Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:04

Forum

Buna Azərbaycan tərcümə tarixinin ən böyük xətası demək olarmı?

Etel Lilian Voynich
x
Etel Lilian Voynich
Şriftin ölçüsünü dəyiş - +
Buna Azərbaycan tərcümə tarixinin ən böyük xətası demək olarmı?

Görkəmli irland yazıçısı Etel Lilian Voyniçin dünyaca məşhur "Gadfly" romanının adı Azərbaycan dilinə niyə "Ovod" kim çevrilib?

Sovet dövründə azərbaycancaya tərcümə edilmiş əsərin bu yaxınlarda "Qırılmış dostluq" (Ovod-2) adıyla davamı da çap edilib.

Bu cür tərcümə nə dərəcədə düzgündür? Aşağıda şərhlər bölümündə fikrini de!
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Halaypozan
08.02.2012 00:52
Tərcümədən tərcümə 90 faiz hallarda belə olur. Əslində bizdə ədəbiyyata, kinoya marağı öldürən şeylərdən biri də bu bəladır.
Sovet dövründə olub, onu başa düşdük. Bəs indi niyə belə eləyirlər?

Kimdən: Alya
07.02.2012 00:58
Mozalan sözünü bizdə abırdan salıblar)) mozalan deyəndə satirik kinojurnal yada düşür.bəlkə tərcüməçi buna görə belə çevirib?

Kimdən: Arif
06.02.2012 21:26
Tərcüməçinin düşüncəsi Bilıcəridən o yana keçməyəndə belə olur. Tərcüməyə də baş lazımdı Kimin əlinə qələm keçir tərcüməyə girişir.

Kimdən: Sadıq bəy Haradan: Ukrayna
06.02.2012 16:59
"Gadfly" ingiliscədən azərbaycancaya "mozalan","atmilcəyi","malcibini" kimi tərcümə olunur.Oxumuşam,cox maraqlı əsərdir.

Kimdən: Oxucu Haradan: ferqi yoxdur
06.02.2012 15:04
Hee, Cek Londonun "The Call of the Wild" eseri de "Ag dish" kimi tercume edilib sehv etmiremse.
Cavab

Kimdən: lala Haradan: Bakı
06.02.2012 16:32
Jack Londonun "White Fang" əsəri ilə səhv salmayın: Dəqiq tərcüməsi "Ağ köpək dişi"-dir.
Cavab

Kimdən: Oxusu Haradan: ferqi yoxdur
06.02.2012 23:24
Sehv salmiram!

Kimdən: Lala Haradan: Baku
06.02.2012 10:39
Əvvəla Gadfly ingilis dilindən tərcümədə Mozalan deməkdir. Rusca bu, Ovod kimi tərcümə olunur. Əsəri Azərbaycan dilinə çevirənlərin yeganə kobud səhvi bu psevdonimin dilimizdə olduğu kimi Mozalan olaraq deyil, rusca Ovod kimi verməsidir. Adın tərcümə edilib-edilməməsi məsələsinə gəldikdə isə, sadəcə xatırlatmaq istərdim ki, şəxs adları və soyadları olduğu kimi saxlanılmalı, psevdonim və ya təxəllüslər isə mütləq tərcümə olunmalıdır. Əks halda əsər oxucular tərəfindən anlaşılmayacaq. Mozalan Arturun kilsə əleyhinə yazdığı məqalə və pamfletlərin altında qoyduğu gizli addır (təxəllüsdür). Kəskin dilinə və tənqidinə görə bunu seçmişdi.

Kimdən: goy adami Haradan: yerden
06.02.2012 09:27
ne olursa olsun, Ovod menim sevimli kitabimdir ve bunu hec ne deyiwe bilmez...

Kimdən: Həmid Haradan: Bakı
05.02.2012 18:54
Uzun illərdir ki, biz bu əsəri "Ovod" kimi tanımışıq. Məncə indi bu əsərin adını dəyişməyin mənası yoxdur. Səhv isə öz-özlüyündə səhv kimi qalır.

Kimdən: aydın Haradan: Bakı
05.02.2012 17:41
Əsərdə Gadfly Arturun ikinci adı və ya ləğəbi olur səhf etmirəmsə. Ad isə tərcumə olunmur. Rus bir qələt eləyib, bizimkilərdə təkrarlayıb.

Kimdən: Godfather
05.02.2012 17:20
Gadfly milçək deməkdi ingiliscə, rusca bunun tərcüməsi ovoddur, Azərbaycan dilində niyə ovod olub maraqlıdı?:))
Cavab

Kimdən: kərim Haradan: Mingəçevir
11.02.2012 09:05
Əsər 1953-cü ildə E.Voljina tərəfindən Rus dilinə tərcümə edilmişdir. Görkəmli tərcüməçi Beydulla Musayev onu Voljinanın tərcüməsindən (Leninqrad nəşriyyatı) ana dilimizə tərcümə etmişdir. Əsərin tərcüməsi demək olar ki, uğurlu alınmışdır. Tərcümədə bir ənənəvilik prinsipi vardır ki, ona mütləq əməl etmək lazımdır. Məsələn, xüsusi adların transliterasiyası qaydasına görə, Hamlet-Həmlit, Şekspir - Şeykspiə, İngiltərə- İnqlend və s. kimi tərcümə edilməlidir. Lakin bu oxucularda çaşqınlıq yarada bilər. Ona görə də artıq tanınmış əsər və yazıçıların adları əvvəlki halında saxlanmalıdır.
Cavab

Kimdən: Hokume Haradan: Bakı
13.02.2012 16:19
Men de kitabi oxuyanda bu haqda dusunmusdum... Amma deyibler ki: Yalnis da bir naxisdir. Mence, bu ad ele bele de tercume olunmali idi...