Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:05

Forum

Müsəlmanlar niyə ancaq dinlə bağlı məsələlərə səslərini çıxardır?

Azerbaijan -- The Day of Ashura in Nardaran Village of Baku, 16Dec2010
x
Azerbaijan -- The Day of Ashura in Nardaran Village of Baku, 16Dec2010
Şriftin ölçüsünü dəyiş - +
Misirdəki Müsəlman qardaşlığı təşçkilatının təşəbbüsü ilə Ərəb ölkələri fevralın 12-də Suriya ilə bağlı qətnaməni veto edən Rusiya və Çinin mallarını boykot qərarı alıb. 
 
Azərbaycandakı inanclı adamlar isə dəfələrlə hicaba qarşı qadağalar, hansısa məscidin bağlanması və sökülməsinə, İran və İsraillə bağlı məsələlərə  etirazını dilə gətirib. Ancaq ölkəsinin siyasi və sosial həyatında baş verənlərə, məsələn jurnalistlərin və yazıçıların qətlinə, gənclərin həbsinə, qiymətlərin qalxmasına və başqa olaylara münasibətdə elə də fəallıq göstərmirlər.
 
Sizcə niyə? Din bunu tələb edir? Ya başqa səbəbləri var?
Şərhləri sırala
Yaz (33)
Səhifə (2)
    Növbəti 
Kimdən: substansiya Haradan: ontologiya
18.05.2012 08:48
Görəsən,niyə bu azadlıq radiosu fəqət Amerika demokratiyasi ilə bağlı məsələlərdə səsini çıxardır?Amma,insanlıq mənəviyyatını təşkil edən etiqadi məsələlərdə süküt edirlər.Sizcə niyə? ABŞ bunu tələb edir? Ya başqa səbəbləri var?

Kimdən: Anonim
14.04.2012 22:19
Cunki olen jurnalistin onlarin heyati ile hec bir elaqesi yoxdur. Amma din onlarin heyatinin en vacib hissesidir.

Kimdən: kimyaci muellime Haradan: Bakidan
06.03.2012 14:43
Sualin qoyulusu xosuma gelmedi. Ses cixarmagin dindarlarla ne elaqesi var. Quba camaati ancaq dindarlardan teskil olunmusdu???

Kimdən: reshad Haradan: gence
02.03.2012 11:53
kakoy privet, takoy otvet.

Kimdən: seda dayi Haradan: baki
01.03.2012 22:25
Tek muselmanlar yox, xristianlar da, o cumleden butun dindarlar da yalniz dinle baqli meselelerde seslerini chixarirlar. Gorunur ki, BESHERI MESELELERI FIKIRLESHMEK UCHUN ALLAHIN YOX BESHER OVLADININ, YENI INSANIN ALILIYINI DERK ETMEYE EHTIYAC VAR
Cavab

Kimdən: Rovsan Haradan: Ganca
06.03.2012 02:29
Siz şəxsən bu məsələ ilə bağli etiraz səsinizi ucaltmisiniz ki,dindarlari bu məsələdə səssiz qalmaxda ittiham edirsiniz.Hal hazirki hakimiyyət İnsanlarda elə bir qorxu yaradib ki,camaat hec oz haqqini tələb edə bilmir nəinki Suriada haqsiz yerə qətl edilənlərin.

Kimdən: simali azerbaycan Haradan: baku
20.02.2012 21:48
sualin goyulusu sehvdir.dindarlar.ictimai meselelerde aktivdirler ad cekmirem ama misal cekmey ucun kifayet geder adamlar var.vetendaslari dindar ve basga adlarla bolmak lazim deyil.hamimiz AZERBAYCANLIYIG.

Kimdən: Abdussaməd Haradan: Bakı
20.02.2012 17:45
Soltan bəy, tənqid etmək asandır, amma çıxış yolu göstərmək və bunun üçün köməyini əsirgəməmək çətindir. Təbii ki, dinimizdə əməl vacib rol oynayır. Amma hər bir insan eyni deyil. Yəni hər kəs bir məsələni eyni başa düşsə və qəbul etsəydi o zaman problem olmazdı və qadağalara, məhdudiyyətlərə ehtiyac qalmazdı. Özünüz də qeyd etdiniz ki, Quranı oxuyursunuz. Fikir verin Quranda neçə dəfə Allah bütün bəşəriyyətə və o cümlədən, müsəlmanlara müraciət edərək onun əzabından çəkindirir?! Bu elə-belə deyil. İnsanlar var ki, nə qədər desən, nə qədər məsləhət etsən xeyri yoxdur və onlar ancaq cəzadan çəkinirlər. Yəni ola bilsin ki, sizin qeyd etdiyiniz insanlar bu kateqoriyadandırlar. Lakin əgər onlar Allahdan qorxaraq pis əməllərdən çəkinirlərsə, artıq qeyrilərindən üstündürlər. Ən azında köməkləri belə dəyməsə də, başqalarında zərər də yetirmirlər.
Cavab

Kimdən: Yurdsevər
16.05.2012 15:51
mitinqe çıxmaq əzabdır?

Kimdən: AQIL Haradan: SUMQAYIT
18.02.2012 19:34
SİZİN HANSİSA DEDİYİNİZ ALLAHİN EVİDİR HİCAB İSƏ NAMUSDUR BİZİM HİCABİMİZİ VƏ YA MƏSCİDLƏRMİZİ VƏ YA HƏR HANSİ BİR DİNİ VACİBLƏRİN QADAQAN OLUNMASİ OLUMDUR .NƏYİMƏ LAZİMDİR DİN OLMASA MADİYYATİN RİFAHİ GOZ ONUNDƏDİR AVROPA MADDİYAT VAR ANCAQ MƏNƏVİYYAT ACİDİRLAR SOSİAL RİFAH VAR AMMA ƏXLAQSİZLİQ STEHSAL EDİRLƏR BELƏMİ AZƏRBAYCAN İSTƏYİRSƏN .MƏN SİZƏ SUAL VAERİRƏM DİNİ YOXSA MADİYYATLA DOLU DİNSİZ AZƏRBAYCANİ SECƏRDİNİZMİ.AZƏRBAYCAN OZ SHANLİ DOVRUNU BİR DƏFƏ YAŞAYİB ODA DİN OLANDA ŞAH İSMAYİL XƏTAİNİN VAXTİNDA
Cavab

Kimdən: Beyrek Haradan: Bakı
01.03.2012 14:32
Şah İsmayıl böyük imperiya yaratsa da, onun yaratdıqları axırda farsa qismət olub. Ona görə də cox tərifləmə. Tarixi bilsən, bilərsən ki, Şah İsmayıl nə qədər müsəlmanı, xüsusən də azərbaycanlıları qətlə yetirib. Bir də ki, namus hicab, məscidin üstündə dayandığı torpaqdır. Bizim rusa, erməniyə gücümüz catmadı. Üstəlik, "müsəlman" İran da erməniləri dəstəklədi.
Cavab

Kimdən: Naile Haradan: Baki
04.04.2012 22:47
Ela cavabdi.

Kimdən: ikram Haradan: baki
18.02.2012 19:18
Təmamilə dogrudur Soltan. Onların mahiyyətini düz təsvir etmisiz. Onlar bu geniş dünyanı dar bir pəncərədən görə bilirlər. Qalanlar onlara görünməzdir.
Bir necəsini məndə müşahidə etmişəm onları fizikia, riyaziyyat, pxixologiya, bilogiya, fəlsəfə əsla maraqlandırmır. Onlar ancaq dini söhbətlərdən nəşələnirlər, həzz alırlar və bunu əsl elm bilirlər.
Bu geniş, həddən artıq maraqlı, intəhasız rəngarəngliyi olan dünyanı iki primitiv rəngdə görürlər; ag ,qara; haqq, nahaq. Bu cür primitiv ölcü vahidləri ilə ən axırda kimlərin isə qullarına cevirilirlər (baxmayaraqki özlərini təkcə Allahın qulları sayırlar, əslində hiyləgər din ideoloqlarının qullarına asanlıqla cevirilirlər) Təkcə Allahın qulları olmuş olsaydılar onlara
böyük hörmətim olardı. Lakin bu əsla mümkün deyil onları bura cəlb edən adicə dini ideyaları onlara aşılayan insanlardır. Nəticə etibarı ilə onlar din ideologiyası yayan insanların qullarıdır. İcərililərində müəyyən qədər agıllıları (kiminsə firvasına uymayan) olsada coxu isə fanatik düşüncəyə malikdir. Ataların dediyi ‘ kor kimi tutdugundan buraxmır ‘(dünyagörüşün kor olması da eyni effekti verir) məsəlində oldugu kimi min saat elmdən danış əsla təsir etmir.

Cavab

Kimdən: Qabil Teymur Haradan: Bakı
19.02.2012 00:31
çox gülməli danışırsınız. Guya dinə riayət etməyənlərin hamısı fizikia, riyaziyyat, pxixologiya, bilogiya, fəlsəfə və s. ilə dəhşət maraqlanırlar.
İnsanların fərqli olmasını dinlə əlaqələndirməyiniz çox gülüncdür.
hə, bir də onu deyim sizə Azərbaycanda gördüyünüz -belə demək olarsa - dindarların çoxu təzə dinlə məşğul olmağa başlayıb. yəni sizin içinizdən çıxan insanlardır. İllər boyu onları saydığınız elmlərlə maraqlandıra bilməmisinizsə (ən azından onlar orta məktəb oxuyublar) indi bunu dinin üstünə niyə atırsız.
Gözəl cümlələr qurmağınız var, amma fikir yürütmədən düşünmək yaxşı olar. Axı siz həqiqi azad düşüncəli ,əsil hümanist, bəşəri mənəvi dəyərləri bilən, müasir dünya elmi, dünya ədəbiyyatı barədə məlumatlı birisiniz!
Cavab

Kimdən: Soltan Haradan: Bakı
20.02.2012 13:29
Ezizim menim dediklerimde dine hec bir nogsan yoxdur. Men Qurani oxuyumuwam daimde oxuyuram bundanda sonsuz lezzet aliram cunki bu kitabda deyilenleri heyatimdaki hadiselerle muqayise edirem ve sonsuz deqiqlik tapiram.Ve Allahin boyukluyune wahid olub ona valeh oluram ve onu sevirem.Dindarlardan fergli olaraq onu sevirem onlarsa ondan qorxurlar. Qanunlarini pozanlar ondan qorxmalidirlar. Menim iradim dindarlarin mehdud duwunce terzinedir. Bunlarin zehninde bir prinsip iwleyir ya bizimlesen ya duwmansan. Ya namaz qilirsan- muselmansan ya namaz gilmirsan - bizimle deyilsen . Hansi ki hec bir- birilerine qarwi da emel lazim olanda istiqanli deyiller. Sadece sozde muselman qardawldirlar.Komek lazim olanda bir mehwur kelmelerine hemiwe wahid oluram - ALLAH KOMEYI OLSUN- bununlada iwleri bitir. Quranda ise tam bunu eksine deyilib- MENIM GOZUMDE SIZIN EN FAYDALINIZ INSANLARA KOMEYI DEYENLERINIZDIR.Bunlarin prinsipleri Stalinin prinsipine cox benzeyir sadece imkanlari o geder deyil.
Birdeki men butun dindarlardan tebii ki daniwa bilmerem cunki hamisini gormemiwem. Sadece tecrubeme esaslanib dediklerini ve etdiklerini analiz ederek bu neticeye gelmiwem. Yani wexsen menim tecrubemde men qeyridindar insanda dindardan daha cox haqqseverlik gormuwem. Tebii ki bu menim wexsi tecrubemdir bawqasinda bawqa cur de ola biler. Yani bu insanlar mende yaxwi hec bir fikir oyatmayiblar.

Kimdən: ikram Haradan: baki
18.02.2012 12:24
Cünki onların başları ancaq bir tərəfə işləşir. Həqiq azad düşüncə ,əsil hümanizm, bəşəri mənəvi dəyərlər, müasir dünya elmi, dünya ədəbiyyatı barədə məlumatları cox azdır. Cətin məsələlər barədə mühakimə yürütmək istədikdə başlarına güc düşür.Beyinlərində 5-6 şablop fikir var. Onlara toxunan onlara uygun gəlməyən nəsə eşidən kimi səs salırlar. Qalan mövzulara onlar təmamilə laqeydirlər.

Cavab

Kimdən: Rovsan Haradan: Ganca
06.03.2012 02:40
Şərh yazarkə duşun.Duşun gör nə yazirsan.Sizin yazdiğinizdan belə məlum olduki elə sizin özunuzun başiniz Şablon halinda işləyir yoxsa musəlman lar haqqinda belə dar duşuncəli olmazdiniz.Sizcə Nizami Gəncəvi dar duşuncəli olub.Axi oda mömin Şeyx idi.Siz islamin təməl prinsiplərini oxuyun sonra ağliniza gələni yazin.
Cavab

Kimdən: Qabil Teymur Haradan: Bakı
19.02.2012 00:18
Elə danışırsınız ki, guya Azərbaycanda sadaladığınızları bilən müsəlmanlar yoxdur. Sanki statistika mərkəzindən xəbər yazırsınız. Əminəm ki, heç onların bu haqda məlumatı yoxdur.
Əgər elə dəhşət şeylərsinizsə bəs nə üçün geridə qalmış müsəlman ölkələri qədər olub azadlığınız üçün bir hərəkət etmirsiniz?
Azad düşüncə, bəşəri mənəvi dəyərlər və s. ümumi, sözlərdir. Azad düşüncəli hər bir insan müəyyən, ümumi və çox vaxt da düşüncəsinə zidd olan qaydalara riayət edir.
Səhifə (2)
    Növbəti