Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:02

Forum

Halal pulla kasıb, yoxsa haram pulla varlı yaşamağı seçərdiniz?

Rusiyada pensiyaçı qadın
x
Rusiyada pensiyaçı qadın
Şriftin ölçüsünü dəyiş - +
Həm yerli, həm də xarici ekspertlər Azərbaycanda son illər təbəqələşmənin sürətlə artdığını deyirlər. Həmçinin Azərbaycanda alınan minimum maaşın minimum istehlak zənbilini də qarşılamadığını, bu üzdən vətəndaşların ya ehtiyac içində yaşadığını, ya da əlavə qazanc yolları axtardığını iddia edirlər. 

SİZ NƏ DEYİRSİNİZ? 

- Halal pulla kasıb, yoxsa haram qazancla varlı yaşamağı seçərdiniz?

- Nədir halal ruzi, halal qazanmaq? 

- Nədir haram qazanılan pul? 

- Halal qazancla varlı olmaq olmurmu?

- Kiminsə - məsələn, müəlimin, həkimin  halal qazancı gündəlik ehtiyaclarını qarşılamırsa, yaxşı xidməti müqabilində müştərinin verdiyi pulu, hədiyyəni qəbul etməsi haram olurmu?
Şərhləri sırala
Yaz (30)
Səhifə (2)
    Növbəti 
Kimdən: Elman Memmedov Haradan: Isanbul
17.12.2011 22:08
Maraqli sualdir. Bu kun insanlarin ekseriyyetin qazandiglari pul 1300 il bundan evvelki Mekke seher icmasinin qanunlaina kore haramdir.Molla, seyidler istisnadir.

Kimdən: məmməd
15.12.2011 10:42
əvvəla, halal və haram anlayışları həm mütləq, həm də nisbi anlayışdır. Mütləq o mənada ki, cəmiyyətin bütün dini-əxlaqi normalarına uyğun gəlməyən qazanc haramdır. Nisbi - ona görə ki, formal olaraq ölkə qanunu çərçivəsində olan, hüquqi cəhətdən halal sayılır. halal yolla da varlanmaq olar, insan bir kəşf edir, biznes qurur və s. lakin insanların qazanc imkanlarında ayrı-seçkilik varsa o da haramdır. Məsələn, bananı Azərbaycanda bir adam gətirib satırsa, Derməli onun qazancı haramdır, elə banan yeməyin özü də haramdır. nəfsinizi qoruyun, harama şərik olmayın. Böyük-böyük danışmağa nə var ki, xırda bir addım atmaq çətindir. bananı misal üçün dedim, yəni o azərbaycan müsəlmanı üçün donuz əti qədər olmasa da bu səbəbdən haramdı, bunun fitvasını din alimləri verməliydi, vaxtları yox yəqin namaz qılmaqdan. Neft-qaz ölkənin milli sərvətidir, deməli xalqa məxsusdur, nəzarətçisi də dövlətdir. Məmurların cibinə gedirsə nəinki haramdır, cinayətdir. Qoy donuz əti yesin, xalqın malını yeməsin, yəni halal-haramın da dərəcələri var, şəxsi və ictimai.
Marks -Engels o boyda "kapital" yazdılar, ədalətli cəmiyyət qurmağa çalışdılar, amma 1917-ci il inqilabında mafioz qrupların mənafeyi üçün istifadə olundu. Yəni haqq uğrunda vuruş adıyla ən böyük haqsızılıqlar da etmək olar. Məsələn, bir-iki nəfəri rüşvət üstündə tutub qalanlarını çöldə saxlamaq kimi. Deməli, bu məsələlər dərin və ağır məsələlərdir, adi adam da bunu duyur, amma həlli ciddi alimlərin işidir. Çünki kasıbı vəzifəyə qoysan o elə bir ədalətsizlik yarada bilər ki, əvvəlkilər muştuluq olar. Necə ki Xalq cəbəhəsi adı ilə hakimiyyətə gələnlər bu günkü vəziyyətin səbəbkarı oldular. Məsələn Sulutəpədə o evlər tikiləndə bu gün onu buldozerlə uçuranlar kor idi?!
Qanunsuz tikilməyə qoyma, qoydunsa razılşma yolu tut. Erməni Qarabağı qanununi yolla tutub?! Niyə onuların üstünə əlidəyənəkli, buldozerli polis göndərilmir və s. Deməli, onlardan da nə isə haqq alırlar, bu və ya digər şəkildə, biz bilməsək də bu özü görünür.

Kimdən: İlahə Haradan: Gürcüstan
14.12.2011 21:31
Salam.
Bu tipli saullara birmənalı cavab vermək çox çətin olduğundan haqlı suallar ortaya çıxır. Nədi halal, haram. Çərçivələr harda başlayır, harda bitir.
Çoxluq ictimai qınaq, bəyənilməmək, tənqid olunmaq kimi hisslərdən çəkinərək bu tipli suallara az qazanıb halal yolla qazanmaq cavabını yəqin ki deyəcək.
Ancaq bunun dərk edilməsi üçün sadəcə insanların qazanmaq tərzinə baxmaqda fayda var. Kasıb insanlar hər zaman çalışırlar varlıların qzanc tərzini tənqid etsinlər, haram qazandıqlarını iddia etsinlər. Varlılar da öz növbəsində kasıbların kasıblığının günahını məhz onların özlərində axtarırlar, tənbəllik, iradə gösrtərməmək və s.
Mənim nəzərimdə halal ruzi bir başqasının haqqına girmədən öz haqqın olanı almaqdır. Məsələ əgər satıcı hər hansı bir müştərinin geyiminə baxıb onun varlı olduğunu düşünüb eyni malı baha qiymətə satırsa bu məncə artıq haqqı olmayanı əldə etmək olur.
Varlı olmaq da nisbi məsələdir, əslində bu varlı olmaqdan daha çox birinin özünü varlı və ya kasıb görməsidir. 100 villalı kasıbdan bəhs edən bir yazı oxumuşdum, orda bizim varlı saydığımız insanların əslində özlərini necə kasıb hiss etməsindən bəhs olunurdu.

Hər zaman aza görə şükür etmək, üsyan etməmək fikrinin tərəfdarıyam. Ancaq bu aza qane olmalısan mənasına gəlmir.
Varlı olmaq günah deyil. Əksinə əgər biri bunu öz zəhməti hesabına edirsə o zaman o daha çox təqdir edilməldir nəyinki bir tikə çörəyi qazanıb işi bitmiş hesab edən biri.
Kasıb və ya varlı olmaq, bu insanın öz seçimidir. İnsan istehlak alışqanlığı, dünya görüşü, rasiyonallığı, davranışları bunu təyin edir.
Məşhur milyaderlərdən biri deyir ki, kasıb dünyaya gəlmək insanın öz günahı deyil, ancaq o kasıb olaraq da ölürsə bu artıq onun öz günahıdır.
Bir dəki mən belə bir fikrin tərafdarıyam, əgər kiməsə kömək etmək istəyirsinizsə, haqsızlıqla mübarizə aparmaq istəyirsinizsə varlı olmaqdan başqa seçimin yoxdur. Kasıblara kömək etmək istəyirsənsə onlardan biri olma.




Kimdən: vusal
12.12.2011 23:02
elbetdeki kasib olub halal qazanmagi secirem.

Kimdən: Babayev Anar Haradan: Shirvsn
07.12.2011 19:47
Selamun aleykum.Evvelce sizin bu gozel sualiniza gore sizlere oz semimi teshekkurumu bildirirem.Halal ve haram.Birbirine qeti shekilde ziddirler.ALLAH Tebarek ve Teala halal yashamagi emr edir ve evezinde ebedi cenneti verir.Amma haram pulla bu dunyada neqeder yashasaqda evvel-axir dunyamizi deyisheceyik ve yetimin,kimsesizin,mezlumun haqqini yemekle xoshbextlik olaz.Ne bu dunyada nede ki,o biri dunyada.Bunlar hamisi sheytanin vesvesesidir.Bir insanin ki,ALLAHdan qorxusu yoxdur ondan kenar olmaq yaxshidir.O ki,qaldi her-hansi bir ishchinin ayliq mevacibinin onu qane etmesine;Halal pulla yashayanlar chox eziyyetde qalmazlar.Ruzini verende alanda ALLAHdir.Qoy uca alemlerin rebbi olan ALLAH muselmanlari Sebrli,temkinli,shukran,birsozle OZUNUN sevimli bendelerinden qerar versin ISHEALLAH.

Kimdən: ELXANDAN Haradan: BAKI
02.12.2011 12:08
Əgər sözün həqiqi mənasında insan həyatı dərk edərsə onda Allahını tapar.ALLAHINI tapan isə həyatını o,dediyi kimi yaşayar.Unutmayaq ki,biz tezbir zamanda öləcəyik deməli pul və ya pulsuzluq müvəqqəti və mənasız həyat üçün lazımdır insana. çətində olsa ALLAHIN bizim üçün seçib bəyəndiyi halala can ataq,AXI BİZ ÖLƏCƏYİK....?...?
Cavab

Kimdən: disident Haradan: bardo
07.12.2011 01:53
BU CAVAB DEYIL SADECE YINGYLVARI ARTIRMADI.cemiyyet haramdan uzaq olsa olkede prooblemler olmaz heqiqeten zemanemizde hallaliqla yashayan olkeler var yeni bu mymkyndy.ancaq cox tessyfle demeliyem ki bizim xalqi her zaman istismar eleyibler buda yeqin zeif eyni zama da torpaqimizin zengin olmaqindan ireli gelib lakin bu zenginliylere baxmayaraq xalqimizin ekseriyyeti kasibciliq icinde yashayib ele indide beledi.evvelki zemanlara nezer salanda gorysenki sade insanlar ne qeder kasib olsalarda imanllarin elden vermeyibler haqqa haq deyib nahaqa nahaq (sohbet tamahkar insanlardan getmit)ancaq torpaqlarimiz istismar olduqca olke varlanmaqdan sa kasiblashir. varlanan bir nece adam ve ya aileler olur. bacardiqlari qeder puldan istifade edib insanlari eqidelerinden donderirler kasibciliq acliq qonshudan qalma dala mehvumlari (lenete gelsin) insanlarin beyinlerine hakim olur.ve mecburen ve ya oz isteyi ile ryshvete el atmali olursan .demeyim odurki insan artiq doqulandan beri mecbur olmaqa bashlayir cynki onun yashadiqi cemiyyet kasibdi .. hansisa ereb emirliyi deyil ki insanlar artiq milyoncu doqulurlar ve ya devlet qushu o adamlarin heyatinda yuva salib .ve yaxud avropa devletlerin gotyrek (hamsi deyi)gycly avropa devletlerinde dovlet insanlarin qaygisina qalir her zaman senin gelirin barede deklarasya olur .ve her bir adamin qazanci bu yolla belli olur dovletden gizli qazanc yerin varsa bu artiq cinayetdir ve cezalanirsan. yox eyer ishleyirsense aqliva ve bacariqiva gore maash elde edirsen sene lazim olmur ryshvet vermey ve ya almaq en azindan ryshvet cinayetdi ve bu qanunda qebul olunub. .ancaq bizim dovletimiz o zenginler yashayan ereb dovletleri ile hec ne ile secilmir eksine biz onlardan daha aqilli ve siviliy ancaq onlarin neft gelirleri ehaliye bizde ise bir cibe gedir ..basha dyshyrem men cox adam qinayacaq ki men movzunu siyasete cevirdim ancaq inanki .ryshvetle halaliqla baqli suallarin cavabi ele olkemizin idare olunmaqindan bilavaste aslidir hansi terefe yoneltsen gorersen ki yenede dovlet gynahkar olur insanlarin haramlashmasinda ryshvetlenmesinde . yox dini aspakden baxmaq isteseniz gorerik ki Azerbaycandaki dindarlarin cox az bir hissesesi islami olduqu kimi qebul edir ve ya qaydalarina emel edir . cynki islama olduqu kimi emel etmek ycyn bu dynyadan qismen el cekmelisen en buna nymune olaraq peyqemberimiz (s.e.s)-i Eli elhissalami heseni Hyseini(Allah olardan razi olsun) gostermej olar.gelin baxaq gorey bizim dindarlar Meshediler Hacilar Kerbelayiler ne qeder benzeyir o insanlara ?xsusi qeyd eyer QMI-nin sheyxi etelandursao zaman her shey daha qabariq gorsenir.ancaq inaniram ki sidq yreiden Allaha ibadet eleyen insanlarimizda var onlar ycyn dynya mali murdar it leshine benzer ona hec tamah salmazlar zira onlara dynyanin naz nemetleri lazim olsa onu sadece arzulamaqlari yeter ki uca Rebbim olan Allah onlara qismet eleyer.amma cox isterdim haramsiz ryshvetsiz halal cemiyyetde yashayim yoxsa seleme gore gelib kasibin axrinci corey gelir yerini sokyb aparan cemiyyetde yashamaq istemirem.bu eqli yerinde olan insani sixir....

Kimdən: zaur Haradan: agdash
28.11.2011 11:33
bu dunyada en bacarigsiz ve en sherefsiz insanlar haram yeye-yeye kasib olanalardir.en sherefsiz insanlar ise haram yeyib varli olanlardir.halal gazanib kasib yashayan insanlar heyatdan razilashan,ancag halal gazanib varli yashayan insanlar ise BACARIGLI VE SHEREFLI INSANLARDIR.

Kimdən: shahin Haradan: Gəncə
27.11.2011 22:45
Burda nisbilik və bölgü xüsusu nəzərə alınmalıdır. Zəhmətin nəticəsində,ədalətli şəkildə ,sənə düşən pul halaldır. Burda zəhmətin fiziki və zehni formaları da var.Əsas o götürülməlidir ki,kim cəmiyyətə və təbiətə nə dərəcədə xeyit verir. Halal ,haram sözünü isə dinə bağlamaq düz deyil. Lazımdırsa tərcüməsi budur; halal düz yolla zəhmətlə,haram isə əyri yolla ədalətsiz şəkildə qazanılan qazancdır. Heç kim də,heç kimdən nəsə almamalı,istəməməlidir və yaxud verməməlidir. Dində belə dilənçılik var; xüms,zəkat,fitrə,sadağa və s.Bunlar insanın şəxsiyyətini alçaldan şeylərdir.Bir hədisi xatırladım; yaxşılıqla insanı qul etmək olar.İmam Əli. Əgər istəmək lazımdırsa, vətəndaş devlətdən istəməli ,hətda tələb etməlidir. Devlət vətəndaşın şəxsiyyətini qorumalı və sosial təminatını ödəməyə borcludur.

Kimdən: SAMIRE Haradan: BAKI
26.11.2011 10:48
EVVELA SALAM.TESEKKURLER BU MOVZUDA YAZDIGINIZ UCUN.HALAL PUL QAZANMAQ HER KESIN ISI DEYIL.BUNUN UCUN INSANIN IMANI GUCLU OLMALIDIR.DUNYA MALINDA GOZU OLMAMALIDIR.O QEDER IMKANLI SEXSLER VARKI AMA KASIBLARA EL TUTMURLAR.QAZANIB DAHA VARLI OLMAQ ISTEYIRLER.EVVEL BIZIM O QEDER XEYRIYECILERIMIZ VARIDI.DUZDU DEMIREM LAP COX EDIBLER AMA EDIBLER.INDI BIZIM BUTUN IMKANLI SEXSLER BIRLESIB KASIB TEBEQEYE KOMEK ETSE BIZDE PROBLEMLER AZALAR.MESELEN ELE KENDLER VARKI YOLLARI BERBATDI.O YOLLARI DUZELTMEKLE.AMA DEMEKLE BITMEZ.NESE TANRI BIZI HARAM YEMEKDEN QORUSUN.

Kimdən: Pirani Haradan: gozzelyurdumdan
19.11.2011 03:56
Nizami Gencevi nece demisdi :
ona gore elimi oyretdim bu senete
birgun sene el acib dusmeyim xecalete

mence insana hiss etsin veya etmesin xecalet hissi vere bilecek butun gelirler haramdir, bu gelirin azligi coxlugu da shert deyil hem de. demeli xecalet cekmeden kasib yasamaq insanin oz qelbinde de olsa bashi ashagi ama varli yashamasindan daha yaxshidir.

-halal ruzi veya halal qazanmaq- sahibinin raziligi olmadan, kiminse eziyyetinin neticesi olan, veya ozunden bashqa kimese chatmasi / chatdirilmasi nezerde tutulmush olan bir sheyi almamaq ve ya elde etmemek ve ya hetta buna cehd etmemek; qazanilan sheyin heqiqeten haqqi olduguna semimi ve mentiqli inanaraq elde etmekdir. bundan qalan hershey haramdir.

-halal qazancla varli olmaq mumkun olmasaydi islamin esas shertlerinden ikisi olan zekat ve hecc insanlara ferz (mecburi ohdelik) qilinmazdi, bilindiyi kimi bu ikisinin yerine getirilmesi ucun insanin ailesi de daxil olmaqla ehemiyyetli derecede uzun bir dovr ucun ehtiyaclarini qarsilayacaq derecede halal yoldan qazanilmish mal varligina sahib olmasi sherti var, ki bu da varli olmaq demekdir.

-eger hediyye ve ya pul heqiqeten de yaxsi xidmetin muqabilinde ve mecburiyyet qarsisinda qalinmadan verilibse alana halal sayila biler, ama yene de shubheli oldugu ucun belke de uzaq durmaq daha faydali olar; yox bu hediye veya pul gelen defe gelende de menim ishimi bu defe nece axsatmadan elemisdise ele elesin deye gizli bir dusunceyle verilerse alana -her ne qeder keyfiyyetli xidmet gostermisdise de - haramdir, bu dusunceni alan hiss ede bilsin veya bilmesin ferq etmez.

-haram eslinde insanin gelecek ruzisinin teminatli olmadigini dusunerek bugun ehtiyacindan daha artigini elde etmeye calismasidir (yeri gelmisken haramin sadece qazancda yox, israfli xerclemelerde de oldugunu nezere alsaq, ehtiyacin oldugu qeder elde etmek ve hecc ve zekat ohdelikleri barede yuxarida deyilenlerin ziddiyetli olmadigi gorule biler) yeni ki "Allahim, kitablarinda defelerce rizqsiz qalmayacagim barede teminat vermis olduguna, ve bu gune qeder oz heyatimda da defelerce bu teminatlarin dogru oldugunu mushahide elemish olduguma baxmayaraq men gelecek ruzim barede narahatam ve indiden bunu elde etmeye calisiram" demish kimi olur insan, ve bunu deyen insan da ne qeder agilli sayilir, muzakireye aciq bir movzudur
Səhifə (2)
    Növbəti