Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 04:05

Forum

Dindarlarım siyasətə qoşulmasına necə baxırsız?

x
Şriftin ölçüsünü dəyiş - +
Bakı şəhər icra hakimiyyəti İslam Partiyasının aprelin 8-də Azadlıq meydanına mitinq keçirməklə bağlı müraciətini məqsədəuyğun saymayıb. Bildirilib ki, “Azadlıq” meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil. 
 
İslam Partiyasının sədr əvəzi Elçin Manafov AzadlıqRadiosuna bildirib ki, mitinq keçirmək üçün yaxın günlərdə yenidən Bakı şəhər icra hakimiyyətinə müraciət edəcəklər. “Biz icazəli mitinq keçirmək niyyətindəyik”,  deyə sədr əvəzi bildirib. 

Buna necə yanaşırsınız? Və sizcə, dindarlar aiyasi aksiyalarda iştirak etməlidirlərmi? Dindarların siyasi aksiyalarda iştirakı dinin dövlədən ayrılığı prinsipini pozurmu? 
 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Hekari Haradan: Bakı
26.04.2011 15:01
Müsəlman düşüncəsində mitinqdir,aksiyadır və s. və b yoxdur.Hətta Quranda Allah öz Peyğəmbəri Musaya zülmkar fironla belə yumşaq danışmağı əmr etdiyini oxuyuruq.43 - Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır.
44 - Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha)
125 - (Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
(ən-Nəhl)
46 - Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”
(Əl-Ənkəbut)

Kimdən: Mezlumlar
22.04.2011 18:58
Hekari
Men sene yazdim axi,sen her terefli yoxsulsan.
Ayenin ne vaxt ve kimlere nazil olmaginin tefsirini bilseydin yegin ki, sen bu barede cavab vermeye bele galxmazdin.Görünür bu ayenin ne anlama geldiyini bilmekden de yoxsulsan.
Senin cavabindan bele cixir ki, Peygember s.a.s Islamin ilk dövründe ereblerle ve eyni dilde dannishanlarla savshmadi ,bashga dilde olan ve milletden olanlarla savashdi?
"Savash" dedikde bu o anlama gelmir ki,eline silahini al get her gabagina cixani vur öldür."Savash" zalime garshi goyulan her terefli garshidurmaya deyilir.
Eyer biri nefsi ile savashirsa bu o demek deyil ki,eline silah alib icindeki nefsini gülleleyir...
Eyer mezlum insanlarin haglari ve özgürlükleri tapdalanirsa dilinden ve inancindan asili olmayarag o zülme garshi tavrini goymalisan,eks halda zülme bash eyenlerden olarsan.
Allah ise zülme bash eyilen bashlarin onun önünde eyilmesini gebul etmir.
Vessalam.

Kimdən: Hekari Haradan: Bakı
19.04.2011 16:02
İslam tövhid üzərində qurulub-üsyanlar deyil.İslam müsəlmanlara namaz qılmağı,oruc tutmağı,zəkat verməyi-Allaha şərik qoşmadan sidq ürəkdən ibadət etməyi buyurur.İslam nəsihət dinidir.Dəvət dinidir.Müsəlmanlara xeyirli işlər buyurub pis əməllərdən çəkindirməyi əmr edir islam.Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- üç dəfə təkrarlayaraq buyurmuşdur: “Din nəsihətdir.” Soruşmuşlar: Ey Allahın elçisi kimə nəsihətdir? O: “Allaha, Kitabına, Rəsuluna, müsəlmanlara və onların imamlarına.” - deyə cavab vermişdir.
İslam qohumluq əlaqələrini möhkəmlətməyi və valideynlərə qayğı,hörməti tövsiyə edir.İslam imkanı olduqda həcc etməyi və əmlakı müəyyən həddə çatdıqda zəkatı müsəlmanlara fərz edir.İslam əsla iğtişaşlara baş qoşmağı məsləhət görmür amma kiminsə haqqını yeməyi də qadağan edir.Uca Allah buyurmuşdur: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.” (Ali-İmran, 104).Allah buyurur: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa, 59).Başqa bir ayədə isə buyrulur: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).

Kimdən: Hekari Haradan: Bakı
19.04.2011 15:52
Çurban etiraf edim ki, öz nikini doğruldan nadir istifadəçilərdənsən amma tarix savadın bir az axsayır.Çünki təfsiri yazılanda nə mosad nə də cia, nə də kqb var idi.Odur ki hərdən bir səbr edib heç olmasa 1 səhifəlik nəsə oxumaq lazımdır.
Cavab

Kimdən: Çurban Haradan: Sınmışoğlu
19.04.2011 23:13
təfsir indi də edilir.
keçmişdə də, indi də , gələcəkdə də xəfiyyə sisteminin olması labüddür. onun mossad, mi6 yaxud cia adlanması önəmli deyil.

Çurban nikimin fəlsəfi mənaları var.

Tarixi savadım tarix müəllimimki qədər olmasa da hekari müəllimdəkindən çoxdur. çox olmasaydı mənim də şalvarım qısalardı.

Ən azı mən vəhabiliyin osmanlı dövründə onun dağıdılması üçün yarandığını, rafiziliyin isə yəmən yəhudisi tərəfindən yarandığını bilirəm.

Çurban olduğuma baxma. mən gələcək haqda proqnozlar da verə bilirəm. (diqqətlə izlə gör yaxın gələcəkdə qafqazda nələr baş verəck)

Kimdən: Şərqşünas
19.04.2011 09:44
dünəndən özümə gələ bilmirəm...

Birdən yadıma düşdü ki, çox sevdiyim dahi şəxsiyyət Ziya Bünyadov dünyadan münafiq kimi köçüb. Təəssüf.. Onu yaxından tanıyırdım, o, heç vaxt şalvarını qısaltmazdı, uzun saqqal saxlamazdı, hansısa məzhəbi düşmən bilməzdi. ALLAH kömək olmuş, həmişə dünyanın tarixini araşdırırdı, Quranı tərcümə edirdi.
Heç olmasa bir dəfə də Məhəmməd ibn Əbdül Vəhab ət-Təmiminin kitabın oxumadı ki, birbaşa cənnətə getsin..

Yaxşı ki, Vasim Məmmədəliyev yaşayır. Bu şəxsiyyət də müəllimim olub. Gedim deyim Vasim müəllim, siz əsl müsəlman deyilsiz. Soruşsa bala niyə?! Cavab verim ki, əgər əsl müsəlmansınızsa, bəs hanı sizin uzun saqqalınız? Bəs görmürsüz ki, sizin paltarınızın ətəyi yerlə sürünür?! Axırıncı dəfə Məhəmməd ibn Əbdül Vəhab ət-Təmiminin kitablarını nə vaxt oxuyubsan?!
Cavab

Kimdən: Tahir S Haradan: Lənkəran
21.04.2011 20:48
Ziya Bunyadovu yada saldıgınız ücün cox sag olun, Allah onu qəni-qəni rəhmət eləsin.
Cavab

Kimdən: Şərqşünas
22.04.2011 00:24
ALLAH razı olsun.. Dühalar, şəxsiyyətlər unudulmur..

Kimdən: Hekari Haradan: Bakı
18.04.2011 20:43
Çurbana-elə bilmə ki 1-2 postla kifayətlənəcəyəm.Bu da sənə 4\91 ayənin təfsiri
Allah müsəlmanlara üç qrup münafiqlərlə döyüşməyi qadağan edir, həm də onlardan ilk ikisi ilə döyüşməyi hər hansı şəraitdən asılı olmayaraq qadağan edir. Onlardan birincisinə aid olanlar, müsəlmanların sülh müqaviləsi bağladığı topluma pənah aparmış münafiqlərdir. Bu topluma sığınaraq onlar öz canları və mallarının təhlükəsizliyini təmin etmişlər.
İkinci qrupa aid olan münafiqlər müsəlmanlara və öz xalqına qarşı vuruşmaqdan ürəyi sıxılaraq möminlərin yanına gələnlərdir. Onların mənəvi-əxlaqi vəziyyəti onlara həm müsəlmanlara və həm də öz qəbilədaşlarına qarşı döyüşməyə yol vermir və buna görə onlar hər iki tərəflə vuruşmaqdan imtina etməyi üstün tuturlar. Müsəlmanlara əmr olunmuşdu ki, onları rahat buraxsınlar və bunun səbəbi ondaydı ki, əgər Allah istəsəydi onlara möminlər üzərində qələbə çalmağa imkan verərdi və o zaman onlar mütləq müsəlmanlara qarşı döyüşərdilər.
Münafiqlərin qarşısında üç açıq yol vardı. Onlar möminlərin tərəfini saxlayaraq onların düşmənlərinə qarşı vuruşa bilərdilər. Lakin onların vəziyyətində bu mümkün deyildi və buna görə onlara bir o qalırdı ki, ya sizə qarşı öz xalqı tərəfində vuruşaydılar, ya da hər iki tərəflə döyüşməkdən boyun qaçırsınlar. Bu iki variantdan sonuncusu müsəlmanlar üçün daha əlverişli idi və onlar hadisələrin belə inkişafı ilə razı qalmalı və Allaha həmd etməliydilər ki, O, onları düşmənləri ola biləcək adamlarla döyüşməkdən xilas etmişdi. Bir sözlə, əgər münafiqlər müsəlmanlara qarşı döyüşməkdən imtina edərək, onlara barışıq təklif edirlərsə, Allah müsəlmanların onlara qarşı vuruşmasına icazə vermir.
Üçüncü qrupa isə öz maraqları barədə qayğı çəkən və müsəlmanlara heç bir hörmət bəsləməyən adamlar aid edilir. Bu münafiqlər müsəlmanlardan qorxurlar və həm onlardan və həm də öz xalqından təhlükəsizlik zəmanəti almaq istəyirlər. Onlar kafirlikdən imtina etmir və münafiqlikdən də əl çəkmək istəmirlər. Onlar fitnəkarlıq girdabına düşəndə gözləri tutularaq baş-ayaq olurlar, kafirliyin və münafiqliyin daha da dərinliyinə batırlar.
İlk nəzərdə bu münafiqlər qrupu ikinci qrupa bənzəyir, lakin əsil həqiqətdə onların arasında böyük fərq vardır. İkinci qrupa daxil olan münafiqlər öz həyatlarına görə ehtiyat etdiklərinə görə deyil, məhz möminlərə bəslədikləri hörmətə görə onlara qarşı döyüşmək istəmirlər. Birinci qrupa aid olan adamlar isə möminlərə hörmət etdiklərinə görə deyil, öz canlarından qorxduqlarına görə müsəlmanlarla döyüşməkdən imtina edirlər. Buna baxmayaraq, əgər onların əlinə möminlərlə vuruşmaq fürsəti düşsə, hökmən bundan istifadə edərlər. Buna görə, əgər müsəlmanlar bu münafiqlərin onları sakit buraxacağına və onlarla döyüşmək istəməyəcəklərinə tam əmin olmasalar, onlara qarşı döyüşmələrinə icazə verilir. Məhz bunu nəzərə alaraq Allah buyurur ki, əgər onlar müsəlmanlardan əl çəkib geriyə dönməsələr, onlara barış təklif etməsələr və silahı yerə qoymasalar, onda müsəlmanlar, onların harada olmasından asılı olmayaraq, onları yaxalayıb öldürə bilərlər. Allah həmin münafiqlərə qarşı müsəlmanlara açıq-aşkar bir dəlil vermişdir, çünki onlar cinayətkardırlar. Onlar möminlərlə zalımcasına davrandıqlarına, dinc yanaşı yaşamaqdan imtina etdiklərinə görə, özlərindən başqa heç kimi qınamamalıdırlar.
Gördüyün kimi
Cavab

Kimdən: Çurban Haradan: Sınmışoğlu
18.04.2011 22:41
sözün açığı səbrim çatmadı copy/paste-ini axıra kimi oxuyum.

unutma sənin ayə təfsir etməyinə illər lazımdır.
bir də unutma dünyada CİA, Mİ6, MOSSAD kimi nəhənglər var. Onların da sənin kimilər üçün Quran təfsir edən xüsusi "müsəlman" ailimləri var.
Onlar Suriya kimi qapalı ölkəni laxlatdılar . yəni fikirləşirsən ki, sənin kimi copy/paste-çini idarə edə bilməzlər?! Bil ki, Ərəbistanın, İranın əksər təfsirçiləri MOSSADın əlaltılardır. Onların əksəriyyəti islamda xüsusi ad olmaq üçün MOSSADın "stanokundan" mütləq keçməlidir..


Kimdən: CAVID SABIQUN Haradan: HACIQABUL
13.04.2011 17:50
Siaysete gelince Siyaset - xeyiri elde edib zererden uzaqlasmaq demekdir. Bele olduqda bu cur siyaset megbuldur hetta ortada haqq ve zulm mubarizesi gederken hetta vacibdir. Amma legv olunmus prinsiplerden istifade etmek haramdir, meselen yalandan vede vermekle, indi cox musahide olunan serlemekle, zor tetbiq etmekle, sui-istifade etmekle, meqsede catmaq ucun zalima siginib mezlumu incitmekle, meqsede catmaq ucun yaxsiya pis, pise yaxsi demekle ve s. kimi usullardan istifade etmek olmaz.

Kimdən: Hekari Haradan: Bakı
11.04.2011 16:05
Pis baxıram.İslamda nə partiya nə də mitinq anlayışı yoxdur.Nə etiraz aksiyası nə də üsyan etmək islamdan deyil.Bunlar islama ziddir.
Cavab

Kimdən: Mezlumlar
18.04.2011 14:17
Hekari

Men bele baxiram sen her terefli yoxsulsan. Senin burda verdiyin sacma -sapan fikrlerin heddini ashib.
Aye meger Quranda "sizle savashanlarla,sizde savashin" buyrulmayibmi? Zalim rezime ve zalimlara garshi susanin cavabi ne olacag göresen? Bu berede de fikir söylesen daha gözel olar.Yoxsa "teke saggal misterlerin" sene bu barede fikir söylemeye icaze vermirler?

Cavab

Kimdən: Hekari Haradan: Bakı
18.04.2011 15:06
Məzlum olmayan məzlumlar-zalım kimlərə deyirsən?Öz millətimizə?Dili bir dini bir camaata?Sənə qarşı savaşan var burda?Kimsə kimisə qırır?Bəlkə sənə zülm olunub?Niyə demirsən ki ayənin təfsirində nə deyilir?Ayə nə vaxt və kimlərə görə nazil olub? Sərf eləmir?Niyə?Çünki sən və sənin kimilər müsəmanları nə üçünsə istifadə etmək istəyirsən.Amma İslam fitnə yaratmağı müsəlmana qadağan edir,qanuni rəhbərinə qarşı çıxmağı da həmçinin.Buna konkret dəlillər var ki, müsəlman siyasətə qarışmamalıdır.
Cavab

Kimdən: Şərqşünas
16.04.2011 23:14
halaldır.

İsrail fələstini, amerika iraqı, əfqanıstanı bombalayırsa, amerikanın həmin ölkələrə təyin etdiyi prezidentlər susursa, xalq da susmalıdır. səbir etməlidir..partiyalarda cəmləşib, mitinqlərə çıxıb etiraz etməməlidir,
çünki partiya-"party", miting -"meeting" sözündən əmələ gəlib.
2-si də ingilis sözüdür.
müsəlmanlar xeyir ola ingilislərin sözü ilə oturub-durmalıdır?! (şalvarımızı qısaltdız dinmədik, saqqalımızı uzatdız dinmədik, daşa, insana sitayiş etdirdiz dinmədik indi nə istəyirsiz?!)

mən hekarinin dedikləri ilə tam razıyam.

Biz səbir etməliyik. işğalçılar bezib özləri gedəcək.
Sonra da etdiklərindən peşİman olacaqlar. sağ adam tapsalar hələ üzr istəyəcəklər də.. inanın. and içirəm.
Cavab

Kimdən: Hekari Haradan: Bakı
18.04.2011 15:14
Şərqşünas.Əgər ölkəm müharibə etsəydi və vətəndaşlarımıza gedin vuruşun,Vətəni qoruyun deyilsəydi razıyam gedib vuruşardım amma öz ölkəmdə öz xalqıma,xalqımdan birinə qarşı qalxmağın adı üsyandır.Həmçinin şalvarın qısa olmağı,saqqalın uzanması islamdandır.«Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)» (əl-Əraf 26) Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəkləri yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə» (Buxari, Müslim 106, Əbu Davud) Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu (Buxari 3665, Müslim 2084) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm –buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir» (Buxari 5887) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, köynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz» (Əbu Davud 4094,8/208) Rəsulullah – səllallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym – radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlülük əlamətidir. Allah da təkəbbürlülüyü sevməz» (Əbu Davud 4084, Tirmizi 2722)
Bütə sitayiş edənləri isə pirlərdə axtarın mən belələrini tanımıram.
Cavab

Kimdən: Şərqşünas
18.04.2011 23:22
Hekari! Inanıram ki, sən də mənim kimi çölə-bayıra çıxanda gözünü yummursan.
Əyri oturub, düz danışaq, sən heç Bakı küçələrində paltarının ətəkləri yerlə sürünən kişi görübsən?
Yadda saxla: "ingilislər müsəlmanın eybəcər simasını yaratmaq üçün 1/2 dəqiqə fikirləşməyiblər". Əgər yadındadırsa, əbu bəkr məscidinə qumbara atıldığı günün səhəri Buş Ağ evdə sanki qara günlərindən birini yaşayırd. Kişi üz-gözünü cırırdı ki, bəs cinayətgarlar mütləq tapılamlıdır.

Bir də yadda saxla: "nə qədər ki, məktəblərdə islam tədris olunmur, sənin kimi düşünənlərin sayı çoxalacaq, azalmayacaq".

(sənin kimilər düşünür ki, bəs biz şiyələr kimi daşa, Əliyə (ə) sitayiş etmirik və əsl müsəlman da bizik. Şiələr də fikirləşir ki, bəs biz şalvarımızı qısaltmırıq, saqqalımızı uzatmırıq, ingilis qulu deyilik, deməli əsl müsəlman bizik.
Şübhəsiz ovçular ovu ələ keçirmək üçün birinci ovuna xoş gələn nəsə göstərir, ələ keçirdikdən sonra isə ondan istədiyi məqsəd üçün istifadə edir. Missionerlər də sizin kimi ovları ələ keçirmək üçün əvvəlcə yaxşı nəsə deyir, sonra istədiyini yerdidir. Demə ki, sən alətə çevrilməyibsən. Əgər belə olmasaydı şərhinin birində şiəyə müraciətdə "qardaş" yazmazdın, daha doğrusu özünü yandırmazdın. Bax sizi beləcə oynadırlar.)

uzunçuluq etmək istəmirəm..
vaxtın olanda www.debkafile.com-u da arada oxuyarsan. onda görərsən dünya yer üzündə necə və kim tərəfindən idarə olunur, məzhəblər necə yaradılır.
Cavab

Kimdən: Çurban Haradan: Sınmışoğlu
18.04.2011 18:07
Hekari! Yaman Qurandan ayələr gətirirsən. Sual verim. Niyə bakı küçələrində müşrik görəndə öldürmürsən? Axı Quranda bu barədə kifayət qədər ayələr var!!!

(qarabağ haqqında danışmıram. Bilirəm ki, mənim kimi sənin də “niqodnı vayenni” biletin var. prosto sən də mənim kimi forum qəhrəmanısan.)


“Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!”
4:89

Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.
4:91

Haram çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın.Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.
9:5

Peyğəmbər (s) buyurub: “Müsəlmanlar bir bədənin üzvləri kimidir, bir üzv ağrıyanda digəri bunu hiss etməlidir”
Fələstin, İraq, Əfqansıtan, Çeçnistan sənin bədən üzvlərin deyil?!
Yoxsa forumda Peyğəmbərdən (s) sitat gətirmək daha asan görünür?!
Cavab

Kimdən: CAVID SABIQUN Haradan: HACIQABUL
21.04.2011 10:45
Yazdiqlariniz bu ayeler Quranda vardir amma movqeyinizi nezere alaraq Hz. Ali e. demisken batil meqsedler ucun istifade olunmus haqq bir sozdur. Bu ayelerin hokmu xususi zaman ve mekanda tetbiq olunur. Burda oz toplumuna, cemiyyetine, dovletine xeyanet eden, bir nov cesuslug eden, fesad ve pozunntu ile nizam intizami mehv eden ve s. bu kimi insanlarin duz yola ( tovbe) qayitmayacaqlari teqdirde, etdikleri cinayete muqabil cezalandirilmasindan sohbet gedir. Bu gun narkotik maddelerle insanlari her cur serefsizliye. alcaqliga, satqinliga ve s.ile insanlari menevi ve maddi olume aparan insanlari ve ya muharibe seraitinde misalcun bizi ermenilere satan ve yaxud muharibe seraitinde cesuslug ederek bizim muharibeni uduzmagimiza sebeb olan insanlarin muhakimesi sizin elinizde olsaydi siz ne ederdiniz?
Cavab

Kimdən: Hekari Haradan: Bakı
18.04.2011 20:37
Çurban-mənim hərbi biletimdə neqodni yazılmayıb,mənim əqidəm də rüşvətə yol vermir.O ki qaldı gətirdiyin ayələrə onlar İslam dövəti üçün keçərlidir.Yəni sitat gətirdiyin ayələr konkret situasiya üçün vacib sayılır və təfsirini bilsəydin belə yazmazdın.
(89) “Onlar istəyirlər ki, siz də onlar kimi kafirliyi qəbul edib bərabər olasınız. Buna görə də onları, Allah xatirinə hicrət edənə qədər özünüzə köməkçi və dost tutmayın. Onlar üz döndərərlərsə, onda onları harada görsəniz yaxalayın və öldürün. Onlardan özünüzə nə havadar və nə də köməkçi götürməyin!”

Münafiqlərin adı altında özünü müsəlman kimi göstərən və öz kafirliyi üzündən hicrət etməkdən boyun qaçıran insanlar nəzərdə tutulur. Səhabələr onlara şübhə ilə yanaşırdılar və onlara münasibətdə rəyləri haçalaşdı. Səhabələrin bəziləri onlara qarşı döyüşmək və onlarla münasibətlərini kəsmək istəmirdilər, çünki onlar özlərini mömin kimi aparırdılar. Digər səhabələr isə onların əməllərinə görə əsil sifətlərini artıq başa düşmüşdülər və onları küfrdə ittiham edirdilər.
Belə olduqda Uca Allah müsəlmanlara münafiqlər barədə şübhə etməməyə əmr nazil etdi, axı onların vəziyyəti aydın idi. Onlar əsil münafiqlər idilər və dəfələrlə kafirliyə qayıtmışdılar. Buna baxmayaraq, onlar özlərini möminlərə oxşatmaq istəyirdilər. Bu o deməkdir ki, müsəlmanlara onları sevmək qadağan edilmişdi, dostluq isə məhəbbətin bir təzahürüdür. Bu həm də onu bildirir ki, onlara münafiqlərə nifrət bəsləmək və onlarla düşmənçilik etmək əmr olunmuşdu, axı hər hansı qadağa qarşı-qarşıya gəlməyi əmr edir.
Allah əmr edir ki, münafiqlər hicrət edənə qədər onlara belə münasibət göstərsinlər, çünki hicrət etdikdən sonra onlar digər müsəlmanlarla eyni hüquqa sahib olurdular. Məhz buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara məxsus olan hüquqları, həqiqi iman sahibi və ya özünü müsəlman kimi göstərən münafiq olmasından asılı olmayaraq, onunla bərabər olan və onun yanına hicrət edənlərin hamısına verirdi. Əgər münafiqlər hicrət etmir və bu hökmü yerinə yetirmirdilərsə, müsəlmanlara icazə verilmişdi ki, istənilən vaxtda və istənilən yerdə onları yaxalayıb öldürsünlər.
Bu ayə haram aylarda vuruşmaya qoyulan qadağanın ləğv olunmasının dəlillərindən biri idi. İslam alimlərinin əksəriyyəti bu rəyi müdafiə edirlər. Onlara etiraz edənlər belə hesab edirlər ki, bu nasslar ümumi məna daşıyır, amma haram aylarda döyüşün qadağan olması xüsusi istisnadır.
Yəni İsam dövləti-hansı ki ərazisində kafirərin yaşaması ya qadağandır ya da müəyyən şərtləri vardır.Biz isə dünyəvi dövlətdə yaşayırıq və bu dövlətin qanunları var ki bunları pozmaq olmaz.Həm cihad 1-2 nəfərin işi deyil yazdığım kimi bunu İslam dövləti səviyyəsində icra edirlər.Bugün belə bir dövlət mövcud deyil.
Cavab

Kimdən: CAVID SABIQUN Haradan: HACIQABUL
13.04.2011 17:45
salam aleykum. Islamda Haqq ugrunda ve ya zulme qarsi mubarize var. Bu her hansi Islama uygun yalla alinirsa bunu etmek her kese vacibdir. Islamda konkret olaraq mitinq ve ya aksiya kecirmek haqqda bir sey olmamasina gelince, konkret olaraq narkotik maddelerden istifade haqqda da hec ne yoxdur. Bu da bele izah olunur ki Quarn Peygemberimize s. endirilen zaman hec kim "ag iynemir" ve " damara islemirdi" bu o demek deyilki Quranda konkret olaraq bu kimi narkotik vasiteler haqqinda hec ne yoxdursa bunu etmek olar. Quranda umumi olaraq ziyani xeyrinden cox olan. insani mehve aparan, insanim meneviyyatina ve organizmine menfi tesir gosterib zerer yetirerse bu ve bu kimi seyler haramdir.

Kimdən: HUKUKÇU Haradan: RUSSİA
09.04.2011 22:18
AZERBAYCANDA EĞER KATOLİK KİLİSESİ GİBİ İRANDA İSLAM RESPUBLİKASINDA OLDUĞU GİBİ LİDER OLMAX İNSANLARI DİNLE İSLAMLA SÖMÜRMEK HEÇDE İSLAMİYETÇİ OLMAX DEĞİLDİR DİNİ BAHANE ETMEYİN KOMUNİZİMDE AĞZINI AÇMAYAN İNSANLAR İNDİ DİNDEN DANIŞA BİLMEZ!!!!!

Kimdən: Ebdul Haradan: Gence
08.04.2011 17:31
dindarlar oz huququnu teleb ede bilmezki nedi dindari siz nece basa dusursuz. dindar huququnu teleb edirse demeli iran meyilidi adi insan oz huququnu teleb edirse demeli radikal muxalifetcidi bizde bele yeritmisik basimiza nedi hec kes oz huququnu teleb ede bilmez.
Səhifə (2)
    Növbəti