Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:03

Forum

"Animal farm" ifadəsini "Heyvanıstan" kimi tərcümə etmək düzgündürmü?

x
Şriftin ölçüsünü dəyiş - +
Vilayət Quliyev ingilis yazıçısı Corc Oruelin dünyaca məşhur "Animal farm" əsərinin adını Azərbaycan dilinə "Heyvanıstan" kimi tərcümə edib. Sizcə, bu ifadə nə dərəcədə uğurlu sayıla bilər?

Əsər bu adla keçən il "Qanun" nəşriyyatında çap edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Milli
02.02.2012 12:28
Heyvanistani men AZERBAYCAN kimi tercume ederdim

Kimdən: Ataqam Haradan: JRS
02.02.2012 11:55
“Heyvanıstan” yaxşı tərcümədi, çünki əsərin mahiyyətinə uyğundu. “Heyvan” ərəbcə, “stan” –farsca olduğundan, bizim türkcəyə tərcümə eləməyə çalışaq.
Ferma heyvanların ümumiləşdirilmiş adı “davar” (mal-qara) olduğunu nəzərə alsaq:
Variant 1- Davarstan yaxud Davarxana – amma hər iki ifadədə fars sözü işlənir.
Variant 2. Davariya (ölkəni bildirən –“iya” sonluğu ilə. Armeniya kimi-:)).
Variant 3. Bir “karvansaray” sözü var. İnsanların müvəqqəti qaldığı yer- qonaq evi. Heyvanlara şamil etsək, “Davarsaray” alınar. “Saray” həm də insanların işlədiyi və vacib qərarlar qəbul etdiyi yerdi (şəhər meriyası kimi-:)). Bu da, əsərin ruhu ilə xeyli uzlaşır.
Vilayət müəllim peşəkar tərcüməçidi. Əminəm ki, əsərin adını tərcümə etməzdən əvvəl yüzlərlə belə variantı saf-çürük eləyib.

Kimdən: FARMAN Haradan: RUSIYA
01.02.2012 20:22
FORUM - meydan qenis yerdir: SERISTESIZ VEZIFELI SEXSLERIN VARLIQLARI, ONLARIN TUTDUQLARI VEZIFENIN YOXLUQU DEMEKDIR!

Kimdən: sevinc Haradan: baki
01.02.2012 16:20
Eseri oxumusam,ad herfi tercume olunmasa da,ugurludur.
Cavab

Kimdən: Cavanşir
01.02.2012 16:38
Məncə burda müəllifin nəzərdə tutduğu bir incə məqamı yaddan çıxarırsınız.

O elə əsərin adını Farm qoyardı da, niyə Animal Farm qoyurdu? Çünki bu, heyvanların SAXLANDIĞI ferma yox, heyvanların İDARƏ ETDİYİ fermadır. Tərcüməçi də bu məqamı tuta bilməyib.

Ona görə də əsər mütləq və mütləq ya Heyvan ferması, ya da Heyvanların ferması kimi çevrilməliydi.
Cavab

Kimdən: Ulker
01.02.2012 16:59
Sohbetde ondan gedir ki, çox yaxşı tutub o məqamı. Əsərdə heyvanlar bəli idarə edirlər, amma müəllif bu idarəetməni ferma idaretməsinə yox, ölkənin idarə edilməsinə bənzədilir. Ona görə də Heyvanıstan.

Kimdən: Ulker
01.02.2012 16:12
Çox bilirdiniz, özünüz tərcümə edərdiniz. Fermanın adı əvvəl Manor Ferması olur. Yəni Mülkədar ferması. Heyvanlar üsyan etdikdən sonra oranın adını qoyurlar Animal farm. Yəni heyvanların ferması. "Heyvanların ferması" isə bədii əsər adı kimi yaxşı səslənmir. Heyvan ferması isə elə ferma deməkdir. İnsan ferması olmayacaqdı ki. Ümumiyyətlə, azərb. dilində heyvan ferması deyilən bir söz yoxdur, ya ferma var ya da heyvandarlıq ferması. Ona görə də "Heyvanıstan" uğurlu tərcümədir.

Kimdən: Orxan
01.02.2012 15:12
məncə "Animal Farm" ifadəsini hərfi tərcümə etmək məcburiyyət deyil. "Heyvanların Ferması" və ya sadəcə "Ferma", ən azından əsərin sujet xəttinə uyğun olaraq da bir ad seçmək olardı! "Heyvanıstan" qoymaqla Vilayət bəy ya diqqət cəlb etmək istəyib, ya da peşəkarsızlıq göstərib!

Kimdən: IMAMƏDDİN Haradan: bakı
31.01.2012 10:29
Məncə bu sözü dilimizdə olan"heyvanxana" tam əhatə edərdi,burada həm müəllifin düşündüyü və məkan bildirən şəkilci "stan" elə məkan bildirən "xana" ilə eynidir.
Cavab

Kimdən: Asif
31.01.2012 16:16
Mənim öz varinatım yoxdu, amma axı Heyvanxana zoopark deməkdi, əsərdə isə zooparklıq bir şey yoxdu. Fermadı bu. Ferma əvvəl olur fermerin, sonra heyvanlar yığışıb birlikdə onu qovurlar.

Kimdən: Aytən Haradan: Bakı
30.01.2012 15:31
Heyvan ferması heyvanıstandan uğurlu olardı. Amma tam uğurlu yox.

Kimdən: Mütercim Haradan: Baki
30.01.2012 14:21
Mencə o qədərdə uğurlu tapıntı deyil, ümumiyyətlə bu sözün əbəbi dilin normasına uyğun qarşılığını tapmaq bir az çətindir. Türk dilində mənc,ə bu daha adekvat tərcümə olunub: "hayvan çiftliği". Ərəbcə, farsca da təqribən eyni ifadədir: مزرعه حیوانات hərfi tərcüməsi "Heyvan tarlası" (fermer təsərrüfatı) "Heyvan ferması" ingiliscə tam qarşılığıdır.

Kimdən: Aydın Haradan: Bakı
29.01.2012 19:22
Rus dilində «Скотный двор» в других переводах «Скотское Хозяйство», «Скотский Уголок», «Скотский Хутор», «Ферма животных», «Ферма Энимал», «Зверская Ферма», «Скотоферма». Türk dilində Hayvan Çiftliği.
Yuxarıdakı tərcümələri və əsərdə söhbət müxtəlif fermer təsərrüfatlarındakı heyvanlardan getdiyini nəzərə alsaq bizim dildə heyvanxana və ya heyvan ferması daha doğru səslənər.
Səhifə (2)
    Növbəti