu müzakirə edir.
şeytana qaldıqda o Allahın izni ilə (Hikməti-ilahi) tək cənnətə deyil, bizim evimizə, aramıza, hətta damarlarımızdakı qanla bərabər dövran edir. Bir məsələ var ki, ona möhlət və manevr etmə imkanı verilib, fəqət insan üzərində hakimiyyət verilməyib. Yəni şeytan səni zorla donuz yeməyə məcbur edə bilməz. Lakin onu yeməyin "faydalı" bir şey olduğunu vəsvəsə edə bilər. Sən də onu rədd edəcək, tədbir alacaq bu qapını bağlayacaqsan, ya da qapını açacaqsan, açdınsa dalı gələcək. "Şeytanın qapısı" deyilən məhz budur.
Bir şeyi də bil ki, insan mütləqə ibadət etmə xüsusiyyətdə yaradılıb. Necəki maddi olaraq mütləq qidalanma şəklində olduğu kimi. İnsanın kiməsə, nəyəsə ibadət etmədən yaşaması mümkün deyil. Məsələn ateistlər öz nəfsinə, həyat prinsiplərinə, ağlına, hansısa fəlsəfəcinin təlimlərinə tabedir. Bu prinsiplər, əsərlər onun İLAHI-dır, RƏBBİ-dir. Onları qəbul edib tabe olması onun İBADƏTİ-dir. Ona uyğun həyat tərzi yaşaması da onun DİNİ-dir. Yəni Dinsiz, İlahsız, Rəbsiz, İbadətsiz insan yoxdur və olması mümkün deyil. Sadəcə din,ilah, rəbb, ibadətlər fərqlidir. Elə isə Allah ibadətə, İlah və Rəbb qəbul edilməyə, endirdiyi dinin Din kimi mənimsənməyə tək haqq sahibidir. Digərlərinin isə buna haqqı yoxdur. Buna görə də buna Zülm (haqsızlıq) deyilir. Bilmirəm fikrimi çatdıra bildim ya yox.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 21:17
ateist.

Sən kohne kishinin yazdıqlarına fikir vermə. Heç özüdə bilmir nə danışır. Dedikcə batır, batdıqcada boğulur.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 14:35
ateist.

Adəm və Həvva (s.a.s) bəzi mənbələrə görə üzümdən yediyi üçün cənnətdən qovuldurlar. Əslində onlar bütün meyvələrdən yeyə bilərdilər. Ancaq məsələ bundadır ki, Allah bunlara qadağan etmişdi 1 ağacın meyvəsini (Misal üçün alma, heyva, üzüm və s.).
Bəli! Allah Adəm və Həvvaya şeytana uymayın o sizin açıq aşkar düşməninizdir demişdi. Allah şeytanı bütünlüklə cənnətdən qovmamışdı, şeytanı (lənətullahı) öz hüzurundan ona qulluq etməkdən qovmuşdu. O günə qədər ki şeytan cənnətə girib onlara qadağan olunmuş meyvəni yeməyə təhrik edənə qədər. Adəm və Həvva həmin meyvəni yedikdən sonra abır yerlərini görməyə başladılar, utandıqlarından ağac yarpaqlarından abır yerləini örtməyə başladılar.

Əraf
19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!"
20. Şeytan örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir!"
21.Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm",- deyə and içdi.
22.Beləliklə, onları batil sözlərlə aldatdı . Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: "Məgər sizə bu ağac qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?"

Bu ayədə görnündüyü kimi Allah onlara qadağan etmişdi yalnıza bir ağacın meyvəsini. Onların (Adəm və Həvvanın) cənnətdən qovulması ilə şeytanında cənnətdən tamamilə qovulması və şeytanın əbədi olaraq cənnətə girməməsi sənin dediyin kimi bağlandı. Allah Adəm və Həvvaya kəsinliklə (adını bilmədiyim) ağacın meyvəsini yeməməyi demişdi. Cənnətə yeməli olan hər şeyi onlara qadağan etməmişdi. Onlar konkret bilirdilər ki bu ağacın meyvəsini yemək olmaz və şeytana aldandılar.
Şeytan cinlərdəndir. Şeytan Mələk olmayıb. Cinlər heç bir vaxt Allah dərhagına girə bilmirdilər. Yalnız şeytan Allahı mələklərdən də çox sevdiyi üçün onun girişinə izacə verilmişdi. Onun sevgisi o qədər yüksək idi ki, Allah Adəmi yaratdığına, onların bilmədiklərini öyrətdiyinə, onu insanlardan çox sevməsinə, və bütün mələklərin və şeytanın, yaratdığı insana səcdə etməsini əmr etdiyinə görə Allaha qarşı üsyan etdi.
Şübhəsiz ki şeytanın və onun ardıcılları, Allahı inkar edənlərin axırı yaxşı olmayacaq. Oyun game over olduğunda hər şey açıq aşkar önümüzə və yaxud önünüzə gələcək.
Allah yolunu azmışlara və yolunu azmaqda olanlara hidayət nəsib etsin. Amin.
Cavab

Kimdən: Beyrəyin bacısı
01.04.2011 19:45
Adını "Köhnə kişi" qoymasaydın sənə "Hekari" deyərdim mən.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
02.04.2011 18:30
Beyrəyin bacısı.

kohne kishi Ovcu primdi.
Cavab

Kimdən: Kohne kishi Haradan: Baki
01.04.2011 23:43
Hekarini tanımıram. Hekari ilə heç bir əlaqəm də yox. Mənim öz dəsti-xəttim üslubum var. Şablon, standart olmaqdan da uzaqdır. Heç kəsin üslubuna da bənzəmir. Üslubumda firqələrarası şəkişmə deyil, Allaha dəvət qəlblərə xitab, insanların imana gəlməsinə vəsilə olmağa cəhd üstünlük təşkil edir.

Kimdən: Zebani Haradan: Ləza
01.04.2011 14:37
Aprelin 1-i səhər saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. Yanğın rayonun Xaspoladoba kəndində qeydə alınıb.

az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın nəticəsində kənd sakini, 1976-cı il təvəllüdlü Coşğun Xalidova məxsus bir mərtəbəli yaşayış evi yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Bu səbəbdən xəsarət alan olmayıb. Qonşular dərhal Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinə yanğın barədə məlumat verib. Alovun söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunub.

Yaşayış evinin 50 kvadratmetrlik hissəsi tamamilə yanaraq külə dönüb. Evdə müqəddəs Quran kitabı və dini əşyalar olan hissəsinə isə heç bir zərər dəyməyib. Ev sahibləri yanan alovun içərisində olan müqəddəs kitabın yanmamasını Allah möcüzəsi hesab edir.

İlkin ehtimallara görə, yanğın elektrik xətlərində baş verən qısaqapanma nəticəsində baş verib.
Cavab

Kimdən: ateist Haradan: Bakı
01.04.2011 15:12
@Zebani

Bu 1 aprel zarafatıdır, yoxsa mənim bu xəbər barədə mövqeyimi eşitmək istəyirsən ?

Kimdən: şamaxılı Haradan: şamaxıdan
31.03.2011 23:21
2012 il haqqında amerika hnduları mayyalar da yazıb
mayya təqvimi.
birini də mən peyğəmbərə verilən sullar və s araşdırmışam.
insan beyninin qapaqları get-gedə böyüyür və açılır.
və 1000 il bundan əvvəl insanlarnan indki sivilizasiyanı müqayisə edin.
onda insanlara desəydilər ki, televizor və ya telefon olacaq deyərdilərki, bu dəli olub.
indiki zamanla 1000 sonrası zamanı xəyalınıza gətirin.
insanlar 1000 ildən sonra bir saniyədə milyonlarla km yol gedəndə və 7 göy qatını yarıb ərşi-əlayə və ya göy qübbəsinin axırıı dəlib keçəndə
əstəğfrullah ALLAHIN KÜRSÜSÜNƏ doğru yol gedəndə
əstəüfrullah ALLAHLIQ etmək idiasına düşəndə qiyamət qopacaq.
məhəmməd peyğəmbərə görə bütün dinlər yox olanda , insan ALLAHA da inanmayanda hər şey fantastik olanda,
qiyamət qopacaq.

Kimdən: şamaxılı Haradan: şamaxıdan
31.03.2011 23:04
zəbaniyə

heç bilmirsən kimə inanasan.
xızır zində beşbarmaqda olmayıb.
onun orda qəbri də yoxdur.
sadəcə orda o namaz qılıb və tanrıya ibadət edib.
bunu orda olanlar deyir mən oralı olmadığıma görə dəqiq bilmirəm.
sənin kimin sözü ilə sözün üst-üstə düşmürsə təkəsaqqal adladırırsan
bəs mən nə adlandırım.
istiyirsən inan -istiyirsən inanma.
xızır zində,veysəl qərani və həzrət baba şamaxıda dağlarda at belində gedəndə axşam şeyx eyyub babanın qonağı olur.
şeyx eyub da namaz qilan bir adam idi.
nəsə şeyx eyyub baba qonaqlara deyir ki, hansı qoçu kəsim qonaqlar da ən yaxşı qoçu göstərirlər.
şeyx əyyub da görür ki, ən yekə qoçdur amma kəsir.
nəsə qoçu yeyəndən sonra qonaqlar deyir ki, qoçun sümüklərini yığ dərisinin içinə sabah aparacam.
şeyx eyyub dediklərini edir.
və səhər ayılanda görür ki, qoç diridir.
qonaqlar da at belində gedirlər və qaça -qaça gəlib çatır dalıyca
və yalvarır ki, siz kimsiniz.
onlarda kim olduqlarını deyirlər.
nəsə bu uzun məsələdir.
hərənin öz düşümcəsi var,şamaxıda çox adam ALLAHDAN başqa heç kimə inanmır.
o ki, qaldı pirlərə hamısını deyə bilmərəm şamaxıda bir pir var, 1950 ildə bir varlı adamın oğlu ölür və oğlunun qəbri üstündə günbəz tikdirir.
sovet ittifaqı dağılandan sonra həmin günbəz bilmirəm kim uyurubsa olub pir.
yoldan keçənin biri də pir kimi istifadə edir və havayı pul yığır istifadə edirlər.
cərcis peyğəmbər haqqında çox yazılıb.
bir onu düz dedin , əlinin ayağı pirini , mən də araşdırmışam o yalandır.
türkanda bir axund pul qazanmaqdan ötrü tikib.
bir günü oturduğu yerdə 20-30 manatı düşür.
heç kimdən borc istəmir ,çörək istəmir camaat gətirib cibinə pul quyub gedir.
o da deyir ki, tez-tez gəl buranı ziyarət et işin yaxşı olacaq.
ürəyində deyir xe-xe .

@əldə olan ərəbcə ALLAHİN 99 adı onu bilmirdim.
əlbəttə quran başdan -ayağa möcüzədir.orda dünyanın süqutuna qədər hər şey yazılıb.
ona görə tüz-tez 2012 deyirlər???
da denən bunu qurandan oğurlayıb avropalılar vanqanın adına yazırlar.
Cavab

Kimdən: Zebani Haradan: Ləza
01.04.2011 11:54
şamaxılı mən demədim xidir zında beşbarmaqda yerləşir. Dedim ki xidir zında, beş barmaq yalan şeylərdi.

Veysəl Qəraninin Azərbaycanda olmasına heç inanmağım gəlmir.
Heç olmazsa googlda Veysel Karani yaz axtarışa ver gör onun haqda nə məlumat gəlir. O 657-ci ildə Hz.Əli (s.a.s) Suffeyn döyüşündə kömək edəndə şəhid olub. Birdəki o Peyğəmbəri görə bilməyib anasının xəstəliyinə görə. Peyğəmbərdə ona öz Hırka-sını hədiyyə göndərim. Türkiyədə Hırkai-şərif adlı məscidə Peyğəmbərin hırkasını ziyarətə gələnlər var ildə bir dəfə açılır həmin yer.
Səhifə (12)
    Növbəti