Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:04

Forum

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Hidayət Orucov
x
Hidayət Orucov
Şriftin ölçüsünü dəyiş - +
"Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşündə deyib.

Hidayət Orucov bildirib ki, "Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir. Amma təəssüf ki, bəzi beynəlxalq hüquq təşkilatları və dövlətlərin hesabatlarında ölkə barədə qeyri-obyektiv qeydlərə rast gəlinir".  
 

Sən necə düşünürsən?  

 

Azərbaycandakı dini tolerantlıq doğrudan da ixrac olunası səviyyədirmi?  

Şərhləri sırala
Yaz (11)
Şərhlər
     
Kimdən: Xəlil İbrahim Haradan: Baki
24.03.2012 17:20
Azərbaycandakı dini tolerantliq görünür ancaq xristianlar, yəhudilər və hətta buddistlər( neçə illərdi Qara Qarayev metrosu yaxınlınında mərkəzləri var,istədikləri kimi buddizmi maşayir və təbliğ edirlər) üçündür. İslamın sütunlarından biri olan hicabı qadağan edən ölkədə nə dini tolerantlıq? Sənin iranla problemin var ona hicab bağlayan ne etsin? Dövlət səviyyəsində bakıdakı köhnə kilsələr ən yüksək səviyyədə təmir olunur, amma məscidlər bağlanır, tikintisinə icazə verilmir. Budur tolerantliq?

Kimdən: Abdullah Haradan: Baki
14.03.2012 02:52
Müsəlmanların ibadət yerləri sökülüb, bağlanır, dini kitab getirən ölkəyə həbs oluna bilər, saggala və hicaba görə işdən azad olunurlar. Dini tolerantliğ? Var, amma yahudi və hristiyanlar ücün.

Kimdən: Abdullah Haradan: Amsterdam
25.02.2012 18:00
Nə mənası var e biz sıravi vətandaşların nəsə fikir söyləməyimizə? Tutalım ki, bütün oxucular yazdı ki, yoxdur tolerantlıq (fakt budur) - hə, nə olacaq? Guya kimsə burda ictimayi fikri "hərriyir" bəyəm?
Amma burda yazılan bəzi adamların şərhlərindən belə görürəm ki, bizim millətə hələm buda azdır. Allah hidayət etsin bizləri!

Kimdən: Serdar Haradan: Kuveyt
16.02.2012 05:27
Qametin adi gelende esebleshirem bu adam savadsiz kentosh birsdir Kuveytin pullari ile ortaliga cixib millete agil goyur,yazigim gelir bunun arxasiyca gedenlere

Kimdən: Hekari Haradan: Baki
05.02.2012 21:28
Azərbaycandakı dini toleratlıq ixrac olunası səviyyədə deyil.Amma təsəlli budur ki, dünyanın ən inkişaf etmiş və demokratik sayılan dövlətləri belə bu məsələdə bizdən geridə qalır hətta bir neçə yüzillik geridə qalır.Azərbaycanda dinlə bağlı vəziyyət yenə də çox ölkələrə nisbətən yaxşıdır.Söhbət sadəcə İslamdan gedirsə.Təbii ki, münasibət ürəkaçan deyil.Sadəcə hicab məsələsi yetərlidir.Yaxud da polisin zaqataladakı özbaşınalığı.Amma bütün dinləri götürsək həmin icmaların hər biri bizim dövlətə ən azı borcludurlar.Bir müsəlman ölkəsində fəaliyyət göstərmək qeyri-müsəlman icmalar üçün olduqca çətin olmalıdır amma bu elə deyil.Düzdür qeyri-müsəlmanların sayı da çox deyil.Əsas çoxluq müsəlmanlar təşkil edir.Bu səbəbdəndir ki, hər bir azərbaycanlı "din" deyəndə İslamı nəzərdə tutur.Biz müsəlmanların tarix boyu digər dinlərə münasibəti örnək olacaq bir amildir.Heç bir sistem heç bir dövlət quruluşu bu cür azadlığı və əmin-amanlığı İslam qədər təmin etmir.Yaxın keçmişin ateist-komunistləri və faşistləri nümunədir.Yaxud Avropaya qanla yazılmış inkvizisiya tarixi.Hamı bilir.Yaxud fransız hökumətini islamofobiyası bugün gözümüz önündə inkişaf edir...Halbuki müsəlman ölkələri o cümlədən Azərbaycanda əsrlərlə müsəlman və qeyri-müsəlmanlar birgə yaşayıblar.Hətta kafir qonşularımız belə bizdən şikayət edə bilməz.Bəli əgər öz köklərimizə qayıtsaq,İslamı tutmuş olsaq bizim dinə münasibətimiz dünyaya örnək olar.

Kimdən: nazim
05.02.2012 10:02
Dovlet - anlayishi bizde yoxdu. Bizde var kimlerinse isteyi ve fantaziyalari. Men inanmiram ki mektebe bashiyayliqli ushaqlari buraxmamaq Prezdentin fikri olsun. Rayonlarda siravi vehabileri sixishdrmaq da onun kimi. Hemin o vehabilerin coxu ve imamlari Qamet her defe hokumeti destekleyen beyanat verir. Amma yene de doyulen soyulen de bulardi.
Cavab

Kimdən: selefi muvahid Haradan: sumqayit
07.02.2012 11:03
qamete hökumet maaş verir ona körede hökumeti destekliyir.hicablar acilir cölde namaz qilinmasina icaze verilmir saqqallar qirxilir(heckim deye bilmez ki azerbaycanda bir xristian ve yehudinin saqqali qirxilib)mescidler baqlanir.qamet ve onadenzerlerse helede meddahliq maskasin üzlerinden cixarmayiblar.
Cavab

Kimdən: Anonim
08.02.2012 22:45
heç hənanın yeridi?
Cavab

Kimdən: esma Guraba Haradan: sumqayit
15.03.2012 14:40
az qametin arxasinca daniwinda . . Qamen sene mene huccet deyil . .sen islamivi yeteri qeder yawa bawqalariylada iwin olmasin !!

Kimdən: Göyçək Meri
03.02.2012 18:05
Vallahç hələ ki, dini zəmində heç bir azərbaycan vətəndaşı bir başqasını döyməyib, öldürməyib, heç hücum da eləməyib. Nə müsəlmana, nə xristiana, nə də yəhudiyə, və ya hətta krişnaitinə də. Odur ki, fəxr eləmək olar.

Ancaq, Azərbaycanda adi adamlar tolerant olsa da, dövlət o qədər tolerant deyil. Elə beynəlxalq təşkilatlar da ondan danışır. Çünki, vəhhabini də, şiəni də, bəhaini və ya ieqova şahidini də tutan hökumətdir. Saqqalını qırxan, çadranı qadağan edən hökumətdir. Odur ki, ixrac edəndə tolerantlığı dövlət siyasəti kimi satmayın, inanan olmaz:)

Cavab

Kimdən: Anonim
27.02.2012 10:56
Rafiq Tağı neye göre öldürüldü bes?